05.01.2016

Rusiyalı ekspert: Biz ilk əvvəl Pribaltikaya girəcəyik

NATO-nun hərbi fəaliyyəti Rusiya üçün təhlükə törədir. Bu barədə "Rossiyskaya qazeta"ya müsahibəsində Rusiya Federasiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdir.
Patruşev demişdir ki, ABŞ-ın o vaxtkı dövlət katibi Ceyms Beyker Qorbaçova vəd vermişdi ki, "NATO şərqə bircə düym də olsa genişlənməyəcək", lakin həmin vəd mif olaraq qaldı. "NATO şəqrə doğru genişlənərək Rusiya sərhədlərinə qədər gəlib çıxdı".
Məsələyə münasibət bildirən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi təbqiqatlar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov bildirmişdir ki, NATO şərqə genişlənməsini "müdafiə məqsədləri" ilə əlaqələndirir: "Hitler 22 iyun 1941-ci ildə SSRİ-yə hücuma keçəndə iddia edirdi ki, Sovet İttifaqı Almaniyaya hücum etməyə hazırlaşır. Burda da eyni şeyi görürük. Heç kim hücum etmək məqsədilə hərəkətə keçdiyini boynuna almayacaq. NATO-nun Rusiyanı mühasirəyə almaq, sonra da parçalamaq strategiyası açıq-aydın görünür".
Mixail Aleksandrov Rusiya ilə Türkiyə arasında yaranmış konfliktə toxunaraq demişdir: "Bizim təyyarənin vurulmasına görə Türkiyə ilə yaranmış konflikt çox ciddi məsələdir. Tutaq ki, biz əvəzində Türkiyə aerodromunu qanadlı raket ilə vura bilərdik. Onda Türkiyə Qara dəniz boğazlarını bağlayacaqdı. Cavabında isə biz hərbi yola əl atacaqdıq. Deməli, konfliktin eskalasiyası baş verəcəkdi ki, NATO-nun qarışması qaçılmaz olacaqdı. NATO Ankaranı dəstəkləsə idi, biz Pribaltikaya qoşun yeridəcəkdik. Heç bir itki olmadan! Qısa bir zaman ərzində. NATO aqressiv siyasət yeritməklə öz işini çətinləşdirir. NATO-nun hər yeri nəzarət etməyə, yeni sərhəd parametrləri ilə müdafiə yaratmağa resursları çatmır".
Ekspert bildirmişdir ki, konfliktin gərginləşəcəyi təqdirdə Türkiyə çıxılmaz vəziyyətə düşəcək: "Əgər biz Türkiyəyə hücuma keçsək, NATO Türkiyəyə kömək üçün qoşun göndərməyəcək. Sadəcə Ankaraya material-texniki xarakterli kömək edəcək- havadan müdafiə sistemləri, aviasiya və s. göndərəcək. Bu isə Türkiyəni xilas etməyəcək".

Комментариев нет:

Отправить комментарий