Nanənin yeməklərə ləzzət verməsi ilə bərabər şəfalı xüsusiyyətlərinin də olduğunu, hətta həzmsizlikdə nanə və limonu qaynadıb içməyin ilk ağla gələn ev dərmanı olduğunu deyən Dr.Vüqar İsmayılzadə, "apardığımız xalq dərmanı araşdırmalarında müxtəlif yabanı nanə növlərinin yarpaq və uçucu yağının türkəçarə kimi istifadə edildiyini gördük. Nanə çay halında xüsusilə mədə ağrıları, soyuqdəymə kimi xəstəliklərdə istifadə olunur. Xalq arasında isə nanənin uçucu yağına "nanə ruhu" adı verilib", - söyləyir.
Şəfası Avropa Dərman Təşkilatı tərəfindən qəbul edilib
Nanə çayının faydalarını vurğulayan Dr.Vüqar İsmayılzadə, "bitki çaylarında və əczaçılıqda istifadə edilən nanənin elmi adı "Mentha piperita"dır.
Digərlərindən ayırmaq üçün bu nanəyə "tibbi nanə" deyirik. Tibbi nanəni əkirlər və qurudulmuş yarpaqları çay kimi istifadə edilir. Bu çayın ürəkbulanması, həzm problemləri kimi narahatlıqlarda istifadə edilə biləcəyi Avropa Dərman Təşkilatı tərəfindən də qəbul olunub. Bir çox elmi kitabda bu bitkidən yelqovucu, həzm sistemindəki sıxılmaları azaldıcı, öd ifrazatını artırıcı kimi də istifadəsi məsləhət görülür. Son illərdə ağrıkəsici təsirlərinin olduğu və xüsusilə radioterapiyada radiasiyanın zərərli təsirlərindən dərini qoruması da araşdırmalarla isbat olunub. Qısası tibbi nanə şəfalı, faydalı bir bitkidir", - deyə bildirir.
Bitki çaylarındakı nanə - "Tibbi nanə"
Nanə çayının təsiri yarpaqdan suya keçən mentol, fenolik turşular və flavonoit ümumi adı verilən maddələr tərəfindən yaranır. Tibbi nanənin şəfalı təsirlərindən faydalanılması üçün təkliflər səsləndirən Dr.Vüqar İsmayılzadə, "nanə yarpağı ya şəkildə, ya da oxşar təsirlərə sahib başqa bitkilərlə qarışıq halında istifadə edilir. Bu şəkildə hazırlanmış paket bitki çaylarından bir ədədini stəkana qoyub üstünə qaynar olmayan (çox qaynar olsa qoxulu maddəni itirə bilərsiniz) su əlavə edib 5 dəqiqə saxlayıb içsəniz, rahatlaşdığınızı hiss edəcəksiniz. Nanə çayı içmək üçün mədənizdə narahatlıq hiss etməyi gözləməyin, digər şəfalı təsirlərindən faydalanmaq üçün nanə çayını daha tez-tez içməkdə fayda var," - deyə vurğulayır.

Комментариев нет:
Отправить комментарий