21.01.2016

İNFORMASİYA SPEÇNAZI: YAZARLIĞA DƏVƏT

İbrahim Sel

I yazı: Yazın və dayaz yazmaqdan qorxmayın!

 Nə üçün bizim media Qlobal Prediktorun dəyirmanına su tökür? Niyə əsl həqiqətlər gizlədilir, xalqa İudanın hazırladığı yalanlar yedizdirilir? Cavabında deməliyik ki, hər şeyin dəyəri maddiyyatla ölçülən hazırki əsrdə azad jurnalist və yazıçılar çox azdır; qələm sahiblərinin əksəriyyətinin boynunda nökərçilik, muzdurçuluq boyunduruğu vardır.
 Amerika və Səudiyyə kimi dövlətlər sel kimi gələn sərvətlərlə qələm sahiblərinin əksəriyyətini almışlar. Bu muzdur qrup sionizmin və vahhabiliyin xeyrinə və mənafeyinə işləyir, haqqı, həqiqəti əsla müdafiə etmir. Neftdən hasil olan dollarlar muzdurların nəşriyyat, mətbuat və təbliğatlarına, habelə qoy xalqların qələm sahiblərini ələ almağa sərf olunur ki, İudeyanın ideyalarını dünyaya yaysınlar. Muzdur hakim və yazıçıların əksəriyyəti satılmışdır. Dünya ölkələrinin sərvətləri İsrailin mənafeyi istiqamətində sərf olunur. Qoy xalqların müstəqil mətbuata və nəşriyyata, azad və doğru yazıçı və müəlliflərə ehtiyacı vardır ki, haqq-həqiqəti aşkara çıxarsınlar.
 Əlbəttə, şiə yazıçı və müəlliflərinin arasında olan azadlıq və sədaqət başqalarından daha çox gözə çarpır. Çünki onlar elə imamların ardınca gedirlər ki, o imamlar xain sultanlara boyun əyməyi rədd etmiş, azad insan vicdanını satmaqdan vaz keçmişlər. Bunlar özü elə bir fəzilətdir ki, bunlarla tarix boyu iftixar etmişlər.
 “Şiələr İŞİD vəhşiliyi ilə həqiqi islam arasındakı fərqi dünyaya tanıtdırmalıdır”- bu sözləri höccətül-islam Seyyid Həsən Xomeyniyə məxsusdur.  Braziliya müsəlmanlarının dəvəti ilə bu ölkəyə səfər edən Həsən Xomeyni bildirmişdir: “Zorakılıqların islam adı ilə kütləvi informasiya vastələrində təbliğ olunan bugünkü dünyamızda biz şiələr sevgi, məhəbbət, və əqlaniyyətlə dolu olan həqiqi dini bəşəriyyətə çatdırmaqda məsuliyyət daşıyırıq. Bu gün bizim vəzifəmiz qabaqkından daha da ağırdır, bu gün biz İŞİD və s. sektaların vəhşilikləri ilə həqiqi islam arasında aydın fərqlililkləri dünyaya çatdırmalıyıq”.
 Tanınmış antiqlobalist aktivist Muslim Abdullah deyir: “Azərbaycanda internet mediası yarananda sevinirdik ki, əhali TV-lərin təsirindən qurtuldu. Təbii ki internet özünü inkişaf etdirib informasiyaları təhlil edə bilənlər üçün müəyyən qədər azadlıq gətirdi. Bir çoxlarının mütəmadi olaraq internetdə informasiya müharibəsi aparan dövlətlər, təşkilatlar tərəfindən yayılan əsassız xəbərlərə, şəkillərə və digər informasiyalara aldanması isə bu sahədə təlimlərin, mühazirələrin keçirilməsinin, məqalələrin yazılmasının, videoların yayılmasının vacibliyini göstərir”.
 Sevindirici haldır ki, bu gün artıq bir çoxları genetik uçurumun kənarında olduğumuzu anlamaqdadırlar. Reallığı götür-qoy zamanı artıq gəlmişdir. Müxtəlif bilgilərə sahib olan mütəxəssislərimizin güclərini birləşdirməsi, aktivistlərimizin potensialını eyni istiqamətə yönəltməsi, ortada olan resurslarımızın səfərbər olunması ilə İnformasiya müharibəsinin qarşısını almalıyıq. Xalqımıza qarşı aparılan gözəgörünməz müharibədə onun biorobot halına salınmasına imkan verməməliyik. Antiqlobast camiənin mövqelərini müdafiə edən özünəxsus bir İnformasiya Speçnazı yaradılmalıdır. Bu gün biz avrasiyaçı və şiəçi yazarlar, eləcə də antiqlobalist camiənin potensiallı oxucuları bütün səylərimizi ortaya qoyub meydana çıxmalıyıq. İudanın əlində olan media sferada öz mövqelərimizi qurmalı və möhkəmləndirməliyik. İudanın əlini xalqımızın boğazından çəkməliyik. Budda deyirdi: “Naməlum heç nə yoxdur, sadəcə məlumatsızlıq var”. 21-ci əsrin Neyropolitoloji bəlası xalqımızın düzgün və hərtərəfli məlumatlandırılması sayəsində ortadan qaldırıla bilər.
 Babildə Allahın yanına getmək üçün insanların yaratdıqları Babil qülləsini- merac aparatını dağıtdıqdan sonra uca Allah insanların vahid dilini 72 hissəyə böldü ki, bir-birini anlayıb yenidən merac aparatını yaratmasınlar. Deməli, merac etmək üçün əsas vasitə dildir, sözdür, səsdir. Biz o dildən, səsdən, sözdən lazımincə istifadə etməliyik.
 Müdriklər qədimdən dildəki səsləri, sözləri yazılı dilə keçirmək üçün onları hərflərə keçirdilər. Hər bir hərfdəki səs və bu səslərdən yaranan hər bir söz isə yazılışı, oxunuşu, intonasiyası və s. ilə özünün 7 mənasını 4 anlamda 28 oxunuşda bildirirdi. Dilləri qarışdırmaqla bunların çoxu gizlədildi, bir hissəsi açıq qoyularaq gözdən yayındırıldı. Çoxluğa yalnız açıla bilənlər açıqlandı. İnsanlıq böyüdükcə, püxtələşdikcə bəzi gizlinlərin açıqlanmasına icazə verildi.
 Qədim ədəbiyyatı araşdıranda məlum olur ki, indiki qədər söz ehtiyatı yox idi. Yunan şairlərinin leksikonu o qədər kasad idi ki, ən adi əlamətləri belə ümumiləşdirməli olurdular. Məsələn, antik yunan ədəbiyyatına nəzər salanda görürük ki, səma bozdur, başqa rəng yoxdur. Homer heç vaxt səmanı göy və ya mavi, meşəni yaşıl adlandırmırdı. Su, torpaq, bulud, gəmi, dəmir- bunlar hamısı şairin qələmində qara rənglə ifadə olunurdu. Homerin görmə deffekti yox idi, sadəcə konkret rəngləri ifadə etmək üçün sözlər hələ yaranmamışdı. Yunanlar rəng fərqlərini gözəl anlayırdılar, sadəcə onları fərqləndirməyə sözlər tapmırdılar. Afrika qəbilələrinin bir çoxunda indinin özündə də göy, yaşıl və ya sarı rəngləri ifadə etmək üçün sözlər yoxdur. Dil hələ də həmin rənglərə ad vermə bilməyib. Homerdə olduğu kimi, həmin qəbilələr də sarı və yaşıla “qara”, sarıya isə “qırmızı” deyirlər. Müasir dildə 9 elementar rəngi ifadə edən sadə sözlər var. Rəngin minlərlə çalarını yazıda ifadə etmək mümkündür. İnsan gözü isə rəngin milyonlarla formasını görə bilir. Görə bilir, amma ifadə edə bilmir.
 S.Nedson deyirdi: “Söz əzabından ağır əzab yoxdur. Bizim dilimiz soyuq və yoxsuldur”. Həmin əzabı tarixən bir çox qələm sahibləri və mütəfəkkirlər çəkməli olmuşlar. Sözün kasadlığından hətta Puşkin belə əzab çəkirdi. Lermontov da fikirlərini tam ifadə edə bilməməsindən şikayətlənirdi. Dostoyevski “fikri sözə çevirə bilməmək” əzabından yazırdı. Tanınmış filosof V.F.Odoyevski əsərində Bethovenin dilindən belə deyirdi: “Hələ gənc yaşlarımdan mən fikir ilə ifadənin arasındakı uçurumu görürəm. Təəssüf ki, mən heç vaxt öz qəlbimi izhar edə bilmədim: təfəkkürümün mənə verdiklərini heç vaxt kağıza köçürməyi bacarmadım”. Höte kimi nəhəng yazıçı dostu və katibi Ekkermana şikayətlənirdi ki, söz ehtiyatının təkmilləşməməsi qələm sahiblərinə öz fikirlərini tam ifadə etməyə imkan vermir. Təkcə qələm sahiblərinəmi? Adi adamlar belə öz düşündüklərini sözlə ifadə etməyə gələndə gücsüz vəziyyətə düşürlər. Vəziyyətin faciəviliyi Tütçevi “bildirilən fikirlərin düzgün olmadığını” deməyə vadar edirdi. Qədim Çinin dini-fəlsəfi məktəbi olan Dao tələbələri deyirdilər ki, “sözlə ifadə olunmuş dao əsl, həqiqi dao deyil”. Bir çox başqa dini-mistik cərəyan və təlim nümayəndələri də oxşar fikirlər səsləndirmişlər. Fransız akademiki Jül Romen yazırdı: “Həqiqəti bir sıra hallarda söz məhsulu təmsil edir. Faktlar sistemi azca mürəkkəbləşən kimi, həqiqəti düzgün çatdırmaq üçün formula olmur”. Amerikan filosofu C.Steyner deyirdi ki, anlayışlar çoxaldığına görə “həqiqət, reallıq və fəaliyyətin bir sıra əsaslı tərəfləri dil sferasından kənarda qalmağa başlayıb”.
 Dahi teatr nəzəriyyəçisi Stanislavski bir aktyoru məcbur etmişdi ki, “bu gün axşam” frazasını 40 müxtəlif intonasiyada səsləndirsin. Hər səslənişdə bu sözlərə fərqli mənalar verilmiş, müxtəlif mənalara kökləndirilmişdi. Lakin bu frazanı kağıza yazmaq kifayətdir ki, həmin müxtəlif məzmunlar itsin, eyni mənada ilişib qalsın. Yazı fikri öldürür. Sosioloqlar bildirirlər ki, danışığımız zamanı intonasiya, üzümüzün ifadəsi və jestlərimiz verdiyimiz informasiyanın 80 faizini təşkil edir. Lermontov Mariya Lopuxinaya məktubunda  yazırdı: “Yaxşı olardı ki, sözlər yazılanda üstündə notlar da yazılsın. Yoxsa hansısa məktubu oxuyanda elə bil quru portretə baxırsan: nə həyat, nə hərəkət var- donuq fikrin təzahürüdür”.
***
 Ulu babamız Şeyx Səfiəddin deyirdi: “Həqiqət anlıyan arı könüllərdə həvəs neylər!”. Qədim Muğan fəlsəfəsinə görə, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə birləşdikdən sonra vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mənasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Qədim muğanlıların inancına görə, varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı, əzab-əziyyətin, çətinlik və kədərin mənası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə, çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir. Xalqımızın aydınlığa qovuşması məhz bu formuladan keçir.
 Hədis 144 - Məhəmməd peyğəmbər buyurur: “Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs Allahdan uzaqlığını artırmışdır.” Sosial şəbəkələrdə fəaliyyət göstərən Antiqlobalist camiəmizdə ayıq-sayıq, hadisələri tam olduğu kimi qavrayan, bəsirət gözü açıq olan, haqqı nahaqdan ayıran mətin dostlarımız var. Çoxları yazmırlar, amma onların varlığı bizi rövnəqləndirir, işləri irəli aparır. Bəziləri heç adi şərh də yazmırlar, bəzilərinin maksimum işləri məqbul bildikləri fikirləri ara-sıra bəyənməkdir. Düzdür, bizdən fərqli olaraq оnlаr hеç bir yаrаdıcılıq vә yеnilik gәtirmәyirlәr. Аmmа оnlаrın Şərlə əks cəbhədə bizimlə yan-yana dayanması, liberast və postmodern hәrәkаtlаra energetik tәzyiqlәri, neqativ reflekslərə vizual müqаvimәt göstәrişlәri mühümdür. Bu da bir cihaddır. Müasir dövrün cihadı. Onların iştirakı mәnәvi ruhun diri sахlаnılmаsındа mühüm rol oynayır. Bu, fiqhin ictihаd mәktәbinin sоnrаkı nәsillәrinә ötürülmәsinin bariz nümunəsidur. Hərəkatımızın güclənməsinin və Şərin sınmasının nəticəsidir ki, antiqlobalist dаirlәrdә yazı-pozuya həvəs artıb və dünənki oxucular bu gün yazmağa, qaralamağa başlayıblar. Hərdən elə böyük bir status və ya hətta şərh yazırlar ki, onu yüngülcə bir az da artırıb, düzüb qoşub asanlıqla bir alababat köşə ərsəyə gətirmək olar. Sadəcə bu işdə onlara kömək etmək, istiqamətləndirmək lazımdır. Azca stimul vermək lazımdır. Antiqlobalist Camiədəki yazarların əsas işlərindən biri də məhz potensialları istiqamətləndirmək olmalıdır. Biz nəinki öz oxucumuzu formalaşdırmalı, həm də həmrəy yazarlar ordusu yetişdirməliyik. Şeyx Bəhai, Mоllа Sәdrа, Mоllа Хәlil Qәzvini, Mоllа Hәsәn Gilаni, Şәhid Sаninin bizə qoyduğu vəsiyyət budur. O miras itib-batmamalıdır.
 İnsan bədənindəki bütün əzələləri bir istiqamətə gətirsə, təxminən 25 ton yük qaldıra bilər. Bütün enerjimiz eyni istiqamətə cəmlənməlidir. Camiəmizin bütün potensialını qlobalizmə və sionizmə qarşı mübarizəyə sərf etməliyik. İnsanlarımızın yaradıcı stimulu Satanaya qarşı mübarizəyə yönəlməlidir. Həmin energetika xalqımızın taleyini həll edən əsas amillərdən biridir. Bu, bizim ölüm-dirim məsələmizdir.
 Şаh İsmаyıl Xətainin İspaniya kralı V Kаrlа strateji əməkdaşlıq barədə göndәrdiyi mәktub düz dörd ildәn sоnrа оnа çаtmışdı, cаvаb mәktubu isә Sәfәvi dövlәtinә Şаh İsmаyılın vәfаtındаn bir il sоnrа çаtmışdı. Hәttа Şаh İsmаyılın ölümündәn bеş il sоnrа İrаnа göndәrilәn mәktubdа V Kаrl оnun ölümündәn хәbәrsiz оlduğu üçün, оrаdа Şаh İsmаyıl deyə хitаb еdirdi. İndi emaildə yazdığın məktub avtomatik çatır, çatda ani yazışmaq olur, lap skayp vasitəsilə forum da keçirmək mümkündür. Şansı itirməyin. Aktiv olun. Meydan sizindir. Təşkilatlanın, qruplaşın, bir-birinizi maarifləndirin, rövnəqləndirin, ruhlandırın. Hizbullah: “Hər yeri hədəf alan terrorizmlə mübarizədə, bütün ölkələrin, təşkilatların, heyətlərin və şəxsiyyətlərin əməkdaşlığa ehtiyac var”. Şərə qarşı yeni-yeni cəbhələr açın. Ən böyük Şeytan Amerikadır- bu formulanı şiələrin ulu rəhbəri Xamenei bizçün çoxdan çıxarıb. Koordinatlar dəyişməmişdir. “Çürük liberallar- düşmənin əlaltılarıdırlar”- “Pravda” qəzeti 1936-cı il 27 avqust nömrəsində yazırdı. Stalin dövründən üzü bəri düşmən həmin olaraq qalır. Xalq düşmənləri onlardır -İuda və onun əlaltıları olan liberallar- Stalin onların xarakteristikasını düzgün vermişdi. İudaya qarşı informasiya müharibəsi sənin müharibəndir- hər an hazır ol!
