ABŞ, Qərbin Azərbaycanda maraqları dövlətçiliyimizin əleyhinə yönəliir, çünki ABŞ-ın maraqlarının təmin edilməsi Azərbaycanı hərbi poliqona çevirmək deməkdir
REAL-çıların real populizmi... Psixologiyada belə bir taktika var, insanın düşdüyü halı dəyərləndirmək üçün onu terminoloji dildə danışdırmaq. İnsan danışdıqca düşüncələrinin sərhədləri müəyyənləşir. REAL hərakatının başbilənlərindən olan Natiq Cəfərlinin təkliflərini də bu konteksdən nəzərdən keçirdikdə, görünən odur ki,"dahi ekspert" xəyalına qapanan Natiq bəy danışdıqca xırdalanır. Özünün iqtisadçı olduğunu iddia edən şəxsin təkliflərinin bazası çayxana iqtisadiyyatıdır. Neftin qiyməti düşəcək, dollar bahalaşacaq, manat öləcək kimi tapmaca tapmaq nə vaxtdan ekspert rəyi hesab olunur? Realçılardan üçünün- Erkin Qədirli, Altay Göyüşov və Natiq yoldaşın dövlətçilik, iqtisadiyyat barədə yazılarını izləmişəm. Bu yazılarda populizmdən, qaraguruh tezislərdən başqa heç nə yoxdur. "O belə elədi, bu elə elədi,onlar pisdir, biz yaxşıyıq, hakimiyyət qaçır, biz gəlirik" ura patriotluq görüntüsü nə vaxtdan müxalifətçilik sayılır? SSRİ dağılandan sonra Rusiyada Amerika cocuqları meydanda at oynadanda boşboğaz Yeltsinin yanında Yavlinski soyadlı bir populist iqtisadçı var idi. Bu adam guya proqram hazırlamışdı ki, 500 günə Rusiya iqtisadiyyatını zirvələrə yüksəldəcək. İnsanlarda bu qaragüruhu dəstəklədilər, inandılar. Özəlləşdirmə, iqtisadiyyatın liberallaşması, azad rəqabət avantürası nəticəsində Rusiya vətəndaşı dilənçi gününə düşdü, sonda da Piramida Banklar, kasıblamış sakinlərin olan-qalan pullarını da əlindən alıb tamam müflisləşdirdilər. O dövrlərdə Azərbaycanda da hakimiyyət pənah hüseyn kimilərin asfalt örtüyünü 7 sm qızıl ilə əvəzləyəcəkləri şüarı ilə zəbt edildi, nəticədə səfalət, özbaşınalıq, torpaqların itirilməsi, vətəndaş müharibəsi qaçılmaz oldu.
Elə bil ki, tarix təkrarlanır. İndi də realçı adı ilə yenə populizm dəbdədir. Əziz soydaşlar, palçığa neçə dəfə batmaq olar? Azərbaycanın bu gün düşdüyü durum acınacaqlıdır. Vətəndaşlarımız sürətlə müflisləşir. Bu durumu tək neft gəlirləri ilə bağlamaq sadəlövh yanaşmadır. Dövlət strukturlarında kifayət qədər məmur özbaşınalığı hökm sürür, qanunlar işləmir,- bu faktorlar sadə vətəndaşa belə bəllidir. Narazılıqlar haqlıdır. Fəqət bu amillərin mövcudluğu siyasi alver üçün predmet ola bilməz axı. Devalvasiya vətəndaşın cibinə vurur, lakin xarici siyasətbazlıq dövlətçiliyin sonunu yaxınlaşdıra bilir. ABŞ-ın, Qərbin Azərbaycana basqıları şiddətlənib. Kimsə düşünürsə ki, Qərb, ABŞ Azərbaycana firavanlıqda bulunur, xəyala qapanmışdır. Siyasətdə müttəfiq anlayışı yoxdur, siyasətdə maraqlar var. Bu ifadə siyasətin əlifbasıdır. ABŞ, Qərbin Azərbaycanda maraqları dövlətçiliyimizin əleyhinə yönəliir. Çünki ABŞ-ın maraqlarının təmin edilməsi Azərbaycanı hərbi poliqona çevirmək deməkdir. Sadə olanı dərk etmək çətindir? İstər Realçı, istərsə də digər müxalifçi partiyaların Azərbaycanı Qərbə, ABŞ-a yaxınlaşdırmaqla böhranlı vəziyyətdən çıxaracağını xəyal etməsi avantüradır, dövlətimizə xəyanətdir. Çünki Qərbə,ABŞ-a güvənmək ermənilər ilə yeni müharibə, yeni torpaqların işğalı, seperatizm, parçalanmaya gətirəcək. Rusiya sərhədlərində ABŞ, NATO, Qərb maraqlarına imkan verməyəcək. Rusiyanın güçünü, fitnə maşınını qiymətləndirməyənlər isə sadə dildə siyasi korlardır. Və kimsə hissə qapılıb düşünürsə ki, ABŞ Azərbaycana görə Rusiyanı bombalayacaq, azından səhv edir. Azərbaycanın düşdüyü böhran tək iqtisadiyyata bağlı deyil, bu böhran qlobal güclərin maraqlarının toqquşması ilə müşahidə olunur. Təəssüf doğuracaq odur ki, burnundan o tərəfi görməyən realçılar və digər müxalifçilər harınlamış məmur oliqarxlarla, xarici qüvvələrin əli ilə mübarizə aparmağa meyllidirlər. Bu isə siyasi mübarizə deyil, siyasi alverdir. Dövlətçilik üçün təhlükəlidir.
https://www.facebook.com/aida.mehdiyeva.1/posts/207370272936519
Комментариев нет:
Отправить комментарий