08.01.2016

Suriya türkmənləri: Türkiyə müharibəni törədən bizim ümumi düşmənimizdir

Türkiyə hökumətinin qardaş türkmən xalqının "xilas" edilməsi ilə bağlı qaldırdığı təbliğat klişesinin əksinə olaraq, Suriya türkmənlərinin əksər hissəsi müasir Suriya, Bəşər Əsəd və onun administrasiyasına qarşı heç bir düşmənçilik nümayiş etdirmirlər, əksinə ölkə prezidentini əldə silah müdafiə etməyə hazır olduqlarını dəfələrlə bəyan etmişlər.
Suriya və İraq türkmənləri Osmanlı türklərindən daha çox Azərbaycan türklərinə yaxındırlar və dilləri oxşardır. Beş illik müharibə illərində türkmənlər Türkiyənin dəstəklədiyi "Cəbhət əl-nusra", İŞİD və Azad Suriya Ordusu kimi "xilaskarları" daha yaxından tanıdılar. On minlərlə türkmən şiə olduğuna görə öldürüldü, Türkməneli kəndləri boşaldı. Müharibə dövründə Türkiyə kürd qaçqınlar üçün evlər və şəhərciklər tikib onları öz ərazisində qəbul etsə də, türkmənlər şiə olduqları üçün Türkiyəyə buraxılmadı, onlar Şimali İraq çöllərinə səpələnərək səfalət içində yaşamalı oldular. Yalnız Rusiya öz nəzarətində olan Suriya ərazilərində qaçqınlar üçün düşərgələr tikdikdən sonra türkmənlər həmin sığınacaqlarda məskunlaşdılar və Latakiya aeroportundan gətirilən ərzaqla təmin olundular. Bu illər ərzində Türkiyə türkmənlərə kömək etmək əvəzinə onları vahhabi islamı və pantürkizm təbliğatı ilə zəhərləməklə məşğul oldu.
Jurnalist Kamal Cəfərinin haqqında danışdığı Umar- adi kənd uşağıdır. Tikintidə fəhləliklə məşğul olur. Dörd qardaşı Bəşər Əsədin ordusunda ekstremistlərə qarşı vuruşur. Deyir ki, çağırış vərəqəsi gələn kimi o da əlinə silah alıb vətəni uğrunda döyüşəcək. Onun fikrincə, Suriya ölkənin digər xalqları kimi türkmənlərin də doğma vətənidir. Umar deyir: Mən- Suriya vətəndaşıyam və vətənimin çiçəklənməsi üçün məndən asılı olan hər şeyi etməyə hazıram. Başa düşə bilmirəm, Türkiyə hansı əsasla bizi "özününkü" elan edir? Müharibədə vəziyyət elə oldu ki, Ankara bizə dostcasına yanaşmadı. Türkiyə- bizim üçün düşməndir".
Suriyada türkmənlərin hüquqlarının pozulması ilə bağlı söhbətləri cəfəngiyyat adlandıran Umar deyir: "Biz sadə kəndli adamlarıq- öz torpağımızda işləmək və pul qazanmaq istəyirik. Və heç kim bizə mane olmurdu və indi də olmur. Bizi ağır duruma Türkiyənin təşkil etdiyi müharibə saldı və indi həmin Türkiyə bizim "hüquqlarımızın müdafiəsindən" danışır! Bəşər Əsəd bizim prezidentimizdir. Ərəb, türkmən, şiə, sünni, erməni, xristian- hamımızın. Bizim ümumi düşmənimiz Türkiyədir".
Umar ümidvardır ki, Suriyada tezliklə əmin-amanlıq yaranacaq. Onun sözlərinə görə, hal-hazırda İŞİD və Cəbhət əl-Nusra terrorçularına qalib gəlmək üçün Suriya xalqının möhkəm birliyi gərəkdir.

Federal Xəbərlər Agentliyi

Комментариев нет:

Отправить комментарий