 Laqeyd qalma. Antonio Qramşi deyirdi: “Laqeydlərə nifrət edirəm. Fridrix Qebbel kimi hesab edirəm ki, “yaşamaq- müəyyən mövqeyi tutmaq deməkdir”. Cəmiyyətdən kənar dayanan insanlar sadəcə mövcud ola bilməzlər. Kim ki həqiqətən yaşayır, vətəndaş olmaya bilməz, müəyyən mövqe tutmaya bilməz. Laqeydlik- həyat deyil, iradəsizlikdir, müftəxorluq, qorxaqlıqdır. Buna görə mən laqeydlərə nifrət edirəm... Olanlar ona görə baş vermir ki, bunu bəziləri istəyir, ona görə baş verir ki, bir çox insanlar öz iradəsini göstərməkdən imtina edir, hərəkət etmək azadlığını başqalarına verir, elə düyünlər bağlamağa icazə verir ki, sonradan onu yalnız qılıncla doğramaq mümkün olur, elə qanunların qəbuluna icazə verir ki, nəticədə yalnız üsyanla ləğv etmək mümkün olur, elə insanlara hakimiyyətə sahib olmağa icazə verir ki, sonra onu qiyam yoluyla devirmək mümkün olur. Qismət, hansı ki tarixdə əsas mövqe tutmuş kimi görünür, laqeydliyin, kənarda dayanmağın aldadıcı xarici qabığından başqa bir şey deyildir. Aşkar şəkildə hansısa hadisələr yetişir. Hər bir nəzarətdən kənar olan bəzi insanların əlləri ilə kollektiv həyatın parçası toxunur, kütlə isə həmin vaxt bundan xəbərsiz olur, çünki bütün bunlar onu maraqlandırmır. Aktiv hərəkətdə olan kiçik qruplar dar təsəvvürlərinə, ən yaxın hədəflərinə, şəxsi ambisiyalarına və ehtiraslarına əsaslanaraq zamanın bəxti ilə manipulyasiya edirlər, əksər insanlar isə həmin vaxt bundan xəbərsiz olur, çünki bütün bunlar onları maraqlandırmır. Aşkar şəkildə yetişmiş hadisələr baş verir, tədricən hazırlanmış parça toxunur və artıq onda görünür ki, tarix təbiətin nəhəng hadisəsindən- vulkan püskürməsi, zəlzələdən başqa bir şey deyil. Və o fəlakətdə hamı qurbana çevrilmişdir -bunu istəyən də, istəməyən də, bilən də, bilməyən də, fəal aktivlik göstərən də, laqeyd yanaşan da- hamı!”
***
 İnsanlar adətən istədikləri informasiyanı qəbul edir, istəmədiklərini buraxırlar. Əlbəttə, nə vaxt nəyə rast gələcəyini demək çətindir. Buna baxmayaraq insanın qəbul etmək istəyəcəyi informasiya mənbəyini seçmək mümkündür - qəzetlər, saytlar, müəlliflər və s. Qəbul edilməsi məcbur olan qərarların çətinlikləri ilə insanların bu qərarların üstündən keçmə istəkləri də düz mütənasiblik təşkil edir.
 Cazibədar, düzgün görünüş asan şəkildə insanı yanılda bilər. İnsanlar xarici görünüşə güvənməyə daha çox meyllidirlər, nəinki səmimiliyə. Hətta peşəkar insanlar da 86 faizi hadisələrdə səmimi davranışlarla yalan danışan insanları düzgün insan kimi qəbul ediblər. Xarici görünüş səsvermələrdə və siyasətçilərin seçimində də vacib rol oynayır. Seçicilər namizədin rəqabət qabiliyyətliliyi barədə qərarı onun yaşlılığı və fiziki cazibədarlıığna əsasən verirlər. Təbii ki qeyri-idraki şəkildə.
 Polşalı tədqiqatçı E.Kubinin fikrincə, insanlar onların artıq oturuşmuş baxış və fikirlərini nə möhkəmləndirirsə, onu oxuyur, ona qulaq asır və baxırlar. Oxuyacağı mətnləri seçərkən insan öz daxili aləminin tələbatlarına cavab verən materiala üstünlük verir. İnsan yonulduğu kontekstdən kənarda qalan informasiyanı qəbul etmək istəmir. Daxili cizgi və xüsusiyyətlərini nə tamamlayırsa, ona da maraq göstərir. Balaca və vahid sistemin ona diqtə etdiyi proqram içində vurnuxur. Siyasəti tam qavramasa da, onun ayrı-ayrı element, fraqmentlərini təsəvvür edib, bu çertyojlar üstündə hərəkət edir. Ortastatistik oxucu öz tanıdığı (ona tanıtdırılan) sistemdən möhkəm yapışıb, ondan qopmaq istəmir. Şüurla deyil, instinktiv bağlılıqla yaşayır. Həmin oxdan qopub daha mürəkkəb sistemə- vahid ox ətrafında fırlanmayan, hər bir insanın ox olduğu sistemə oturuşmaq, yeniliyi qavramaq onunçün olduqca çətindir. Freydin “özgələr pisdir” kompleksi yada düşür. Bir avrasiyaçı dostumuzun dediyi kimi, onlara tərcümə edib halva kimi ağızlarına da qoysan, qətiyyən yararlana bilməyəcəklər! Tavistok öz işini görüb.
 Təəssüflər olsun ki bugünkü mediamızda əsasən total savadsızlıq, bir də lokallıq hökm sürür. Siz kütləvi informasiya vasitələrinin nəzərdə tutduğu, şirpotreb informasiyanın hədəf aldığı kütlənin bir üzvi olmamalısınız, özünüzü  fərqli rakursdan formalaşdırmalısınız. Alternativ informasya mənbələriniz olmalıdır. Ortastatistik oxucu ranqından aralanmalı, pillə-pillə yuxarı qalxmağa can atmalısınız. Professor Stoleşnikov dediyi qoy təbəqəsindən novoqoy təbəqəsinə yüksəlməlisiniz.
 Belçika rəssamı Rine Martinin 20-ci əsrin əvvəlində çəkdiyi “Eto ne trubka” əsəri var. Bu əsərdə qəlyan təsvir olunur, ancaq altına yazılıb ki, bu qəlyan deyil. Məqsəd sözlə gözün konfliktini yaratmaqdır. İnsan o sözü oxuyub o rəsmi görərkən, ya gördüyünə, ya sözə şübhə edir. Məlum olur ki, insanı asanca dolamaq mümkündür.
 Oxucu kütləmiz həddən artıq ox (Tavistok oxu) ətrafında gicəllənir, fırlanır, mərkəzəqaçandır, dar sistemdədir, birhədli kiçik sistemin cızdığı eyni xətt və eyni yoldan çıxa bilmir. Bu məhdud sistem ona qol-budaq atmağa imkan vermir. Şüurlarda vahid siyasi sistem stereotipi formalaşdırılmışdir. Tavistok universitetinin hazırladığı siyası folklor bu adamların içlərində qalib gəlib qələbə marşı çalır. Müvafiq olaraq köhnəlmiş dar sistem ucbatından yazı-pozu aləminə yeni qədəm qoyanlar da öz təfəkkürlərini və qələmlərini azad hiss etmirlər. Elçibəy epoxasının törəmələri olan artlq markalaşmış yazarlardan bir şey gözləmək əbəsdir, odur ki yeni yazar nəsli formalaşdırmalıyıq. Köhnələri tam olaraq tarixin zibilliyinə tolazlayıb yerinə cavan intellektuallar, pərdəarxası ilə maraqlanan potensiallı oxucular gətirməliyik. Oxucuya stimul verib onu yazarlığa həvəsləndirməliyik. Yeni perspektivli yazar kontingenti yetişdirməliyik. Biz onları bugünkü antiqlobalistlərin, şiələrin, sovetçilərin, avrasiyaçıların, çe qevaraçıların cərgəsindən, onların böyür-başından seçib irəli çəkməliyik. Başqa səylər əbəsdir, çürümüş meyvəni təravətləndirməyə çalışmaqdansa, təzə meyvə ağacları əkmək yaxşıdır…
***
 Knyaz Uxtomski 1900-cü ildə yazırdı: “Xəyallarla yaşayan ziyalı təbəqəsində şəxsiyyətsizliyin və mədəniyyətsizliyin artmasından siyasi hissiyatımız yoxa çıxır”. Bəzi yazarlar “Dünya niyə mənim ətrafımda fırlanmalıdır, mən razı deyiləm” kimi suallarla məşğul olacaq qədər uzaqgörəndirlər, bəziləri isə populist azərbaycanlı yazarlar kimidir: onları yalnız özlərinin düşündükləri və yazdıqları maraqlandırır. Bir çukçadan soruşurlar ki, dünya ədəbiyyatından nə oxuyursan, cavab verir ki, oxumuram, özüm yazıçıyam. Çukçalar haqda lətifələr kitabından oxuduğum bu lətifədə böyük həqiqətlər gizlənir. Dəstə-dəstə şairlər tanıyıram ki, heç bir mütaliə etmirlər, əllərinə bir şey düşəndə də, ordan-burdan vərəqləyirlər. Özləri də bunu gizlətmirlər, hətta utanmadan “göydən ilham aldıqlarını” bildirənlər də var… İlahi, sənə şükür! Qoy onlar göydən ilham, vəzifələrdə işləyən yerlilərindən ənam almaqlarında olsunlar, biz isə bu gün gələcəyin yaradıcı ocaqlarını yaratmalıyıq. Gələcəyin işartılarını indi yaratmasaq, kritik momentlərdə xalqımızın vəziyyəti olduqca kötü olacaq. 21-ci əsr dünyası artıq burdadır və sürətlə öz işini görür. Xalqa gələcək qələbələrə aparan, nailiyyətlərə yol açan, yeniliklərə stimul verən aparıcı söz sahibləri lazımdır. Onsuz da İuda enerjimizi yığıb, psevdoocaqlar istehsal etməkdədir. Belə bir kömpüter oyunu var; qəhvəyi rəng bütün rəngləri yeyərək çoxalır, oyunçunun işi ona artmağa, qol-budaq atmağa imkan verməməkdir... Bir tərəfdən də milli mentalitetimizin qaba tərəfləri öz işini görüb həvəsi öldürür. Milli xarakterimizin ən böyük psixoloqu Mirzə Ələkbər Sabir demişkən, “daldakı məlun buraxmayır”. Yazıq Sabir! O hələ də bizdə aktualdır... Enerjimizi ortaya qoyub mənəvi potensialımızı səfərbər etməliyik.
 Cəmiyyətin apologetikası, yəni mədhiyyəsi ilə məşğul olmayacayıq. Apologetlər həmişə axmaq və yaltaq görünürlər, belə görünməyə həvəs də yoxdur. Biz sadəcə istəyirik ki, yanlış olaraq nəyi pis saymağımızı, nəyin qədrini bilməyimizi öyrənək. Axı bizim toplumda o qədər pis və ağır şeylər var ki, onların sayını süni artırmağa gərək yoxdur. Əslinə baxsan, 20-ci əsrdə Vitqenşteynin söylədiyini Hegeldən bir düşüncəni alıb daha da faydalı etmək olar. Bu alman filosofu söyləyirdi ki, dayaz adam absurd düşünür, yəni faktın konkretliyinə baş vurmağı sevmir.
 Populyar saytlarımızın çoxunu monitordan keçirərkən anlaşılır ki, bizə əsl həqiqət doğrudan da lazım deyilmiş, bizə mulyaj, ya da heç olmasa həqiqət cildinə girmiş folklor lazımmış. Gerçək həqiqət eşqilə yaşayan aramızdakı beş-üç insana gəlincə, onların bu xalqda, bu ölkədə əcdadları yoxdur deyərdim. Həmişə bu mistik ruhda olmuşam ki, sadəcə ari-slavyan mənşəli yeniliksevər, mədəni xalqların nümayəndələrinin azmış ruhlarıdır gəlib çıxıb Azərbaycana və bizim bu avrasiyaçılıqda və ya antiqlobalistikada təzahür etməkdədir…
 Və ya belə də formilə etmək olar: İnsanlar anadangəlmə sanqvinik və melanxolik doğulduqları kimi, avrasiyaçılığa meyl və onun əksi olan bataqlıq effektinə meyli də özlərilə genlərindən gətirirlər. Ən dərin təfəkkür sahibləri, gözlənildiyi kimi, talış və ləzgilərin içindən daha çox çıxır. Aparıcı avanqardlar da məhz onlar olmalıdırdır. Yaradıcı olmasa da, qurub yaradılanları qorumaq əzmində olan türk kavaleriyası isə mənəvi-kulturoloji bazası olan ari-slavyan geniologiyasından istifadə etməklə xarüqələr yarada bilər.
 Son 25 ildə yaradılmış süni doqmalar dağıdılmalıdır. Dahi Jak Derrida deyir ki, “vərdiş etdiynizdən fərqli düşünə bilərsinizmi?” Yəni daldakı məlunun daşıyıcısı olan qabaqdakı zəncirlilər özlərinə sual verə ki: bəlkə mənim vərdiş etdiyim stereotiplər doğrudan da “tormoz”dur. Ancaq əksinə, Sokratın tapa bilmədiyi həqiqəti bunlar öz vərdiş etdikləri, mütəqillik yaranandan sonra yeridilən stereotiplərdə tapıblar, şübhə etmədən sürdürürlər. Şübhə demişkən, daldakı məlunun birinci başı stereotipdirsə, ikinci başı- bizdə spektikliyin çatışmamasıdır. Heç vaxt öz qərarlarımıza, davranışımıza şübhənin, “bəlkə doğru deyil”in gözüylə baxmırıq. Şübhə- biliyin böyük bacısıdır- bunu ki hələ yunan müdriklərindən olan Lesboslu Pittak yazırdı…
***
 Bu günün oxucusu mətnin içindədir, yəni oxucu varsa, onun tələb etdiyi mətn də olacaq. Facebook tipli sosial şəbəkələr oxucularımıza publisistikaya, ədəbiyyata gəlmək üçün tramplin rolu oynamalıdır. 21-ci əsr eksperimentlər- laboratoriya əsri olacaq. Qeyri-xətti proseslər gözlənilir. Avrasiyaçılıq erası media sənayesi, nəşriyyat sistemi, oxucu kontingenti yaratmaq uğrunda texniki inqilab ilə müşayiət olunacaq. Dünya konspirologiyasını öyrənən oxucunun yazarlığa adlamaq əsri… Sosial şəbəkələr püxtələşmək üçün gözəl meydandır. Bu cür virtual kulturoloji ərazilər varsa, artıq istənilən az-çox potensiallı oxucunun fəth etdiyi “adacıqlar” da olacaq. Hətta bunu artıq publisistikanın ictimailəşməsi əlaməti də saymaq olar. Ona görə də sualı daha da genişləndirib elə bu cür formulə edirik: necə etməli ki bügün publisistikanı “ictimailəşdirmək”, cəmiyyətin malı edək? Qalır ki bunu sizə dəvətə inandırmağın yolunu tapasan. Yaxud da eləcə yazı-pozu ilə cəmiyyət arasındakı uçurumu izləyib, potensiyanın nəticələrə çevrilməsi stixiyasına qane olasan.
