19.01.2016

FEYSBUK DÖYÜŞÇÜSÜNÜN CİB KİTABI

İbrahim Sel

I yazı: Əylənə-əylənə mübarizə aparın

 Bəzən dalbadal gələn fikirləri paylaşmaq üçün tez-tez yazır, nöqtə-vergüllərə, digər orfoqrafiq qaydalara diqqət yetirmirsən, əks təqdirdə fikir itir. Skleroz da öz rolunu oynayır. Bəli, dostların çoxu hətta savadsız yazır. Bizi pintilikdə qınamayın. Əvvəla feysbukun qaydası belədir, burda orfoqrafik qaydalara riayət etmək hökmən deyil. Həmçinin Lüteri də yada salın. Onun İncilin ikinci hissəsi olan Əhdi-Cədidi tərcüməsi başdan-ayağa savadsız cümlələrlə dolu olmasına baxmayaraq, 16-cı əsr alman cəmiyyətində məhz həmin kitab əldən-ələ gəzirdi. Yaxud, Nasir Purpirarın “On iki əsr” kitabı Güntay Gəncalp tərəfindən tamamilə bərbad şəkildə dilimizə çevrilsə də, bizim primitivliyə öyrəşmiş elmi dairələrdə maraqla qarşılanan kitab oldu. Mən əminəm ki, bizə də bu cür internet Lüterləri lazımdır. Əsas odur ki, xalq nə demək istədiyimizi başa düşsün, ağ qaradan seçilsin. Tam əminliklə deyə bilərəm ki, məhz biz- mən, eləcə də antiqlobalist cəbhədəki bu “pinti” dostlarımz Azərbaycandakı ictimai-siyasi fikri yüz səksən dərəcə dəyişməyə nail olmuşuq. İudey nağılları artıq girmir. Liberal ideyaların dalınca gedənlər artıq azalıb, onlara cırt qoyan da yoxdur. Bizim hesabımıza!
 Bizim somnambulik medai iudeyların ortaya atdığı temalardan başqa heç nə yazmır. Müxalifətin yarıyuxulu köşə yazarları isə özlərini elə aparırlar ki, sanki reallıqlardan xəbərləri yoxdur, dünyada baş verən həqiqi dəyişiklər onlara girmir. Qlobal Prediktor daim diqqəti yayındırmağa çalışır və siz tamam üçüncü dərəcəli məsələlərə tərəf yönləndirildiyimizin fərqinə belə varmağa macal tapmırsız. Biz isə çıxış etdiyimiz resurslarda- qəzetlərdə, saytlarda, kitablarda və əsasən də operativ çatdırmaq üçün tam şəraitə malik feysbuk kimi sosial şəbəkələrdə həqiqəti xalqın nəzərinə yetiririk. 
 Amma oxucunu yükləmək, həmişə gərginlikdə saxlamaq olmaz. Bunu xalqa asan, “oynaya-oynaya” çatdırmağın bir yolu olmalıdır, onsuz da xalqın əsəbləri pozulub. Adi “Sion müdriklərinin protokolları”nı asanlıqla oturub necə oxumaq olar? Heç bir ağıllı, düşünən beyni olan kəs o protokolları bir günə, bir nəfəsə oxudum deyə bilməz. Ağır məsələdi. 24 protokolun hansını oxuyursan, şok keçirirsən, günlərlə özünə gələ bilmirsən, fikirlərə qərq olursan. Düşünürsən ki, sən demə mənim heç nədən xəbərim yoxmuş, gör dünyada nələr baş veribmiş! İnsanları necə də aldadırlar. Yadımdadır, mən o kitabın birinci protokolunu oxuyanda gecə səhərə kimi yatmadım, fikir götürdü. Bir neçə gün sonra özümdə güc tapıb ardını oxumağa başladım.
 Bizim yazılar hərəsi bir protokol olmalıdır. Hər halda Vodoley erasının tələbatı belədir; oxucuya artıq gül-bülbül ədəbiyyatı və çəpərüstü publisistika lazım deyildir. Amma oxucunı ildırım zərbəsi ilə də vurmaq olmaz; bu, öz fəsadlarını hökmən göstərəcək. Mən oxucunu əyləndirməyi təklif edirəm. Oxucuya ən azından özünüzün əyləndiyiniz qədər əyləncə bəxş edin. Bu, çox mühüm məsələdir və sizin status haqqında əvvəlki təsəvvürlərinizi yəqin ki yerlə bir edir. Əylənmək əsas mətləbdən yayınmaq, problemə arxa çevirmək anlamına gəlmir. Bizim feysbuk əyləncələrinə qatılan insan, qruplara qoşulub vaxtı darıxdırıcı və əttökən olmayan şəkildə keçirməyi qərarlaşdıran oxucu hansısa şəkildə daha böyük şeylər anlayacaq, başqa cür olmağı ağlından keçirəcək. Beləliklə, o əyləndikcə öyrənəcək. Müasir oxucuda məhz bu minvalla dünya işləri və pərdəarxası söhbətlərə maraq yaratmaq olar və insanlarımız nəsə yeni şeylər götürə bilər. Başqa cür onu heç nə ilə çəkə bilmək mümkün deyildir.
