18.01.2016

Gizli neyropolitologiya metodları: xalqı necə zombiləşdirirlər?

İbrahim Sel

 Azərbaycan “müstəqillik” qazandıqdan, rusların təhlükəsizlik çətiri başımızın üstündən götürüldükdən sonra xalqımıza qarşı psixoloji müharibə aparılmağa başladı. Atoma ehtiyac yoxdur, informasiya bombaları öz işini görür. Genetikasına gözlə görünməyən zərbələr endirilən xalqımızın zombiləşdirilməsi prosesi günü-gündən daha masştablı şəkil alır. Bu müharibədə əsas silah Qərb elmi laboratoriyalarında hazırlanmış informasiya texnologiyalarıdır. İnteqrasiya olunmuş informasiya axını insan təfəkkürünü fərqli şəkildə proqramlaşdırır, psixikanı dəyişərək təcrübəçilərin istədiyi formata salır.
 İndilərdə müharibələr güllələr və raketlər vasitəsilə aparılmır, müharibənin gözlə görünməyin yeni növləri icad olunmuşdur. İnsan ona necə təsir edildiyinin fərqinə varmır. Nəticədə biorobotlar yaradıb cəmiyyətə doldururlar. 1990-lardan üzü bəri doğulmuş gənclərimizin əksəriyyəti həmin müdhiş proqramlaşdırılmadan keçibiriliblər, total zombiləşdirməyə məruz qalıblar. Süzgəcdən keçirilib, filtr olunaraq liberalizmin sadiq qullarına çevriliblər. “Ruslar qanımızı içirdi”, “Türkiyə Azərbaycanın ən yaxın dostudur”, “Demokratiya cəmiyyətin məhək daşıdır”- bu tip formulirovkalar həmin nəslin tipik siyasi baxışlarını ehtiva edir. Psixotron neyrosilah onlara uşaq yaşlarından elə təsir göstərib ki, başqa formatda düşünmək qabiliyyətinə malik deyillər.
 20-ci əsrin əvvəllərində slavyan əsilli texnoloq Nikola Tesla elektrik enerjisini icad etdi. Müasir sivilizasiyanın istifadə etdiyi işıq, mobil telefon və kompüter Teslanın əməyinin bəhrəsidir. Həmin Tesla xəbərdarlıq edirdi ki, yüksək texnologiyaların inkişafı ilə cəmiyyət mənəvi və ruhani dəyərlərini itirəcək, deqredasiyaya uğrayacaq. Əhalinin robotlaşması baş verəcək. Tesla deyirdi: “Nə fərq var robotlar nədən ibarətdir- dəmirdən, ya da ətlə sümükdən...”
 Beyin proqramlaşdırılması- Qlobal Prediktor tərəfindən bəşəriyyətin məhvi üçün düşünülmüş bioloji ölüm layihəsidir. 1960-cı illərdən başlayaraq ABŞ-ın elmi-psixoloji institutlarında hərbi psixoloqlar və neyroloqlar tərəfindən psixikanın dəyişdirilməsi və mental nəzarət texnikaları işlənib hazırlanmışdır. Nəticədə insanların şüuru üzərində nəzarəti həyata keçirmək üçün istifadə edilən neyropolitika elmi yaranmışdır. Həmin vaxt ABŞ hökumətini Vyetnam müharibəsinə görə keçirilən etiraz aksiyaları bezdirmişdi. Hökumətin tez-tez müharibələr aparmasından narazı qalan xalq ölkənin bir çox yerlərində kütləvi nümayişlər keçirir, müharibəyə son qoyulmasını tələb edirdi. ABŞ-ın hakim dairələri yeni yaranmış neyropolitika elminin nailiyyətlərindən istifadə edərək Vyetnam sindromunun böyüməsinin qarşısını ala bildilər. Neyropolitika elmi xalqın qoyunlaşmasını sürətləndirdi, siyasətə tam laqeyd kütlə yaratdı. Hakimiyyət koridorlarındakı psixoterapevtlər təkcə “Təhsilin məhv edilməsi” layihəsini işə salmaqla 1980-cı illərdə “İks nəsli” deyilən yeni zombiləşdirilmiş gənclik ərsəyə gətirdilər. Həmin düşkünləşmiş gənclik əvvəlki siyasi həyata maraq göstərən və ölkənin taleyi üçün narahat olan gənclikdən qat-qat fərqlənirdi. Psixoloji zədə o həddə idi ki, gənclik nəinki kütləşmiş, həm də psixoloji evolyusiya nəzəriyyəsinin müəllifi R.Ulisonun dediyi kimi, “aqressiv-paranodial və depressiv hala” düşmüşdü. Təhsilin eybəcər hala salınmasından sonra cəmiyyətə yeridilən spirtli içki, narkotik və seksual inqilab da öz işini gördü və gənclik asanlıqla idarə olunan qoyun sürüsünə çevrilərək daha ABŞ hökuməti üçün heç bir təhlükə yaratmadi.
 İnsan şüuru ilə manipulyasiyalar hələ Misir kahinlərinin və Afrika şamanlarının dövründən vardı. Lakin 20-ci əsrdə elektronika və kibernetika sahəsindəki elmi kəşflərin sayəsində bu sistem daha keyfiyyətli həddə çatdı. İnsan şüurunun proqramlaşdırılmasının konkret və operativ metodları işlənərək hazırlandı. Yeni dövrün kahinləri insanı onun öz istəyindən asılı olmayaraq məqbul bildikləri formada yonur, lazımi istiqamətdə proqramlaşdırırlar. İnidilərdə idarəçilər insan şüuruna həyatın mənasını öz istədikləri formatda oturuşdururlar. İnsan biologiyasına zidd olan yabanı təfəkkür tərzi virus kimi insanın beyninə yeridilir. Vətəndaşlar özləri də hiss etmədən neyropolitoloqların hazırladığı proqram çərçivəsində düşünür, ondan qırağa çıxa bilmir. İnsan özü də bilmədən həmin virusu özündən sonrakı nəslə ötürür, beləcə öldürücü yad element cəmiyyətin ruhuna çökür.
 Yeni erada neyrologiya siyasətin silahına çevrilib. Bəşəriyyətə qarşı total müharibə aparılır. İnsan beyninin bioximiyası dəyişir. İnsan get-gedə itaətkar, sadəlövh, asanlıqla idarə olunan robota çevrilir. Ən faciəlisi odur ki, insanın köhnə, doğma DNK proqramı da silinir, yerinə yenisi yazılır, bu isə onun övladlarına, nəvələrinə, nəticələrinə ötürülür.
 20 illik zərərli təbliğat nəticəsində Azərbaycanda da artıq Amerika və Afrikada olduğu kimi “İks nəsli” yetişmişdir. Həyat üçün təhlükəsizlik yaradan köhnə detalların tədricən itdiyini duymayan, uçuruma getdiyinin fərqinə varmayan yeni nəsil gənclər rusları qaniçən hesab edir, Sovet dövrünü işğal dövrü adlandırır. İctimai sektorda çoxlarında belə təsəvvür yaranıb ki, rusların vaxtında küçədə azərbaycanca danışanları tutub damlayırmışlar. Onlara sübut etmək çətindir ki, 25 il qabaq əhalinin banklara borcu yox idi, bankın əhaliyə borcu vardı. 25 il qabaq toksiki məhsulları ərzaq adı ilə xalqa yedizdirə bilmirdilər- ruslar qoymurdu! Başa salmaq olmur ki, rusların vaxtında onların valideyinləri gecə saat 12-yə kimi işdə olmurdu, bu istismar sayılırdı, aldıqları maaş da qəpik-quruş deyildi. Gənc nəsil anlamır ki, insanın işi ona həzz də gətirə bilər. İnsanın peşəsi ilə hobbisinin üst-üstə düşdüyü cəmiyyətlərin varlığından gənc nəsil xəbərsizdir. Hətta bu nəslin seçilmiş zümrəsi sayılan tələbələr belə ermənistanlı parafessorların qurduğu ali məktəb sisteminin girdabına yuvarlanaraq universitet həyatının nurçu-osmanlı ab-havasından psixoloji zədə alırlar. Belə bir nəslə anlatmaq çətindir ki, Sovet vaxtı ali təhsil alanları dövlət işlə təmin edirdi, indiki kimi insanları işə götürəndə hansı bölgədən olmasına görə fərq qoyulmurdu. Elementar fərqləri müasir gəncliyə başa salmaq üçün gərək 7 başın, 5 ürəyin ola- mənfi energetika ilə yüklənmə o səviyyədədir ki, hamısını vurub sıradan çıxarar. Belə zombi yığını ilə diskussiyada gərək ən aşağısı dəmir əsəblərə malik olasan!
