16.02.2014

KOMİTET 300: DÜNYA HÖKUMƏTİNİN SİRLƏRİ -1

I yazı: Məqsədyönlü, planlaşdırılmış şəkildə hər şey dəyişdiriləcək– İnsanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş, mentaliteti və şüur, insan davranışının təbii və ənənəvi stereotiplərinədək

 Oxucuların diqqətinə təklif olunan bu yazı Bəşəriyyətə qarşı açıq-aşkar düşmən qüvvələrin dağıdıcı fəaliyyətini qərəzsiz, obyektiv və dəlil-sübutlu şəkildə işıqlandırır. Fərdi məqsədlər güdən bu qüvvələrin taktiki vəzifələrindən biri, çoxlarına “Yeni Dünya Nizamı” adı altında bəlli olan qlobal idarəçilik və nəzarət sistemi vasitəsilə dünya miqyasında insanların əsarətə alınmasını təşkil edir. Yazımızın bu hissəsi Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, polkovnik Con Kelmanın “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” adlı kitabının materialları əsasında hazırlanmışdır.
 Kitabda çox zəngin faktiki material əsasında bu qlobal ideyanın icraçılarının təşkilati-sosium strukturu, cəmiyyətin idarə edilməsi, insanların fərdi və kollektiv şüuruna təsir göstərmək üsulları, insanlarla manipulyasiyanın miqyasları, əhatə dairəsi, Göbbelsin heç yuxusuna belə girməyən aqressiv informasiya-təbliğat fəaliyyətinin metodları açılır, sirli və çağırılmamış gələn dünya hökuməti tərəfindən həyata keçirilən ən aşkar cinayətləri sadalanır.
 Təxribatın miqyasları dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət yalnız ictimai səviyyədə həyata keçirilməmiş, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılmışdır. Dəyişdirmək prinsipi bu qüvvələr tərəfindən öz dağıdıcı fəaliyyətlərinin əsası kimi götürmüşdür. Məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə hər şey dəyişdirilir– İnsanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş, insanların mentaliteti və şüuru, insanın davranışının təbii və ənənəvi stereotiplərinədək hər şey dəyişdirilir. Bununla yanaşı müəllif gözə çarpmamağa və cəzasız qalmağa imkan verən əsas qanunauyğunluğu çox dəqiq qeyd edir– bu qanunauyğunluq Bəşəriyyətin düşmənlərinin həyata keçirdikləri dəyişikliklərin tədriciliyi və gözə çarpmamasıdır. Fasiləsiz destruktiv fəaliyyətin Bəşəriyyət üçün törətdiyi neqativ nəticələr uzun illərdən və onilliklərdən sonra özünü büruzə verir.
 Kitabın məzmunundan birmənalı nəticə çıxır: “demokratların” və “liberalların” bizi ciddi-cəhdlə daxil etmək istədikləri Qərb cəmiyyəti hazırda özünün bütün sahələrində, eləcə də ilk növbədə siyasi-dövlət quruluşu daxil olmaqla, vahid mərkəz tərəfindən yaradılan, idarə olunan açıq və bağlı (gizlin və məxfi) təşkilatlardan, kütləvi informasiya vasitələrindən və digər strukturlardan ibarət ümumdünya şəbəkəsinin tam nəzarəti altındadır– müəllif bu mərkəzi “Komitet 300” adlandırır. Bu təşkilat Şərq və Asiya cəmiyyətlərinə artıq sözəbaxan “nökər” rolu ayrılmışdır, odur ki, indi bütün dünya onun ayağı altındadır.