 Əyləndirmək cəhəti ən fərqli poetik dili olan, ən ekstravaqant yazı üslubuna malik yazıçılara məxsusdur, amma onların hamısının ümumi məqsədi eynidir. Mənimçün ən ideal əyləncə üslubunda yazılan kitab “12 stul”dur. İlya İlf və Evgeniy Petrovun Sovet vaxtındakı ideal azərbaycanlı oxucusu indi feysbukda Seli, Taleh Məmmədovu, Anar Musayevi, Elxan Zamanı və “Rusiya Dağılacaq” səhifəsini oxuyur. Daha doğrusu, əyləncə eynidir, amma müxtəlif istiqamətləri özündə ehtiva edir.
 Antiqlobalist cameədəki dostlarımızın arzusu başqalarının bir kitabda başa saldıqlarını bir cümlədə anlatmaqdır. Nə dərəcədə alınır- hər halda oxucunun kəndi işidir. Biz də elə roman yazırıq. Dövrün romanını. Vodoley erasının əsərləri elə bunlardır: feysbuk statusları. Müsair roman elə xırda, qırıq-qırıq fikirlərdən yazılır. Müasir roman artıq süjet xətli hadisələrin təsviri deyil, statuslar toplusudur. Romanın hər dövrdə özünəməxsus əylənmə və əyləndirmə üsulları olub. Şübhə yoxdur ki, müasir roman düyün nöqtələrinin yaratdığı əyləncəni boğub, başqa növ əyləncələrlə əvəz etməyə çalışır. Onu da deyim ki, mən internetdə virtual mühazirələr keçən İveroligiya Kafedrasının rəhbəri professor Stoleşnikovun böyük pərəstişkarıyam, buna görə də həmişə düşünmüşəm ki, yazı nə olur olsun əyləndirməlidir, xüsusilə də öz düyün nöqtələri ilə.
 İlk baxışdan sırf ortastatistik azərbaycanlı oxucu üçün nəzərdə tutulmuş informasiyalarda şübhəsiz ki ixtilaf və mübahisə elementləri var. Və əslində cəmiyyətdəki təlatümlü uyğunsuzluqlar fonunda bizim yeni məlumatlar başdan-ayağa köhnələrin təkrarıdır. Tutaq ki bir tema rus forumlarında, qruplarında uzun illərdir işlənir, müzakirə olunur, bizə isə indilərdə gəlib çıxır, ona görə də təəccüblə qarşılanır. Adi onu götürək ki demotivation şəkillər rus ictimai-siyasi həyatının əsas atribuktikası olsa da, bizdə siyasi demotivatorlar təzə-təzə moda minib. Adi bir şəkildir, lakin altındakı mənalı cümlə adamı romandan çox düşünməyə vadar edir. Mediada ilk (ciddi) demotivatorları məhz biz işləmişik, bu ənənəyə start vermişik. Feysbukda bu işin bilicisi olan onlarla antiqlobalist azərbaycanlı var. Onların yaratdığı elə demotivatorlar var ki, Satananın atdığı media-bombaların qarşısına zireh kimi sipər çəkmək iqtidarındadır. İndi o siyasi aqitasiyanın əsas elementlərindən birinə çevrilib. Siz də internetdən demotivation proqramı yükləməklə asanca öz işinizi irəli apara bilərsiniz və həm də vaxtınızı maraqlı keçirib bolluca əylənərsiniz.