 Köhnə “ictimailəşdirmə” sisteminin dayağında durmuş nöqtələri tanımaq, dekonstruksiya eləmək gərəkdir! (Rasional baxışımıza səs verin!) Ancaq bu “general dekonstruizəni” istər-istəməz sabah edəcəyik, bu gün Derrida demişkən, “no condition”- şərait yoxdur deyə, biz hələ şərtlər-şərait qurmaqdayıq. Bugün oxucular arasında yaranmış xeyli qədər email-əlaqələr, İnternet-forumlar, sosial qruplar artıq cəmiyyətimizdə publisistikanın, ədəbiyyatın ictimailəşməsindən xəbər verir. Cəmiyyət artıq liberast publisistikaya, demokratik çərənləmələrə, insan hüquqları haqda boşboğazlıqlara biganə, dadsız, əhəmiyyətsiz baxır. Artıq oxucuya həqiqəti əks etdirən antqlobalist yanaşmalar daha maraqlıdır. “Azadlıq” və “Yeni musavat” qəzetinin köşə yazarları- bizə Qlobal Prediktor tərəfindən sırıdılmış yazar tipləri böyük fiksiyadır, bir addım o yana, redaksiyanın kandarındaca hamı bilir ki belə imzalar: -çal, aşıq, çal...-dır. Əsl publisistikanın yeni cəmiyyətdə yer alması üçün köhnə “ictimailəşmə” sisteminin dayağında durmuş nöqtələri tanımaq, dekonstruksiya etmək lazımdır. 
 Bilirik ki bugün cəmiyyətimizin lokomotivləri şiəçilər, sovetçilər və avrasiyaçılardır. Amma publisistikamız, ədəbiyyatımız bu tələblərin keşiyində dururmu? Xeyr. Sənətlə həyat maksimum yaxınlaşmalıdır. Zamanın nəbzini tutan təhtəlşüur yazarlara ehtiyac duyulur. Hanı Azərbaycan İnsayderi və Urazovu? Hanı bu məmləkətin zarubezhom.com kafedrası? Mütaliəçinin publisistikaya qatılması üçün bundan gözəl fürsət ola bilməz. Oğul gərəkdi günümüzün tematikasını yaza! Neyləyək ayrıca vətənimiz yox… Şair demişkən, bu ölüm simfoniyasını hansı bəstəkar yazacaq? Əsrimizin səyavuşları ortaya çıxıb suyun ağzını kəsmiş əjdahanı öldürməlidirlər. Putin deyir: “Böyük qələbələri o adamlar əldə edir ki, nəinki istedada malik olur, həm də onu realizasiya etməyə can atır”. Realizasiya edin. Biz sizə kömək edərik. Mətinlikə meydana girin, narahat olmayın, bugünkü ələsalınmalı falş publisistikamız tezliklə ömrünü sizə bağışlayacaq. Onlar Avrasiyaçılıq erasının intelellektuallıq və səmimilik tələb edən naporuna dözmürlər. Gəlin biz avrasiyaçılar və şiəçilər bir yerdə həmin yapalaqlara salavat çevirək!
 Müstəqillik adlı nəsnə bütün gəlişigözəl lozunqları ilə bərabər, bizə ağır zərbələr də vurdu, maddi və mənəvi çatlar əmələ gətirdi. Azad iqtisadiyyatın bazar labirintlərinə düşdük. Buna müqavimət göstərə biləcək yeganə qüvvə isə avrasiyaçı kulta və şiəçi ruha söykənmiş yazarlardır. Bu baxımdan qədəm qoyduğumuz yeni Avrasiyaçılıq erasında oxucuların yazarlıq meydanına addımlamasını, əxlaqi müstəvidəki dağıdıcı təsirlərə reaksiyanın və mədəni-mənəvi müqavimət hərəkatının nəticəsi saymaq olar. 
 Xalqın qarşısında duran ən mühüm vəzifələrdən biri də qlobal proseslərin keşməkeşlərindən salamat keçmək, özünü qoruyub saxlaya bilməkdir. Yeni əsr bütün millətləri sınağa çəkir. Kimlərsə sadəcə olaraq ümumi axına qoşulur, irəlidə gedənlərin cığırına düşür. Camaat, kütlə təsirə qapılmaq məcburiyyətindədir. Çünki onlar hadisələri yaşayırar. Mahiyyətlər müstəvisində invariantların qorunması lazımdır. Bu ağır tarixi vəzifə yeni yazar camiəmizin üzərinə düşür.
 Şablonlar dövrü bitdi. Yazın və dayaz yazmaqdan qorxmayın. Rədd olsun donmuş sənət- biz meyit yemək istəmirik. 21-ci əsrin intellektuallığı yüzlərlə yeni diskurslar törətmişdir. Avanqard ənənəvi sənət öldürülmüş, neqativ dialektika fəlsəfəni estetik effektdə dağıtmağa cəhd etmiş, maskulin kültür tipinə sarsıdıcı zərbələr endirilmişdir. Azərbaycan siyasətinə, Azərbaycan mədəniyyətinə də belə dönüşlər gərəkdir. Hanı potensiallı qaynar həvəskarlar? Qarşıdan gələn Avrasiyaçılıq eranız mübarək! Ədəbiyyat sənət kultu olub, şərə qarşı durmağa əvəzsiz zəmindir. Yeni Orden hamınızı qələmə sarılmağa- dağıdıcı yox, yaradıcı meydanda olmağa səsləyir.
***
 Kütlə tərəfindən zəif görünməyinizdən, kimlərinsə sizi bəyənməməsindən qorxmayın, əsas odur ki, yazın- oxucusu tapılacaq. Bəyənməyə qalsa, bizim oxucu kütləsinin zövqünün nə gündə olmasını özünüz də yaxşı bilirsiniz. Onun bəyəndiyi, şedevr saydığı nəsnələrin əslində heç də şedevr olmadığını isə diqqətlə baxsanız, aydınca sezə bilərsiniz. Bir çoxlarına görə, Azərbaycan ədəbiyyatında müəyyən olunmuş şedevrlər var. Süleyman Rəhimov şedevrdir, Səməd Vurğun şedevrdir, yoxsa Aqşin Yenisey şedevrdir? Siz ənənəvi dahilər və şedevrlər kultuna etibar edirsinizmi? Kitab rəfinizdə bu nümunə gətirdiyim sıradan olan əsərləri əlahiddə növləşdirirsinizmi? Onları məsələn, ən yuxarı rəfə, yaxud ən gözəgəlimli xüsusi yerə qablaşdırmaq “şedevrliklərini” vurğulayırmı? Əgər Süleyman Rüstəmlə Səməd Vurğunun şeir kitabları bütün kitabxanalara doldurulursa, Əliağa Vahidlə Əliağa Kürçaylını isə heç yerdə tapmaq mümkün deyilsə, hansı seçilmiş şedevrdən və formalaşmış zövqdən söhbət açmaq olar? Gələcək nəsillər Əliağa Vahidə “görkəmli” deyəcək, ya Səməd Vurğuna? Gəlin şedevrlər kultuna çox etibar etməyək. Ehtiyac da yoxdur. Çünki nəinki Elçibəy epoxasının qondarma formulirovkaları, hətta 1970-ci illərdən İuda tərəfindən oturuşdurulan total dəyərlər çoxdan rəhmətə gediblər. O əsərlər və o dəyərlər şedevr deyillər, sadəcə tanış sistemlərdir. Geniş yayılmış mətnlərdir, vəssəlam. Bu simvolların arxasında yabanı ədəbiyyatın (folklorun) bizdə həmişə mədəni ədəbiyyata qalib gəlməsi həqiqəti durur (M.Fukonun nəzəriyyəsini yada salaq!). Kimin oğlu səfir işləyirsə, atasının kitablarını çoxlu nəşr etdirib bütün kitabxanalara və satış məntəqələrinə doldurur, kim isə alkaşlaşıb gedibsə onun əsərləri it-bata düşür. Bu qədər bəsit. “Görkəmli”lər belə yaranır. Kiminsə əsərləri kiril əlifbasından latin əlifbasına keçid zamanı köhnə Sovet sivilizasiyasında ilişib qaldı. Kiminsə əsərləri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncama düşmədi. Bəxti gətirib lazım olan anda lazım olan bölgədə doğulmayanlar çoxdu. Bilirsiniz ki, Azərbaycanda elədi ki gərək lazım olan bölgədə doğulasan. Yoxsa əppək yoxdu. Burda çox təsiredici amillərdən çox söz açmaq olar, ancaq, ...ancaq qalsın sonraya. Axı bunların hansından danışasan? Əgər danışsam, gərək saytın kəndarında gecələyək. Bu isə mənlik deyil. Heç Nobel mükafatı almaq belə yazıçının böyüklüyünə dəlalət eləmir. Tarix boyu o mükafatı ari yazıçılara yox, yəhudi yazıçılara vermişlər. Nobel axı nədir? Əsərin gur yerində indi dünyaya meydan oxuyan etnosun ulu babası təriflənir və ona sataşan millətin nümayəndəsi şapalaq yeyir. Qurtardı getdi- kassa sənindir! Gəl apar! Sən yedin! 
 Mövzudan kənara çıxmayaraq qeyd edək ki, mədəniyyətdə konkret mənəvi dəyərlər çoxdan devalvasiya edib. İnsanlar çoxdan qlobal transformasiyaya tuş gəliblər, mədəniyyəti şedevrərə qarşı nostalji-ironik reaksiya ilə post-mədəniyyət parçalayıb. Faktlar artefaktlarla əvəz ounub.
 İctimai rəy deyilən Əlahəzrət var. Bu Əlahəzrət ədəbiyyatın nüfuzunu ölçsəydi, bizim ölkədə məlum olardı ki, ədəbiyyatın nüfuzu yoxdur. İctimai rəy onu qeyri-ciddi, ən asan olan, asudə vaxt keçirmək üçün hobbi kmi qiymətləndirir. İctimai rəydə o, “Xatirə dəftəri”ndəki şeirlər qədər ucuz bir sahə kimi dəyərləndirilir. Səbəblərdən biri də elə yazıçılarımızın boşboğaz sicilləmələri, keyfiyyətsiz, “söz xatirinə söz” ifrazıdır.
 Mədəniyyət və incəsənətlə bağlı dərinlik ideyasının öz ziyanları var. Birincisi ona görə ku, tekstləri dərin olanlarla dərin olmayanlara bölmək çaşdırıcı ayrı-seçkilik salır. Məsələn, bunun sonunda araşdırıcıda əskiklik kompleksi yaranır. Dediyimizi örnəkdə açaq: “Dastani-Əhməd Hərami” dərin tekst deyil, onunla nə etməli? Ciddi tədqiqatçı onu araşdıranda həmişə özünü kələk gələn kimi duyacaq. Çünki ciddi və diqqətəlayiq bir işlə məşğul olduğunu sübut etmək üçün dastan haqqında özündən dərinlik uydurmalı olacaq və eyni zamanda bununla blef yaratdığı üçün vicdanı qarşısında psxoloji rahasızlıqda qalacaq.
 İkincisi, dərinlik ideyası zövqü korlayır, ulusda arxivqədirbilənliyinə ciddi zərbə vurur, çünki onun nəticəsində dörd yana “dərin tekstlər dəyərlidirsə, o birilərinin qədrini bilməmək də olar” iqtisadi qənaət prinsipi xaqanlıq edir. Bu qənaət kiçik uluslara, eləcə də az tekst istehsal edən kültürlərə daha çox ziyan vurur. Araşdırmaların tarixi gündə min dəfə sübut edir ki, ən dayaz fakt ən dərin tekstin araşdırılmasında əvəzsiz şəhadət, bələdçi ola bilər. Bu baxımdan biz hesab edirik ki, dərin olmayanlara qayğısızlıq, nəticədə onların arxivləşdirilməməsi böyük ziyanlara gətirib çıxarır (Yada salaq ki, psixoanalizə, analitik psixologiyaya güclü təkan vermiş bir çox araşdırmalar təhlil üçün qəsdən dayaz sənət əsərlərini seçmişdilər).
 Üçüncüsü, dünən dayaz sayılan tekstin bu gün dərin sayılması elmlə bağlı kinayəli vəziyyət yaradır. Sual gəzir: haradan qarantiya var ki, indi elmin önəmsiz saydığı sabah önəmli olmayacaq? Dərinlik ideyasının və psixolojisinin qırağa qoyulması bu sualı da mənasızlaşdırdı.
 Dördüncüsü, dərinlik ideyası Ortaçağ miniatür sənəti ilə, xalçalarla, musiqi ilə, memarlıqla, abstrakt sənətlə, Pikasso tabloları ilə bağlı işləmir, ona görə də çaşqınlıq yaradır. Adi adamlar onlara dərinliyi tapmaq istəyindən yanaşıb daşa dəyirlər. Axı sadaladığımız sənətlərdə dərinlik yoxdur.
 Nitsşe demişdi: özü-özlüyündə heç bir musiqinin dərinliyi yoxdur, musiqi heç bir məna daşımır. Sonralar intellekt onu simvola çevirib ona mənalar qoyur.
 Şekspir faciələrindən mənalar çıxarmaq üçün kitabxanalaracan kitablar yazılıb, yüzlərlə yeni yozmalar irəli sürən tamaşalar qoyulub. Biz Şekspiri ona görə dahi sayırıq ki, faciələri sayı bilinməyən mənalar qaynağıdır. Ancaq bu sayrışan mənaların hamısının Şekspirin özü tərəfindən tekstə qoyulmasını söyləmək intellektual kələyi andırır. Daha düzdür hesab etmək ki, əsərindəki mənaların xeylisini o heç özü də bilməyib. Ancaq bunu irəli sürəndə belə çıxır ki, Şekspirin ayağına etmədiyi işləri yazırlar. Şekspiri etmədiyi xidmətlərə görə ucaldırlar, cənablar!
***
 Köhnə kolleksiyaçılar nəinki Nizamini, hətta Şekspir və Höteni də qutulara yığıb zirzəmilərdə saxlayır, çünki onlar heç kim tərəfindən oxunmur, indi daha yeni kultlar var. İnternet dövranı yeni fikir ümmanları ortaya çıxarıb. Babalarımız üçün Həkəmin Cüngü, Bilqamış, Alpamış, Toxtamış dastanları, Kəlbətinlə Güləbətinin nağılı maraqlı idisə, klaviatura dövründə kəlbətinlə balta girmir. Müasirlərimiz üçün Tatyana Qraçeva, Duqin, professor Stoleşnikov, Konstantin Petrov, Jdanov, Proxanov, Leonid İvaşov, Nikolay Levaşov, Maksim Şevçenko, Konstantin Sivkov, Evqeniy Novikov, Serqey Sall, Qalina Çaryova, Jarnikova, Vinnikova, Qeorqiy Sidorov, Starikov, Fyodorov, Pyakin, Panarin, Yulius Evola, Yurgen Elzesser, Loran Lui, Eduard Xodos, Devid Ayk, Devid Dyuk, Aleks Cons, Naom Çomski, Nasir Purpirar, Əliəkbər Raefipur,  Alparslan Kuytul  daha maraqlıdır. Bilmirəm bu fikir dühalarının heç birindən xəbəri olmayan, amma gözəl yazı qabiliyyəti olan və yazarkən durğu işarələrini yerli-yataqlı işlədən yazar daha bədbəxtdir, yoxsa bu yaradıcı insanlardan heç olmasa bəzilərini mütəmadi izləyən, amma yazarkən orfoqrafik səhvlərlə yazan oxucu? Sizcə kimin kimi “gerizəkalı”, “avtoritar təfəkkürlü”, “qoyun” adlandırması daha düzgündür? Şəxsən mənçün antiqlobalist prizmaya köklənmiş namazqılan kəndçi baba, siyasi baxışları Türkiyə bakkalçısı ilə eyni olan cəhbəçi-musavatçı-yapist politoloq-funksioner-feylosoflarımızdan qat-qat üstündür.