 Yetişdirilmiş “İks nəsli” adi insanlarda olduğu kimi gözlərə və qulaqlara malikdir, amma qavramaq qabiliyyəti tipik insankından qat-qat aşağıdır. Çünki neyropolitoloji texnologiyalar onlarda reallığın qəbul edilməsinin təbii prosesini süni şəkildə dağıtmışdır. Qlobal Prediktor onların ətrafında elə bir mühit yaratmışdır ki, təfəkkür arealı donmuş vəziyyətdə qalmağa məhkumdur. Hər gün televiziyaları açarkən gördükləri şou, internetə girərkən özünə maqnit kimi çəkən porno, qəzetlərdə xəbərin interpretasiyası, qarşılaşdıqları aktivistlərin liberal diskursu tarazlığın pozulmaması, əldə olunmuş balansın saxlanılması üçün cəmiyyətə yeridilən dozirovkalardır. Həqiqətin özü yox, mulyajının ortada dolaşdığı belə bir cəmiyyətin varlığını İks nəsli normal hesab edir və özünü məhz belə bir cəmiyyətdə yaşamağa uyğunlaşdırmağa çalışır. Ruslar bizim Novruzəliləri çuxadan çıxarıb təhsil verdi, kostyum geyindirdi, onlardan Kərim Kərimov düzəltdi, amma ruslar gedəndən sonra iudeylər həmin Kərimovları yenidən zombiləşmiş kütləyə çevirdilər. Yeni nəslin beyin neyronlarına artıq qurub yaratmaq, kəşf və icad etmək yox, dağıdıcı proqram yazılmışdır. Həmin proqramdan kənara çıxmağa insan iradəsinin gücü çatmır. İlişdikləri bu proqramı insanlar öz düzgün seçimləri, şəxsi baxış bucaqları, sınaqdan çıxmış yek platformaları hesab edirlər. Onlara elə gəlir ki, daşıdıqları missiya qaliblərin çərgəsində gələcəyə yol açan yeganə xilasedici mayakdır. Siyasi fikirlərinin Vaşinqtonda və ya Tel-Əvivdə oturan neyrotexnoloqlar tərəfindən hazırlanmış qəlibdən çıxmış standart baxışlar olduğunu onlara inandırmaq çətin məsələdir. İctimai sektora yığışan və özlərini ayıq-sayıq hesab edənlər belə fərqinə varmırlar ki, neyrotexnoloqların gözündə onlar qoyun sürüsündən, biorobotlardan başqa bir şeyi deyillər.
 Azərbaycanda keçmiş Sovet respublikaları ilə müqayisədə zombiləşdirmə prosesi daha sürətlə aparılıb, çünki bizim respublikanı ələ keçirən kimi masonlar ilk əvvəl əlifbamızı dəyişdilər və oxucu potensialına həmin proses əsaslı şəkildə təsir etdi. Əhalinin düzgün maarifləndirilməsinin qarşısını almaq asanlaşdı. “Sıxılmış, boş qəlblər” sindromu isə insanlarımızı həyatın əsl mənasından uzaq düşmüş bioloji varlıqlara çevirdi. İnsanlarımızın bir qismi qondarma əzabların emosional asılılığında, digər qismi isə vətən və xalq anlayışlarına soyuq məsafədə qaldılar. İctimai sektorda yer almış aktiv zombilər isə vəziyyətdən çıxış yolunu Vaşinqtondan istiqamətlənmiş yeganə trayektoiyada gördülər.
 Psixoloji müharibə ABŞ və onun köləliyi altında olan Avropadakı kimi epigenetik nəticələr verməsə də, öz zərərli təsirlərini kifayət qədər göstərmişdir. Artıq neyropolitika texnologiyaları vətəndaşlarımıza daha intensiv və genişmiqyaslı şəkildə tətbiq olunmağa başlamışdır. Neyropolitika texnologiyaları ilə aparılan müharibə cüzi maliyyə tələb edir, amma kolossal dağıntılara gətirib çıxarır. Düşmən əsgərlərini qırmaq hökmən deyil, onları asanlıqla ideoloji nöqtey-nəzərdən sterlizə edərək özünə tərəf meylləndirmək olar. Müasir polittexnologiyalar elə bir həddədir ki, düşmən ölkənin adamlarını asanlıqla öz sadiq əsgərlərinə çevirərək məqsədə çatmaq mümkündür. Artıq cəmiyyətimizda müəyyən qism insanlar ya bilərəkdən, ya bilməyərəkdən həmin müharibəyə cəlb olunublar, özümüzə qarşı silah tuşlayıblar. Psixoloqlarımız, filosoflarımız, politoloqlarımız, aktivistlərimiz, funksionerlərimiz düşmən ordusu əsgərlərinin görməli olduğu irihəcmli işi görürlər. Kənardan humanitarlıq və tolerantlıq daşıyıcıları kimi görünən bu adamlar psixoloji müharibənin ön cəbhəsində ağır işin altına giriblər, düşmən səngəri istiqamətindən öz pozisiyalarımızı vururlar, gələcək yaşamımızı sığortalayan ideallarımızı hədəf götürüblər. Məsələn, babalarımız Səfəvilərin vaxtından 400 il Osmanlı ilə vuruşdu, yeni nəsil politoloqlarımız isə ciddi cəhdlə Osmanlının müqəddəs olduğunu bizə sırımağa girişiblər. Ulularımızın normativ hesab etdiyi məsələlərdə səhv tuturlar. Milli-mənəvi dəyərlərimizdə ikrah hissi yaratmağa çalışırlar.
 Xüsusi qruplar və layihələr vasitəsilə ayrıseçkilik salır, insanların təfəkkür tərzi ilə manipulyasiyalar edirlər. Qara təbliğat mexanizmi real faktları gizlədir, məkanı yalan informasiya ilə dolduraraq məqsədinə nail olmağa can atır. Həmin effektiv silah düşmən beynini yumaq kimi strateji məqsəd güdür. “40-ın 60-a” prinsipi, “Çürük balıq”, “Çevrilmiş piramida”, “Böyük yalan”, “Absolyut görüntü” metodları- bunlar hamısı gündəlik sizin üzərinizdə sınaqdan keçirilən metodlardır. Sizin özünüzün olduğunu zənn etdiyiniz təfəkkür tərzi, siyasi baxışlar əslində onların laboratoriyalarının məhsuludur.
 Hərbi məktəblərdə keçirilən xüsusi müharibə təbliğatı texnikası bu gün Azərbaycanda mülki vətəndaşlara qarşı tətbiq olunur. Ölkənin sayt və qəzetlərini nəzərdən keçirəndə, şou ilə bol telekanalizasiyalarımıza baxanda həmin texnikanın izlərini aydın görmək olur. Mediaməkan informasiyanın əsli ilə yox, interpretasiyası ilə bəzədilib.
 Məsələn, “Çürük balıq” metodunu götürək. Bu metod necə işləyir? Hər hansı bir yalan ittiham ortaya qoyulur. Kimsə, ya da tutaq ki hansısa ölkəsə müəyyən cinayətdə və ya bəd əməldə günahlandırılır. “Çürük balıq” metodunun məqsədi o deyil ki, həmin ittiham sübut olunsun, yox,- məqsəd sadəcə qara yaxmaqdır. Gözdən salmaqdır. Həmin şəxsi, ya ölkəni ictimai qınaq obyekti etməkdir. İnsan psixikası elədir ki, əgər predmet ictimai müzakirə obyektinə çevrilirsə, avromatik olaraq həm onun tərəfdarları, həm də əleyhdarları peyda olur. Ardınca isə “politoloqlar”, “ekspertlər”, “funksionerlər” gündəmi zəbt edib məsələyə gül vururlar. Diskussiyanın formasından asılı olmayaraq iştirakçılar predmetin adını çirkli və ya qalmaqallı hadisə ilə əlaqədar çəkirlər, bu isə bəs edir. Lazımi effekt alınır. Şüurlarda həmin predmetin qara obrazı yaranır. Cəmiyyətin zehniyyətinə predmetin çirkin, qalmaqallı əməllərlə əlaqəli olması yeridilir. Bundan sonra həmin predmetin adı ictimaiyyətin yaddaşına çirkli hadisə ilə əlaqədar düşür. Həmişə həmin predmetin adı çəkiləndə insanlarda çirkli hadisə ilə assosiasiya olunur. Müzakirələr böyüdükcə, gündəm zəbt olunduqca “iylənmiş balıq” hücum obyektinin paltarına daha çox sürtülür və o hara gedirsə, o iyi də özü ilə aparır. Cəmiyyət predmetdən iyrənməyə başlayır. Predmet hansı məclisdə olursa, ilk qarşılaşdığı sual: “Niyə oğurladın? Niyə zorladın? Niyə asdın-kəsdin?” olur. Çünki həmin yarlık ona möhkəm yapışmışdır. Şər imici onun boyuna biçilmişdir. Politexnologiya öz işini görmüşdür.
