Rusiyanın Federal Xəbərlər agentliyinin müxbiri Dəməşqdə olmuş və şiələrin müqəddəs məkanlarını gəzərək yerli əhali ilə söhbətlər aparmışdır.
Zeynəbiyyə- İmam Hüseynin bacısı Zeynəbin basdırıldığı yerdir. Məzarın olduğu məqbərə uzun müddət vahhabi terrorçularının hədəfinə tuş gəlmişdir. Şiə könüllüləri Xanım Zeynəbin məzarını canları və qanları hesabına qorumuşlar. Qəhrəman mücahidlər düşmənin hücumlarına mətinliklə sinə gərmiş, onları dəfələrlə ağır məğlubiyyətə uğratmışlar. Döyüşlər zamanı mücahidlər çoxlu sayda əsir götürmüşlər ki, onların arasında Əfqanıstan taliblərinə, Səudiyyə ordusunun zabitlərinə və Türkiyə ordusunun xüsusi təyinatlılarına da rast gəlinir.
Müdafiə zamanı yerli şiə müqavimətçiləri və Əsəd ordusu əsgərləri tək qalmamış, onlara İraq və İrandan çoxlu könüllülər, o cümlədən də Livan Hizbullahı döyüşçüləri köməyə gəlmişlər. Xanım Zeynəbin məzarı yerləşən məscid dəfələrlə bombardman olunsa da, məscidin yaxınlığında çoxlu sayda teraktlar törədilsə də, şiə mücahidlərinin əzmi nəticəsində terrorçular istəklərinə nail ola bilməmişlər. Müqəddəslərinin hərəmi yolunda ölməyi özlərinə şərəf bilən şiələr məqbərəni ağır itkilər hesabına qorumuşlar.
Zeynəbiyyə hərəmi şiə dünyası üçün müqəddəs məkanlardan biridir. Xanım Zeynəb Kərbəla yaxınlığında qardaşı Hüseynin başına gələn müsibət barədə müsəlman dünyasını ilk məlumatlandıran və xəlifə Yezidin əməllərini dünyaya faş edən mətin bir qadındır. Yerli sakinlərin fikrincə, o vaxt İmam Hüseyni qətlə yetirən Yezidin davamçıları indi də onun bascısı Zeynəbin məqbərəsini dağıtmaq istəyirlər. Zeynəbiyyə sakinləri deyirlər: "İŞİD və Cəbhət əl-Nusra sadəcə şiələrin düşmənləri deyillər. Onlar zalım Yezidin davamçılarıdırlar! Məhz buna görə də onlar bizə, bizimlə birgə imamlarımıza və Məhəmməd peyğəmbərin bütün Əhli-beytinə nifrət edirlər. Belələrinə müsəlman demək olarmı?".
Suriya şiələrinin sözlərinə görə, vahhabilər Xanım Zeynəbin məqbərəsini ona görə dağıtmaq istəyirlər ki, şiələri ruhani gücdən və müqavimət iradəsindən mərhium etsinlər: "Onlar yalançı bütlərə, biz isə əsl mənəviyyata inanırıq".
Jurnalist Kamal Cəfərinin sözlərinə görə, Xanım Zeynəbin məqbərəsini ziyarət etməyə nəinki İran, İraq, Bəhreyn və Azərbaycan şiələri, həm də ələvilər, ismaililər və sünnilər də gəlirlər. Dini komlleksin ərazisində tam təhlükəsizlik tədbirləri görülmüşdür. Məqbərəyə fotoaparat gətirmək və telefonla daxil olmaq qadağandır.
Jurnalistin yerli sakinlərlə söhbəti zamanı aydın olmuşdur ki, Suriya şiələri Putinə də müqəddəs kimi baxırlar: "Vladimir Putin bizim torpağa xilaskar və müdafiəçi kimi gəldi. Biz ona Heydər adı qoymuşuq- bu Şir deməkdir və İmam Əlinin daşıdığı təxəllüsdür". Maraqlıdır ki, Suriyanın bir çox şəhərlərinin girişini iki şiə lideri- ölkə prezidenti Bəşər Əsəd və Hizbullah lideri Həsən Nəsrullahın Vladimir Putinlə birgə əks olunmuş plakatları bəzəyir. Suriyada inanırlar ki, bu üç lider birgə müxtəlif din və konfessiyaların vətəni olan qədim Suriya torpağına sülh, dinclik və rifah gətirəcəklər.
Комментариев нет:
Отправить комментарий