II yazı: Lazım olan mətnləri köçürün və oğurluqdan qorxmayın - Plagiat mənfi yox, müsbət haldır!

 Pikasso deyirdi: “İstedadlı adamlar bəhrələnirlər, dahi adamlar isə oğurlayırlar”. Aktiv plagiatçılardan biri də dahi yunan dramaturqu Sofokl idi. Qədim İsgəndəriyyə filosoflarından biri öz elmi oğurluqları haqda böyük bir traktat bağlayıb gələcək nəsillərə saxlamışdır. Məlumdur ki, Aristotel öz əsərlərində çox zaman başqa filosofların mətnlərinədək iqtibasdan istifadə etmişdir. Çünki zaman distansiyası artdıqca bu mətnlərin toplanmasına və saxlanılmasına, onların təsnifatına və sistematik şərhinə zərurət yaranmışdı. Tarixdə bəzi əsərlərin Sokrata, ya Platona məxsus olması barədə şübhələr və tərəddüdlər vardır. Evripid, Vergili, hətta Şekspirin də ərsəyə gəlməsində plagiat az rol oynamamışdır. Şekspir zarafatla plagiatı “qadını pozğun cəmiyyətdən ayırıb yaxşı cəmiyyətə qoşmağa” bənzədirdi. Şekspir “Hamlet”in, Höte isə “Faust”un mövzusunu indi adı yalnız ədəbiyyat tarixçilərinə məlum olan Kristofer Marlodan götürmüşdülər. Məşhur komediya ustası Molyer də plagiatdan yetərincə bəhrələnmişdir. Onun “Sakapenin kələkləri” pyesinin bir çox səhnələri bütövlüklə Sirano de Bejerakdan əkişdirilmişdir. İntibah və Romantizm dövründə yazılan əsərlərin əksəriyyətinin mövzusu qədim yunan ədəbiyyatında işlənmişdir. Hətta 20-ci əsrin ən böyük yazıçılarından sayılan, “şüuraltı axın” (potok soznaniya) cərəyanının banisi Ceyms Coys da öz məşhur superelitar “Uliss” romanını Homerin “Odisseya”sı əsasında yazmışdır. Düma-ata da plagiatla yaxın məsafədə olmuşdur. Volter öz tragediyalarına başqalarının yazdığı bötüv səhnələri, şeir və hekayətləri salırdı. Uilyam Folkner deyirdi: “Yazıçı çox sakit şəkildə hardan gəlsə, öz əsəri üçün material götürə, iqtibas edə və hətta oğurlaya bilər”. Kiplinq, Svift və Edqar Po yaradıcılığında da plagiat detallarına az rast gəlinmir. Braziliyalı çağdaşımız Paolo Koelyo da “Kimyagər” əsərinin mövzusunu Borxesin bir hekayəsindən götürmüşdür. Polyak yazıçısı Hülle “Vayzer Davidek”i yazanda alman yazarı Qrassa, o biri əsərlərində isə Tomas Manna və Qrabala istinad etmişdir.
 Süjetin müəllif qarışıq ölüb, unudulub getməsi, yoxsa bu süjetin başqa dahilərin əsərlərində həmişəyaşar qalması, yeni nəfəs alması- bu, həmişə cəmiyyətin müzakirə mövzusu olub. Cek London öz epoxasının ən yüksək qonorar alan müəlliflərindən biri sayılır. O öz novellalarının süjetini qəzetlərdə oxuduğu materiallardan və ya az tanımış müəlliflərin əsərlərindən çırpışdırırdı. Özü də boynuna alırdı ki, “Əcdadların harayı” povestinin süjetini hind folkloru toplayıcısı Eqerton Yanqdan əkişdirmişdir. Öz plagiat yaradıcılıq üslubunu Cek London “xam materialı özün üçün xarakterik stildə işləmək” adlandırırdı. Bütün bu “qəbahətlərə” baxmayaraq yazıçının reputasiyası oğurluqdan zərrə qədər də ziyan çəkmədi, əksinə oxucularının sayı günü-gündən çoxaldı.
 “Dünyalar döyüşü”, “Görünməz adam”, “Moreaunun adası” və “Zaman maşını” kimi dünyaca məşhur fantastik romanların müəllifi, ingilis yazıçısı Herbert Uells dəfələrlə plagiat qalmaqalına görə çəkişmələrdə olmuşdur. Məşhurlaşandan sonra o sanki konveyerdən çıxırmış kimi fasiləsiz əsərlər dərc etdirirdi. Sonradan məlum oldu ki, həmin əsərlər oğurluq məhsulu imiş! O, Florent Diks adlı qadının əlyazmasını oğurlayaraq “Tarixin qısa kursu” adlı elmi əsər ərsəyə gətirmişdi. Bu əsər Herbertə külli miqdarda pul qazandırdı. Xanım Diks onu məhkəməyə verdi. Nəticədə nə oldu? Məhkəmə yazıçının xeyrinə qərar çıxardı!
 Şəms Təbrizi ilə görüşənə qədər Mövlanə Cəlaləddin bircə misra da yazmamışdı. Ancaq necə oldusa, bu görüşdən dərhal sonra 25 031 beytlik “Məsnəvi” yaratdı, həcmcə bundan ikiqat artıq olan “Divan-i kəbir”- Böyük divan da ortaya qoydu. Cəlaləddin həmin “Divan”ı “Divan-i Şəms Təbrizi” kimi də təqdim edirmiş… Bir sıra əlyazmalarda sərlövhə elə belə də gedir. Ayaq tutmuş inam ondan ibarətdir ki, bu şeirlərin hamısı Mövlanənin özününküdür, sadəcə Şəmsə olan sevgisindən, sayğısından qəzəllərin son beytində öz təxəllüsünü deyil, onun adını yazır. Bir çox qəzəllərin Mövlanə tərəfindən könüllü olaraq Şəmsə şamil edilməsindən daha artıq elə gerçəkdən Şəmsə məxsus olması, Mövlanə tərəfindən götürülərək işlənməsi mülahizəsi də ortaya çıxır… “Divan”dakı Şəms Təbrizi təxəllüslü şeirlərin həqiqətdə Şəmsə məxsus olmasını inkar edən heç bir dəlil olmadığı kimi, həmin şeirlərin Mövlanə tərəfindən yazıldığını təsdiq edəcək inkaredilməz dəlil və sübutlar da yoxdur.
 Nəsrəddin Tusinin “Əxlaqi nasiri”nə baxaq. Kitabın özülündə yunan düşüncəsindən gəlmə, xüsusən Aristotelin “Nikomax əxlaqı” kitabından götürülmə prinsip və nəzəriyyələr dayanır. Nəsrəddin yunanların əxlaqi nəzəriyyələrini ayətlər və rəvayətlərlərlə bəzəyir, sonra da dini əxlaq adına bizə sırıyır. Kitab əsil kitab deyil, quraşdırmadır, baxmayaraq ki öz dönəminin əxlaq elminə göstərilən ən uğurlu reaksiyadır.
 Əksər araşdırmaçılar Livan filosofu Xəlil Cibranın təfəkkürünü qarışıq, fəlsəfəsini bəsit, şeirini isə zəif gördüklərindən Ərmişi pis bir “Zərdüşt belə buyurdu” köçürməsi kimi qəbul edirlər. Cibranın 1909-1910- cu illərdə Parisdə qalarkən Nitsşeni kəşf etdiyi və əsərlərinə heyran olduğu danılmaz bir faktdır. Cibran o vaxt 25-26 yaşlarındaydı və bir dostuna yazdığı kimi, alman filosofunun adətən “sözləri ondan oğurladığını” hiss etməkdədir. Nitsşenin Cibrana həm şəkil, həm də mövzu baxımından təsir etməsi şübhəsizdir, lakin Cibranın və ya Nitsşenin bir başqa heyranı olan Andre Jidin “Dünya nemətləri”ni Nitşenin əsərlərinin ucuz bir köçürməsi kimi cəmiyyətə təqdim etmək həm şişirtmə, həm də haqsızlıqdır.
 Müqayisəli ədəbiyyatşünaslıq nəzəriyyəçilərinin böyük səhvi ondan ibarət idi ki, onlar bir yazıçının digərinə təsirinə birbaşa təsir kimi baxırdılar. Ümumiyyətlə, bütün nəzəriyyələr bu ideyaya söykənirdi. Əslində əksər hallarda belə bir təsirdən söhbət gedə bilməz. Sadəcə, bəzi insanlar eyni məfhumlara bu və ya digər dərəcədə oxşar reaksiyalar verirlər. Bu baxımdan bizim axtardığımız həm azad, həm də qaçılmazdır.
 “Plagiat pisdir” kimi dayaz, qeyri-peşəkar fikirlər üçün heç bir əsas yoxdur. Plagiat mənfi yox, müsbət haldır. Lazım olan mətnləri köçürün və oğurluqdan qorxmayın! Burda pis bir şey də yoxdur, hamı bir-birindən bəhrələnir. Məşhur yazıçı Orxan Pamukdan soruşanda ki, “deyirlər, siz Ekodan təsirlənirsiniz”, onun cavabı belə olmuşdu: “Mən nəinki təsirlənirəm, hətta bəzi şeyləri oğurlayıram da”.
 Kamyunun öz amerikalı həmkarı Folknerə marağı və məhəbbəti heç kəsdə şübhə doğurmur. Heç olmasa ona görə ki, Kamyu öz dünya şöhrətinə və vaxt qıtlığına baxmayaraq Folknerin “Rahibə üçün rekviyem” romanını səhnələşdirib. Və dünya ədəbiyyatında bənzəri olmayan bu qeyri-adi pyesi iki imzayla çap etdirib: Uilyam Folkner – Alber Kamyu!
 Ruslar heç təmsilin nə olduğunu bilmirdilər. Lakin Rusiya böyük millətə çevrilən mərhələdə fransız Jan de Lafontenin əsərlərini İvan Krılov tərcümə edərək, altından “tərcüməçi” yazırdı. Sonra da “tərcüməçi” sözünü atdı, sadəcə Krılov imzasını saxladı. İndi hamı inanır ki, həmin təmsilləri Krılov yazıb. Biz də inanırıq.
 Qara kvadrat ideyasını Maleviç Arximeddən əxz etmişdir. “Led Zeppelin” rok-qrupunun hitlərinin əksəriyyəti plagiatdır. Yazıçı Aleksey Tolstoyun “Qızıl açar, və yaxud Buratinonun macəraları” əsərinin məşhur qəhrəmanı Buratinonun prototipi italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun macəraları: Taxla kuklanın hekayəti” nağılının qəhrəmanı Pinokkiodur. Uolt Disney kinokompaniyasının cizgi filmi qəhrəmanı balıq Nemonu fransız nağılçısı Frank de Kalve ərsəyə gətirmişdir. Hətta Uolt Disney həmin cizgi filmini ekrana çıxarmamışdan 8 il qabaq Frank öz personajı balıq-kloun Pyeronu patentləşdirmişdi də. Öz qəhrəmanını səhnədə görən nağılçı Uolt Disney kompaniyasını məhkəməyə verdi. Bəs məhkəmə nə etdi? Uolt Disney vəkillərinin səyi nəticəsində məhkəmə qərar çıxardı ki, personajı Uolt Disney Frankdan yox, Frank Uolt Disneydən oğurlamışdır!
 Tanınmış rus yazıçısı Aleksandr Volkov “Zümrüd şəhərin sehrbazı” məşhur nağılının müəllifidir. Amma çoxları bilmir ki, bu nağılın əsl müəllifi amerikan yazıçısı Laymen Frenk Baumdur. Baumun “Oz ölkəsindən olan sehrbaz” əsərində qızın adı Doroti, itin adı Totodur, Volkovun nağılında isə qızın adı Elli, itin adı Totoşkadır. Kitabın ilk nəşrində Volkov əsl müəllifin adını göstərmişdi. O yazmışdı ki, mən bu gözəl əsəri sadəcə tərcümə etmişəm. Lakin sonrakı nəşrlərdə əsl müəllifin adının götürülməsinə dövlət özü qərar verdi, nağıl Volkovun əsəri kimi təqdim olundu. Məsələ burasındadır ki, Sovet hökuməti Qərbə neqativ yanaşırdı və nəşrdə ABŞ yazıçısının adının göstərilməsi münasib sayılmadı. Beləliklə, Volkov plagiatda suçlanmaq təhlükəsindən uzaq düşdü. Baumun sehrli ölkədən bəhs edən 14 əsəri vardı, Volkov onların 6-sını çevirib öz adından dərc etdirdi.

Sən son cümləni yazdın,
Mən də nöqtəni qoydum,
Kitabını bağladım,
Səndə nöqtəni qoydum.

Sonra səni çağırdım,
Sən də yubandın nəsə...
Adını heca-heca
Dedim ki, gec gedəsən.

Sonra səhər açıldı,
Kimsə döydü qapımı:
“Bir az əvvəl ölmüsən,
Gəl, meyidin tapılıb”.
                          (Mətləb Ağa)