 “40-ın 60-a” metodu da maraqlı zombiləşdirmə prinsiplərindən biridir. Gebbels tərəfindən düşünülüb hazırlanmış və indilərdə də geniş tətbiq olunan bu metodun məğzi aşağıdakı kimidir. Düşmənin maraqlarına tam cavab verən bir media orqanı yaradırlar. Orda dərc olunan informasiyanın 60 faizi düşmənin nöqteyi-nəzərini ifadə edir. Bununla düşmənin etibarı qazanılır və həmin etibardan istifadə edilərək məkanın qalan 40 faizi dezinformasiya ilə doldurulur. Məqsəd düşmənin auditoriyasına girib onu öz tərəfinə çəkmək, sonra isə öz dalğalarına kökləməkdir. 2-ci Dünya müharibəsi dövründə radiostansiyalar vardı ki, onlara bütün antifaşist dünyası qulaq asırdı. Hamı elə bilirdi ki, bu radiostansiyalar Britaniyaya məxsusdur. Lakin müharibə qurtardıqdan sonra üzə çıxdı ki, həmin radiostansiyaları faşist ideoloqu Gebbels yaradıbmış. Həmin radiostansiyalar “40-ın 60-a” prinsipi ilə işləyirdi.
 “Böyük yalan” üzərimizdə sınaqdan keçirilən növbəti effektiv metodlardan biridir. Mahiyyətcə “Çürük balıq” metoduna oxşar olsa da, iş prinsipi fərqlidir. “Böyük yalan” metodunun məqsədi ictimaiyyətin nəzərinə inanılması mümkin olan kifayət qədər böyük bir yalanı yeritməkdir. Hansısa bir qlobal və dəhşətli yalan ictimaiyyətə elə maksimal dərəcədə əminliklə çatdırılır ki, xalq sadəcə belə bir hadisənin yalan olmasına inana bilmir. Tryukun gülü onun yaxşı kombinasiya olunmasında, hətta tutarlı dəlillərlə əsaslandırılmasındadır. Nəticədə inandırıcı təqdim edilən xəbər oxucuda və ya tamaşaçıda emosional zədə yaradır. Həmin zədə onun gələcək baxışlarında və siyasi dünyagörüşündə tutarlı təsir göstərir. Bundan sonra bütün məntiqi dəlillərə və əsaslı faktlara baxmayaraq, oxucunun və ya tamaşaçının həmin məsələyə baxışı dəyişməz qalır. “Böyük yalan” süzgəcindən keçmiş obyekt insana həmişə qara fonda görünür.
 “Absolyut görüntü” metodu tez effekt verən metod olmasa da, insanların şüurunun dəyişdirilməsində böyük iş görür. Həmin metodun klassik dəstək üsullarından biri də keçirilən sosioloji sorğu nəticələrinin dərcidir. Guya hansısa təşkilat müəyyən məsələ ilə bağlı, ya konkret sual ətrafında sorğu keçirmişdir və vətəndaşların çoxu həmin məsələyə öz etirazlarını bildirmiş, ya da pozitiv münasibətlərini sərgiləmişlər. Bununla şüurlara yeridirlər ki, xalq həmin məsələ barədə mənfi, ya müsbət  fikirdədir. Özlərinə lazım olanın “çiçə”, lazım olmayanın isə “kxa” nəticələrini dərc edirlər. Həmin yalançı sorğular ictimai fikrin formalaşmasına xidmət edən “qara propoqanda” metodikasına daxildir. “Qara propoqanda” metodikasının əsas tələblərindən biri budur ki, sorğunun nəticələri az-çox reallığa yaxın olsun, xalqda sorğunun nəticələri şübhə doğurmasın.
 Üzərində sadaladığımız metodlar sınaqdan keçirilən insanlarda yabançı dünyagörüş formalaşır, doğma bildikləri siyasi formulirovka oturuşur, hadisələrə düzgün zənn etdikləri baxış bucağı yaranır. Onlarla mübahisə etmək yersizdir, gətirdiyiniz bütün dəlillər onlarçün əsassız görünəcək, hətta dron kadrlar belə onların məsələyə baxış bucağını dəyişmək iqtidarında deyil. Bütün səyləriniz nəticəsiz qalacaq, əgər bir az da səy etsəniz, antimilli ünsür adlandırılmaq, provokator zənn edilmək ehtimalınız var. Polittexnologiya nəticəsində əksəriyyətin doğru zənn etdiyi məsələnin yalan olmasına bu adamlar inanmaq gücündə deyillər. İnsan psixikası adətən əksəriyyətin rəyinə köklənmişdir, heç kim dəstədə ağ qarğa kimi görünmək istəmir. Sürüdən ayrı düşmə qorxusu təcrübəçilərə insanı lazım olan ictimai-siyasi məcraya yönəltməkdə kömək edir.
 Araşdırmalar göstərir ki, beyin yuyulmasına cəmiyyətin əsasən aşağı təbəqələri məruz qalır. Psixoloqların qeyd etdiyi kimi, dediyimiz metodikalar yolu ilə süzgəcdən keçən insanlar əsl reallıqlar barədə nəinki heç nə bilmir, heç bilmək də istəmir. Bəziləri şüurlarının alt qatı ilə hiss edirlər ki, onları nədəsə aldadırlar, amma bunu etiraf etmək onların psixikası üçün ikinci öldürücü zərbəni endirər. Özlərində cəsarət taparaq onları aldadanları müəyyən etmək, qəzəb püskürüb etiraz etməkdən isə heç söhbət də gedə bilməz. Bununçün ilk növbədə aydın təfəkkür tərzi və analitik qabiliyyət lazımdır ki, həmin meydançaları neyropolitoloji hücumlar vasitəsilə yarasız hala salmışlar. “Qara propoqanda” metodologiyası auditoriyaya dərin psixoloji mexanizmlər səviyyəsində elə təsir göstərir ki, həmin təsirin nəticələrini heç bir əks-təbliğatla aradan aparmaq mümkin olmur. İltihablaşmış beyinlər obyektiv reallığı qəbul etmək iqtidarında olmur. Zombiləşmiş kütləyə ən məntiqli dəlillər belə əsassız görünür. Zombilər onların şüurlarına yerləşdirdilmiş ideologiyaları nəinki dəstəkləyirlər, həm də həmin ideologiyalar uğrunda çarpışan əzabkeşlərə çevrilirlər. Zombilər canfəşanlıqla qarşı tərəfi öz dəlillərinə inandırmağa çalışırlar. Səyləri nəticə vermədikdə isə əsəbləşir, təhqirə keçir, hətta qarşı tərəfi döyüşə çağırırlar. Başqa cür də ola bilməzdi- metodologiya artıq öz təsirini göstərib. Onların şüuru Tavistok universitetinin hazırladığı emosional zədəni alıb. 
 Ali məktəblərdə keçirilən psixologiyaya dərsliklərində elmin bu sahəsi barədə məlumat verilmir. Xüsusi xidmət orqanlarının məktəblərində dərs vəsaiti kimi keçirilən müharibə təbliğatı metdologiyası indi dinc sakinlərimizə qarşı sakitcə tətbiq olunur. Vətəndaşlarımız düşmənin pulsuz media döyüşçülərinə, könüllü informasiya əsgərlərinə çevrilirlər. Düşmən özümüzkülərdən istifadə edərək öz pozisiyalarımıza zərbələr endirir. Bütün xüsusi müharibə təbliğatı metodlarını eyni məqsəd birləşdirir: düşmən ordusunun içinə fitnə salaraq, ayrıseçilik yaradaraq onu öz əli ilə məhv etmək. Qarşılıqlı nifrət və etibarın itməsi son nəticədə cəmiyyətimizdə didişmələrə və konfliktlərə gətirib çıxarır.
