21.07.2013

Qaranlıq və işıq

Ramin Cahangirzadə

Qaranlıq və işıq budur bızım hər nəyimiz. İşıqda olan istibdadi zərəcıklər, qaranlıqda yoxdur. İşıq heç vaxt qaranlığı özündə yerləşdirə bilmir, ancaq qaranlığın içində işığın hüzurunu aydınca görmək olar. Biz təmamilə işığın bizə göstərdiyi maddələrə aldanıb, hər nəyi görsəndiyi kimi görürük. Heç nəyin mahiyətini olduğu kimi anlaya bilmirik.
Anlamaq bir şeyi işığın altında tərif etmək deyil. Anlamaq bir şeyin içini analiz edib, onların zərəciklərini kəşf etməkdir. İnsan kəşf edir, ancaq bu kəşfiyatı işığın uydurmalarından baş verir.
Bizim gözümüzün bəbəkəlrinə dolan işığın şuaları, başımızda olan qaranlığın şualarını ihatə edir. Qaranlığın şualarında yerləşən qaranlığın zərəcikləri, bizi bu yalançı və uydurma həyatdan qurtarmasa da, bizi işığın əlindən rahat eləməyə kömək edə blər.
Biz işığa aldanırıq və qaranlığın nə olduğunu danıb, ona qara yaxmağa başlayırıq. Bızım başlanğıc yolumuz, hər nəyin mahiyətini bizə düzgün göstərən qaranlığı məhv etməklə başlayir. Biz başlayırıq, əlimizdə işıqdan başqa heç bir sılah olmur. Qaranlığa ğalib gəlirik, ancaq hər nəyi işığın içındə itiririk.
İtmək insanı zavala sarı aparır. İnsan zavaldan can qurtara bilmir. Zurnasını götürüb bütün var gucu ilə piləyir.
Qaranlıq və işıq! Görəsən bizim milyonlar il sürdüyümüz həyatı hansı qurtaracaq. Qaranlıq qorxunc olsa da, ürəyi yumuşaqdır. İşıqda olan gözəlliklər əbədi ola bilməz. Əbədiyət qaranlığın içındə yerləşə bılr. 

Комментариев нет:

Отправить комментарий