29.07.2013

Aldanmış Nobellilər

Vasif Əlihüseyn

Biz də sürücülərin, yolu keçərkən sənə yol verməsi onlardan qışda qar almaq kimi təsəvvür edilməyəcək qədər çətindi.  Bu faciəni yaşayan sakinlərdən biri də Nobel prospekti sakinləridi ki, prospektə yol qəzasından ölən və yaralananların sayı kifayət qədərdi. Yaxşı xatırlayıram iki il bundan öncə yolu keçmək istəyən Ənvər dayını “Mercedes” markalı maşın elə vurdu ki, özündən təxminən iyirmi metr uzağa tulladı. Ənvər dayı elə yerindəcə keçindi. Qaçıb Ənvər dayını qucağıma götürüb yoldan çıxarmaq istəyəndə qollarımın arasında saxlaya bilmədim. Ayaqları sınıq-sınıq idi, sallanırdı...

Bu ölüm mənə çox təsir etdi, çünki Ənvər dayını maşın vurmasaydı onun hələ ki, ölmək fikri yox idi. Bədəncə çox sağlam idi. Hadisədən kədərlənib hələ Ənvər dayıya bir şeir də yazmışdım: "Ənvər dayının
xatirəsinə..."          

Ağaclar sarvansız
dəvə karvanı tək,
pozub nizamını,
Ənvər dayı!

Kimsəsiz  uşaq kimi,
su dilənir keçənlərdən
həyətdəki alma ağacı.

Mən şahidiyəm
əzrayılın qucağına
qaçdığın günün.

Düşdüyün
dayanacaqdan keçirəm
yoxluğuna,
salam verərək.

Doğrudan da o, gündən hər dəfə bu yolu keçəndə Ənvər dayını xatırlayıram və yoxluğuna “Salam” verirəm.  O, vaxtdan üzü bu yana çoxlu avtomobil qəzaları olub, sadəcə mən onların hamısını sadalamaq niyyətində deyiləm.
Bu qəzalardan ən çox ziyan görən Nobel prospekti 67 də yaşayan Belinski küçəsinin sakinləridi. Çünki, bir ay öncə daha bir sakinin avtobil vuraraq qıçını qırması onların yuxarı qurumlara bir daha müraciət etməsinə səbəb oldu.  Əvvəllər sakinlər bir çox yerlərə müraciət etmişdilər, amma nəysə reaksiya verilməmişdi. Bu dəfə isə sakinlər daha dolğun şəkildə imza toplayaraq Daxili İşlər Nazirliyinə və Azəryol servis şirkətinə müraciət etdilər. Çox keçmədi ki, cavab gəldi, özü də müsbət. Azəryolservisin əməkdaşları “Bəh-Bəh club”unun qarşısında piyada keçidi işarləri yerləşdirdilər. Bir həftə sonra isə yola piyada keçidi zolağı çəkildi. Bunun sevincini isə sakinlər cəmisi heç bir həftə yaşamadılar. Gecəylə piyada keçidi işarələri götürlərək, piyada zolağının üstü isə asfaltlandı. Bunun kimlər tərəfindən edildiyi isə, hələ də sual altındadı. Sakinlər indi yenidən müarciətlərə başlayıblar ki, yol piyada keçidi bərpa olunsun, amma hələ ki, xəbər yoxdu. Gözləyək görək nə olur.

Комментариев нет:

Отправить комментарий