 Bu kitab Rusiyada və MDB ölkələrində baş verən hadisələrlə bağlı oxucularımız üçün xüsusilə aktualdır, Qərbdə, ümumiyyətlə bütün dünyada vaxtilə səs-küy salmış hadisələrlə hazırda Rusiyada baş verənlər arasında çoxsaylı paralellər, analogiyalar aparmağa imkan verir. Rusiyanın və keçmiş SSRİ ölkələrinin ümumdünya maliyyə-iqtisadi, “demokratik” ideoloji sisteminə “daxil edilməsi” kənardan genişmiqyaslı təsirlərə, insanların şüurunun manipulyasiyasına və “dünya hökumətinin” agentlərinin bizim xalqlarımızı idarə etməsinə yol açdı. Kitab vətənpərvər ruhda olan oxucunun şüurunu müəyyən yüksəkliyə qaldıraraq, müasir dövrdə və yaxın keçmişdə baş verən bir çox hadisələrə və təzahürlərə sistemli və kompleks şəkildə, necə deyərlər, “quşun uçduğu yüksəklikdən” baxmağa imkan verir.
 Müəllif öz mövqeyini gizlətmir– Amerikada yurd salan ilk ağdərili sakinlərin ingilis-sakson, protestant, azadlıqsevər və müəyyən dərəcədə hətta qiyamçı ruhu kitaba sirayət etmişdir, bu mənada o, sözsüz ki öz ölkəsinin və xalqının patriotudur. Lakin milli maraqların müdafiəsinə yönəlmiş olan elə həmin bu niyyət onu həm də məhdudlaşdırır: problemə ali, həqiqətən də qlobal səviyyəli baxış müəllif üçün əlçatmaz olmuşdur. Həqiqət isə ondadır ki, tamamilə məxfi Komitet 300-ün (söz düşmüşkən, müəllif onu ali nəzarət orqanı adlandırır– sual meydana çıxır: nəyin və ya kimin nəzarəti?) arxasında həqiqətən də gizlin, qüdrətli və Bəşəriyyətə qarşı son dərəcə düşməncəsinə köklənən qüvvələr mövcuddur. Bu qüvvələr ötəri forma və təşkilati strukturlara bağlı deyildirlər, onlar üçün Komitet 300-ün özü və ona daxil olan, onun nəzarət etdiyi çoxsaylı təşkilatlar da pərdə, onların qeyri-insani planlarının həyata keçirilməsi üçün əlverişli və zamanında yaradılan formadır. Tarix göstərdiyi kimi, bu gizlin qüvvələrin ələkeçməzliyi məhz elə onların dəfələrlə nümayiş etdirilən formanı konkret həyati, tarixi-sosial və digər şəraitlərə münasibətdə asanlıqla dəyişmək qabiliyyətindən ibarətdir.
 Gizlin qüvvələrin fəaliyyətinin müasir formalarının, təşkilati strukturlarının təsvir olunmasından və onların fəaliyyətlərinin metodlarından tutmuş, Bəşəriyyətin düşmənləri tərəfindən onun üçün hazırlanan sonrakı inkişaf yolunun uzunmüddətli planlaşdırılmasının və proqramlaşdırmasının müəyyən edilmiş aspektlərinə qədər– sözsüz etiraf edilməlidir ki, bütün bunlar müəllifin xidmətidir. O da dəyərlidir ki, müəllifin söhbəti– bu, Amerika cəmiyyətinin, bütün Qərb dünyasının qalası və mərkəzi oxu olan bir cəmiyyətin daxilindən gələn şahidlikdir.
 Kitab bir çox hallarda dərin düşüncələrə, gerçəkliyin yenidən dərk olunmasına təkan verən vəsait kimi qəbul olunur, nəhayət, vətənpərvər və müstəqil düşüncəli insanları fəaliyyətə, dərhal və gecikmədən fəaliyyətə sövq edir, əks təqdirdə həqiqətən də, sabah gec olacaq, çünki sabah bütün Bəşəriyyət üçün açılmaya da bilər.
