"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğana təzyiq göstərmək və Ankaranın İŞİD qruplaşması ilə gizli əlaqələrinə son qoymaq lazımdır, əks təqdirdə Suriyadakı konklikt dayandırmaq mümkün olmayacaq". Bu fikirləri Almaniya Bundestaqının deputatı, Sol partiyanın sədr müavini Sara Vaqenknext Der Spiegel nəşrinə müsahibəsində səsləndirmişdir. Onun fikrincə, Türkiyənin cihadçıları dəstəkləməsi vəziyyətin nizamlanmasına mane olan əsas amillərdəndir.
Almaniyalı siyasətçinin sözlərinə görə, Suriya konfliktinin həll olunması üçün ilk növbədə İŞİD-in maliyyə mənbələrini kəsmək, terrorçuları yeni tərəfdarlar toplamaq imkanlarından mərhum etmək və silahla təminatını dayandırmaq lazımdır. Belə olan halda qruplaşmanın daxili strukturu dağılacaq və işğal altındakı əraziləri geri almaq mümkün olacaq. Sara Vaqenknext Ərdoğanın "terrora maskalanmış dəstək" siyasətini tənqid edərək demişdir: "Ədroğana təzyiq etmək və Türkiyə sərhədini İŞİD-in üzünə bağlamaq lazımdır".
Siyasətçi bildirmişdir ki, Qərbin Suriya konfliktinə müdaxiləsi gözlənilənlərin əksinə olaraq İŞİD-in xeyrinə olmuşdur. Vaqenknextin sözlərinə görə, Qərb koalisiyasına məxsus aviasiyanın bombardmanları zamanı İŞİD yox, əsasən dinc yerli əhali ziyan çəkir: "Problem ondadır ki, amerikanlar məqsəd kimi İŞİD-in məhvini yox, Əsədin devrilməsini görürlər".
Комментариев нет:
Отправить комментарий