 Bu günlərdə mən ədəbiyyata yeni gələn, amma bundan əvvəl riyaziyyatla məşğul olan çox sanballı bir adamla rastlaşdım. Vaxtilə gənc yazarların hamısını öz dostları sırasına əlavə etmişdi. İndi artıq özünü bundan çox narahat hiss edir. Postmodernist yığnağın əlindən onun fb həyat yolu özünün dediyi kimi, seksadroma çevrilmişdi, onların əttökən paylaşmalarını oxumaqdan bezmişdi. Çürük qoz qədər dəyəri olmayan babmılı statuslar vaxtını alaraq onu ciddi və tutarlı informasiya almaq imkanından mərhum etmişdi. Baxdım, səhifəsi vətənşüvənlərin və qız yanıqlarının düşük-dəmşək statusları ilə bol idi. Məsləhət gördüm ki, yazarları tədricən öz dostluğundan silsin, oxucuları əlavə etsin, onda əsl informasiya mənbəyi olan antiqlobalist plasdarm yaranacaq və ona lazım olan informasiya gəlib çatacaq.
 Feysbuk isə maraqlı və tutarlı informasiya ilə doludur. Şiələr Şərqdə yenə zəfər çalırlar. Sovet nəsli yenə meydandadır. İndiyədək mövqeyini dəyişməyənlərin utancaq səsləri eşidilmirdi - dövr qara-qışqırıq, boş arabaların səs-küyü dövrü idi. Ucadan qışqırmaq mübahisələrin həlledici arqumentinə çevriləndə abırlı adamlar susmağa üstünlük vermişdilər. Həmin meydan sulayanların indi səsləri qarınlarına girib. Bozqurd ulartısını rus beteerlərinin səsi batırıb.
 İnternet məkan elə əvvəldən yapistlərin əlində olmayıb. İndi də müxalifətin əlindən çıxıb. Xalqın müxalifətə artıq inanmır. Azərbaycanın əsas problemi nədir? Neftin İsrailə pulsuz axıdılması. Müxalifətin isə əsas vəzifəsi həmin problemi ört-basdır edərək xalqın başını üçüncü dərəcəli məsələlərlə qatmaqdır. Xalqa belə müxalifət- xarici kəşfiyyatların sifarişlərini yerinə yetirən əldəqayırma müxalifət lazım deyil! Bu elə xalqın özünə müxalifətdir.
 Bu barədə çox yazılıb çox deyilib, amma çoxlarına çatmadığından təkrar etmək zorundayıq. Hakimiyyətdə olan qüvvələr özləri ilə eyni qövmdən olan insanları müxalifətin başına otuzdurublar. Fikir versəz görərsiz ki, müxalifət funksinoerlərinin hamısı elə hakimiyyətdə olanlarla bir bölgədəndir, hətta çoxu qohum-əqrəbadır da. Dəfələrlə deyilib ki, Bakıda 15 türkçülük təşkilat və partiyası var, onun 14-nün başqanı kürddür. Bu bizə heç nə demir ki? Bunlar İdarəolunan müxalifətdir. Mulyajdırlar. Həm də pravokatordurlar. Lazım olanda yuxarının işarəsi ilə hansısa işi əyirlər və ya irəlilədirlər. Bunlar ona görə yaradılıb ki, sabah Avrasiya birləşəndə diversiya ilə məşğul olsunlar. 90-cı illərdə olduğu kimi, qanuni hökumətin işini sabotaj etsinlər. Fikir verin, ləzgi Səfər Əbiyevin vaxtında müxalifət düşərgəsi bu kişiyə qarşı müntəzəm aksiyalar keçirirdi. Ordudakı qüsurlardan hər sayt yazırdı. Yerinə qərb bölgəsinin adamı oturdulan kimi antihərb kompaniya dayan(dırıl)dı. Sanki bir fit işarəsi ilə susdular. Hətta müxalifət tribunaları gecə-gündüz müdafiə nazirliyinin işini tərifləməyə, bəzilər hətta məddahlq etməyə başladılar. Bizim müxalifət idarə olunan, siqnal ilə hərəkətə keçən müxalifətdir.
 Tanınmiş politoloq Heydər Camal yazır: “Azərbaycan müxalifətinin liderləri hakimiyyətin klounlarıdır”. Özününküləri müxalifət kimi, media kimi məhz ona görə təyin ediblər ki, heç bir parlaq şəxsiyyətin, normal düşüncəli insanın yetişməsinə, heç bir böyük, xalq üçün real xeyir gətirəcək əməlin həyata keçməsinə imkan verməsinlər. Müxalifət naziri İsa aponu prezident seçməzdən qabaq ona Oskar mükafatı verilməlidir. İsa apo uzun illər ona ayrılmış müxalifətçi rolunu məharətlə oynadı, nəticədə on minlərlə mübariz azəri türkünün enerjisi yanlış istiqamətə yönəldi və həyatı şikəst oldu. 2012-dən sonra müxalifətçilər arasında belə bir lətifə də yaranıb, eşitməmiş olmazsız: Hansı mitinqi dağıda bilmirlər, ora İsanı göndərirlər! Əsas vəzifə qorxmaz qəhrəmanı, ürəkli insanları aşkar edib onların halvasını çalmaqdlır- bundan sonra hərəkatı dağıtmağa nə var ki? Bu bütün inqilabi zamanların düsturu! Elə deyil, İsa müəllim? 20-ci əsr bir yenilik də gətirdi- bəzən psevdoinqilabçı olmaq daha böyük uğur gətirir. Bu imitasiyanı sezmək isə bacarıq tələb edir.
