Vəfa Mürsəlqızı
Gecə idi. Baş ucumda həkim vardı. İçimdə qaranlıq və boşluq. Qulaqlarımda sənin sözlərin "Qızım, sən zamanə adamı deyilsən" Həə... Anacan, mən zamanə adamı deyilmişəm.Bunu mənə dünən başqa biri də dedi. Kimdir günahkar? Məni hər bir havadan, iqlimdən, qan-qaraçılqdan, çirkabdan, pisliklərdən uzaq tutan sənmi? Yoxsa öyüdlərini qulaqardına vuran mənmi? Bu dünyaya 30 il yad olan qızın, birdən dünyanın qoynuna atıldı. Naşı üzgüçü kimi. Üzə bilmədi. Onu üzdülər. Düz dedi həmişə. Amma yalançısan dedilər. Ürəyi yandı- bəlkə də rol oynayır deyə şübhə etdilər. Ağladı- göz yaşlarında belə gizli bir sirr axtardılar. Bəlkə də onlardır günahkar.
Həkim sayır nəbzimi. 1- təcrübə, 2- yalan, 3-üncü pillədə yıxıldım. Bir boy qalxdım inamıma, ordan yıxıldım. Ax..... inamım nə qədər böyükdürsə o qədər də yüksəkdən düşdüm, ana.
Həkim sayır: 4-zərbə, 5-zərbə........ Davam edir və bitmir. Gözlərim qapanır. Həkim qorxur. Uşaqlarım isə yatır. Onlarla mənim aramda ölüm var. Amma mən qorxmuram. Ruhum ölmüş, cismim ölsə nolar?
Ana, niyə hər zaman sən yadıma düşürsən ağır anlarımda? Niyə?
Of.... bu nəhr nə bulanlıqdır, bu dünya nə qaranlıqdır, sevgilər də bir anlıqdır. Ana həkim qorxur. Axmaq həkim. Mən onsuz da doydum dünyadan. Bu dünyada nə var belə dörd əllə yapışmalı, ay qurban olum?
Gedin, xəyanətlərinizlə, cılız məhəbbətlərinizlə, çirkablarınızla. Cismimi bulaşdırdığınız çirkaba ruhum bulaşmayacaq. Anamın nəfəsi var ruhumda.
Yuxumda səni görüdüm, ana! Yadındamı, sən gedəndə mən ölmək istəyirdim Sonra mənə bir əl üzandı. Sənin acını unutdurmasa da, məni ölümdən aldı o əl. Məni qaldırdı, yaşatdı. Sonra, sonra ,
sonra........
Həkim sayır. Otaq dərman qoxuyur, yuxum dərman qoxuyur. Otaq karvalol. valokardin və sən qoxuyur. Mən özümə gəlirəm. Həkim sevinir, mən isə sevinmirəm.
Sanki başımın üstündəsən. Qorxma ana, mən ölməyəcəm. Mən güclü olacam, sənə söz verirəm. Daha üzülməyəcəm. Bu dünya bir dəryadır. Mən üzmək öyrənəcəm. Öyrənəcəm, öyrənəcəm, ÖY-RƏ-NƏ-CƏM!

Комментариев нет:
Отправить комментарий