Urmiyəli satirik yazar və şairlərin təşkil etdiyi “Çolpa” adlı şeir gecələri sırasında keçirilən ikinci böyük mizah(satira) ədəbiyyatı tədbiri 82 yaşlı tanınmış satirik şairi Marağalı Kəriminin yaradıcılıq gecəsinə həsr edilib.
Publika. Az İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, müxtəlif şəhərlərdən gələn tanınmış şair, yazar və incəsənət xadimləri, habelə Qərbi Azərbaycan vilayətinin bəzi məsullarının iştirakı ilə keçirilən tədbirdə Marağalı Kəriminin əsərləri və yaradıcılığı ilə bağlı çıxışlarla yanaşı, satirik şeirlər oxunub və aşıq mahnıları ifa edilib.
“Marağalı Kəriminin satirik şeirlərinin əsas mesajı insanları yaxşılıq etməyə, pisliklərdən isə uzaq durmağa çağırmaq olub. Kərimi ustad Şəhriyar kimi dil və mədəniyyətimizin genişlənməsində böyük rol oynayıb. Onu azərilərin yaşadığı bir çox ölkədə tanıyırlar,” deyə mərasimin təşkilatçılarından olan Mustafa Quluzadə Əliyar söyləyib.
Marağalı Kərimi xalq arasında mərhum ustad Şəhriyar və Dədə Katib kimi məşhur şairlərlə eyni səviyyədə geniş şəkildə tanınıb, sevildiyi üçün Azərbaycan vilayətlərində bəzi dövlət məsullarının da hörmətini qazanmış şəxsiyyətlərdəndir.
Azərbaycan və fars dillərində yazan tanınmış şairin bu günə qədər 37 şeir toplusu işıq üzü görüb. Onun satirik şeirlərinin çoxu altı cildlik məşhur "Rəngarəng" kitabında yayılıb.
“Gülüş ve sevinc qonaqlığı” mesajı daşıyan "Çolpa" şeir gecələri İslami Təbliğat Birliyinin incəsənət dairəsinin dəstəyi ilə təşkil edilir.

Комментариев нет:
Отправить комментарий