 SUBNİMİNAL MESAJLAR VƏ 25-Cİ KADR. Televiziya və kinoteatrlarda gözümüzlə görə bilmədiyimiz, amma birbaşa şüuraltımıza təsir edən kadrlara subliminal mesajlar deyilir. Sözüötən şüuraltı mesajlardan bir neçə vasitələrlə istifadə edilir:
1. Səs vasitəsilə. Bizim qulağımız yalnız müəyyən dalğa tezliklərindəki səsləri eşitsə də, amma beynimiz qulağımızla eşidə bilmədiklərimizi asanlıqla qavraya bilir.
2. Gözlə görünməyəcək qədər tez görünüb itən görüntülər. Buna 25-ci kadr deyilir.
3. Reklam afişalarının hansısa bir yerində gizlədilən, gözlə görünməsi çətin olan görüntülər.
 Bu cür şüuraltı mesajlardan hər hansı bir markanı reklam etməkdən tutmuş, hansısa bir dini təhqir etməyə qədər istifadə edilir. Demək olar ki, dünyada bu texnikadan istifadə etməyən yoxdur.
 25-ci kadr nədir? Bizim gözlə gördüyümüz bir anlıq görüntü 655 sətr və 24 kiçik kadrdan ibarətdir. Yəni, bir saniyə 24 kadrdan ibarətdir və biz ancaq bu qədərini gözlə görə bilirik. Filmlərdə və ya digər görüntülərdə saat, dəqiqə, saniyə deyilən bir düzülüş var. Saniyədən sonra kadr gəlir və bir saniyə 24 kadrdır. Hər 24 kadr isə ekran böyüklüyündə kadr əmələ gətirir. Hər 327.5-ci sətirdən bir “control-track” deyilən bir ara verilir. Həmin bu aralıqdakı görüntülər kəsilib aralarına başqa görüntülər atılaraq 25-ci kadr duzəldilir. 25 kadr gözlə görülməyəcək qədər tez görünüb, yox olan görüntülərdir. Bunlar gözlə görünmür, amma bu proses şüuraltı baş verdiyindən orada saniyənin 3-də 1 aralığında təsir qoyur. Beləliklə bu gizli mesajlardan istifadə edənlər çox rahatlıqla öz məqsədlərinə nail olurlar.
 Görsənməyən mesajlar necə təsir qoyur? Cavab çox sadədir. Biz gözlə gördüklərimizi ayırd edə, istədiyimizə baxa bilirik, istəmədiklərimizə isə yox. Həmçinin istədiyimizi dinləyir, istəmədiklərimizi dinləmirik. Yəni bizə təqdim olunanları şüurlu şəkildə qəbul, ya rədd edə bilirik. Amma biz 25-ci kadrı görə və ya duya bilmirik. İnsan görə, ya eşidə bilmədiyi bir şeyi necə qəbul və ya rədd edə bilər? Əlbəttə bu mümkün deyil.
 Elə subliminal mesajlardan istifadə edənlərin əsas hədəfi budur ki, insanlar hiss etmədən onların beynini zəhərləsinlər, istədiklərini beyinimizəə yeritsinlər.
 Bu texnikadan ilk dəfə 20-ci əsrin ortalarında ABŞ-da istifadə olunub. Belə ki Ceyms Vicary adlı reklam mütəxəssisi bunu ilk dəfə kinoteatrda həyata keçirir. O, insanların film izlədiyi zaman gizli, gözlə görünməyəcək, şüurla qavranılmayacaq, amma şüuraltının qavrayacağı qədər tez və gizli şəkillərlə “kola iç”, “popkorn ye” kimi yazılardan istifadə edir. Bundan sonra kolanın satışının 18,1 faiz, popkorn satışının isə 57,7 faiz artdığı müşahidə olunur.
 Təəssüflər olsun ki, şüuraltı mesajlardan mahnılarda, cizgi filmlərində, reklamlarda qeyri-qanuni şəkildə istifadə olunur. Əsas hədəf uşaqlardır. Uşaqlara sevgini, mərhəməti, dostluğu, mərdliyi və s. kimi gözəl xüsusiyyətlər aşıladığını zənn etdiyimiz cizgi filmlər əslində pornoqrafik şəkilləri, pis və şiddətli davranışları təlqin edir. Uşaqlarımız hiss etmədən o cür qeyri-əxlaqi görüntüləri şüuraltıyla qavrayır və bu da uşaqların şəxsiyyətinin formalaşmasında rol oynayaraq gələcəkdə verəcəkləri qərarlara təsir qoyur. Çox məşhur cizgi filmi ssenaristləri hələ kiçik, ya da böyüməkdə olan uşaqlarımızın beynini istədikləri yöndə istismar edirlər. Üzdə çox məsum və tərbiyəvi əhəmiyyət daşıdığını güman etdiyimiz bəzi cizgi filmlərə diqqət etdikdə mənzərənin tamam başqa cür olduğunun şahidi olarıq.
 Qeyd edək ki, Disney kompaniyasının hazırladığı cizgi filmləri adətən mənfi xarakter daşıyır və buna görə də uşaqları bu kompaniyanın hazırladığı cizgi filmlərdən ciddi şəkildə uzaq tutmalıyıq.
 Çoxlu döyüş səhnələri, qeyri-adi canlıları olan cizgi filmlərində şüuralti mesajları yerləşdirmək çox asandır. Belə olan halda valideynlərin vəzifəsi nədən ibarətdir?
 Demək olar ki, cizgi filmi izləməyən uşaq yoxdur və dolayısı ilə bütün uşaqlar bu təhlükə ilə üz-üzədir. İlk öncə bu məsələdə valideynlər özləri məlumatlı olmalıdırlar və hər cizgi filmini övladlarına izlətdirməməlidirlər. Ən əsası bütün gününü televizor qarşısında keçirən uşaqlar nə öz ailəsinə, nə də cəmiyyətə faydalı ola biləcəklər, buna arxayın olun. Yaxşı olardı ki, uşaqlarınız ümumiyyətlə Türkiyə və Avropa kanallarına baxmasınlar. Uşaqlarının seyr edəcəyi cizgi filmlərini valideynlər öncədən özləri seçməlidirlər. “Nu, poqodi!” və digər bu kimi köhnə sovet cizgi filmlərini seçərək uşaqlara təqdim etmək olar. Yəni valideyn öz məsləhət bildiyi bir neçə cizgi filmini övladının seçim etməsi üçün təqdim etməlidir. Qarşısında bir neçə seçim olan bir uşaq mütləq onların arasından birini seçəcəkdir. Bu zaman həm valideynin istəyi həyata keçir, həm də uşaqlar valideynləri tərəfindən onlara hörmət qoyulduğunu, onların da nəyisə seçmək hüququ olduğunu düşünürlər.
 Övladlarınızla çox vaxt keçirin, hətta izlədiyi cizgi filmi haqda da onlarla söhbət edin, bu mövzuda onları istiqamətləndirin, hadisələrə yaxşı tərəfdən baxmalarına şərait yaradın. Yeməyi ailəlikcə yeyin, hətta bunu bir adət halına gətirin, bu ailə üzvlərinin bir-birinə daha da yaxın edəcək. Biz İudanın dağıtmaq istədiyi ailə institutunu hansı yolla olursa olsun, qorumalıyıq!
 DİNC MÜHARİBƏLƏR ÜÇÜN SƏSSİZ SİLAH. Noam Xomski amerikalı linqvisti, filosof, ictimai xadim, bir sıra kitabların müəllifi və siyasi analitikdir. Massaçusets Texnoloji İnstitutunun dilçilik üzrə əməkdar professoru və 20-ci əsrin görkəmli elm xadimi. Onun dilçilik nəzəriyyəsi və idrak nəzəriyyəsi sahəsindəki fundamental əsərləri elmi və müəllimlər cəmiyyətində layiqli ad qazanmışdır. 
