28.07.2013

Bir dar küçə

Omid Nəccari

Raana Zare üçün

Şəhərin min bir küçələrindən, bir dar küçə
Bombalar, qışqırıqlar
Raketlerin izləri qalir dar küçədə
Yenə qaça qaç
Dar küçədə birini gördüm
İstəyirdi Vinistonla şəhərə od vura
İstəyirdi geydini çixarıb yaxa bu küçədə
Birini gördüm İllər boyudur yağış altındadır
Kamiyon sürücüsüdür
Yükü nisgil Yükü qorxu
Yaralarının qanından bir fərş yapıbdır bu küçəyə
Nəfəsləri yorğun addımları ağır

Dar küçəyi ovcunda əzibdir
Sığdırıbdır 95 sayfaya!!!
***
Mən dayaz, Sən araz
Mən dözən, Sən süzən
Paramparça bəxt Aynamız
Qaydamızın hökmü kağız
Bizim əlimiz yoxdu heç
Bu gizli sevgidən keç
***
Çaxır Mənə Sevdalanıb
Baxır... 
Fağır Fağır İç Deyiri
İçərkən İçin də Bağır 
Yaz O, Yaz Dəftərini 
Kəpənəklər Keflənsin

Комментариев нет:

Отправить комментарий