26.07.2013

MƏLƏ, QUZUM, MƏLƏ

Ağasəfa

Duman çəpərdən aşıb,
Hava yaman dolaşıb,
Dərdim özümə bəsdir,
Başımdan aşıb-daşıb,
Sənin də dərdin belə...
Mələ, quzum, mələ...

Bəd xəbər bir çapardı,
Bu da təzə qubardı,
Çöldən xəbər gəlib ki,
Ananı qurd apardı.
Sən daha çıxma çölə,
Mələ quzum, mələ...


Sən nəvəmə nəmərsən,
Körpəsən, südəmərsən,
Tutaram boz keçini,
Bir azca süd əmərsən.
Təki boz keçi gələ,
Mələ, quzum, mələ.

Sığın bu isti küncə,
Ağzın ota yetincə.
Yaşayırıq birtəhər
Mən yetim, sən yetimçə.
Qabaqda qış var hələ,
Mələ, quzum,mələ.
Belə...quzum...belə...

Комментариев нет:

Отправить комментарий