 Zənci hüquqları uğrunda tanınmış mübariz, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında yer almış Martin Lüter Kinq öz mühazirələrinə görə Nobel mükafatına layiq görülmüşdür. Amma çoxları bilmir ki, onun teologiya üzrə doktorluq dissertasiya oğurluq idi. Hətta öz Nobel nitqini belə o Florida ştatından olan keşiş Hamiltondan götürmüşdür. “Mənim arzum var” Kinqin ən məşhur nitqi sayılır- bu nitqində o ağ və qara dərili insanların bərabər hüquqlu yaşayacaqları xoşbəxt gələcək haqqında fikirlərini səsləndirmişdir. Həmin mətn Çikaqodan olan siyasətçi Arçibalda Keridən reraytinqdir. Plagiat Kinqi dünyaca məşhur etdi və insan hüquqları üzrə yenilməz mübariz kimi tanıtdı. Nəyi pis oldu ki? Kinqin plagiatları hesabına zəncilər Amerikada ağdərililərlə bərabərhüquqluluq qazandılar!
 Tanınmış terrorçu Hüsamə bin Laden öz videomüraciətlərində ərəb ruhanilərinin fikirlərini işlədir və onları öz fikirləri kimi təqdim edirdi. Bir dəfə isə o, tanınmış ərəb şairi Yusif Əbu Hilalın “İsgəncələr dövrünün poeması”ından olan bir şeirini öz şeiri kimi söyləmişdi.
 Əsərlərini Harun Yahya imzası ilə yazan Adnan Oktar “Üç yüzdən çox kitabı necə yazmısız sualına?” belə cavab verdi: “Otuz nəfərlik işçi qrupum var, onlar araşdırmaları mənə hazır gətirilər. Bir çox məlumatları isə xarici dildən tərcümə edərək hazır şəkildə gətirirlər. Alman, fransız, ingilis və başqa dillərdə olan araşdırmaları gətirirlər, mənim istədiyim şəkilləri gətirirlər. Mən sadəcə yazıları əlaqələndirib fikirlərimi bildirirəm”.
 “Nyu-York Tayms” nəşriyyatı ilə əməkdaşlıq edən jurnalist Ceyson Blerin fəaliyyəti bu sahəyə gəlmək istəyənlər üçün əsl etalon ola bilər. Bler qısa müddət ərzində dünyanın qaynar nöqtələrindən emosional reportajlar hazırlayan jurnalist kimi tanındı. Lakin sonradan üzə çıxdı ki, o dünyanın heç bir qaynar nöqtəsində olmamış, həmin reportajları öz mənzilindən kənara çıxmadan plagiat əsasında hazırlamışdır. Maraqlısı budur ki, Bler dərc etdirdiyi 600-dən çox materiala görə külli miqarda qonorar almışdı. Düzdür, məsələnin üstü açılandan sonra Bler işdən qovuldu, amma məşhurlaşan jurnalist universitetə əxlaq və qəlbin halından mühazirə oxumağa dəvət edildi.
 ABŞ-ın vitse-prezidenti, tanınmış siyasətçi Co Baydenin də plagiatçı olduğu üzə çıxmışdır. Hələ hüquqşunas kimi təhsil aldığı vaxtlardan o, məktəb yoldaşlarının mətnlərini köçürməklə məşğul olmuşdur. Bayden 1988-ci ildə prezident seçkilərinə qatıldı. Seçki zamanı məlum oldu ki, namizəd öz çıxışlarında ingilis siyasətçisi Nil Kinnokun mətnlərini səsləndirir. Bayden özünə haqq qazandırmaq üçün dedi ki, sadəcə müəllifin adını qeyd etməyi unutmuşdur. Jurnalistlər haray saldılar ki, mətn oğurluğu xəstəliyi Baydendə xroniki hal almışdır. Lakin oğurluq mətnlər Co Baydenin siyasi fəaliyyətinə azca da olsun xələl gətirmədi.
 Prezident Barak Obamanın da adı plagiatda hallanmışdır. 2008-ci ildə məlum oldu ki, qaradərili ABŞ siyasətçisi digər qaradərili siyasətçi Deval Patrikin mətnlərindən istifadə edir. Bu ittihamlara cavab olaraq Obama bildirdi ki, sözlərindən istifadə etmək üçün Patrikdən icazə almışdır. ABŞ imicmeykerləri ictimaiyyəti inandırmağa çalışdılar ki, ABŞ prezidentliyinə namizədlər seçicilər qarşısında çıxışlarını necə qurmağı özləri müəyyənləşdirirlər. 
 Dörd dəfə Oskar mükafatına layiq görülmüş rejissor Ceyms Kameron da öz nailiyyətlərinə görə plagiata borcludur. Həm Pandera planeti, həm də Terminator obrazı ondan qabaq başqası tərəfindən işlənmişdir. Kameron başqalarının ideyalarını götürərək kinosuna tətbiq etməkdən çəkinmir. Kamerondan qabaq Terminator personajını Avstraliya yazıçısı Uilyam Qrin çəkdiyi aztanınan “Minotavr” filmində yaratmışdı. Sadəcə Qrin səhv buraxaraq hələ tam hazır olmayan ssenarini Kamerona oxumağa vermişdi...
 Bir müddət öncə Elif Şəfəqin “İskəndər” romanının plagiat olduğu iddia edildi. O, Zadie Smitin “İnci kimi dişlər” əsərindən şablon kimi istifadə etməkdə və oradakı obrazları oğurlamaqda günahlandırıldı. Ancaq Zadie Smit yazara məktub göndərərək onun yanında olduğunu və ittihamlara baş qoşmamaq lazım olduğunu bildirdi: “Əzizim Elif, Hanif Kureishi hər ikimizin kitabları ilə bağlı yersiz xəbərlərin olduğu linki göndərdi. Sənə təkcə bunu demək istərdim ki, mən bu iddiaları yetərincə boş hesab edirəm. Ümid edirəm ki, hər şey gözəl olacaq. Bu zəhərli insanların səni də təsirləməklərinə icazə vermə. Bir yazıçıdan bir başqa yazıçıya sevgilərlə, Zadie”.
 Cəlil Məmmədquluzadə kimi bir nəhəng “Ölülər”i Nikolay Qoqolun “Müfəttiş” pyesinin təsirilə yazıb və bəzi əsərlərini bu məşhur rus yazıçısının təsirilə qələmə aldığına işarə etmək üçün “Qurbanəli bəy” hekayəsinin epiqrafında ”Allah sənə rəhmət eləsin, Qoqol” yazmışdı. İndi də bir kimsə bu ustad yazıçı-dramaturqun hər hansı bir əsərini ikinci, yaxud üçüncü saymır. Azərbaycan ədəbiyyatı tarixində bu cür örnəklər çoxdur. “Leyli və Məcnun” mövzusunu Nizamidən götürən Füzuli, “Xosrov və Şirin”, “Yeddi gözəl” mövzularını Füzulidən əxz edən Nizami də oğrudur? Müasir Azərbaycan ədəbiyyatında da təsirlənmələr, hətta hər hansısa bir əsərin süjetindən istifadə halları yetərincədir. Tanınmış şair və esseist Səlim Babullaoğluna jurnalist Cavid Zeynallı sual verdi: “Vaxtilə sizi plagiatlıqda günahlandırmışdılar...”. Cavab belə oldu: “Biz 20 dəqiqədir burda oturmuşuq. Burdan çıxanda soruşsalar ki, otaqda Cavidi gördün və mən desəm görmədim, onda nə qədər səmimi olaram? Nə qədər dürüst ağıl yiyəsi kimi görünərəm?! Əlbəttə, biz söhbət etmişik, əlbəttə, Cavidin hansısa replikası, sualı mənim yadımda qaldı. Qalmamağı düz olmazdı, adama deyərlər sən korsan? Ədəbiyyat da belədir. Biz oxuduğumuz, öyəndiyimiz kitablardan nəyi isə götürüb özümüzdə saxlayırıq...”.
 Plagiat nəinki ədəbiyyatda, həm də elm sahəsində stimulverici məşğuliyyət olmuşdur. Yeni doqmatik rasionalist fəlsəfənin banisi Dekart, monadologiyanın yaradıcısı Leybnis, elektromaqnit induksiyasını kəşf edən Faradey, hidrostatikanın əsas qanununun müəllifi Paskalın adları da plagiat qalmaqallarında hallanmışdır. İngilis ensiklopedist alimi Robert Quk iddia edirdi ki, İsaak Nyuton optika sahəsində kəşflərini ondan əkişdirmişdir. Tarixən yəhudilərin əlində olan akademik cəmiyyət ari alimlərin etdiyi icadları yəhudilərin adına çıxmışdır.
 Ümumiyyətlə, yəhudinin mədəniyyət qarşısında yerinin nə olduğunu başa düşmək üçün bu həqiqəti nəzərdən qaçırmamaq lazımdır: heç vaxt bir yəhudi sənəti görünməmişdir. Bu gün də yoxdur. Ən azı incəsənətin iki kraliçası olan memarlıq və musiqi ilə orijinal olan hər hansı bir gözəllik yəhudilərə heç nə borclu deyil. Sənətdə yəhudilərin meydana gətirdiyi şey bir fikir oğurluğundan ibarətdir. Çünki yəhudi yaradıcı güc və mədəniyyətlər qurma qabiliyyətləri ilə dolu olan ari-slavyan irqə xas xüsusiyyətlərə sahib deyil.
***
 Beləliklə, bir çox məsələlərdə diqqətli olan, həyata həsaslıqla yanaşan mütəfəkkirlər intellektual mülkiyyət məsələsinə gələndə iştahalarını saxlaya bilmirlər, başqasının süjetini və ya ideyasını oğurlamaqda qəbahət görmürlər. Başqasının fikir aləminə dürtülməkdən, yazı-pozu boxçasında eşələnməkdən heç kəs özünü sığortalaya bilməyib. Siz də oğurlayın. Əvvəl oğurlayıb dərc ediləcəksiniz, markalaşacaqsınız, sizə yazıçı kimi tanıyacaqlar, o formulirovkaya oturuşandan sonra isə istər-istəməz özünüz yazmalı olacaqsınız. Tarixən belə olub.
 Aydınlıq üçün iki dəfə Plutser mükafatı laureatı yazıçı Con Apdaykın “Le Monde” fransız qəzetinə verdiyi müsahibədən bir parçanı təqdim edirik:
“-Bir dəfə demişdiniz ki, “Oğurlamaq üçün oxuyuram”. Bu sözlər T.S.Eliotun ifadəsini xatırladır: “Yaxşı şairlər oğurlayır”. Bizim bu qədər puritan, plagiata qarşı dözülməz zəmanəmizdə siz nəsə oğuramısız? Əgər oğurlamısızsa, kimdən?
-Əbəttə, dəfələrlə! Eliot həm də deyib: “Pis şairlər yamsılayır”. Mən isə, Allaha şükür, obrazları oğurlayırdım və elə bilirdim ki kimsə bunu görmür. Məncə əvvəl yazıçı yamsılamağa nümunə axtarır, mənim üçün Prust, Nabokov, Selincer nümunə idi. Sonra yazıçı bir yazıçı kimi formalaşanda belə gözəl yaratmaq arzusuyla axtarışa çıxır. Əbəttə şirnikləndirici şeylər çoxdur, və əlbəttə əgər oğurladığınızı gizlətmək üçün etibarlı yeriniz varsa.
-Yaradıcı prosesin yüksək dərəcəsi- orijinalı təkrarlamaq, sonra da onu yeni ölçüyə, yeni mühitə salmaqdır? 
-İncəsənət fəaliyyətin introspektiv növüdür, hamı bilir ki nə olub və indi nə baş verir. Özünün yazması üçün gərək yazıçılıq ilə eksperiment edəsən. Çoxlu oxumaq. Prust demişkən, bunun içində yaşamaq lazımdır. Bu nöqteyi-nəzədən, biz hamımız oğruyuq”.
 Sizi plagiatda suçlamaq üçün güclü əsaslar lazımdır. Köçürmə və reminissensiya (lap elə təsirlənmə) arasında yerlə-göy qədər fərq var. İlkin təsirlənmə sonradan başqa istiqamətə yön alacaq, yəni yaradıcılığın gedişində hər şey- ideyadan tutmuş kompozisiyaya kimi dəyişəcək. Əkişdir, sinonimləri dəyiş və dövriyyəyə burax- vəssalam, populyarlığın imtiyazlarından bəhrələnəcəksən. Plagiatın sayəsində yaşayışını quran, sərvət toplayan və qalaktik şöhrət qazanan n qədər adam var. Siz də onlardan biri olun. Plagiat insanları həmişə irəli aparıb və bəşəriyyəti inkişaf etdirib. Siz də bəşəriyyətin inkişafına öz töhfənizi verin. Plagiat- sivilizasiyanın məhək daşıdır.
 Gənc yazarların işinə yarıyacaq yeni ədəbi hadisələrdən Babi Badaloffun Hazır şeir nəzəriyyəsi diqqətimizi cəlb etdi: “Mənim şeirlərim “transqafiyə” silsiləsindən “hazir şeir” cərəyanının üstündə yazılmışdır”. Hazır şeir nə deməkdir? Adından məlum olduğu kimi, artıq yazılmış və dərc olunmuş şeiri “hansı cərəyandan asılı olmayaraq” yenidən həyata, ədəbiyyata gətirmək, heç bir dəyişiklik etmədən dərc edib və onu yenidən ədəbiyyatın  içində bir başqa mühitdə yaratmaqdır. Məlum olduğu kimi təsviri incəsənətdə 20-ci əsrin əvvəlində fransız rəssamı Marsel Düşamp ilk dəfə “ready made” cərəyanını yaratmışdır. O, sərgiyə yalnız əşyaları (bel, velosiped təkəri, pissuar, rakovin, paltar qurutmaq üçün veşalkanı və s.) gətirmiş və öz ideyaları ilə o dövrün incəsənətinə böyük təsir göstərmişdir. Sizin təqdim etdiyiniz mətnlər müxtəlif kitablardan götürülmüş olub, onlara “hazır şeir” prinsiplərinə əsasən yenidən həyat qazandırılmalıdır”.
 Kubist rəssamlar ilk təcrübələrində ən adi, gərəksiz əşyalara tapınmışdılar və axırda iş o yerə gəlib çatmışdı ki, onlar üzərində heç bir dəyişiklik etmədən rəngli kağız parçalarını, kartları və ya kibrit qutularını bəzəyən etiketləri kətan lövhələrə yapışdırırdılar…
 Maks Yakob danışırdı ki, bir dəfə Apolliner təkcə küçədə eşitdiyi söz və cümlələri qeyd etməklə onlardan şeir quraşdırmışdı…
 “Əsər sənədli olmalı, müasir qəzet başlıqlarından, populyar mahnılardan, telekanallardan, reklamlardan, həmin dövrün tanınmış simalarının bioqrafiyalarından götürülmüş xronika əsasında realistcəsinə yazılmalıdır” (Con Dos Possos).
 Alman evlərindəki söhbətləri gözəl bir musiqiyə çevirmiş İnqo Şulse yazırdı ki, uydurma artıq oxucu üçün maraqsızdır, “yeni ədəbiyyat əmək, iş sazişləri, pul üstündə qurulmalıdır”.
 İndi isə sözü verək postsovet pianoçusu, bəstəkar S.Kuxerinə: “Postmodernizm xaos hazırlamaqdır. Postmodern xaos- müxtəlif sahələrə aid olan şeylərin vahid mədəni məkanıdır”.  
 Siz ümumiyyətlə, özünüzün fikir və mülahizələrinizlə yanaşı aparılmış tədqiqatlardan, nəticələrdən, statistik məlumatlardan, respublika mətbuatında çıxan materiallardan istifadə etməlisiniz ki, yeri gəldikcə, iqtibasa da yol verməlisiniz. Dünən oxuduğumuz maraqlı əhvalatlar, faktlar belə çox kecmir unudulur, yaddaşın informasiya xaosuna dözə bilmir. Vaxt ayrılığından sonra yenidən qayıtmaq fikri təzələyir, yeni assosiasiyalar yaradır…
 Nərmin Kamalın qalmaqallı birinci kitabı çıxan vaxt populyar ədəbi saytda ön sözünü çap etdirmişdi. Bir azdan anonim bir oxucunun kommentariyasını oxudum: “Ey qız, ey növcavani-şəkər, etmə, eləmə, Kostukoviçdən-zaddan çırpışdırmısan, bu barədə yazı yazacam”. Lakin kitabı plagiatda ittiham edən bir dənə də olsa, başqa kommentariya, məqalə görünmədi bugünəcən. Yəqin ki anonim dostumuz sonra xatırladı ki, Yuliya Kostukoviç nəzəriyyəçi deyil, U.Ekonun romanlarını italyan dilindən rus dilinə tərcümə edən tərcüməçidir və Ekonun Bakıda satılan rusca kitablarında onun adı olur. Rusiyada U.Ekonu və postmodernizmi yaxşı bilən müəlliflər var və elə dissertasiya yaradıcılığının qaydasına uyğun olaraq, Nərmin kitabının sonunda 151 adda kitab, məqalə siyahısı göstərmişdi; rus, ingilis, italyan, alman nəzəriyyəçilərə dəqiqliklə istinad etmişdi. 
 “İlk yazılarımda mən də onu-bunu plagiatda ittiham edirdim, amma ümumən doğru deyirlər; postmodernizm fəlsəfəsilə tanışlıqdan sonra mənim özümdə mənbələrə sayğısızlıq yarandı, pastişin arqumentlərini haqlı saydım. “Umberto Eko və postmodernizm fəlsəfəsi” kitabımın ilk vərəqində belə bir yazı var: “Müəllifin istəyilə onun adı kitabda göstərilmir”. Lap postmodern qayda bir yana dursun, o kitabın içində uzun-uzadı “müəllifin ölümü” haqda nəzəri əsərlərdən söhbət gedir, indi özünüz deyin, içində “bizim bütün dediyimiz sözlər ən müxtəlif kombinasiyalarda bizdən əvvəlkilər tərəfindən dəfələrlə deyilib, indi kiminsə dediyi sözün altına öz imzasını qoymasının mənası yoxdur, danışan sən deyil, mədəniyyətin səsidir” kimi cümlələr olan kitabın üstünə durub müəllif kimi öz adımı yazsaydım, necə olardı?” (Nərmin Kamal).
 Söyləniləsi söhbətlər saysızdı, hamısında yeni, maraqlı cəhətlər, xüsusiyyətlər… Amma mən ümidimi itirmirəm, inanıram ki, dəyərli oxucularımız- potensial qələm sahibləri atdığımız ilk addımlarmızı uğurla səfər başına çatdıracaq, tövsiyələrimizə ürəklə yanaşacaqlar. Çünki əxlaqi, fəlsəfi, tibbi və s. elmlərə varıb elə xəzinələr üzə çıxaracaqlar- oxucular minnətdarlıqla həmin müəllifləri alqışlayacaqlar. Və mən əgər yaşayıramsa- oxuyuramsa daxilən qürrələnirəm, cavan arasdırıcıları bağrıma basıram və haradasa zərif bir umidlə deyirəm: Bir vaxt mən yolda solğun şam yandırmışam, işığı uzağa düşməsə də… Yol isə sədaqətli olur onu açana.
 Yalnız o yolun yolçuları şüurlu şəkildə anlayırlar (bu yerdə mən çox sevdiyim fikri bir dəfə də sitat gətirmək məcburiyyətində qalıram) ki, bir şey heç nəyə bənzəmirsə- o yoxdur (Pol Valeri) və bizim hamımızı əlifba kitabından plagiatda nə qədər desən ittiham eləmək olar.
 Görünür, dünya teatr tarixində dərin iz buraxmış, fyabların (fiabe) yaradıcısı olan Karlo Qotsini də (görkəmli italyan dramaturqu, teatrşünası, məşhur “Turandot” əsərinin müəllifi) həmin bu məsələ ciddi şəkilə düşündürübmüş. Əks-təqdirdə, Höte o vaxta qədərki bədii-dramaturji irsi nəzərdə tutaraq bu sözləri deməzdi- onun vəfalı katibi Ekkerman yazır: “...Sonra Höte Qotsi və onun Venesiya dell’arte teatrını xatırladı, orda aktyorlar müəllifdən yalnız süjeti alırlar, qalanı improvizədi. Qotsi hesab edir ki, yalnız 36 faciəvi situasiya var; Şiller daha çox olduğunu sübut eləmək üçün xeyli əziyyət çəkdi, amma heç 36-nı belə müəyyənləşdirə bilmədi” (İ.P.Ekkerman “Höteylə söhbətlər”). 
 Venesiya teatrının tamaşaçısı olan Höte Qotsiylə görüşmüşdümü? Və bu məsələ şəxsi söhbətdəmi danışılmışdı? Bəlkə Höte Qozzinin hansısa tədqiqatını oxumuşdu? Bu sullara indi cavab vermək çətindi. Amma bir şey yəqindi ki, problem çoxlarını düşündürüb və bu gün də rahat buraxmır.
 Məsələn, 2003-cü ildə Rusiyanın Bates VİAG agentliyinin reklamçıları müasir reklam reallıqlarını-çarxları, xəbərləri araşdırıb bu qənaətə gəldilər ki, bütün reklamları “30 süjet və mövzu” deyə ümumiləşdirmək olar. Düşünülə bilər ki, reklamçıların məsələyə nə dəxli var? Amma sənət olub-olmamasını kənara qoysaq, reklam filmləri və ya çarxlarının kinodan ayrılmış bir qol olduğu kimsə də şübhə doğurmaz; kino isə özünə qədər poeziya→dramaturgiya→nəsr yolunu keçmişdi.
 Günümüzdən bir az əvvələ qayıdaq. 1972-cı ildə, Qotsidən 150 il sonra bu məsələdə ən təəccüblü mövqeni Borxes ortaya qoymuşdu. Adını “Dörd hadisə” kimi də tərcümə etmək mümkün olan “Los cuatro ciclos” başlıqlı kiçik hekayəsində o yazırdı: “Cəmi dörd əhvalat var. Onlardan biri, ən qədimi istehkama çevrilmiş şəhər haqqındadı: şəhərə hücum edirlər və qəhrəmanlar onu qoruyur (Troya)... İkinci birinci ilə bağlıdı, qayıdış haqqındadı (Odissey)... Üçüncü- axrarışdı, onu əvvəlkinin başqa variantı saymaq olar (Yason)... Dördüncü müqəddəsin intiharı, özünü qurban verməsi haqqındadı (Odin, Atis)... Əhvalatlar cəmi dörddü. Və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edirik”.
