Niderland kralı Villem-Aleksandr parlamentdəki çıxışı zamanı bildirmişdir ki, sosial dövlətlər erasına son qoyulur. Avrasiya.info saytının məlumatına görə, Avropanın ən gənc monarxı demişdir ki, insanlar öz gələcəklərinə, sosial və maliyyə təhlükəsizliklərinə görə özləri məsuliyyət daşımalıdırlar. Kralın milli televiziya ilə göstərilən müraciətində deyilir: "21-ci əsrdə sosial dövlət daha olmayacaq".
Niderlan kralının fikrincə, dövlətin xalqın qayğısına qalması erası artıq arxada qalmışdır. Onun sözlərinə görə, sosial dövlətçiliyin yerinə “aktiv iştirak cəmiyyəti”, yəni insanların öz yaşamlarının qayğısına özlərinin qalacağı cəmiyyət yaradılacaq. Müraciətdə deyilir ki, insanlar bundan sonra öz qayğılarına özləri qalmalı və dövlətə ümid etməməlidirlər. İnsanlar passiv olmamalı, “yaşamaq üçün bir-biri ilə aktiv ünsiyyətə girməlidirlər”. Beləliklə, dövlət xalqın qayğısına qalmaqdan kənarlaşdırılır. Cəmiyyətin sosial və maliyyə təhlükəsizliyin qorunmasında dövlətin rolu minimuma endirilir. Kralın sözlərindən aydın olur ki, “aktiv iştirak cəmiyyəti”ndə sosial sığorta təminatı və pulsuz tibbi xidmət kimi məsələlərə yer qalmayacaq: “20-ci əsrin ikinci yarısına aid ümumxalq rifahı güdən sosial yönümlü klassik dövlətçilik hal-hazırda bu sferaları dəstəkləmək iqtidarında deyildir”.
Məsələyə münasibət bildirən Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının sədri İbrahim Sel bildirmişdir: "Aktiv iştirak cəmiyyəti o deməkdir ki, insanlar gecə-gündüz özünə iş yeri axtarmalı, öz yaşamlarını təmin etmək üçün canfəşanlıq göstərməlidirlər. Bax Beynəlxalq Bank Faşizminin bizim üçün nəzərdə tutduğu tale xətti budur: bir tikə çörək üçün çabalamaq! Xatırladaq ki, aktiv iştirak cəmiyyəti artıq Avropada qurulmağa başlanmışdır: işsizliyə görə verilən müavinət və səhiyyə subsidiyaları kəskin endirilmiş, pensiya yaşı 67-ə çatdırılmışdır. Bir sıra regionlarda qocalara qulluq, gənclərə xidmət və iş yerini itirdikdən kvalifikasiyanı dəyişmək üçün ayrılan xərclər dövlətdən ayrılaraq yerli bələdiyyələrin boynuna qoyulmuş, bu da “yerli şərtlərə adaptasiya” kimi gəlişigözəl sözlərlə bəzədilmişdir. Beləliklə, açıq-aşkar xalqın nəzərinə çatdırılır ki, daha havayı pendir olmayacaq, başınıza çarı qılın. Avropada olan az-çox rufah SSRİ ilə rəqabətə görə yaradılmışdı. Sosialist düşərgəsi ilə mübarizə kapitalistləri məcbur edirdi ki, büdcə işçilərinin və fəhlələrin həyat şərtlərini yaxşılaşdırsınlar və yüksək maaş versinlər. Əks təqdirdə xalqlar sosialist düşərgəyə meyllənəcəkdilər, SSRİ-dəki kimi həyat şəraiti istəyəcəkdilər, narazılıqlar baş qaldıracaqdı, inqilablar olacaqdı. Avropada xalqın həyat şəraitini yaxşılaşdırmaqla, sosial durumunu gücləndirməklə bir növ yerli kommunst partiyaların sosial bazasnı zəiflədirdilər. İndi isə SSRİ yoxdur, xalqların öz həyat şəraitlərini müqayisə edəcək sistem yoxdur, odur ki, xalqın başına nə oyun istəsən gətirmək olar. Beynəlxalq kapital artıq SSRİ və sosialist düşərgə kimi xarici motivatorlardan yaxa qurtarmışdır, odur ki cəmiyyətin rifahının yaxşılaşdırılması kimi lazımsız məsələlərə ayrılan artıq-urtuq xərclərdən də yaxa qurtarmaq olar. İndi qətiyyətlə xalqa demək olar ki, bizim sizə verəcəyimiz bir şey yoxdur, gedin başınıza çarə qılın. Onlar “əsl sosializm Qərbdə yaradılmışdır” kimi liberal mif yaratmışdılar. İndi həmin mifin dağılmasının şahidi oluruq. Beynəlxalq Bank Faşizmi artıq öz yeni restavrasiya layihəsinə start vermişdir və sosial yönümlü dövlətlərdə əsl kapitalist qayda-qanunları bərqərar etmək istəyirlər".
Комментариев нет:
Отправить комментарий