23.07.2013

“Yaxşı inşa yazısı yazırlar, vəssalam, başqa bütün məsələlərdə lomdurlar”

Yazıçı-jurnalist İbrahim Sel ilə müsahibə

İbrahim Sel: “Elə kitablar var ki, onları oxumaqla bir institutun verə bilmədiyi informasiyanı alırsan”


“Azərbaycan publisistikasında Həmid Herisçi, Mayis Güləliyev, Rövşən Novruzoğlu, Yaşar Əhmədov kimi araşdırmaçıları avtoritet hesab edirəm”


“Ortastatistik azərbaycanlı yazarı intellektual görünməyin yolunu dini söyməkdə görür”



-İbrahim Sel, Sən kimsən?
-Mən zərgərəm. Sən bilirsən? Professional Oxucu Liqasının rəhbəriyəm Azərbaycanda. Professional oxucu bilirsən nədir, canım? Belə sakit dayanmağıma baxma, razobratsa edirəm nə nədir. Yazı-pozu sahəsini deyirəm. Yaradıcılığı siz demişkən. Günorta feysbukda rus dilini bilməyənlər üçün yazmışdım ki, elə kitablar var Azərbaycanda, onları oxumaqla bir institutun verə bilmədiyi informasiyanı alırsan. Dostlar soruşurlar ki hansılardır, aydınlaşdırıram. “Qanun” nəşriyyatı buraxıb: “Sion müdriklərinin protokolları”, Con Kelmanın “Komitet 300” kitabı, professor Lənbəlinin tərtib etdiyi “Masonluq” toplusu, Sultan Məmmədovun “Masonluq” kitabı, Rövşən Novruzoğlunun konspiroloji kitabları və “Mayn kampf”. Allaha şükür, bunlar hamısı azərbaycancadır, alıb oxumaq olar. Və əlbəttə ki tezliklə çapdan çıxacaq mənim “Amerikançılıq nədir” kitabım))

-Niyə feysbukda paylaşdıqlarınızın çoxu kobudluqlarla doludur?
-Sizin dərin ağıl sahibi hesab etdiyiniz kəs hansıdır? Ortastatistik azərbacanlı yazar öz suallarına cavab axtaranda internetdəki intellektual bazada qurdalanıb orada müəmmalı söhbətlərdən başqa bir şey tapmır. Başına girmir. Standart azərbaycanlı oxucu isə daim həyat burulğanlarının içinə düşüb dayanmadan fırlanır və bu yolla özünəməxsus ağıl yükünə yiyələnir. Professor Stoleşnikov antiqlobalist cəbhədə barrikadalardan bəri üzdə dayananları iki hissəyə ayırır: qoy və novoqoy. Novoqoy, rusca yeni qoylar -formalaşmış, kifayət qədər məlimatlanmış insanlar- bizim məqsədimiz məhz onları yetişdirməkdir. Ağıllı həmişə axtarır, oxuyur, mükəmməlləşir. Dəliyə onsuz da heç nə lazım deyil, onunçün elə həmişə bayramdır. Bunu korluğuna baxmayaraq Homer də aydınca görmüşdü və demişdi: “Həyat hadisələrini ağıllılarla bərabər dəlilər də seyr edir”. Professional Oxucu Liqası olaraq biz daim yeni intellektual informasiya axtarır, tapır və auditoriyamızla bölüşürük. Həqiqəti üzə çıxarırıq, xalqa çatdırırıq. Gözəlliyin altında eybəcərlik, zənginliyin altında zavallı yoxsulluq, mühakimə olunmağın altında şərəflilik, alimliyin altında cahillik, qüdrətliliyin altında miskinlik, xeyirxahlığın altında rəzillik, şənliyin altında kədər, müvəffəqiyyətin altında uğursuzluq, dostluğun altında düşmənçilik, mənfəətin altında zərər gizlənib. Ola bilsin statusumuz kiməsə olduqca fəlsəfi görünəcək və anlamaqda çətinlik çəkəcəklər. İcazə verin daha kobud və daha sadə dildə danışaq. Akademizmdən uzaq olmağa çalışırıq, mətnlərimiz sadə pedaqoji dildə xalqa çatdırılır. Əgər oxucunun könlü hərisliklə dolu deyilsə, acgözlüklə yeni-yeni informasiya axtarmırsa oxumağa, mükəməlləşmirsə, onda ömrünün axırına qədər kasıbların ən kasıbı kimi yaşayacaq. Bütün bunlar azmış kimi o təbiətcə çoxlu azərbaycansayağı qüsurlarla da doludursa, onda vay onun halına! Deməli o həm də ən böyük nifrətə layiq kölədir. Biz insan yetişdirmək istəyirik. Bizim paylaşmalarımıza məhz bu mənəvi tərəfdən yanaşıb mühakimə yürütmək lazımdır. Zənnimcə fikrimi düzgün çatdıra bildim.