 İndisə yenə əvvələ qayıdaq. Qotsi tərəfindən ilk dəfə söylənilən, bəlkə də yazılan, zamanında Höte tərəfindən lazımınca qiymətləndirilən, əslində elə “Höteylə söhbətlər” kitabıyla unudulmayan, uzun onillər sonra yenidən dövriyyəyə buraxılan məsələ Jerar de Nervalı da məşğul etmışdi, amma Nervalın da hesablamaları 30-dan o yana keçməmişdi, hətta bəzi mənbələrə görə 24-dü.
 Problemi adını sənət tarixinə qızıl hərflərlə yazmış Polti çözmüşdü. O nəyi müəyyən etmişdi? Hələlik həyatı və bioqrafiyasıyla bağlı onsuz da kasad məlumatlar olan müəllifi bir kənara qoyub onun bütün ədəbiyyatın süjet- mövzu təsnifatını vermiş “36 dramatik situasiya” əsərinə, daha doğrusu əsərdən çıxarışa- qısa siayhıya nəzər salaq: 1) yalvarış; 2) xilas; 3) cinayət əvəzinə intiqam; 4) bir qohumdan digər qohuma və ya qohumlara görə intiqam; 5) təqib; 6) qəfil bədbəxtlik; 7) özgə qəddarlığının və bədbəxtliyinin qurbanı; 8) qiyam; 9) cürətli cəhd; 10) qaçırılma; 11) sirr və ya tapmaca; 12) bir şeyin əldə olunması və ya məqsədə çatma; 13) yaxınlara nifrət; 14) yaxınların rəqabəti; 15) qətlə aparıb çıxaran adyülter (zina, vəfasızlıq) ;16) ağılsızlıq və ya dəlilik; 17) nəhs tale yazısı; 18) məhəbbbətə görə biixtiyar cinayət; 19) zorən yaxın adamın qatilinə çevrilmək; 20) ideal naminə özünü qurban, fədailik; 21) yaxınlarına görə özünü qurban vermək; 22) ehtiras üçün hər şeyi qurban; 23) qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi; 24) bərabər olmayanların rəqabəti; 25) yenə adyülter (zina, vəfasızlıq, xəyanət); 26) məhəbbət cinayətləri; 27) doğma və ya sevimli insanın şəərəfsizliyindən xəbər tutmaq; 28) sevgi maneələri və ya əngəlləri; 29) düşmənə sevgi; 30) şöhrətpərəstlik və hakimiyyət sevgisi; 31) Yaradana üsyan; 33) məhkəmə səhvi; 34) vicdan əzabı; 35) itirilən və tapılan; 36) yaxınların itkisi.
 Hər halda o öz tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi.
 “36 dramatik situasiya” müxtəlif nəşriyyat və elm mərkəzləri tərəfindən, eləcə də onlarla dildə və interpretasiyada, gah “situasiyalar”, gah “süjetlər”, gah da“motivlər” deyə nəşr olunur, xatırlanır.
 Hərçənd akademik ədəbiyyatşünaslıq “situasiya”, “süjet”, “motiv” kateqoriyalarnı dəqiq sərhədlərlə ayırsa da, onların arasında şərti bərabərlik işarəsi qoymaq da olar. Amma yenə də dramatık situasiyanın personajdan güclü vəziyyət kimi səciyyəsi nəzərə alınaraq məhz “situasiya” sözünə üstünlük verilib, necə deyərlər, məhz “situasiyada hər şey özünü faş edir”.
 İnqilaba qədərki “Teatr və incəsənət” jurnalında, “Paris məktubları”nın birində Anatoli Lunaçarski yazırdı: “Hötenin Ekkermanla söhbətləri”ndə “ Qotsi cəmi 36 faciəvi situasiya olduğunu iddia edir, özü də Şiller də bunun üzərində çox baş sındırıb və nəhayət razılaşıb”.
 O bunu necə hesablayıb? Bütün dövrlərdən və ədəbiyyatlardan olan 1200 dramaturji əsəri təhlil edib, bölmələrə, başlıqlara ayırıb, 8 000-ə yaxın personajın taleyini izləyib, ümumiləşdirmə aparıb.
 Əlbəttə, o burda heç bir mistik və kabbalistik bir şey görmür və bilir ki onunla asanlıqla razılaşmamaq da olar, bəzi variant və variasiyaları birləşdirmək olar. Hər necə olur-olsun, deməli bütün dəyişmə cəhdləri 36 rəqəminin ətrafında baş verəcək.
 Mən Poltinin siyahısını göz atıb onu yoxlamaq istədim. Amma təxəyyülümü necə zora salmağa cəhd etdimsə də, başa düşdüm ki yeni şərait deyə tapdığım təzə situasiya artıq müəllif tərəfindən başqa bir əsas variantın törəmə variasiyası kimi nəzərə alınıb. Şiller təvazökarlıqla tapdığı əsas situasiyaların heç 30-a çatmadığını deyirdisə, Polti onu ustalıqla, bəzən bir məqamı, notu iki, hətta üç dəfə bu və ya başqa variantda qeyd edir. Bütün ziddiyyətli tərəfləri ilə yanaşı ideya olduqca diqqətəlayiq və lazımlıdı.
 “İstənilən təsnifatdakı səhvlər əşya və hadisələrin təbiətinə, səciyyəsinə təsir etmirsə də, nəzəriyyənin və onun dərkinin də inkişafına mütləq təsir edir” (A.Mirzəcanzadə)- bu məqam nəzərə alınmaqla Poltinin günümüzədək dartışılan tədqiqatı böyük ehtimalla ədəbiyyat durduqca, yazıldıqca öz aktuallığını saxlayacaq, imrpovizə olunacaq, təsdiq və inkar ediləcək, ixitisar və əlavələrə məruz qalacaq.
 Çünki bəşər yaradıcılığı olan ədəbiyyatın məhvərində elə insanın özü dayanır.
***
 Bir çox ünlü sənət adamlarının söhbətlərindən, müsahibələrindən duyulur ki, onlar dünyaca məşhur adların işinin, sənətinin təqlidi məsələsinə pis baxmır; əksinə, bu- ədəbiyyata xidmət məsələsidir. Bu- dillərin, böyük üslubların tərcüməsi problemidir. Bir halda ki, dünyaca məşhur adlar ədəbiyyat məkanımıza daxil olur, əgər onların mətnlərinin dilimizə çevrilməsi bir işdirsə, sənətlərinin Azərbaycan ədəbiyyatında yer, əks-səda tapması digər bir hünərdir. Belə ki burda incə bir məqam var: problemə səmimi yanaşma məsələsi! Hər hansı böyük üslubu, məsələn, deyək elə Borxes üslubunu, öz doğma mövzularına, laboratoriya materiallarına cəlb edirsən, əgər çevirirsə, demək- işləyir; bu həm üslubun, hə də yaradıcılıq “mən”inin təntənəsidir… Mənim gözüm başqa insanların ideallarını görür və bu tamaşa məni tez-tez heyrətə salır; sizsə- uzağı görməyənlər… elə bilirsiniz ki, bunlar mənim ideallarımdır. 
 A.S. Puşkin litseydə oxuduğu yeniyetmə cağlarında öz müəllimləri Baratinski, Batyuşkov və başqalarının şeirlərinə nəzirələr yazırmış. Aydın məsələdir ki, nəzirələr orijinaldan daha gözəl olur. Deyilənlərə görə, gənc Aleksandrın müəllimləri, xüsusən də Batyuşkov ehtiyat edirmiş ki, gələcək nəsillər bilməyəcək kim-kimə nəzirə yazıb.
 Əgər sizi yormuramsa, başqa bir misal çəkim. Dahi dirijor Leopold Stokovski 80 illik yubileyinə qonaq cağırdığı Fikrət Əmirovdan soruşur: “Siz bu cur gözəl musiqini necə yaratmısınız?” Fikrət bəy deyir: “Mən bu musiqini yaratmamışam, ana dilimdə olan muğam musiqisini Avropa dilinə tərcumə etmişəm. Siz yüksək qiymət verirsinizsə, deməli, pis tərcumə etməmişəm. Əsl gözəllik isə muğamın orijinalındadır”.
***
 Postmodernist rakursdan yanaşmaya görə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M. Baxtin tərəfindən qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin “polifonik” (çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən görkəmli nümayəndəsi H.Gadamer özünün “Həqiqət və metod” əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyimiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur. Filosofun terminoogiyasında “deyim” və “mətn” sinonim anayışlar olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin kontekstində mövcud olması ideyasından çıxış etməsi nəiticəsinə gələ bilərik. Bu faktların əsasında bolqar mənşəli psixoanalitik, poststrukturalizmin nümayəndəsi Yuliya Kristeva “intertekstuallıq” anlayışını irəli sürmüş və göstərmişdir ki, “hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir”. Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər mətnlərin eklektik toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif semantik qəlpələrin çuğlaşıb üzvi vəhdət təşkil etdikləri məkana çevrilir.
 İntertekstuallıqla bağlı mülahizələrimi Rolan Bartın aşağıdakı sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Mətnin əsasını onun başqa mətnlərə, kodlara, işarələrə çıxışı təşkil edir. Həm yazı, həm də oxu prosesində hər bir mətn intermətndir; hər bir mətn köhnə sitatlardan toxunmuş parçadır. Köhnə mədəni kodların, formulaların, ritmik strukturların, sosial idiomların fraqmentərinin qırıqarı- bütün bunlar mətn tərəfindən həzm-rabedən keçirilib onun içində bir-bir qarışmalıdır. Çünki həmişə mətnə qədər və onun ətrafında dil mövcuddur”.
 Yeni dövrün postmodernist yanaşması mətnin müəllif tərəfindən yaradılmış əsər olması haqqında ədəbiyyatşünaslığın ənənəvi konsepsiyasını rədd edir. Ən azı ona görə ki, müəllif son nöqtəni qoyduğu andan “yaratdığı” mətn onun nəzarətindən çıxır, saysız-hesabsız oxucu şərhlərinin hədəfinə çevrilir. Məhz buna görə də bu və ya digər əsəri müəlifə şamil etmək bu mətni dinamikikdən məhrum edib kirəcləşdirmək, deməli, ona son “məna vermək, yazını qapamaq deməkdir” (Rolan Bart).
 Postmodernist sənətkar mətnə belə bir münasibətin qeyri-mümkünlüyünü başa düşür, məhz buna görə də yazdıqlarının mahiyyətini və məzmununu şərh etməkdən və açıqlamaqdan çəkinir. O çox gözəl başa düşür ki, yazdıqları ara vermədən niyyətlərinin hüdudlarını aşır, bəzənsə onları tamam ləğv edir. Buna görə də postmodernizmdə artıq müəllif öz sözünü deyən fərd yox -axı bunun üçün sənin ancaq sənə məxsus sözün olmalıdır- “yazının müəyyən vəhdəti prinsipidir”. Əslində bu və ya digər əsərin yeni formatda müəllifi, artıq mövcud  mətnlərin təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxs əsərin oxucudan oxucuya daim dəyişən, yeni-yeni çalarlar kəsb edən şərhləri ilə “mədəniyyətdə əks-səda” (Borxes) üçün zəmin yaradır. Bədii nümunələrin tükənməz məna potensialı onun iqtibasını, tərcüməsini, yeni variantın işlənməsini və sairəni həyata keçirməyə imkan yaradır. Bu da öz növbəsində diaxron kəsimdə mənəvi-estetik dəyərlərin ötürülməsini, ilk baxışdan bir-birindən fərqli mədəniyyətlərin bir-birinin hesabına zənginləşməsini, son nəticə etibarilə mədəniyyət sahəsində, o cümlədən bədii fikirdə aramsızlığı təmin edir. Bir-birindən uzaq və bir-birindən fərqli dövlətlərin, sivilizasiyaların dinamik əlaqələri məhz bu potensialın aramsız gerçəkləşməsinə söykənir. Postmodernizmin həm diaxron, həm də sinxron kəsimlərdə bütün bəşər mədəniyyətini ehtiva edib bütöv üzvi topum kimi təqdim etməsi prinsip etibarilə sivilizasiya tiplərinin bir-birindən hermetik şəkildə təcrid olunması haqqında O.Şpenqler-A.Toynbi konsepsiyasını rədd edir.
 Əslində, bu və ya digər əsərin müəlifi artıq mövcud mövzuların təsnifatı, onların arasında yeni münasibətlərin yaradılması ilə məşğul olan şəxsdir. Müəllif-əsər münasibətlərinin mahiyyətinə postmodernist baxımdan aydınlıq gətirməyə cəhd edən rus şairi, Nobel mükafatı laureatı İ.Brodski yazırdı: “Şair dilin mövcudluq vasitəsdir. Dil sadəcə ona növbəti misranı diqtə edir”. Məhz buna görə də mənanın yaranması nöqteyi-nəzərindən yazı da, oxu da insanın yox, dilin həqiqətidir.
***
 Postmodernist tənqid iki fərdiyyətin- müəllif və tənqidçinin dialoqudur. Məhz buna görə də postmodernist tənqid özündə subyektivliyi və obyektivliyi, tarixiliyi və müasiriyi, totalitarizmi və liberalizmi üzvi vəhdətdə birləşdirir. Əgər ənənəvi tənqid üçün bədii əsər şərhin obyektidirsə və bu şərh əsərin düzgün dərk olunması prosesinin yekunlaşması ilə başa çatmalıdırsa, postmodernist tənqidin predmeti əsər yox, onun konstruksiyasıdır. Əsərə bu rakursdan yanaşma onun sona qədər dərk olunmasını, daha doğrusu, tənqidçinin bununla bağlı illüziyaya qapılmasını qeyri-mümkün edir. Ənənəvi tənqid əsərin mənası ilə bağlı özünün çıxartdığı məhkəmə qərarını həyata keçirən cəlladdırsa, postmodernist tənqid əsərlə bağlı söhbətlərdir, onun haqqında son və qəti qərar verməkdən imtinadır.
***
 Kreykeqor ironik distansiya qurmaqdan istifadə edərək və müxtəlif həyati yönümlərdən nümunələri nümayiş etdirərək, ifadənin dolayı formasını tətbiq edir və başqalarının qələminə üz tutur. Onun aşağıdakı sözlərinə nəzər salaq: “Təxəllüs altında yazılmış bu kitablarda mənim bircə sözüm də yoxdur. Mənim onlar barədə heç bir mövqeyim, heç bir fikrim yoxdur, yalnız şahid mövqeyindən, şahid fikrindən başqa. Mənim onların mənası barədə oxucu biliyindən başqa bir biliyim yoxdur. Mənim onlara heç bir aidiyyatım yoxdur”. 
 Kreykeqor tərəfindən təxəllüslərdən və ədəbi bədii üsullardan istifadə olunması onun fikrini çatdıra bilməməsindən irəli gəlmişdir. O nəyinsə haqqında olan, başqaları tərəfindən oxuna və öyrənilə bilən müddəalar verməyə səy etmir. O, insan kimi mövcud olmağın ekzistensial dərkinə yardım göstərməyə çalışmışdır. Bu, aktiv qoşulmanı (özü üzərində refleksiya), özünü dərindən (intensional olaraq) mənalandırma aktlarının həyata keçirilməsini tələb edir. Oxucu bir tərəfdən necə deyərlər, təhrik edilməli və şirnikləndirilməlidir. Digər tərəfdən o, özü ilə məşğul olmaq və özüinkişaf üçün elə bir yolla azad edilməlidir ki, burada o, görmənin və mövcudluğun daha “özürefleksiv” və daha səmimi üsuluna qabil olsun. 
 Deməli, Kreykeqorun həqiqətən də nə demək istədiyinə əmin olmaq çətindir, hətta əgər o təxəllüs altında yazılan əsərin sadəcə olaraq “naşiri” deyil, “qanuni” müəllifi hesab edilsə belə.
***
 Siz virtual aləmdə olduğu kimi, sənətdə də öz obrazınızı yaratmalısınız. Hansı yolla başqalarının və özünün gözündə xoş təsir bağışlayan, sivil görkəmə malik ola bilərsən? Xoş təsir bağışlamaq təkcə incəsənətdə əsas amil deyil, eyni zamanda bütün insan işlərində ən başlıca yeri tutur. Bu işdə sizə ancaq və ancaq xidmətlərinə görə yazarlara öz yaxını kimi isnişmiş plagiat kömək edə bilər. Özünə vurğunluq və öz yazdığını həddən artıq ziyadə dəyərləndirməkdən daha axmaqca nə ola bilər? Öz qələmindən razı olmayıb, yaradıcılığının ağırlığına tab gətirməyə çalışan insan xoş və təqdirəlayiq missiyanı- insanlığı maarifləndirməyi yerinə yetirməyə can atmalıdır. Əsl yazıçının yaradıcılığından təkcə özünə məxsus olanları çıxarsaq, daha darıxdırıcı bir dünya ilə qarşılaşarıq. Sözün qısası, əgər yaradıcılıq meyarı ürəyindən keçənlərlə bəxtinə düşənlərin bir-biri ilə üst-üstə düşməsilə ölçülürsə, onda bu işdə sənə yalnız və yalnız plagiat kömək ola bilər. Cəsarət edib deyə bilərəm ki, heç bir böyük əsər plagiatın təsiri olmadan yarana bilməzdi, heç bir nəcib incəsənət növü plagiatın xidməti olmadan yarana bilməzdi.
 Əgər birdən sənə elə gəlsə seçdiyin yeganə yol o qədər də düzgün deyil, yenə özünü inandır ki, hər halda, bu yeganə düzgün yoldur və onda ilham pərisi həmişə sənə kömək olacaq. Əlbəttə, əgər sənin ona hələ də inamın varsa. Arzun həyata keçməmişdən əvvəl dünyanın ruhu səni sınağa çəkməyi qərara alır ki, görsün sən onun dərslərindən nəticə çıxarıbsanmı və bunu ona görə edir ki, biz arzumuza qovuşmaqla bərabər, yol boyu verilmiş biliklərə də yiyələnək. Bax, burada çox adamın cəsarəti çatmır. Səhra dilində buna “vahə üfüqdə görünəndə susuzluqdan ölmək” deyirlər. Axtarış həmişə əlverişli başlanğıcla başlayır və səhər alatoranlığındakı sınaqla bitir. Biz öz minillik Avesta xəttimizi belə davam etdirməliyik.
***
 Müasir cəmiyyət canlı oyunların baş alıb getdiyi, hər şeyin sonu bilinməyən bir oyuna qoşulması, daxildən parçalanması və daxili müvazinətini itirməsi üstündə köklənən və bütün bunları yenə də oyuna çevirən məqamların varlığı ilə səciyyələnir. Hər şey qarşısıalınmaz bir oyunun içindədir, əsas qayda isə dayanıb-duranların, tamaşa edənlərin özü də bilmədən daxili kütləsini itirməsinə söykənir. Fizikanın və digər təbiət elmlərinin qanun və qaydalarının tətbiqi, yox, sadəcə yerində olması… gülüş doğurur, bu isə adı çəkilən oyunun məhz əsrlər boyu formalaşıb-oturuşmuş, bir sözlə, insanın mahiyyətini təşkil edən dəyərlərə qarşı çevrildiyini təsdiqləyən faktlardandır.
 Dediyimiz formatda təzə imzalar olsaydı, yaxşı olardı. Qoy ədəbiyyatımızda daima qan təzələnməsi getsin. Bizim verdiyimiz modeldə “özün kəs düzəlt”, kubik-rubik oyunlarından çox şey var. Hərəmizin uşaqlıq oyunlarımız fərqlidir. Qoy o oyunların quruluşuyla, qaydalarıyla fərqli-fərqli əsərlər yazılsın. 16-17 yaşlı təzə nəsr yazmağa başlayan gənclər qoy özlərini Adəm kimi hiss etsinlər. Elə bil ki, dünyada ilk romanı onlar yazırlar. Bu qədər tək olmayaq, gənclər böyük həvəslə ədəbiyyata gəlsin, bir-birindən fərqlənən, bir-birini şəxsən tanımayan imzalar, kitablar, oxucular çoxalsın. Ədəbiyyata xidmət edək!
 Əlbəttə ki məqsəd və qaydalardan imtina çox böyük mövzular və imkanlar açır. Hər şeyə toxunub, hər şey barədə yazmaq. Əgər gördüklərimizi gözəl təsvir etməyi bacarırıqsa və bir də bir neçə oğurluq traktat, sizə ən yüksək mükafat almağa zəmanət verəcək. Amma indi yox, indi bizi başqa şeylər gözləyir. Oxuyun! Çoxlu oxuyun. Dəyərli mətnlər oxuyun və vəcdə gəlin. Dinc filosof olmayın! 

