22.07.2013

Günel Treu - Səhraya bənzəyir sevgin


Səhraya bənzəyir sevgin,
nə ucu var, nə bucağı.
Mənə qollarını acan,
nə tez soyudu qucağın?

Bu yolda yerimək cətin,
ayağımı qum aparır.
Dizüstə cöküb qalmışam
qoyma, məni qəm aparır.

Gəl məni bu yerdən qaldır,
ürəyimdə qan tükəndi.
Bəlkə mənim sevgim –
                          Sənin
göydən düşən son tikəndi?...


Ruhum səndə cıxıb, gedib
cismim cəhənnəmdə yanır.
Sənə bürünmüş ürəyim,
nə söz bilir, nə söz qanır!...

Məndən asılıb qalmısan
mən çəkə bilmirəm səni.
Ürəyim məndən utanır,
ağlayır saçımın dəni.

Gözəl dediyin gözlərim,
insafmı yollarda qala?
Biri desin gələcəysən
sarılım sən gələn yola...

Комментариев нет:

Отправить комментарий