29.07.2013

Gedək Ağdama

Elşad Barat

Ağdam rayonunun işğalından 20 il keçir. Allah bizə səbr verməsin.

Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.

Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.


Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.

Комментариев нет:

Отправить комментарий