Eee, doxtor Herr,
Eee, duşman Herr
Sizin əsərinizəm mən
Baha da deyiləm
Altın kimi bir bəbəyinizəm.
Fırlanıram və əriyirəm.
                              (Silvia  Plath).

 Hazır yazıçılıq nəzəriyyəsi- kainatın duyduğu ilk ilahi yazıdır. Mətin mətnşünas olun. Planlı oxu vasitəsinə çevrilin. Burda əsər açıq struktura malikdir, yeni süjetləri və mövzuları asanlıqla qəbul edə bilir, bununla belə əsərin strukturu pozulmur və sabit qalır. Əsərin dərc olunan bütün variantları bir-birindən kəskin fərqlənir. Mövzu həmişə açıqdır, imkan düşdükcə əlavələr edilir, daim işlənib, sitat və yeni ifadələrlə zənginləşdirilir. Tində ilişib qalmiş fikirlərin, təsadüfi məqamların stilizasiyası, yenidən işlənməsi. Bir rəssamın şagirdi ondan soruşubmuş: “Nə vaxt hesab edə bilərəm ki, çəkdiyim əsər bitib?” Rəssam cavab verib: “O zaman ki, sən ona təəccublə baxıb deyə biləsən: “Bunu mənmi çəkmişəm?”.
 “Əsl söz yazıya daxil edilmək üçün artıq tapılmış söz deyil, əsl söz hələ axtarılan sözdür. Axtarmaqdan ala bildiyin mənəvi ləzzət tapmış olduğundan qat-qat üstündür” (Kamal Abdulla). Mənim balam- çirkin plagiat. Borxes deyirdi ki, bəlkə də bütün ədəbiyyat özlüyündə böyük, nəhəng bir plagiatdır. Bir də ki: əsl sənətkar ilham alan yox, ilham verən şəxsdir- ədəbiyyatın qızıl qanunlarından biri də budur.

Kəlamla şeir toxuyan
sənətkarlar ölkəsində
arabir parıldarıq
dahilərin kölgəsində.
             (Xaqani Əliyev)

 Ədəbiyyat “məxməri olacaqmı? Yəni o, əvvəl yazılmış əsərlərdən bəhrələnəcək, yaxud orijinallığa meyl edəcək? Bu mürəkkəb məsələdir, yalnız ədəbiyyatda deyil, teatr, təsviri incəsənət, kino sahəsində də “cover” janrı çiçəklənir- yəni, açıq-aydın yamsılama. Filmdən film, musiqidən musiqi, ədəbiyyatdan ədəbiyyat yaranır. Ədəbiyyat aynalı otaq kimidir, yamsılama sənəti və zərif allüziyalar yaman dəbdədir. Qədim dekadent İsgəndəriyyədə olduğu kimi, ədəbi ənənə ilə oyunlar (kitabdan kitab, romandan roman, şeirdən şeir törəmələr) hər epoxaya, elə bizim dövrə də xasdır. Bu gün müasir olmaq, Rolan Bart demişkən, hər şeyi əvvəldən başlaya bilməyəcəyini anlamaq deməkdir.
 Əsil yazıçıların nəsr kitablarında öz sələfləri ilə gizli dialoq mövcuddur. Bu təbiidir: ədəbiyyat tarixinə bələd olmayanlar, yaxud onu yaxşı bilənlər təkrarçılığa məcburdur. Bu təkrarlar və oyunlar asan başa gəlir. Nə vaxtsa “yaxşı zövqə bir sillə” sayılan avanqardizm indi çox darıxdırıcı olub, postmodern təkrarlar, yamsılama, parodiya imkan verir ki, fabula axtarmaq, yeni metodlar və bədii həllər tapmaqdan ötrü əziyyət çəkməsinlər, yəni müstəqil yaratmasınlar. Eksperimentə risk edən, lakin “novator” tələsindən yayınan yazarları barmaqla saymaq olar.
 Gi Debora görə, sənətkar ilk növbədə yaratdığı əsərləri ilə cəmiyyətə, özü kimi digər sənətkarlara ehsan etməli, müəlliflik hüququndan, öz imzasından imtina etməli, hər yeni əsərində yeni imza sahibi olmalı, köhnə əsərlərini başqalarının istifadəsinə buraxmalıdır. Plagiat mənfi deyil, müsbət keyfiyyətdir, sənətkarlar bu yolla sinfi bərabərlik müstəvisinə qayıtmalıdır. Bunu etməyib öz müstəqillik hüquqlarından ikiəlli yapışanlar əslində kapitalistdirlər, onların sosializmdən, azadlıqdan danışmağa heç bir mənəvi ixtiyarları yoxdur…
 Oxucunun yüngül etirazlarının qarşısını almaq ədəbsizlik və ağılsızlıqdır. Böyük nəzakət və böyük ağıl nümayişi o olardı ki, bizim müdaxiləmizə son cövhəri oxucunun özünün qatmasına imkan verək.
***
 Köşə yazarı, yazıçı, şair- fərqi yoxdur, kimdən nə oxuyursunuz, çalışın maraqlı bir cümlə, sitat “çırpışdırasınız”. Ordan-burdan janrı. Hər şeydən bir az. Meyerxold deyirdi ki, hər cür zir-zibildən tamaşa hazırlamaq olar. Məhdud çərcivələr içində xoş ahəng axtarışı. Haşiyələr əsasında yığılmışdır. Sanki Heyne Brokendə qeyd dəftərini vərəqləyir: orada, pendir, tütün və pivə qoxusu verən bu dəftərdə filisterlər öz adlarını və “rəylərini” yazmışlar. Təmsilat. Azərbaycanxana. Sonetlər çələngi. Mırt: maraqlı mırıltılar və maraqsız mızıltılar. İqtibas: dekonstruksiya, tarixin təhrifi, yoxsa ədəbi oğurluq? Bütün izmlər, konsepsiyalar, cərəyanlar, məktəblər yolboyu baş verənlərdir. Hazır yazıçılıq nəzəriyyəsi. Kəllə suyu deyil. Həmid Herisçidən dekonstruksiya təklifi: “Ölkəmizdə baş verməsi labüd olan mədəni inqilab bax bu cur, “Ağıllı kukla” nəğməsindən başlamalı, bütün köhnə mahnılarımız lirik-sentimental ahəngdən mərhum edilib tam başqa tərzdə, rok musiqi uzərində xalq kutləsinə, ilk növbədə üsyankar gəncliyə qaytarılmalıdır”. Aranjmanlar orijinaldan gözəl olur, öz aramızdı. Servantesin “Don Kixot”u haqda Heynenin dediyi kimi. Dahinin qələmi dahinin özündən daha da müdrikdir və onu öz fikrini qoyduğu sərhədlərdən daha kənara çıxarır. Eksperimentdən faydalanılsın! Hazır yazıçılıq nəzəriyyəsi- təlqin vasitəsidir; elitar mədəniyyəti kütləviləşdirməyə qadirdir. Yaşasın Gi Debor! Umberto Eko deyir ki, hər hansı bir beşinci, altıncı dərəcəli yazıçının əsərini dekonstruksiya etməklə ortaya mükəmməl əsər qoymaq olar. Oxuduq. Bəzi tanınmış şairlərin bir neçə uğurlu misrasını da tapmaq müşkul məsələdir. Amma insafən sənətçilərimizin çoxu belə olsa da, aralarında öz mənlərini tapmağa çalışan və özünü ifadə etməyə can atan adamlar da az deyil. Yaratdığımız əsərlərə yalnız bir tələb qoymaq olar, o da bizə bir şeylər öyrətməsidir. “Yazıçının yaradıcılığı atışmanı xatırladır: güllə birbaşa oxucunun beyninə də keçə bilər, yan da ötə bilər” (S.C.Xolland). Dekonstruksiya- yəni mövcud olan mətn üzərində tamamilə fərqli nəticələrə gəlmək. Dekonstruksiya əslində irəliləyişə çağırmır; o artıq yaradılmışların üzərində düşünməyə vadar edir. Ədəbi əlaqələr genişlənir. Qarışıq əsərlər məcmuəsi. İctimai-siyasi, ideoloji və s. yox, sırf bədii-estetik amillə bağlıdır. Henrix Böllün atası, məsələn, düzəltdiyi qapı-pəncərəyə yalnız və yalnız “yeni qotik üslub”unda naxış vururmuş; atasının yonduğu fiqurlar qədim sənət əsərlərinin surəti olurdu, oymaları, naxışları isə özü fikirləşib tapırdı. Henrix uşaq vaxtı ilk dəfə şok hissini də “yeni qotik üsluübu”nu görəndə keçirib. Sonralar o atasının “yeni qotik üslub”una o qədər də pis baxmırdı, deyirdi ki onun da çox gözəl cəhətləri var… Tez-tez yeni növləri üzə çıxan çoxsaylı sintetika nümunələrindən biri. Vaxt olacaq, bu tərtibatlar Faberjenin yumurtaları qədər qiymətli olacaq. İnanın mənə.
***
 Postmodernizm keçmişi inkar etmir, əksinə, ondan istifadə və tələb olunmamışları, unudulmuş mənaları, yanaşma və priyomları, üslubları axtarır. Necə deyərlər, ən yaxşı yenilik unudulmus köhnəlikdir. Məqsədimiz bir növ, cəmiyyətdəki bütün bayağı söhbətləri toplayıb inşa yazısı hazırlamaq olmalıdır. Umberto Eko, “Postmodernizm, kinayə, həzz” əsərində deyir: “Keçmişə yenidən baxmaq lazımdır- kinayə ilə, sadədil olmayaraq. Postmodernizmin yanaşması mənə savadlı xanıma vurulmuş adamın yanaşmasını xatırladır. O bilir ki, “mən səni dəlicəsinə sevirəm” deyə bilməz, çünki bilir ki, xanım bunu artıq Lialanın yazdığını bilir (və xanım da bilir ki, o, bunu bilir). Və yenə də cıxış var. O deyə bilər: “Necə ki Liala deyərdi, “mən səni dəlicəsinə sevirəm”. Bax belə, saxta məsumluğu keçərək və dəqiq deyərək ki, məsum söhbət daha alınmayacaq, o eyni zamanda xanıma nə istəyirdisə hamısını dedi, onu sevdiyini və itirilmiş məsumluq zamanlarında sevdiyini”.
 Frederik Ceymsona görə, çağdaş dönəmin yazar və sənətçiləri daha yeni üslublar, maraqlı çevrələr yarada bilməyəcəklər. Çünki bu halda məhdud olan kompozisiyaların imkanı tükənməz deyil və bunların ən misilsizi belə keçmişdə digər yazıçıların zehnindən yan keçməyib. Belə bir durumda istər-istəməz yazıçılar iqtibas edəcək, daha dəqiq desək, ədəbi oğurluq adlanan məsələyə üz tutacaqlar. 
 Onu da deyim ki, heç mənim də dəmə qoymaqla aram yoxdur, staxanovçular kimi gecə-gündüz əlləşirəm- axtarışlardayam. Odur ki, qarşınızdakılar- bar stolundan qalma acı qırıntılar yox, təmtəraqlı ədəbi piroqun hazırlanmasında qəsdən istifadə edilməmiş şəkər və kişmiş dənələridir sanın. O periodu mən də keçdim. Təşviş və qaranlıqda vurnuxmalardan sonra mən rahat şəkildə məskunlaşmağa nail oldum, lakin indi tırtılın kəpənəyə çevrilərkən nələr çəkdiyini anlamaqdayam. 
 Oxu hissiyyat və yaradıcılığın sintezi kimi görünür. Kanta görə əsər əvvəlcə faktiki planda mövcuddur, sonra isə görülür. Əlbəttə, əsərin əsil dəyərləndiriciləri, onun yaradılmasına gərək olan ehtiras, zaman qədər də əsərin seyr edilməsinə ehtiras, zaman sərf edənlərdir. Yazıçı oxucunun bu azadlığına çağırış edir ki, oxucu onun əsərinin meydana gəlməsində əməkdaşlıq etsin. Bu yerdə belə bir irad edilə bilər ki, bütün alətlər mümkün akt üçün instrumentlərdir; belə olan halda yaradıcılıq əsəri heç bir məxsusiliyi ilə fərqlənmir. Amma alətlər hipotetik imperativ kateqoriyasına aiddir: çəkici mən yeşik mismarlamaq, yaxud qonşumun başını yarmaq üçün də istifadə edə bilərəm… Məqsəd odur ki, mən onlara münasibətdə hiddətlənim, onları əsl sifətləri ilə, yəni ləğv edilməli olan pisliklər kimi aşkara çıxarım və yaradım. Beləliklə, yazıçının dünyası özünü bütün dərinliyi ilə oxucunun sevgisində, hiddətində göstərir. Oxucu sevgi bəslədiyini qorumaq istəyir, valeh olduğunu təqlid etmek istəyir, hiddətini doğuranı dəyişmək istəyir. Ədəbiyyat və əxlaq fərqli şeylər olsa da, estetik imperativin dərinliyində biz əxlaqi imperativ tapırıq.
 İçindəki bu acgöz oxucu, səni necə dəhşətə salmır və cəlb edir, təsəvvür etmək çətindir. Siz kitabları yeyirsiniz, ya kitablar sizi yeyir. Bu oxunu, bu maraqlı səyahətləri, bu iyrənc narkotiki çox yaxından müşahidə edən adam bizim Professional Oxucu Liqasına necə meyl etməyə bilmərdi? Amma sənin içindəki başqa bir qüvvə də qalib gəlir. Axı bu cür ehtirasla siyasətə də bağlanmaq olar. Ədəbiyyata, yoxsa publisistikaya yuvarlanmaq? Əsas odur ki, oxuyun, söz leksikonunuzu çoxaldın. Axtarın, qeydlərinizi bəlkə sonra kitaba çevirə bilərsiniz. Borxesin vurğuladığı kimi, əgər bir kitab sizi darıxdırırsa, onu kənara tullayın; onun məşhur bir müəllif tərəfindən yazılması, ya şedevr sayılması meyar ola bilməz. 
 Lakonizm- bax bu cəlbedicidir. N.A Nekrasov məsləhət görürdü ki, bədii əsərdə sözlər az, fikirlər çox yer tutmalıdır. Tərtib etmək yazmaqdan çətindir. Plagiat- əvəzi verilməmiş zasluqalarınızın müqabilində. Antik dövrlərdə xalq mahnılarını toplayan biri vardı, adına rapsod deyirdilər. Bir növ onları, yaxud özünün yaratdığı mahnıları musiqi müşayiəti ilə ifadə edən gəzərgi-şair-nağılçı obrazı- necədir sizinçün? Maraqlıdır ki, latınca “avtor” sözünün anlamı yeni nəyisə yaradıb verən yox, nələrisə toplayandır. Selinə görə, insan həyatın onu yerləşdirdiyi cizgidən çıxmamaq şərtilə, bütün gərəkli informasiyanı toplamağa qeyrət göstərməli və zamanla bunu öz üslubunda işləməlidir. Arseniy Tarkovski deyirdi ki, detallar maraqlı deyil, nəfəs maraqlıdı. Sizin rolunuz yalnız əsərə bədii pafos verməkdən ibarət olmalıdır. Bir qala, gözəl bir saray təbiətin məhsulu deyildir, insan iradəsinin məhsuludur. Lakin bu qalanın, bu sarayın materialları təbiətdə dağınıq şəkildə mövcuddur. O dağınıq materiallardan böyük memari əsərlər təsis etmək olur.
 Nə zamansa özünün əfsanəvi qəsrinə sığınan, peşəkar kimi emalatxanasında səhərdən axşama kimi tər töküb işləyən zərgərin ona verilən məmulatı sənət əsərinə çevirdiyi kimi, forma üzərində çalışan yazıçı obrazı da var.
 Kafka bir parça mərmər üzərində həyat mənzərələrini həkk edib, ona fəlsəfi ruh verirdi. Sən isə kağız üzərində həyat mənzərələrini təsvir edib, ona fəlsəfi don biçməlisən. Onun silahı ruh, səninki isə sözdür.
O səndən çox-çox əvvəl doğulduğundan səndən əvvəl bazarda olub, yaxşı nə varsa yığışdırıb aparmışdır. Sənə isə gecikdiyinə görə yerdə qalanlar qismət olmuşdur. O, kainatı ehtiva etmiş, həyati planın yanlış olduğunu sübut etmişdir. Sən isə bu yanlışlıqların səhnələrini təsvir edirsən. Əyani olsun deyək: Kafkanın cəmi iki cümlədən və iyirmi sözdən ibarət “Qonşu kənd” pritçası öz həyati dərinliyi, məna gözəlliyi və bədii vüsəti etibarilə bizim “görkəmli”lərin 10 cildlərindən ölçüyəgəlməz dərəcədə yüksəkdədir. Elə bil, sizə bir stol üstündə cəmi 2 cümlə yazılmış bir vərəq, digər stolun üstündə isə 10 və 8 qalın, bəzəkli cildlərindən ibarət 2 külliyatı seçmək təklif olunur. Və siz əgər azərbaycanlı deyilsizsə, heç bir tərəddüd etmədən həmin 2 cümlə yazılmış vərəqi götürürsünüz.
 Transsendental fəlsəfəyə görə, “zəka” anlayışına insanın ən mühüm qabiliyyəti kimi, onun intellektə və emosiyalara tam etibar edərək gözəlliyi və həqiqəti tapmaq bacarığı kimi tərif verilirdi. Bəli, sənət təkcə ilham və duyğu ilə deyil, eyni zamanda intellekt və təcrubələrin birliyi ilə yaradılır. Əlbəttə ki zövq məsələsi həmişə önəmli rol daşıyır. Diqqətli olaq!
***
  İntellektual mülkiyyət şərti anlayışdır. İntellektual mülkiyyət tarixən ən az qorunan mülkiyyət sahəsi olmuşdur. Mətnlər, ideyalar, elmi yeniliklər- hamısı çırpışdırılır. Plagiatorlar dar ağacına çəkilmir. Kitab oğurluğu oğurluq deyil. Müasir yazıçı üçün sahiblik hüququ öz qüvvəsini itrir: hər şey qarət və oğurluğa doğru gedir. İnternet oğurluq materiallarla aşıb-daşır. Konseptual analitik alim Viktor Efimov deyir: “Mən bütün informasiyanı öz saytıma qoyuram. Bu mətnləri götürüb istənilən familiya altında dərc etmək hüququnuz var, çünki bizim müəlliflik hüququna baxışımız başqadır. Bizimçün əsas olan informasiyanın cəmiyyətdə sirkulyasiyasının effektivliyi və sürətliliyidir”.
 Tarix boyu cəmiyyətə ton verən böyük və müdrik insanlar intellektual mülkiyyətə mülkiyyət növü kimi baxmamışlar. Həmişəyaşar dastanlarının, nağılların, el təranələrinin altında müəllif adı yoxdur. Orta əsr freskalarının, 17-ci əsr rus rəsmlərinin müəllifləri şəklin altına öz adlarını həkk etmirdilər. Bir çox gözəl yazıçı, şair və filosoflar öz əsərlərinin mülkiyyət hüququndan imtina etmişlər. Çar Rusiyasında populyar olmuş bir utopik romanın naməlum müəllifi qeyd edirdi ki, gələcəyin ideal cəmiyyətində incəsənət və elm əsərləri adsız dərc olunacaq. Mayakovski də öz “150 000 000” poemasını anonim dərc etdirəndə yəqin ki bunu düşünürdü. Çexov belə hesab edirdi ki, gələcəkdə mədəni irsdən danışarkən “şəxsi nailiyyət” və “müəllif nəsibi” kimi xırda anlayışlara yer qalmayacaq; deyirdi ki, gələcək nəsillər ayrıca Çexovdan və ya Korolenkodan danışmayacaqlar- onları sadəcə “səksənincilər” adlandıracaqlar.

