19.01.2016

ABŞ şəhərlərində onanizmlə məşğul olmaq istəyənlər üçün budkalar açılıb

ABŞ-ın böyük şəhərlərinin küçələrinə onanizmlə məşğul olmaq istəyənlər üçün budkalar qoyulur. Belə budkaları İngiltərənin seks oyuncaqların istehsalı ilə məşğul olan Hot Octopuss şirkəti quraşdırır. Lenta.ru saytı xəbər verir ki, artıq Nyu-York şəhərinin mərkəzi küçələrinə belə budkalar yerləşdirilib.
Küçədən keçən insanlar stresslərini atmaq üçün həmin budkalara daxil ola bilərlər. Budkalara notbuk ilə daxil olanların videoya baxaraq rahat onanizm ilə məşğuliyyəti üçün sürətli internet xətti də quraşdırılıb. Xidmətin pullu, ya pulsuz olması barədə isə məlumat verilmir.
Hakimiyyət orqanları belə kabinələrin quraşdırılmasına KİV-lərin keçirdiyi sorğudan sonra qərar vermişlər. Sorğunun nəticələri göstərmişdir ki, Nyu-York şəhərinin kişi əhalisinin 39 faizi iş zamanı onanizmlə məşğul olur. Hot Octopuss şirkəti nümayəndələrinin sözlərinə görə, "səhər 9-dan axşam 5-ə kimi işləyən kişilər günorta fasiləsi zamanı stressi götürə biləcəklər". Şirkət bildirir ki, belə budkaların qoyulması onanizmin reklamı kimi başa düşülməməlidir, belə ki, ABŞ-da ictimai yerlərdə onanizm ilə məşğul olmaq qanunla qadağandır.
GuyFi adlanan bu budkalar xarici görünüşcə telefon budkalarından o qədər də fərqlənmir.

Комментариев нет:

Отправить комментарий