Noam Xomski kütləvi informasiya vasitələrinin köməyi ilə “manipulyasiya etməyin 10 üsulunun” siyahısını tərtib etmişdir.
1. Diqqətin yayındırılması. Vətəndaşların diqqətini real əhəmiyyəti olmayan mövzulara keçirtməklə daima əsl sosial problemlərdən yayındırmaq. Vətəndaşların daima nə iləsə məşğul olmaqlarına və düşünməyə vaxtlarının qalmamasına nail olmaq. Cəmiyyəti idarə etməyin əsas elementini informasiya məkanını daima az əhəmiyyətli məlumatlarla dolduraraq, insanların diqqətini siyasi və iqtisadi hakim dairələrdə qəbul olunan mühüm problem və qərarlardan yayındırmaq təşkil edir. Diqqəti yayındırmaq üsulu vətəndaşlara elm, iqtisadiyyat, psixologiya, neyrobiologiya, kibernetika sahəsində mühüm biliklər əldə etməyə imkan verməmək üçün olduqca əhəmiyyətlidir.
2. Problemlər yaratmaq, sonra da onların həll üsullarını təklif etmək. Bu üsül həm də “problem-reaksiya-həll” adlanır. Əhali arasında müəyyən reaksiya yaratmaq üçün hər hansı bir “vəziyyət”, problem yaradılır ki, insanlar özləri bunun həlli üçün  hakim dairələrdən bu dairələrin özlərinə sərf edən tədbirlər görməyi tələb etsinlər.
3. Tədricən tətbiq etmə üsulu. Hər-hansı bir qeyri-populyar tədbiri həyata keçirməyə nail olmaq üçün onu sadəcə olaraq tədricən, günbəgün, ilbəil tətbiq etmək kifayətdir. Məhz bu yolla keçən əsrin 80-90-cı illərində prinsipial olaraq yeni sosial-iqtisadi şərtlər (neoliberalizm) qəbul etdirildi. Dövlətin funksiyasının sıfıra endirilməsi, özəlləşdirmə, inamsızlıq, qeyri-stabillik, kütləvi işsizlik, artıq ləyaqətli bir həyat təmin edə bilməyən maaş. Əgər bunların hamısı eyni vaxtda baş versəydi yəqin ki, inqilaba gətirib çıxarardı.
4. Həyata keçirmə vaxtının uzadılması. Qeyri-popular qərarı sırımağın digər üsulu onu “ağrılı və zəruri” bir şey kimi təqdim etmək və həmin vaxt onun gələcəkdə tətbiq olunmasına vətəndaşların razılıq verməsinə nail olmaqdır. Gələcəkdə hər hansı bir qurbana razı olmaq indikindən daha asandır. Birincisi ona görə ki, bu dərhal baş verməyəcək. İkincisi də ki, kütlənin çox hissəsi “sabah hər şeyin yaxşılığa doğru dəyişəcəyinə” və ondan tələb olunan qurbanlardan yaxa qurtara biləcəyinə sadəlövhcəsinə ümid edir. Bu, vətəndaşlara dəyişikliklərə öyrəşmək və vaxtı gələndə onları itaətkarlıqla qəbul etmək üçün daha çox vaxt verir.
5. Xalqa balaca uşaqlar kimi müraciət etmək. Geniş kütlə üçün nəzərdə tutulmuş təbliğat xarakterli çıxışların əksəriyyətində elə dəlillər, personajlar, sözlər və intonasiya işlədilir ki, sanki söhbət inkişafdan geri qalan məktəb yaşlı uşaqlardan, ya da əqli qüsurları olan şəxslərdən gedir. Bir insan dinləyicini nə qədər çox aldatmaq istəyirsə, o qədər çox infantil ifadələrdən istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insanla sanki onun 12 və daha az yaşı varmış kimi davranılırsa, təlqinə əsasən o insanın cavab reaksiyası da 12 və daha az yaşlı uşağa xas olaraq qeyri-tənqidi olacaq.
6. Düşünməkdən daha çox emosiyalara əhəmiyyət vermək. Emosiyalara təsir etmək insanların rasional analiz qabiliyyətini və nəticədə ümumiyyətlə baş verənləri tənqidi dərk etmək qabiliyyətini bloklamağın klassik üsuludur. Digər tərəfdən emosional faktordan istifadə şüuraltıya qapı açmaqla ora fikirlər, arzular, qorxular, məcburiyət və sabit davranış modelləri daxil etmək imkanı verir.
7. Bacarıqsızlıq yaymaqla insanları cəhalətdə saxlamaq. Ona nail olmaq ki, insanlar onları idarə etmək və öz iradələrinə tabe etmək üçün istifadə olunan vasitə və yolları dərk etmək qabiliyyətinə malik olmasınlar. Cəmiyyətin aşağı siniflərinə təqdim olunan təhsilin keyfiyyəti mümkün qədər kasad və aşağı səviyyəli olmalıdır ki, cəmiyyətin aşağı siniflərini yuxarıdakılardan ayıran cəhalət elə səviyyədə olsun ki, aşağı siniflər onun öhdəsindən gələ bilməsinlər.
8. Vətəndaşları bacarıqsızlıqla fəxr etməyə sövq etmək. Əhaliyə qanmaz, bayağı və tərbiyəsiz olmağın dəbdə olduğu fikrini yeritmək.
9. Özünə qarşı təqsir hissini gücləndirmək. İnsanları həyatlarında baş verən bədbəxtliklərin onların əqli imkanlarının, qabiliyyətlərinin və ya göstərdikləri səylərin çatışmazlığı nəticəsində baş verdiyinə inanmağa məcbur etmək. Nəticədə iqtisadi sistemə qarşı çıxmaq əvəzinə insanlar hər şeydə özlərini günahlandırır və özlərini məhvetməyə başlayırlar ki, bu da digərlərilə yanaşı fəaliyyətsizliyə gətirib çıxaran sarsılmış vəziyyət yaradır.
10. İnsanlar haqqında onların özlərindən çox bilmək. Son 50 il ərzində elmin inkişafındakı uğurlar adi insanların bilikləri ilə hakim siniflərin malik olduqları və istifadə etdikləri məlumatlar arasında get-gedə artan uçuruma gətirib çıxarıb.
 OVERTON PƏNCƏRƏSİ: POZĞUNLUQ CƏMİYYƏTƏ NECƏ YERİDİLİR? “Overton pəncərəsi” haqqında eşitmisinizmi? Eşitməmisinizsə, onda bu İSTƏNİLƏN ŞEYİN LEQALLAŞDIRILMA TEXNOLOGİYASI haqqında oxumağınızı məsləhət görürük. Oxusanız, homoseksualizm və eynicinsli nigahların necə qanuniləşdirilməsini başa düşəcəksiniz. Avropada pedofiliya və inçestin leqallaşdırılmasının yaxın illərdə tamamilə həyata keçiriləcəyi sizə aydın olacaq. Eyni zamanda uşaq evtanaziyası da bu qəbildəndir.
 Cozef P.Overton “Mackinac Center” ictimai-siyasət mərkəzinin birinci vitse-prezidenti olmuşdur. Təyyarə qəzasında həyatını itirmişdir. “Overton Pəncərəsi” adlı ictimai rəydə problem haqqında təsəvvürlərin dəyişməsi modelini formalaşdırmışdır.
 Cozef Overton cəmiyyətə tamamilə yad ideyaların insanlığın rədd etdiyi dəyərlər sistemindən götürülüb, təmizlənib, ən nəhayət necə qanuniləşdirildiyini təsvir etmişdir. Hər hansı ideya və ya problemin cəmiyyətdə, Overtonun təbirilə desək, imkan pəncərəsi mövcuddur. Bu pəncərə daxilində ideyanı geniş müzakirə etmək, açıq-aşkar dəstəkləmək, təbliğ etmək və qanunvericiliklə təsdiqinə cəhd etmək mümkün ola bilər. Pəncərə imkanlar çərçivəsini dəyişdirməklə tədricən hərəkət etdirilir; əvvəl “ağlasığmazlıq” pilləsindən, yəni ümumi əxlaqa yad, kütləvi inkar dərəcəsindən geniş müzakirə olunur, sonra kütləvi şüurun qəbul və qanunun təsdiq etdiyi “aktual siyasət” mərhələsinə çatdırılır. Bu, özü-özlüyündə beyinlərin yuyulması da deyil, daha incə texnologiyadır. Hədəfin, yəni qurban-cəmiyyətin nəzərindən ardıcıl, sistemli tətbiq və təsir faktının yayınması onu daha effektli edir. 