 Beləliklə, Con Kelman dünyanı riqqətə gətirən “SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında görün nə yazır: 
Kəşfiyyatda kadr zabiti karyeram ərzində mənim ciddi məxfilik səviyyəsi olan sənədlərlə dəfələrlə işləmək imkanım olub, lakin Anqolada zabit-politoloq qismində xidmət etdiyim dövrdə mənə məzmunu qeyri-adi dərəcədə açıq olan tamamilə məxfi bir sıra sənədləri öyrənmək imkanı nəsib oldu. Gördüklərim mənim hiddət və narazılığımı daşırdı, mən bir daha heç vaxt dönmədiyim yola qədəm qoydum – məqsədim Böyük Britaniya və Birləşmiş Ştatların hökumətlərinin nə cür qüvvənin nəzarəti altında olduğunu və idarə etdiyini hamıya göstərmək oldu.
 Mən məlum olan bütün gizlin cəmiyyətlərlə – məsələn, “Beynəlxalq İşlər üzrə Kral İnstitutu” (BİKİ), Royal Institute for International Affairs (RIIA)), “Beynəlxalq Münasibətlər üzrə Şura” (CFR)), “Bilderberq Klubu” (the Bilderbergers), “Üçtərəfli Komissiya” (Trilaterals), sionistlər (the Zionists), masonluq (Freemasonry), bolşevizm-rozenkreyserlik (Bolshevism-Rosicrucianism), eləcə də bu gizlin cəmiyyətlərin bütün qanadları ilə– yaxşı tanış idim. Kəşfiyyat xidmətinin zabiti olduğum zaman və hətta bundan da əvvəl– tələbə olduğum mərhələdə– Londonda Britaniya muzeyində məşğul olduğum vaxt mən bu cəmiyyətlər, eləcə də bir çox digər təşkilatlar haqqında əl çata biləcək bütün məlumatları eninə və uzununa öyrənmişdim və hesab edirdim ki, amerikalılar bunlar haqda məlumatlı olmalıdırlar.
 Lakin 1969-cu ildə Birləşmiş Ştatlara gələndə mənə aydın oldu ki, “Yerussəlimli Müqəddəs İoann Ordeni”, “Roma Klubu”, “Almaniyanın Marşall Fondu” (the German Marshall Fund), “Çini Fondu”, “Dəyirmi Masa”, “Fabian Cəmiyyəti”, “Venesiyanın Qara Aristokratiyası”, “Mont Pelerin Cəmiyyəti”, “Cəhənnəm Tayfası Klubu” və bir çox başqaları haqda burada ya tamamilə xəbərsizdirlər, ya da, ən yaxşı halda, onların əsl funksiyalarını pis anlayır, yaxud da ümumiyyətlə anlamırdılar.
 1969-1970-ci illərdə mən, monoqrafiya və maqnitofon yazıları seriyasını buraxmaqla bu vəziyyəti düzəltməyi qərara aldım. Böyük heyrətimə rəğmən tezliklə müşahidə etdim ki, bir çoxları həmin adları təkrarlamağa başlayıb, sanki onlar bütün yazıçı karyeraları dövründə bunları bilirmişlər. Əslində isə onlar məsələnin məğzindən tamamilə bixəbər idilər və bir müddət əvvəl işıq üzü görən bu informasiyanın mənbəyini göstərmək istəmirdilər. Mən özümə bu fikirlə təskinlik verirdim ki, saxtakarlıq– bu, yaltaqlığın ən səmimi formasıdır.
