08.01.2016

Türkiyədə fətva verildi: "Atanın qızına qarşı şəhvət duyması haram sayılmır"

Türkiyə Dəyanət İşləri Vəqfinin rəsmi saytında atanın öz qızına qarşı şəhvət hissi duyması barədə verilən suala cavab ölkədə böyük narazılığa səbəb olub.
Vəqfin internet ünvanına göndərilən “Bir atanın öz qızına qarşı şəhvət hissi duyması həyat yoldaşı ilə olan nikahı ləğv edirmi?” sualına idarə üzvü nə cavab verməkdən imtina edib, nə də ki, sualı soruşanla bağlı məhkəməyə müraciət edib. Əvəzində suala dini baxımdan cavab verməyə çalışıb.
Fətvada deyilir: “Bəzi məzhəblərə görə atanın şəhvətlə qızını öpməsi və ya qucaqlamasının nikaha heç bir təsiri yoxdur. Hənəfilərə görə isə, atanın qızını şəhvətlə öpməsi və şəhvətlə qucaqlaması zamanı qızın anası atasına haram hesab edilir. Qalın paltarlardan tutaraq, ya da vücuduna baxıb düşünərək şəhvət duymaq haram sayılmır. Həm də qızın 9 yaşdan böyük olması lazımdır”.
Məlumata görə, Dəyanət Vəqfi bu barədə xəbər yayılandan sonra suala verilən cavabı saytdan silib və təkzib xarakterli məlumat yayaraq bu hadisənin onların nüfuzuna xələl gətirmək məqsədilə edildiyini bildirib. (qafqazinfo)

Комментариев нет:

Отправить комментарий