 Aşağıdakı misalda cəmiyyətin qəbuledilməz hesab etdiyi istənilən fikri öncə addım-addım müzakirə etməsi, sonra münasib bilməsi və nəhayət, həmin eybəcərliyi, biabırçılığı təmin edən və qoruyan yeni qanunla barışması göstərilir. Məsələn, hannibalizm, yəni vətəndaşların bir-birini yemək hüququnun leqallaşması ideyasını götürək. Kifayət qədər qəddar misaldır, deyilmi? Təbii ki müasir dövrdə hannibalizmi təbliğ etməyin mümkünatı yoxdur- cəmiyyət ayağa qalxar. Bu o deməkdir ki, hannibalizmin leqallaşması problemi hal-hazırda imkanlar pəncərəsinin sıfır mərhələsindədir. Overtona görə, bu mərhələ “Ağlasığmaz” adlanır. İndi isə bu ağlasığmazın bütün mərhələlərdən keçərək, necə həyata keçməsinə baxaq. 
 Overton bu cür istənilən hər ideyanın leqallaşdırılması texnologiyasını təsvir edir. O, sadəcə konsepsiya təklif etmir, məhz mövcud texnologiyanı təsvir edir. Yəni istənilən nəticənin əldə olunmasına gətirib çıxaran fəaliyyət (tədbirlər) ardıcıllığını göstərir. Belə bir texnologiya insan cəmiyyətinin məhvində nüvə silahından daha effektiv ola bilər. 
 Hannibalizm mövzusu cəmiyyət üçün hələ iyrənc və qəbuledilməzdir. Bu mövzunu nə mətbuatda, nə də layiqli həmsöhbətlə müzakirə etmək arzuolunmazdır. Hannibalizm hələ ağlasığmaz, absurd, qadağan olunmuş fenomendir. Overton Pəncərəsinin ilk addımı- hannibalizm mövzusunu ağlasığmazlıq müstəvisindən radikallıq sahəsinə keçirtməkdir. 
 Niyə də kannibalizmdən söhbət açmayaq? Ümumiyyətlə, alimlər istənilən mövzu barəsində danışmalıdırlar- onlar üçün qadağan olunmuş mövzu olmamalıdır, onlar hər şeyi öyrənməlidirlər. Belədirsə, “Polineziya tayfalarının ekzotik mərasimləri” mövzusunda etnoloji simpozium təşkil edək. Burada predmetin tarixini müzakirə edək, onu elmi dövriyyəyə buraxaq və bununla da hannibalizm haqqında faktik nüfuzlu bir rəy əldə etmiş oluruq. 
 Görürsünüz, sən demə, adamyeyən haqqında da predmetə uyğun, elmi mötəbərlik çərçivəsində söhbət açmaq olar. Overton Pəncərəsi artıq yerindən tərpəndi. Artıq mövqelər gözdən keçirilir. Bununla da cəmiyyətin barışmaz mənfi yanaşmasından daha müsbət münasibət müstəvisinə keçid təmin olunur. 
 Yalançı elmi müzakirə ilə eyni vaxtda mütləq hansısa “Radikal Hanniballar Cəmiyyəti” yaranmalıdır. Bu cəmiyyət yalnız internetdə təmsil olunsa belə, lazımi KİV mütləq onların fərqinə varıb, istinad edəcək.
 Birincisi, bu ifadə azadlığının daha bir faktıdır. İkincisi, xüsusi növ bu cür sarsıdıcı ünsürlər radikal hürkü görüntüsü yaratmaq üçün lazımdır. Onlar “pis hanniballar” olacaq və digər hürkü mənbəyinə- “onlar kimi olmayanları odda yandırmağa çağıran faşistlərə” qarşı qoyulacaq. Hürkü müqəvvaları haqqında daha sonra danışacağıq. Başlanğıc üçün insan əti yemək barəsində Britaniya alimlərinin və digər təbiətli radikal ünsürlərin nə düşündüyünü dərc etmək yetərli olardı. 
 Overton Pəncərəsinin ilk addımının nəticəsi: qəbuledilməz mövzu dövriyyədədir, tabu toxunulmazlığını itirib, problemə birmənalı yanaşma mütləqliyi aradan qalxıb- “bozun çalarları” yaradılıb. Niyə də yox?!
 Növbəti addımda Pəncərə daha irəli hərəkət edir və hannibalizm mövzusu radikallıq sahəsindən mümkünat sahəsinə keçid alır. Xoş gəlmisiniz! Bu mərhələdə “alimlərə” istinad etməkdə davam edirik. Axı bilikdən üz döndərmək olmaz. Hannibalizm haqqında danışmaqdan imtina edən istənilən şəxs nadan və mövhumatçı kimi möhürlənməlidir. 
 Nadanlığı qınayarkən, hannibalizmə mütləq nəcib bir ad fikirləşmək lazımdır ki, hansısa faşistlər müxalif fikirlilərə “hannibal” adını verməyə cəsarət etməsinlər.
Diqqət! Evfemizmin yaradılması- vacib məqamdır. Ağlasığmaz ideyanın qanuniləşdirilməsi üçün onun əsil adı dəyişdirilməlidir.
 Hannibalizm daha yoxdur. İndi bu, məsələn, antropofagiya adlanır. Amma bu termin də yaxında yenisi ilə əvəz olunacaq, şübhəsiz, təhqiredici olmaması şərti ilə. Məsələn, pedarastlığın homoseksuallıq adlanması kimi!
 Yeni adların icad olunmasının məqsədi- problemin məğzini təyinatından yayındırmaq, sözün formasını məzmunundan ayırmaq, ideoloji rəqibləri dildən məhrum etməkdir. Hannibalizm öncə antropofagiya, sonra antropofiliyaya çevrilir, cinayətkarın soyadını və pasportunu dəyişməsi tək.
 Ad oyunlarına paralel olaraq dayaq presedenti də yaradılır. O, tarixi, mifoloji, müasir və ya sadəcə qondarma ola bilər, əsası- legitimləşdirilmiş olsun. O, antropofiliyanın prinsipcə qanuniləşə biləcəyinin “sübut”u kimi ya tapılmalı, ya da uydurulmalıdır. 
 Susuzluqdan ölən uşaqlarını öz qanı ilə doyuzduran fədakar ana haqqında əfsanə yadınızdamı?)) Necədir sizinçün?! Bəs hər kəsi dalbadal yeyən antik tanrılar haqqında hekayələr necə? Qeyd edək ki, Romada bu, ümumən normal sayılırdı...
 Və bunun dalıyca hay-küy, qondarma şüvənlik başlayır: “Sizə nisbətən xristianların xüsusilə antropofiliya ilə araları yaxşıdır. Onlar elə indi də ritual olaraq allahlarının qanını içir, ətini yeyirlər. Siz xristian kilsəsini nədə günahlandırmırsınız axı? Ümumiyyətlə, siz kimsiz axı?”
 Bu mərhələdə əsas məqsəd- adam yeməyi heç olmasa qismən cinayət təqibindən azad etmək həzzinə nail olmaqdan ibarətdir. Heç olmasa bir dəfə, bir tarixi an. Belə də edirlər! Texnologiya öz effektini verir.
 Legitimləşdirilmiş presedent təqdim olunduqdan sonra, Overton Pəncərəsini mümkünat sahəsindən rasionallıq sahəsinə tərpətmək imkanı yaranır. 
Bu üçüncü mərhələdir. Bu mərhələdə bütöv problemin hissələrə bölünməsi tamamlanır.
 “Adam yemək arzusu insanların təbiətinə xasdır, genetikdir”.  “Bəzən həyatda qalmaq üçün adam yemək labüddür, qaçılmaz hallar var, başa düşün!”. “Yeyilmək istəyən insanlar var”. “Yeyilmək istəyən insanı elə yeyərlər”. “Antropofilləri təhrik edirlər!”. Cəmiyyətə tədricən bunlar yeridilir.
 “Qadağan olunmuş meyvə şirin olur”. “Azad insan nə yemək istədiyinə qərar vermək hüququna malikdir”. “İnformasiyanı gizlətməyin, qoy hər kəs antropofil və ya antropofob olduğuna qərar versin”. “Antropofiliyanın zərəri varmı? Onun qaçılmazlığı sübut olunmayıb”. Təbliğat öz bəhrəsini verir.
