19.07.2013

Bizim "Sevgililər Günümüz" ölüb

Zamiq Zərdabi

Bizim "Sevgililər Günümüz" ölüb,
Bu gün düz beşinci il dönümüydü.
Hansısa sevginin doğum tarixi,
Hansısa sevginin ölüm günüydü.

Kimsə gül gətirir sevgilisinə,
Bir sevən ürəyi şad eləməkçün.
Bəlkə bu gün gedək qəbir üstünə,
Ölən sevgimizi yad eləməkçün.


Neyləyim çarəsi olmadı əlbət,
Gözünü yollara dikən, mən oldum.
Bu eşqi öldürən sən oldun, fəqət,
Ömürlük cəzanı çəkən, mən oldum. 

Комментариев нет:

Отправить комментарий