18.07.2013

500 sərhədçi və 150 sərhəd iti


Ukraynanın Çerkaşina ərazisində qoyulmuş bu abidə İkinci Dünya müharibəsi zamanı faşist alayı ilə əlbəyaxa döyüşən sərhədçilərə və 150 sərhəd itinə həsr olunub. Dünya müharibələri tarixində insanlar və itlər arasında baş tutmuş bu yeganə döyüş Ukraynanın mərkəzində baş vermişdi. 500 nəfər sərhədçidən ibarət dəstə bütöv alman alayına qarşı vuruşurdu, qüvvələr qeyri-bərabər idi.
Almanların növbəti hücumu zamanı gərgin anda mayor Lopatin sərhədçilərə və itlərə faşistlərlə əlbəyaxa döyüşmək əmri vermişdi. Bu sonuncu ehtiyat idi. Bu son döyüşdə 500 sərhədçinin hamısı,itlərin çoxu ölmüşdü. Sağ qalmış itlər isə,şahidlərin sözlərinə görə, sona kimi öz bələdçilərinə sadiq qalmışdılar. Onlar öz sahiblərinin yanına uzanıb heç kimi onlara yaxınlaşmağa qoymurdular. Onlardan bəziləırini almanlar güllələmişdilər, yerdə qalanlar isə yeməkdən imtina edərək döyüş meydanında öımüşdülər.
Döyüşdən sonra almanlar öz adamlarının meyitlərini yığıb aparmışdılar, kənd sakinlərinə isə sovet əsgərlərini basırmağa icazə vermişdilər.
Abidənin üzərində bu sözlər həkk olunub: “Ayaq saxla və baş əy. 1941-ci ilin iyulunda burada Kolomıy sərhəd komendaturasının döyüşçüləri düşmənə qarşı son hücuma qalxıblar. 500 sərhədçi və onların 150 xidməti itləri bu döyüşdə qəhrəmancasına həlak olublar. Onlar andlarına, doğma torpağa əbədi sadiq qaldılar”.

Azərbaycan ekososialistləri - Eco-socialists of Azerbaijan

Комментариев нет:

Отправить комментарий