 İctimai şüurda problem üçün süni olaraq “döyüş meydanı” yaradılır. Kənar cinahlarda xüsusi olaraq meydana gəlmiş radikal tərəfdarlar və radikal əleyhdarlər yerləşdirilir. İndi isə dəqqət!! Real rəqibləri, yəni hanniballığın qanuniləşdirilməsinə qarşı olan əsl adamları adı çəkilən hürkü müqəvvaları ilə birgə radikal qənim qismində təqdim etməyə çalışırlar. Həmin müqəvvaların əsas rolu fəal psixopat obrazını- adamyeyənləri, yəhudiləri, kommunistləri, qaradərililəri diri-diri yandırmağa çağıran aqressiv faşistlərin, antropofiliya qənimlərinin obrazını yaratmaqdır. Leqallaşmanın real əleyhdarları KİV-ə buraxılmır, amma yuxarıda sadalananların hamısının KİV-də yer alması təmin edilir.
 Bu vəziyyətdə, “yazıq” antropofillər sanki hürkü müqəvvaları arasında qalır, “məntiqi” təmsil edərək, “sağlam düşüncə və insanlıq” pafosu ilə “bütün növ faşistləri” qınayırlar. Bu mərhələdə “alimlər” və jurnalistlər tv və mediadan sizə insanların tarix boyunca zaman-zaman bir-birlərini yeməsini sübut edirlər və bunun normal olmasına işarə vururlar. 
 Artıq işin çoxu görülüb! İndi antropofiliya mövzusunu rasionallıq müstəvisindən populyarlıq kateqoriyasına keçirmək olar. Overton Pəncərəsi daha da irəliləyir. Hannibalizm mövzusunu populyarlaşdırmaq üçün onu tarixi və mifoloji şəxsiyyətlərlə, mümkün olduqda hətta müasir media üzlərlə uyğunlaşdırır və pop-kontentdə saxlayırlar. Antropofiliya xəbər buraxılışlarına və tok-şoulara kütləvi şəkildə daxil edilir. Adamyemək geniş kino-auditoriyalarda, mahnı mətnlərində, videokliplərdə yer alır. Təbliğatın bir üsulu “Ətrafına bax!” adlanır.
 “Siz bilmirdiz ki, filan məşhur bəstəkar- belədir?.. antropofildir”. “Hamının tanıdığı filan polşa ssenaristi isə ömrü boyu antropofil olub, hətta buna görə təqibə məruz qalıb”. “Görün onların neçəsini dəlixanaya salıblar! Neçə milyonu repressiyaya uğrayıb, vətəndaşlıqdan məhrum edilib!.. Bu arada, Ledi Qaqanın “Eat me, baby” klipini bəyəndizmi?” Artıq cəmiyyətdə söz-söhbətlər baş alıb gedir. Moda yaranır.
 Bu mərhələdə mövzunu TOP sıraya çıxardırlar və o kütləvi mediada, şou-biznesdə, siyasətdə öz-özünə çoxalır. Buz tərpəndi! Proses gedir!
 Digər effektiv üsul: problemin məğzi informasiyanın yayıcıları (jurnalistlər, teleaparıcılar, ictimai şəxslər və s.) səviyyəsində saxlanılır, mütəxəssisləri qatmadan.
 Sonra mövzu cansıxıcı, müzakirəolunmaz hal aldığı məqamda xüsusi olaraq seçilmiş mütəxəssis ortaya çıxır. Öz adamları deyir: “Cənablar, əslində hər şey tamamilə başqa cürdür! Və filan cür etmək lazımdır”. Və bu zaman mövzuya “Pəncərə”nin hərəkəti ilə təyin olunan müəyyən bir tendensioz cərəyan daxil olur. 
 Leqallaşdırma tərəfdarlarına haqq qazandırmaq üçün cinayətkarların cinayət ilə uyğun gəlməyən yaxşı tərəflərini göstərir, onlara müsbət obraz yaradıb, insaniləşdirirlər.
 “O axı yaradıcı adamıdır. Nə olsun ki arvadını yeyib?”. “Sənətkara hər şey halaldı!”. “Onlar qurbanlarını həqiqətən də sevirlər. Pişik balasını çox istədiyindən yeyər!”. “Antropofillərin İQ-si yüksək olur, digər məsələlərdə onlar ciddi əxlaqa riayət edirlər”. “Qanda ən güclü vitamin tapılıb!”. “Antropofillər özləri qurbandır, onları həyat məcbur edir”. “Onları belə tərbiyə ediblər” və s. Bü cür oyunbazlıq populyar tok-şouların duzudur. Xalq beyin yuyulmasına məruz qoyulur. 
 Və davam edir. Baş alıb gedir: “Sizə faciəvi sevgi hekayəsi danışacağıq! Oğlan onu yemək istəyirdi! Qız da yeyilmək istəyirdi! Biz kimik ki, onları mühakimə edək! Bəlkə bu- sevgidir! Siz kimsiniz ki, sevginin önündə durasınız?!”.
 Burada güc sahibi artıq siz deyilsiniz, ONLARdır!
 Mövzunun populyarlıq kateqoriyasından aktual siyasət sahəsinə keçirmək imkanı yetişdiyi zaman Overton Pəncərəsinin beşinci mərhələsinə qədəm qoyulur. Hüquqi baza hazırlanmağa başlanılır. Hakim lobbi qrupları kölgədən çıxır və möhkəmlənirlər. Hannibalizmin leqallaşması tərəfdarlarının yüksək faizini guya təsdiq edən sosioloji sorğu nəticələri çap olunur. Media onlara işləyir.
 Siyasətçilər bu mövzunun qanunla təsdiqlənməsi haqqında ictimai bəyanatlarla çıxış etməyə cəhd edir. İctimai şüura yeni doqma yeridilir: “Adam yeməyin qadağan olunması qadağandır". Vəssalam! Qurtardı getdi.
 Bu liberalizmin dəst-xəttidir- tabuya qadağa qoyan tolerantlıq, cəmiyyət üçün məhvedici olan yayınlar təbliğ edilir, insan şüuruna yeridilir.
 Pəncərənin inkişafının son etapı yerinə yetirilib- “populyar” kateqoriyasından “aktual siyasət”ə keçid zamanı cəmiyyət artıq yola gətirilib. Düzdür, cəmiyyətin ən diri hissəsi hələ də yaxın zamana qədər ağılasığmaz sayılanın qanunla təsdiqinə qarşı çıxır. Amma bütövlükdə cəmiyyət artıq yola gəlib, həlimləşib, öz məğlubiyyətini qəbul edib.
 Qanunlar qəbul edilib, insan yaşamının normaları dəyişdirilib (dağıdılıb). Sonradan bu mövzunun sədaları qaçılmaz olaraq məktəblərə, uşaq baxçalarına yol açacaq. Demək olar ki, gələcək nəslin yaşamağa ümumiyyətlə şansı qalmayacaq. Pedarastiyanın (indi onlar özlərinin gey adlandırılmasını tələb edirlər) leqallaşdırılması da belə oldu. İndi isə gözümüzün qabağında Avropa inçest və uşaq evtanaziyasını leqallaşdırır. Görəcəyimiz günlər qabaqdadır.
 İNSAN ƏTİ ÜZƏRİNDƏ QURULMUŞ AVROPA DEMOKRATİYASI. 2011-ci ilin dekabrında Hollandiyanın BNN telekanalında “Proefkonijen” (“Təcrübə donuzları”) adlı televiziya verilişində Dennis Storm və Valerio Zeno adlı iki iştirakçı bir-birinin ətini yedilər. Vəziyət isə Azərbaycanda el arasında biri-biri ilə savaşarkən iki insan haqqında deyilmiş “bir-birinin ətini yeyirlər” aforizmindən tamamilə uzaq idi. Zena və Storm sözün həqiq mənasında həmin gün insan əti yedilər. BNN TV-də canlı yayım başlamazdan əvvəl kiçik cərrahiyyə əməliyyatı ilə Stormun omba, Zenonun isə qarnından ət parçası kəsildi. Daha sonra televiziya aparıcısı əti yağda qızardıb iştirakçılara təqdim etdi. Nəhayət, Storm və Zeno biri-birinin dadına baxdılar. İştirakçılar əti yedikdən sonra onun elə də xüsusi dada malik olmadığını bildirdilər.