-Axı siz öz pessimist fikirlərinizlə xalqı qorxudursunuz. Bu pessimist fikirlərlə camaatı qorxutmayın. Ancaq şər quvvələri qeyd edirsiz.
-Xeyr, şər quvvələri heç vaxt yaddan çıxarmayaq. Biz bəlanın köklərini daim diqqətdə saxlayırıq. Hitleri meydana atanlar, Stalini nəzərə almalıdırlar. Təsir əks-təsirə bərabərdir. Sadəcə insanlar tamamilə inanmirlar ki, doğrudan da şeytan quvvələri o qədər güclüdür. Savadlı qabaqdakılar insanların gözlərini açmalıdırlar. Onlar da mismar əvəzinə nala vurmamalıdırlar.

-Azərbaycanın müstəqilliyinə münasibətiniz tez-tez etiraz doğurur, bəzi dairələrdə birmənalı qarşılanmır...
-Türkün başında ari-slavyan duranda güclü olur. Bizim xoşbəxtliyimizdir ki, bu iki kosmik irqin təhlükəsizlik çətiri altında olmuşuq, təmas yatarmışıq. Ruslar bu üzü sivilləşdirdi, farslar o üzü. İud əsarəti altında olsaydıq, çoxdan məhv olmuşduq. Bizim bəxtimiz onda gətirib ki, İran ilə qonşu olmuşuq, İsrail ilə yox. Bizim bəxtimiz onda gətirib ki, 70 il Sovet İttifaqının tərkibində olmuşuq. Türkiyəyə baxın, cühud-sabetayist əlində zülm çəkir, 85 faiz əhalinin evi yoxdur, 80 faiz əhali yazıb oxuya bilmir, hər 2 nəfərdən biri də rakdır. “Biz şahsevən xalqıq” deyirlər. Bu ifadəyə fikir verin. Bu əslində o deməkdir ki, biz ariləri sevmişik, onlara qulluq etmişik, onların patronajlığı altında yaşamaqdan həzz almışıq. Daha iddia edildiyi kimi biz ariləri qırmamışıq, nə də onların bizə düşmən münasibəti olub. Bizi arilərlə düşmən elə 1970-lərdə iudeylər hakimiyyətə gələndən sonra ediblər. Əvvəl ermənilərlə qırdırdılar bir-birimizi, sonra ruslara keçdik, indi də farslara püskürdürlər. İudeylərin əlində oyuncağa çevrilmişik. Biz şahsevən olanda güclü olmuşuq həmişə, özünə dön türk! Propoqandaya aldanma! Yaşasın türk-slavyan-ari qardaşlığı! Kahr olsun İuda!

-Müasir Azərbaycan yazıçısının səviyyəsi sizi qane edirmi?
-Ortastatistik azərbaycanlı yazarı intellektual görünməyin yolunu dini söyməkdə görür! Nə gündəsən niyaməddin?! Soros bu ölkədə tam iş aparıb, nəticə əldə etməsə də, virusları qalıb. Feysbuk istifadəçisi olan istənilən oxucu Aqşin kimilərdən qat-qat savadlı, məlumatlı və düzgün fikir yürüdəndir. Hələ o biriləri demirəm, horadiz çobanı Seymur və döşünü göstərməklə gündəmdə qalan Güneldən heç danışmağa dəyməz. Liberast yığını! Maksim Şevçenke deyirdi ki, liberallar- heyvan sürüsüdür! Ortastatistik feysbuk oxucusu onlardan qat-qat savadlıdır. Sadəcə bunların yaxşı filolojisi var, yəni bizim ədəbi kriteriyalarla desək yaxşı inşa yazısı yazırlar, vəssalam! Başqa bütün məsələlərdə lomdurlar.