 Maşallah, qocaman müxalifətçilərimiz inqilabçı kimi yetişməsələr də hazırcavablıqları, düşdükləri biabırçı situsiyasiyaları əndərbadi əsaslandırmaq bacarıqları ilə bundan əlavə iki Yer kürəsinin müxalifətçilərinə örnək ola bilərlər. Görürlər xalq onları qınayır, kontingentləri narazılıqlarını biruzə verir, düşünüb-daşınıb bəyanat verirlər ki, passivliyimizin, irəli gedə bilməməyimizin səbəbi elə bu cavanlardır! Ona görə yox ki, onlar qocaman funksionerlər dediyi kimi hərəkət etmirlər, yox, ona görə ki passivdirlər, iş görə, lider ola bilmirlər. Qocaman funkSİONer, əməkdar mitinq xadimi adını almış müxalifətçi o gün bildirib ki, “hazırda müxalifət liderlərini əvəzləyə biləcək yeni nəsil yoxdur”. Pay atounan! İndi bildiz ki, müxalifətçilər niyə bu qədər “mərhumiyyətlərə dözür, qrantsız, vəzifəsiz qalır, söyülür, döyülür”, amma siyasi səhnədən getmirlər? Əvəz etməyə yeni nəsil yox imiş! Deyirəm siz də dünya görmüş oxucusunuz, bunları əvəz eləyənin olması yaxşıdır, yoxsa olmaması? Yadıma “Bəyin oğurlanması” filmindən bir fraqment düşür. Soruşur, istəyirsənmi səni Azərbaycanın ən ucqar kəndində televizorda göstərsinlər? Cavab verir ki, yox! Deyir, düz deyirsən, səni elə göstərməsələr yaxşıdır... “Xalq özü hadisələrin baş aktyoru olmalıdır və öz hüquqları uğrunda mübarizə aparmalıdır”- bu da digər sanballı müxalifət funksionerlərinin mətbuata açıqlamasıdır. Şok! Heç nə soruşmayın, kövrəlmişəm… niyə ağlamaz, kişi də ağlayar, kişi bəs adam deyil? Bu patriotluğa ürək dözərmi?.. Bu stresdən sonra sağ qalsam, reportajımızın davamı da olacaq.

II yazı: Qarşıdan bizim eramız gəlir

 Bu vaxta qədər şikayətlər əsasında 17 profilim bloklanıb. Dostluğuma hər adamı qəbul etmirəm və horizontda xoşagəlməz adam peyda olanda avtomatik udalit edirəm gedir. Birisinә аrd-аrdа söylәnilәndә ki, bu vә yа digәr mövzulаrdа sәhv еlәyir, istәr-istәmәz аdаmın özünә güvәni zәdәlәnir. Bu işin хоşаgәlmәz nәticәlәrindәn biri dә оdur ki, bizim cәmiyyyәt mütәхәssislәrә аdәtәn sаyqı ilә yаnаşmır. Cәmiyyәt еlә bilir ki, bu mütәхәssislәr оnlаrа görә dеyil, haralarasa işlədiyindən, və ya yаlnız özünә vacib bildiyi şеylәri yаzdığından, оnlаrа еtibar еtmәk olmaz. Tarixin hansısa məqamlarında hadisələri standart qəbul olunduğundan fərqli formatda interpretasiya edən yаzаrlаr mеydаnа çıхdıqdа, standart tаriхçilәrin “hаqlı” еtirаz sәslәri ucаlır və onlar tаriх elminə otur(dul)muş tutarlı faktları gözümüzə soxurlar. Xalq da fərqə baxıb belə qənaətə gəlir ki, qеyri-mütәхәssis vә titulsuz küçədən ötəndənsə, “görkəmli” və titullu tarixçilərin fikirlərini qəbul etmək daha etibarlıdır. Ona görə də sənin fikirlərin künc-bucağa atılıb qalır. Çətinlik ondadır ki, insanlar adətən alim adamlardan sitat gətirməyi xoşlayırlar. Alimlər isə bildiyimiz kimi mason təhsil sisteminin yetişdirdiyi və diplom verdiyi şəxslərdir. Onlar sistemin diqtə etdiyi və öyrətdiyi şablon nöqteyi-nəzəri çatdırırlar. Rusların bu baxımdan bəxti gətirib; аdi insаnlаr üçün yаzılmış әsәrlәr әksәr hаllаrdа ölkənin әn yахşı vә dәyәrli tәhqiq vә tәdqiq әsәrinə çevrilə bilir. Bizdə isə çətindir. Ona görə də mən həmişə deyirəm ki, rusların olmadığı bütün sahələrdə tupoyluq baş alıb gedir.