 Homoseksuallıq, narkotik asılılığı, fahişəlik, ictimaiyyət arasında edilən seks, satanist təriqətlər, inçest əlaqələrə 2011-ci ildə insan ətinin yeyilməsinin əlavə edilməsi ilə Hollandiya əxlaqlı cəmiyyət anlayışını tamamilə kökündən qazıdı. Satanist və masonik təlimlərin açıq təbliği Hollandiyada ifrat demokratiyanın təzahür elementləridir. İfrat demokratiyanın yaradılmasına nail olmaq masonların ən böyük ideologiyasıdır. Mason və satanist təlimlərinə görə Şeytanı (Lütsifer) layiq olduğu taxtına oturtmaq üçün ifrat demokratiya yaratmaq birinci şərtdir. 
 Masonik təşkilatların məşhurlarından və əhəmiyyətlilərindən biri də Bilderberqdir. Təşkilatın başqa qolu CFR-in əsas fəaliyyət sahəsi daha çox ABŞ və ona yaxın qonşu dövlətləri əhatə edirdi. Bilderberq Klubu isə masonların Avropadakı fəaliyyətlərinin digər Dəyirmi Masa təşkilatları ilə koordinasiyasını təşkil etmək məqsədilə 1954-cü ildə Hollandiyanın Osterbek şəhərində yaradılmışdır. Təşkilat adını qrupun təsis iclasının keçirildiyi Bilderberq mehmanxanasından götürüb. Klubun təsis iclasına Hollandiya şahzadəsi Bernhard və Polşalı sosioloq Dr.Jozef H.Retinqer sədrlik edirdilər. Eyni zamanda CFR üzvü olan Jozef Retinqer Bilderberqin ideya müəllifi kimi tanınır. 
 Mason ideologiyasının müasir dövrdə əsas təbliğatçısı olan Bilderberqin Hollandiyada qurulmasının rəmzi və strateji mənaları var. Hollandlar digər Avropa millətlərindən fərqli olaraq qeyri-adi yaşayış tərzinə meyllidirlər, bir tərəfdən də Hollandiya masonların narkotik ticarəti üçün olduqca əlverişli mövqedə yerləşir. Faktiki olaraq Hollandiya masonların əsas silahı sayılan narkotik üçün nəhəng bir bazadır.
 Hollandiyada əhalinin sıx məskunlaşması insan ticarəti və qanunsuz mal alverini asanlaşdırır. Qeyd edilən faktor Hollandiya böyük narkotik kartellərinin biznesinin irihəcmli dövriyyəsinə zəmin yaradır. Roterdam limanı narkotik ticarətinin əsas alış və satış məntəqəsidir. Dəniz limanının həddindən artıq böyüklüyü və sıx hərəkət mühafizə orqanlarının Roterdama nəzarətini tamamilə məhdudlaşdırır. Hollandiyanın Daxili İşlər Nazirliyi və Təhlükəszilik Komitəsi limanın yalnız 1%-nə nəzarət edə bilir. Ölkənin mütəşəkkil cinayət qruplarının 95%-i isə narkotika ticarətilə məşğuldur. Kokain Hollandiyaya Cənubi Amerikanın Karib Adaları, Kuba, Kolumbiya və Asiyanın Əfqanıstan kimi dövlətlərindən gətirilir. Əfqanıstandan Roterdam və Amsterdama vurulan mallar müxtəlif formalarda- Avropanın Madrid və Cenoa kimi şəhərlərində ikinci əl dəyişdirdikdən sonra çatdırılır. Həmin dövriyyənin böyük hissəsi Kolumbiya Narkotik Kartelinin əlində cəmləşmişdir. Latın Amerikasından Amsterdam hava limanına həftədə 25-dən çox təyyarə uçuşu həyata keçrilir. Roma, Madrid, Paris və Berlin kimi böyük Avropa şəhərlərindən kokain Hollandiyaya xüsusi kapsullar formasında hazırlanaraq gətrilir.
 Narkotik məhsulların ən təhlükəli və zərərli nümunəsi olan ekstazi istehsalına görə Hollandiya dünyada birinci yerdədir. Hollandiyada hazırlanan ektazinin əsas alış məntəqəsi isə ABŞ-dır. Xüsusi marka və loqolarla istehsal edilən məhsullar zərərsiz kimi qələmə verilsələr də, hər il ekstazidən dünyada yüz minlərlə insan ölür. Ekstazinin istehsal məntəqələri dövlət üçün sirrdir, harada əldə edildiyi bilinmir, ya da ki rəsmi Amsterdam məsələyə bilərəkdən səthi nəzarət nümayiş etdirir. Hollandiyanın narkotiklə bağlı qanunvericiliyində həmin maddələrin saxlanılmasına görə cəzalar yüngül və ağır narkotik məhsullara görə verilir. Əgər Hollandiyada bir nəfər saxladığı narkotiki hüquq mühafizə orqanlarından gizlədirsə, qanunvericiliyə uyğun olaraq ona 1 il həbs cəzası verilir. 5 qramdan yuxarı narkotik saxlanılırsa, bu artıq Hollandiyada cinayət sayılır. Holland qanunvericilyində hər bir vətəndaş evində 5 qramdan çox olmayaraq narkotik maddə saxlaya və istifadə edə bilər. Nəzərdə tutulmuş miqdardan artıq, məsələn 30 qr narkotik maddə saxlayan vətəndaşa iki il həbs cəzası kəsilir. Narkotik “Coffee shop” adlananan məntəqələrdə satılır. Yenə də burada hər vətəndaşa 5 qramdan çox olmayaraq maddə satmaq mümkündür. Dövlət “Coffee shop”ların açılmasına icazə verir. Satış məntəqələri yalnız məhkəmələrin və yerli icra strukturlarının xüsusi əməliyyatları ilə bağlana bilər. Hollandiyada hal-hazırda 1000-dən çox “Cofee shop” var. 5 qramdan çox satmamaq; ağır maddə satmamaq; satılan məhsulun reklam edilməməsi; 18 yaşından kiçiklərə satılmasının qadağan edilməsi; satış məntəqələrinin ətrafındakı yaşayış yerlərinə narahatlıq yaratmamaq; anbarda 500 qramdan çox mal saxlamamaq; məktəb yaxınlığında tikilməsinin qadağan edilməsi; ildə iki dəfə polis tərəfindən nəzarətin həyata keçirilməsi- “Cofee shop”lara tətbiq edilən əsas qaydalardır.
 Hollandiyada hər iki məhkumdan biri narkotik istifadəçisidir. Həbsxanalarda narkotikdən istifadə edənlər və etməyənlər ayrı-ayrı kameralarda saxlanılırlar. Məhkumlara gündə qanunvericilikdə təyin olunmuş qaydada narkotik maddə verilir. Hollandiyada 1 qram kokainin qiyməti 50, bir qram heroin isə 25 avrodur. Ölkədə 30 mindən çox insan heroindən istifadə edir.
 Bu və ya digər mənada mason ideoloji-siyasi xəttinin təsdiq tapdığı digər dövlətlər İtaliya, İspaniya, Almaniya, İsveçrə, Danimarka, Belçika, Fransa, Böyük Britaniya, Yaponiya, ABŞ və Kanadadır. Satanist yəhudilərin minillik ideologiyasının əsas icraçısı isə Amerikadır. Avropanı tam nəzarətə keçirmək üçün isə hələlik Hollandiya masonlar üçün rahat nəzarət və təbliğat nöqtəsidir. Proseslərin hansı şəkil alacağı isə onların ikinci minillik planının sonunda məlum olacaq. Həmin dövrün adamları bunu daha yaxşı görəcəklər. İudeylərin indiki insanlara istədiklərini təqdim etməklərinin qarşısında duran ən böyük sədd isə inancdır. Din yeganə xilasedici güvənc olaraq qalır. Sionistlərin ifrat demokratiya ilə dünyanı işğal və 1 milyard sivil millət saxlamaqla digər 6 milyard milləti qırmaq planına əngəl törədən Qərbdə pravoslavlıq, Şərqdə isə şiəlikdir. Şiəlik- son ümid yerimizdir.

Комментариев нет:

Отправить комментарий