-Azərbaycan jurnalistinin maddi vəziyyəti niyə belə acınacaqlıdır?
-Bilirsən, kürd bölgəsindən olan yazar həftəyə 4-5 köşə yazır və aya 2 min, 3 min manat qazanır. Yerliləri onu yaxşıca dolandırır və müsahibəsində deyir ki, “öz qələmim hesabına qazanıram”. Mən həftəyə internetdən 3 kitabın materialını oxuyuram. Təkcə bir həftə ərzində zarubezhom.com saytından 300 min şriftlik bir lenti oxuyuram, hələ bu sayt boyu müşayiət olunan linkləri demirəm. O gün solçuların məşhur bir saytından 1 milyon 300 min şrift həcmində material götürdüm ki, nədi-nədi oxuyub ordan 3-4 qəzet səhifəsi yazı hazırlayım. 1 qəzet səhifəsi material hazırlamaq üçün onlarla mənbəni ələk-vələk etməli olursan, bunlarsa Markesin cəfəngiyyatlarını oxuyub necə köşə yazarı olur, başım çıxmır. Onlarla mənbəyə əl atıram ki, oxucuya nəsə tutarlı, yeni informasiya verim, onu gündəlik eşitdiyi demaqogiyadan uzaq tutmağa çalışım. Azərbaycan publisistikasında Həmid Herisçi, Mayis Güləliyev, Rövşən Novruzoğlu, Yaşar Əhmədov kimi araşdırmaçıları avtoritet hesab edirəm, qalanları Ekonu altıvolt oxuyub ortaya düşənlərdir. Bunlar burnundan uzağı görməzlər, amma adlarını politoloq qoyub xalqa gen-bol moral oxuyarlar.

-Nəyə görə tanınmış yazarların bir çoxu sizi dostluqdan çıxarıb?

