Nuray Nur
Kirpiyini eylə qələm,
Göz yaşınsa mürəkkəbin.
Deyəcəyin sözlərini
Gözünə yaz.
Nə dodağın tərpənməsin,
nə də dilin.
Sus, duymasın yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danış!
Ürəyin də çırpınmasın,
az təlaşlan.
Nəfəsin də gedib gəlsin
sakit, aram.
Qəhərini tutammasan səssiz ağla.
Sus, duymasin yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danış!
Toxunsunlar barmağıma
barmaqların kəpənək tək
Tərəddüdlə, hürkək-hürkək.
Mən diksinim bu təmasdan,
sığışmasın köksə ürək.
Dodaqların çaşıb nəsə pıçıldasa
Sipər olsun ona əlim
Və yalvarsın
ele həmin pıçıltıyla sənə dilim
Sus, sus duymasın yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danı!
Elə sus ki, sükutunla mənə qarış!
Kirpiyini eylə qələm,
Göz yaşınsa mürəkkəbin.
Deyəcəyin sözlərini
Gözünə yaz.
Nə dodağın tərpənməsin,
nə də dilin.
Sus, duymasın yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danış!
Ürəyin də çırpınmasın,
az təlaşlan.
Nəfəsin də gedib gəlsin
sakit, aram.
Qəhərini tutammasan səssiz ağla.
Sus, duymasin yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danış!
Toxunsunlar barmağıma
barmaqların kəpənək tək
Tərəddüdlə, hürkək-hürkək.
Mən diksinim bu təmasdan,
sığışmasın köksə ürək.
Dodaqların çaşıb nəsə pıçıldasa
Sipər olsun ona əlim
Və yalvarsın
ele həmin pıçıltıyla sənə dilim
Sus, sus duymasın yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danı!
Elə sus ki, sükutunla mənə qarış!
Комментариев нет:
Отправить комментарий