 İlk öncə Aristarx Günəşin Yerin başına deyil, Yerin Günəşin başına dolandığı hipotezini irəli sürmüşdü, gündüzlə gecənin baş verməsinin də elə bundan törəndiyini demişdi. Kopernik dönəminə kimi demək olar ki iki min il bu hipotez unudulub it-bata düşmüşdü. Yəqin bu hipotez Aristarxın ağlına gəlməsəydi, heç sonradan Kopernikin də ağlına gəlməzdi. Bu hipotezləri ilk olaraq irəli sürən insanlar bunu inamla deyə bilmirdilər: Mənim dediyim doğrudur. Onların ancaq belə deməyə dilləri gəlirdi: Mənim dediklərim ola bilsin, doğrudur. Sizin yaxşı elmi təxəyyülünüz varsa, onda siz gözlə görünməyən, ancaq baş verə biləcək olaylar haqqında düşünüb-danışa bilərsiniz, özü də bunlar sonradan düz də çıxa bilər,- elm də elə bu yolla gedir. Siz öncə nəyinsə doğru olub-olmayacağını düşünürsünüz, sonra düşüncənizin doğruluğunu yoxlayırsınız, ancaq çox vaxt da düşündüyünüz çin çıxmır.
 Deyilən fikirlərin hamısını olmasa da, müəyyən qismini düz saymaq olar, düzdür fəlsəfə hansısa durumda elmə qulluqçuluq eləyə bilər, ancaq fəlsəfənin gördüyü elə işlər vardır, onların elmdən heç bir asılılığı yoxdur. Örnək üçün dəyərlərlə bağlı anlayışları götürək. Elm insani dəyərlərdən hansının yaxşı, hansının pis olduğunu sizə deyə bilir, hansı vasitənin yaxşı olduğunu deyə bilir, hansı məqsədin yaxşı olduğunu isə deyə bilmir.
 Biz də dəqiq heç nəyi bilmirik, amma nəzərləri çatdırmaq borcumuzdur. Bildiklərimiz xalqla bölüşmək bizim missiyamızdır. Bir baxın, biz necə əzab çəkirik: əlavələr edir, düzəldir, ixtisar aparır, yerini dəyişir, təzədən işləyir, dostlara göstərir, sonra, məsələn, 3-4 il keçmiş çap edirik- onu da maliyyə tapsaq! Hələ öz əsərlərimizdən narazı halda, yuxusuz gecələrin, n qədər mərhumiyyətlərin, əzabların nəticəsində qazandıqlarımız nə olur? Tutaq ki, onları bəyənən bir neçə zövqlü adamın tərifli sözləri. Bunlara əldən getmiş sağlamlığı, solmuş dərini, zəifləmiş gözləri, kasıbçılığı, qıç ağrılarını, saç ağarmasını əlavə edin, saymaqla başa gəlməz; hələ, Allah göstərməsin, vaxtsız ölümü demirəm)). Nəticədə biz özümüz kimi bir-iki kor olmuşun tərifinə görə, bütün əzabların müqabilində özümüzü mükafatlanmış sanırıq. Düzdür, bizim (az sayda çıxan) kitablarımız tez satılır, qalmır, amma pulunu ki bizə vermirlər, hansı ki versəydilər biz o pula heç olmasa yeni əsərlər çap edə bilərdik. Hətta deyirlər ki bəs kitabın satılıb qurtardı, tələbat var, almaq istəyirlər, nəşr pulunu ver yenidən buraxaq. Bəs pulu hardan alaq? Yenidən çap etmək üçün maliyyəni kimdən tapaq? Pul olsaydı, növbədə olanlar var, onları nəşr edərdik, təkrar nəşr olunmuşları buraxmağa isə hal yoxdur. Əzablı vəziyyətdir. Qarşı tərəfin isə Araz aşıqlarındır, Kür topuqlarından. Gecəllər əlləşmirlər, interneti eşib dağıtmırlar, heç olmasa Axundovdakı kitabların ksereokopiyasına pul vermirlər- ağıllarına nə gəlirsə