 Daimi risk altında olmağıma, mənim və həyat yoldaşımın üzərinə hücumlara, maliyyə itkilərinə, daimi təzyiqlərə, təhdidlərə və şər-böhtana baxmayaraq, mən öz araşdırmalarımı əvvəlki enerji ilə davam etdirirdim. Bütün bunlar mənim diskreditasiya olmağıma yönələn dəqiq işlənmiş və istiqamətləndirilən proqramın bir hissəsi idi, bunu hökumət tərəfindən, üzdəniraq, “Sağçı Xristianlara”, “Şəxsiyyətin Özünü Təsdiq Etməsi Uğrunda Hərəkata”, sağçı ”vətənpərvər” qruplara yeridilən agent və informatorlar həyata keçirirdilər. Bu agentlər iudaizmə qarşı açıq, qorxu bilməyən və qüdrətli qarşıdurma maskası altında fəaliyyət göstərirdi və indi də bunu davam etdirirlər– onlar bizi inandırmaq istəyirlər ki, guya onların əsas düşməni məhz iudaizmdir. Bu agent-informatorlar, Birləşmiş Ştatların bütün ərazisində siyasi, dini konservatorların çox sevib hörmət etdikləri homoseksualistlər qrupunun rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərirlər.
 Mənim işimlə bağlı onların böhtan, yalan, nifrət və dezinformasiya proqramları– üstəlik də yaxın vaxtlardan etibarən mənim əziyyətlərimin başqa yazıçıların adına çıxılması– davam edir, zəifləmir, lakin indiyədək hələ istənilən effekt əldə olunmayıb. Mən bundan sonra da öz vəzifəmi yerinə yetirəcəyəm, o vaxta qədər ki. nəhayət, ən yüksək səviyyədə fəaliyyət göstərərək Böyük Britaniya və Birləşmiş Ştatları idarə edən gizli paralel hökumətin üzündən maskanı tamamilə qoparmış olum. Bu kitab– mənim davam etməkdə olan işimin bir hissəsidir.
 Bizim çoxumuz yəqin bilir ki, əslində həm daxili, həm də xarici siyasət sahəsində istər siyasi, istərsə də iqtisadi məsələlərlə bağlı qərarları qəbul edən adamlar, heç də bizim hökumətdə işləyən adamlar deyil. Bu hal bir çoxlarını həqiqəti alternativ mətbuatda, o yazıçıların informasiya bülletenlərində axtarmağa sövq edir ki, onlar da mənim kimi Birləşmiş Ştatların ölümcül xəstəliyinin kökünü axtarır, lakin həmişə tapmağa müyəssər olmur. “Axtaran tapar” formulası bu qrupa heç də həmişə şamil edilə bilməzdi. Bizim həqiqətən də aşkar etdiyimiz nə isə varsa, bu da odur ki, insanlar zülmət qaranlıqda yaşayır, böyük əksəriyyət öz ölkəsinin hara hərəkət etməsindən qətiyyən narahat deyil və onlar əmindirlər ki, ölkənin başına heç vaxt pis heç nə gələ bilməz. Əhalinin böyük hissəsində məhz bu cür həyati mövqe tərbiyə olunmuşdur və bu mövqe birbaşa gizlin hökumətin xeyrinə oynayır.
 Biz tez-tez eşidirik ki, “onlar” “bu” və ya “başqa bir” işi etdilər. Adama belə gəlir ki, demək olar hər şey, hətta insanın qətlə yetirilməsi də onlar üçün keçilir. “Onlar” vergiləri artırırlar, “onlar” oğullarımızı və qızlarımızı bizim ölkəmizə heç bir fayda verməyən müharibələrdə ölməyə göndərirlər. Zənn etmək olar ki, “onlar” bizim əlimiz çata biləcək, nəzərlərimiz yetişə biləcək əhatə dairəsindən kənardadırlar, “onlara” qarşı nəhayət, konkret hərəkət etməyə cəhd edəndə isə “onlar” kabus kimi barmaqlarımızın arasından sivrilib çıxırlar. Zənn etmək olar ki, “onların” əslində kim olduğunu heç kəs dəqiq söyləyə bilməz. Belə vəziyyət artıq onilliklərdir ki, davam edir. Kitabın gedişində biz bu gizlin “onların” kim olduqlarını müəyyən edəcəyik, bundan sonra isə xalq vəziyyəti necə düzəltməli olduğu barədə qərarı özü verər.

(Ardı var)

Комментариев нет:

Отправить комментарий