-Çox gözəl, qardaşım, şadam ki buna diqqət yetirmisən. Mən professional oxucu liqasının rəhbəriyəm, işim elə çoxlu oxumaqdı kitablardan və saytlarda eşələnməkdi, yeni-yeni şeylər gətirməkdi Azərbaycana. Və əlbəttə öz mövqeyim də var, yəni ancaq öz maraq dairəmdə olan sahələrlə məşğulam. Elə vaxt olur oxuduğum hansısa maraqlı məqalədən bir sətir paylaşıram, fikir rəngarəngliyi də bununla əlaqədar ola bilər. Bilirəm bəzən kimisə qane etmir, kiminsə öz fikri var bu barədə, həmin məsələyə öz baxış bucağı formalaşıb, olsun, amma cavabım belədir. Nəzərə alın ki, əgər bir yazar məni dostluqdan çıxarırsa, əvəzində on oxucu dostluq göndərir. Məni yazar yox, oxucu maraqlandırır. Oxucu dediikdə öz oxucumu yox, ümumiyyətlə feysbuk oxucusunu- istifadəçini nəzərdə tuturam. Mənim ruh aldığım insanlar Abgül Süleymanov, Saşa Severnıy, Mamuka Mikeladze kimi oğlanlardır. Bəs onlarkı kimlərdir? Axırıncı dəfə oxuduğum eramizdan 200 il əvvəl yazılmış “Manu qanunları” olub. Bəs siz nə oxumusunuz? Şalvarına qaçırdan Bukovskini? Ya Göteni? Soros fondunun maliyyə dəstəyi ilə buraxılmış iki kitabı oxuyub düşürlər ortalığa, başlayırlar əllaməlik eləməyə! Çoxları heç bir xarici dil bilmir, ona görə də yarımçıqdırlar. Tatyana Qraçeva, Duqin, professor Stoleşnikov, Konstantin Petrov, Jdanov, Proxanov, Aleksey Trexlebov, Leonid İvaşov, Nikolay Levaşov, Maksim Şevçenko, Konstantin Sivkov, Evqeniy Novikov, Serqey Sall, Qalina Çaryova, Qeorqiy Sidorov, Starikov, Panarin, Yulius Evola, Yurgen Elzesser, Loran Lui, Eduard Xodos, Devid Ayk, Devid Dyuk, Aleks Cons, Naom Çomski, Heydər Camal, Nasir Purpirar, Əliəkbər Raefipur, Alparslan Kuytul kimi dünyaca ünlü fikir dühalarının heç birini bizimkilər tanımırlar. Çoxları heç bu adamların adını da eşitməyiblər. Dünyadan xəbərləri yoxdur. Bəşər taleyi üçün həlledici nəzəriyyələrin heç birindən anlayışları yoxdur, oxuduqları maksimum Stefan Şveyq, Markes, Eko kimi yəhudi purqalarıdır. Cərəyanlar o yana qalsın, bu bədbəxtlər evreonal, pansionizm, reptiloid, iverlər, iveroalienlər, ayurveda, annunaki, inuaki, iudey, xazariyya kimi qlobal əhəmiyyətli sözlərin heç mənasını belə bilmirlər. Dünya mətbuatı üçün adi olan bu sözlərdən nəinki yazarların, heç “Azadlıq” və “Yeni müsavat” kimi sanballı qəzetlərimizin səhifələrindən xalqa politologiya dərsi keçən jurnalistlərtimizin belə xəbərləri yoxdur. Mən belələri ilə nə danışacam, nə izah edəcəm, nə anladacam? Hələ mən kriptojid, poluiver kimi qarışıq anlayışlardan danışmıram. Həmişə deyilib, yenə də təkrar edirəm ki, əsas məsələ cəmiyyətdə gizli Xazariyyanı tanımaqdı. Bizim kötüklər qulaqlarının dibində əli şəriətini oxumazlar, okeanın o üzündə şalvarını islatmağından yazan bukovski kimi boş iud fintikuruşları ilə pontovat eləyərlər. Məşədi İbad “Tarixi-Nadir”i yarıyacan oxuya bilmişdi, bu bədbəxtlər heç onu da oxumayıblar! Bax, mən bir dəfə tarixçi-alim, arxeoloq Rəşid Əsgərovla həmin o boqların şəhərini tapmışdım. Bəcrəvan- Boqrəvanın xarabalıqlarında olmuşdum. Boqrəvan- Allahlar şəhəri deməkdir. Qədim Azərbaycanda çoxlu dövlətlər olub, onlardan birinin də paytaxtı Boqrəvan olub. Ari şahları dünyanın hər yerindən axışıb andiçmə mərasimlərini orda keçirərdilər. Onlar orda özünəməxsus, indiki şərablardan qat-qat fərqli effekti olan, nardan çəkilmiş haoma şərabı içib öz razborkalarını aparardılar. Qanunları da onlar yaradıblar. Heç tarixçilərimizin bunlardan xəbəri yoxdur. Mən də öz Azərbaycanımla fəxr edirəm, amma onlar kimi yox, onlar başa düşən anlamda yox! Onu da deyim ki, bizim tarixçilərin ümumiyyətlə qədim Azərbaycan ərazisində mövcud olmuş, bizim coğrafiyaları da ağuşuna almış Tərtər, Klıkiya, Xazariyya, Muğan, Aran, Kazak, Bulqar, Parsey, Arenşəhrzər, Elam, Van, Xıl, Sak kimi möhtəşəm dövlət-sivilizasiyaların heç birindən xəbərləri yoxdur. Azərbaycan xalqı öz ərazisində at oynatmış qal, gel, qot, sak tayfaları haqqında çox az məlumatlıdır, hansı ki bunlar qədim dünyanın ən möhtəşəm tayfalarıdır. Çoxları bilmir ki, qədim Albaniya dövlətində iki xalq yaşayıb: firənglər və slavlar. Atlantida Azərbaycan ərazisində olub, bunu heç sübut etmək də lazım deyil, çox sadə detallarla izahı var, amma biz o nəzəriyyəni hansı Azərbaycan alimi, tarixçisi ilə birləşib, hazırlayıb dünyaya çatdıracayıq? Keçmişdə Azərbaycanda 3 məşhur od vardı. Bunlar ruhani təbəqəsinin odu olan Azərfərinborq, əkinçilərə məxsus olan Azərbərzinmehr, şahlara məxsus olan Qoşnəsb odları idi. Mən tezliklə “Amerikançılıq nədir” kitabı buraxacam, sonra “Azərbaycan ədəbiyyatı tarixi”, ardı gələcək. Ondan sonrakı kitab olacaq “Qədim Azərbaycan tarixi”, orda bu məsələlərin hamısına toxunulacaq. Məhz bu cür məlumatsızlıqdır bizim siyasiləri də, aktivistləri də zəlil edən, yarımçılıq edən! Zəlimxan aponun yazdıqları əsasında tarix öyrənirlər. Onların bildikləri, möhtəşəm tarixin yalnız kiçik fraqmentləridir, sönük qırıntılardır. Bu cür yarımçılıqlara nə başa salasan, nə polemika edəsən? Feysbuk istifadəçisi olan yazar, ya jurnalist hətta ən adi beyin yuyulması metodu olan astroterfinqin nə olduğunu bilmirsə, mən onunla nə diskussiya edim? Qoy getsin öz tayını tapsın, sürüyə qoşulub gülə-bülbülə şeir yazsın.

Hazırladı: Misir Əsgərov

Комментариев нет:

Отправить комментарий