Kiməm, nəyəm burda mən,
Sən orda kimsən, nəsən?!
Bir “O” hərfi yerinə, 
Nə uzundu “mən və sən”...
                               (Mətləb Ağa)

 Fransa prezidenti Jak Şirak 20 yaşı olanda “Yevgeni Onegin”i tərcümə edibmiş. Nəşriyyatardan heç biri onu çap etməyib. J.Şirak prezident olandan sonra isə bütün nəşriyyatlar həmin əsəri çap etmək üçün növbəyə düzülüblər, bu dəfə Şirak razılaşmayıb… Balzakın yanına bir oğlan gəlir, ona öz əsərini göstərir, Balzak oxuyur və deyir ki, oğlan, bunu indi yox, Balzak olandan sonra çap edərsən, səni bağışlayacaqlar… Sizin də bildiyiniz kimi, çoxdur belə nümunə. Ədəbiyyatda əsərlərin deyil, müəlliflərin rol oynaması, əsərlərin deyil, müəlliflərin adının iş görməsi dünyəvi problemdir. Bizim “xalq şairi”, “xalq yazıçısı” adı almış “görkəmli” kolxozniklərimiz bu problemə əsl nümunələrdir.
 Azərbaycanda bu problem iyrənc forma alıb, şişib, kökəlib, buxağı sallanıb lap. Tez-tez televizorda, qəzetlərdə bunu görüb əzab çəkməkdəyik. Böyuk şairlər, böyük yazıçılar, böyük alimlər, imamzadələr… Əsərləri müəllifəri unudaraq oxuyaq bəlkə?..
 Bu gün Nikolay Nikolayeviç Fyodorovun adını çox az adam tanıyır. O, Çar Rusiyasının ən dərin zəka sahiblərindən və filosoflarından biri olmuşdur. Rumyantsev Muzeyində adi kitabxanaçı işləyən bu adamla Dostoyevski, Tolstoy, Solovyov, Siolkovski, Bryusov, Fet, Qorki kimi tanınmışlar dostluq etməyi özlərinə şərəf bilirdilər. Fenomenal yaddaşa və misilsiz informasiyaya malik olan Nikolay Fyodorov öz müasirlərinin qəlblərində və yaradıcılıqlarında dərin iz qoymuşdur. Dövrün bir çox təfəkkür sahibləri onun yanına ünsiyyətə və öyrənməyə gəlirdilər. Fyodorov onlara bir növ müəllimlik edir, istiqamət verir, yazar kimi formalaşdırır və lazımi fəaliyyət sferasına tuşlayırdı. Çar Rusiyası vaxtı iş günü saat 3-də qurtarırdı, amma Fyodorov işdən sonra 2-3 saat da oturub yaradıcı adamlarla iş aparırdı. Ona “Moskvanın Sokratı” da deyirdilər. Publisist Y.Bartenyev yazır: “Bir çox alimlər dəyərli məsləhətlərinə görə ona borcludurlar. Rumyantsev muzeyinin nəcib kitabxanası uzun illər adları geniş şöhrət tapmış insanların can atdığı fikir laboratoriyası oldu, Moskvanın əqli mərkəzi kimi xidmət etdi”. Təsadüfi deyil ki, Sovet kosmonavtikasının atası sayılan Konstantin Siolkovski alim kimi məhz Nikolay Fyodorov tərəfindən yetişdilrilmişdir. Kosmonavt Vitali Sevastyanov və akademik Vladimir Sovovyov da Fyodorovu öz müəllimləri adlandırmışlar. Məlumdir ki, “Karamazov qardaşları” romanının ideyasını Dostoyevskiyə Fyodorov vermişdir.
 Maraqlısı bundadır ki, böyük əqli potensiala malik, saysız-hesabsız ədib və alim yetişdirən Nikolay Fyodorov sağlığında bircə dənə də olsun əsərini dərc etdirmək marağında olmamışdır. Böyük dahi insan material rifaha olduğu kimi, intellektual mülkiyyətə də ikrah hissi ilə yanaşmışdır (maaşını kasıb-kusuba paylayırdı). Fyodorov öz ideyalarına uyğun şəkildə prinsipial olaraq sağlığında bircə sətir də dərc etdirmədi. Onun fundamental əsərləri yalnız ölümündən sonra işıq üzü gördü. Bu böyük insanın dünyagörüşünə görə, ideyaya sahiblik iddiasında olmaq, müəlliflik hüququndan ikiəlli yapışmaq eqoistlik əlamətdir və əxlaqdan kənardır.

Sənsiz nə olmuşam mən, 
Nə gündə yaşamışam?
Sən məndə doğulmusan, 
Mən səndə yaşamışam...
                                 (Mətləb Ağa)

 Bir çox mütəfəkkirlər və elm adamları da eyni tendensiya ilə yaşamışılar. 1939-cu ildə Fransada “N.Burbaki” imzası altında riyaziyyat sahəsi üzrə yeni elmi araşdırmalar nəşr olunmağa başladı. Burbaki- uydurma ad idi, bir yerdə fəaliyyət göstərən yekdil riyaziyyatçılar qrupunun ümumi imzası idi. Həmin ad altında dərc olunan riyaziyyatçıların kim olduğunu axıradək heç kəs bilmədi. Başqa tədqiqatçılardan fərqli olaraq onlar öz zəhmətlərinin nəticələrini cəmiyyətə anonim olaraq ərməğan etməyi üstün tuturdular. Bəşəriyyətin proqresini fikirləşən əsl individumlar heç vaxt şöhrət sorağında olmamışlar.
***
 İnsafən deməliyik ki, avtor, müəllif ideyası daha çox yeni çağın məhsuludur. Məsələn, çox qədim dönəmlərdə insanlar bilmirdilər şöhrət nədir (Erix Fromm). Deməli, insanların böyük işlərə girişməkdə iç motivləri, tutalım, Tanrıya qulluq etmək, pisliklərə dözmək, kimlərəsə yardım etmək olurdu, ancaq şöhrət qazanmaq olmurdu. Şöhrət motivi işləməyən çağlarda müəlliflərin öz əsərləri altına adlarını qoymaları da geniş yayılmamışdı. Ancaq şöhrət motivi tam işləkləşəndə anonimlikdən müəlliflik işığına çıxmağa da çağırış gəldi. 
 Beləliklə, Müəlliflik və Müəlliflər tarixinin birinci dönəmi anonimlik, sonrakı dönəmi isə şöhrət, ad çıxarmaq olub. Ancaq maraqlıdır ki, bu ikinci dönəmdə- müəlliflik anonimlikdən çıxandan sonra onu dağıdıb, sayğısızlaşdırıb, diskreditasya edib anonimlik qaranlığına yenidən qovmaq, qaytarmaq istəyən intellektual həmlələr də olub. 20-ci əsrdə incəsənəti öldürmək çağırışı olduğu kimi, müəllifi öldürmək şüarı da olub.
 Bu problemi hədəfə alanlardan biri fransız mütəfəkkiri Mişel Fukodur. Onun “Müəllif haqqında” adlı yazısı var, oradan şüurları dəbərdən bəzi düşüncüləri gətirək. Gətirək ki, mütaliəçilikdən yazarlığa adlamağa dəvət etdiyimiz azərbaycanlı oxucusu özünü məsələnin o tayında yox, ortasında bilsin. 
 Fuko günümüzdə yazı yazanın fərdi kimliyini silməyə çalışır. Yazar özü ilə yazdığı arasında neçə-neçə tələləri, biclikləri, ardıcıl nişanları qoyur ki, tekstdən özünün şəxs izlərini itirsin, tekstlə səs ilişgisini dolaşığa salsın (bizim örnək: “Danabaş kəndinin əhvalatları”nda əhvalatı söyləyən qəzetçi Xəlil onu lağlağı Sadığın dilindən yazır. Beləcə, müəlliflik dolanbaca düşür və oxucunu Mirzə Cəlilin şəxsindən azdırır).
 Fukoya görə, indi müəllifin bir istəyi də tekstdən yoxluğa çəkilməkdir. Avtorun hansı biçimdə, hansı özəllikdə yazıda bulunmazlığı önəmli bir məqama çevrilib. İndi yazar yazısının oyununda ölü rolunu oynamalı olur. Bu duruma görə də neçə vaxtdır həm fəlsəfə, həm də tənqid avtorun ölümündən, ya da yox olmasından danışır.
 Bizim üçün əsl yazar öz dərinliyi ilə başqasının tekstinin dərinliyini və bu axırıncı ilə də başqasının ruhunun dərinliyini açandır. Bizim üçün yaxşı yazar, yaxşı tədqiqatçı tekst sandığının qapağını qaldırıb oradan fokusçu kimi mənalar çıxarıb dörd yana səpələyəndir. Dəbdə olan budur. Teksti pianinoya çevirib, orada adamı kosmosda gəzdirən melodiyalar çalan araşdırıcı tipi bizdə hələ ki heyranlıq yox, qımışıq törədir.
 Əsl yaradıcı insan üçün imza, qonorar və şöhrət eyforiyası hökmən deyil. Avrasiya sivilizasiyasının yetişdirdiyi gələcəyin insanı intellektual mülkiyyət xəstəsi olmayacaq, müəlliflik hüququna ötəri yanaşacaqdır. Dünyanın çırağı, axirətin nuru sayılan, qiyamət günü qələmi şəhidin qanından üstün tutulacaq alim öz imzasının tanınmasından yox, cəmiyyətə verdiyi xeyirdən həzz almalıdır. Əsl təfəkkür sahibi qazandığı şöhrətdən yox, verdiyi bəhrədən sevinc duymalıdır. Avesta dövrlərində olduğu kimi, insanlığın çiçəkləndiyi gələcək cəmiyyətlərdə də intellektual məhsulda şəxsi adın ştampı öz məna və çalarını itiriəcək, məqsəd marka yox, məzmun olacaq. Qədir ağacı dərdi çəkən azalacaq. Estetik keyfiyyət o dərəcədə yüksələcək ki, yaradıcılıq imzasızlıqla müşayiət olunacaq. Məqsəd şöhrət olmayacaq, ümumi inkişafa öz töhfəni yetirmək prioritet sayılacaq.

Min il keçər aradan, 
Göydən enən mələklər
Mənim qəbrimi açıb,
Səni göstərəcəklər...
                            (Mətləb Ağa)

 Gürcüstanın köhnə dağ kişilərində belə bir xüsusiyyət vardı: meşələrin sıx, keçilməz yerlərində barlı-baharlı meyvə ağacları əkərdilər. Dağın başında, meşənin ortasında meyvələri ağırlıqdan sallanan, pıtraq kimi bar verən alma və ya armud ağacına uzun müddət qulluq edib zülm-əcrə ilə becərmək onların nəyinə lazım idi? Bu hədər sayılacaq zəhməti onlar niyə çəkirdilər? Deyirdilər, birdən kimsə azsa, gəlib bu yerlərdən keçməli olsa, həmin məhsuldan yeyə bilsin. Təsadüfən həmin yerlərdən keçən adam aclığını, susluzluğunu yatıra bilsin. Həmin bardan nuş edən yolçu onu əkənin kim olduğunu bilməzdi, sadəcə, el dili ilə desək, savaba batırdılar.
 Naməlum qalmağı üstün tutan insanın verdiyi töhfənin sevinci barədə böyük mütəfəkkir və misilsiz şair Rabindranat Taqor da yazır:

Qızılı sübh çağı
Mən ayılanda
Yatağımın başında
Apelsinlərlə dolu səbət gördüm
Onu kimin gətirdiyini bilmədim.
Fikirləşdim bunu kim edə bilər?
Ağlıma gələnlər çox oldu.
Mənim fikirlərim 
çiçikdən çiçəyə uçub qonan 
kəpənək kimi addan ada pərvazlandı.
Beləliklə o hədiyyəni gətirən 
bir nəfər kim idisə
onu mənə çoxlarının hədiyyəsi etdi.
Və bu, o hədiyyəni mənə daha da qiymətli etdi.

 Gələcəyin yaradıcılığı bax bu cür qiymətli hədiyyə olacaq. Gələcəyin ideal cəmiyyətlərində Taqora gətirilən səbət kimi, gücrü qocalarının əkdiyi bəhər tək anonim ərməğanlar yaradıcı kontingentin mənəvi nailiyyətinə çevriləcək. İntellektual camiə ən ideal formasiyasına onda çatacaq.
 Fransız filosofu Pol Valeri deyirdi: “Bütün incəsənətlər, xüsusilə də yazarlıq sənəti, müəllifin istənilən obrazını tamaşaçıya təlqin etmə istəyinə uduzur. Dövlət qanunu müəllifləri anonimliyə məcbur etsəydi və heç bir əsərin müəllif adı ilə nəşr olunmasına icazə verilməsə idi, ədəbiyyat tamamən sönməsə də, büsbütün təzədən yaranardı”.
***
 Müəllif mifi Azərbaycanda parlaq sənətkarlar qalereyasını yaratmışdır. Burada Nizami muzeyindəki heykəllər kimi Nizami, Füzuli, Mirzə Cəlil, Üzeyir bəy və başqaları düzülmüşlər. Ancaq mədəniyyətimizə və incəsənətimizə yanaşmanın bu yönümü ilə yanaşı başqası da olmalıdır. Mədəniyyət və estetika müəllif mifi yönümündə işləməklə yanaşı bu mifləri dağıtmaqla da məşğul olmalıdır. Bundan başqa üçüncü bir yönüm də var. Həmin yönümdə tekstlər öz müəllifinin dərinliyini və ucalığını mədh etmək üçün düzlənmirlər. Tekstlər yazarlarsız düzlənirlər. Bu metodla işləsək, araşdırmağa çox az tekst olacaq mədəniyyətimizdə. Rusiyaya və İrana baxanda Azərbaycan kültüründə çox az sanballı tekst var. Bunların arasında isə asanlıqla dalğa-dalğa mənalar verən tekstlərin sayı isə daha azdır.
 Azərbaycanda böyük və dərin müəlliflərə heyranlığın yanında başqa bir düzüm də durmalıdır. Araşdırıcıların bu məsələdə qabağını kəsən gülünc görünmək qorxusudur: onlara elə gəlir ki, hamının uğursuz saydığı tekstdə maraqlı mənalar səsləndirən zaman mütləq bunu müəllifin dərinliyini kəşf etmək kimi verməlidir, bu isə qondarmalığı ilə gülüş doğurar. Biz məhz belə bir situasiyaya düzəliş verəcəyik.
 Nəsə… Allah xatirinə, sən yazmağında ol və düşünmə ki, nə deyəcəklər, yaxud yazdığın şedevrdi, ya yox. Mənim köhnə yazdıqlarımın doxsan faizi zir-zibil çıxır, cəmi on faizi şedevr çıxır, yerdə qalan zir-zibili delete edirəm gedir zibil qutusuna. Sənsə hələlik yaşamaq və yaratmaq xatirinə, xalqımızın xoşbəxt gələcəyi naminə bütün yazdıqlarını dərc etdirməlisən. Əgər sən bununla yanaşı, sənə xas olan ən yaxşı üslubu tapıb yazmağa başlasan, o zaman şedevrlərin sayı proporsional artar. Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər.

Комментариев нет:

Отправить комментарий