21.07.2013

Dadını dadmadığım

Nigar Məhərrəmli

Dünyada hər təamdan daddım.Acılardan daddım,ağrılardan daddım.Pis günlər yaşadım,yaxsı günlər yaşadım.
Tək səni yaşamadım...
Tək səni dadmadım...
Necəsən,hansı yerdəsən,məni necə gözləyirsən,məni necə qarsılayacaqsan,məndən nə qədər uzaqdasan,məni harada haqlayacaqsan????????????bilmirəm ki................
Adını eşitmişəm...
Ününü,sədanı ,qəfil gəlib qonaq olmağını və səndən öncə gələn qonağı sevmədiyini də bilirəm...
Amma bir səni bilə bilmirəm...

Çox adam dadıb səni,çox adamı qucaqlamısan,çox adamı ayirmısan,çox adamı....amma məni nə vaxt,harada yaxalayacağını bilmirəm...
Ağ saçlı analarımızı qara torpaqlara gömmüsən,ağsaqqal atalarımızı əlləri əsə-əsə əllərindən tutub bu dünyamızdan dərgahına aparmısan...Səngərlərdə əli silah tutan əsgərlərimizi almısan bizdən...
Körpə qız usaqlarımızın doğuşdan əvvəl həyatlarına son qoymusan...
Övlad həsrətli,oğul həsrətli analarımızın yeganə oğullarını əllərindən almısan...
Sən necə birisən?
Səni durduran yoxmu?
Sənə bəs deyən yoxmu?
Sən necə gəlirsən?
Sən kimdən icazə alıb gəlirsən bütün bunları etməyə?
Mən səni dadmaq istəyirəm..
Dadaın necədir?
Rəngin necədir?
Ağmısan ya qaramısan?
Və bilmək istəyirəm bizi hara aparırsan və niyə aparırsan?
Qovuşmaların əleyhinəsən...
Sevənləri ayırırsan...
Ananı baladan ayırırsan...
Balanı ana südünə həsrət edirsən...
İgidlərimizi əlimizdən alırsan...
Sən kimsən?
Sən nəsən?
Sən necəsən?
Niyə sirrini bizə açmırsan...
Niyə bizdən əl çəkmirsən...
Niyə bizləri daim ağladırsan..
Niyə bizlərə daima pislik edirsən...
Niyə?
Niyə?
Analarımız sənin əlindən nəqədər dərdlidir bir bilsən...
Niyə bu qədər amansızsan axı niyə?
Mənə dəyməyəcəyini mənə toxunmayacağını bilmirəm...
bəlkə də bu yazımı yazandan sonra səni narahat etdiyim üçün mənə qıyacaqsan yenə də bilmirəm...
Amma hamını etmədiyi bir cəsarəti etmək istəyirəm...Canımı balalarıma əmanət etmək istəyirəm ...
Gəl dadım səni...
Bilirsən niyə?
Çünki dünyanın pis yaxşı əzab-əziyyətlərindən bircə dadmadığım-SƏNSƏN----ÖLÜM!!!
Səni dadmaq istəyirəm...
Gəl...
...Bu sözləri söyləyənlərimiz azdırmı elə bilirsən yox..indi dünyanın o qədər kədər içində yaşayanları var ki onlar səni arzulayırlar...Sən isə kimi nə zaman harada yaxalayacağını özün də bilmirsən...Çünki acizsən...
MƏN SƏNDƏN QORXMURAM!!!

Комментариев нет:

Отправить комментарий