yazırlar gedir. Ağılları elə qələmin ucundadır, indiki meyarlarla desək, klaviaturanın dişlərində! Publisistikanı bu cür şirpotreb üsulla üyüdüb tökürlər, o ki qaldı ədəbiyyat ola. Publisistikaya yenə gözücü baxan olur, ədəbiyyat ümumiyyətlə heç kəsə gərək deyil. Axı sənin quraşdırdığın, süjet verdiyin debil-debil hadisələrin təsviri kimə nə xeyir gətirər ki? Həyatda, realda bu hadisələrin baş verməsi qeyri-mümkindirsə, onlar yazmağın nə mənası var? Mənim Azərbaycan dilində oxuğum axırıncı kitab Məmməd Səid Ordubadinin “Həyatım, mühitim” kitabı olub. Kitabda Bayıl həbsxanası və Bakı qoçuları barədə maraqlı yerlər var. Yazıçı burda heç nə qondarmır, olmuş hadisələrin real və quru təsvirini verir. Bəs bizim indiki hərdəmxəyal yazarlar niyə özlərini yırtırlar? Nə qədər çox cəfəng yazsalar da, müəyyən qismin, daha doğrusu öz tapışdığı, oturuşduğu kruqların xoşuna gələcəyini əvvəlcədən bilirlər. Elə o rakursu da nəzərdə tutub döşəyirlər. Nə yazacaqlarına qabaqcadan proqramlaşıb yazır. Kitabına təsadüfən nəzər yetirmiş bir-iki aqil insanın, hali bəndənin onlara nifrət bəsləməsi və iyrənməyi ilə onlara nə olasıdı ki? Təki onların da imzalar içində imzası olsun! Lazım olanı yazan azdır. Bu qədər nəhəng və hay-küylü insan toplusuna bir-iki həqiqi söz adamının nə təsiri ola bilər ki?! Ancaq ən əyləncəlisi dayazların dayazlar haqqında, başıboşların başıboşlar haqqında tərifli sözlər üyütməsi, bir-birləri haqqında yaltaqcasına məqalələr yazmasıdır. Azərbaycanda hətta bu sahə üzrə ixtisaslaşmış qəzet də var. Bəziləri hətta öz şöhrətlərini artırmaq məqsədilə özlərinə rəqib də axtarırlar. Əli qələm tutan və yazı-pozuya gələn 5-3 nəfər də bu əttökən maşınının axarına düşüb gedir.
 Biz üyüdüb tökə bilmirik. Dəyirman işləmir. Bizim yazdıqlarımız çox zaman quru faktlar olur. Çünki bəzəyib-düzəyib kiməsə nəyisə yaxşı formada təqdim etmək məharətimiz yoxdur, o fikrindən də çox uzağıq. Xalq tarixi reallıqları bilməlidi. Dahi Nizami Gəncəvi deyirdi ki: “Bəzəkli nəzm dilində çox da doğruluq aramazlar”. Şair deyirdi ki, mətnə nə qədər bəzək vurulsa da, divarlar möhkəm olmalıdır. Əsas odur ki, dəqiq ümidvar olmadığın şeyi yazmaq olmaz. Mən şəxsən dost və tanışlarla adi söhbətlərdə belə heç vaxt natiqliyin qayğısına qalmıram, ona görə də məni yaxından tanımayanlar səmimi olaraq təəccüblənirlər. Hətta bir zaman mənə tez-tez irad tuturdular ki, söyüşün dozasını bir az az elə. İşin, məkanın, yaxud dinləyicinin başqa şeyi tələb etdiyi yerdə mən çatdırmaqdan ötrü müəyyən səy göstərirəm; qoy qarşılarında danışdığım kəslər məğz barədə mühakimə yürütsünlər. Həyatı yaxşı danışmaq vacibdir, amma mən necə danışdığıma az əhəmiyyət verirəm: sözün parlaqlığı ilə əldə olunmuş şöhrət əbəsdir.
 Karl Qustav Yunq özünün məşhur “Qırmızı kitab”ında yazırdı ki: “İnsanlar da bitkilər kimidirlər: bəziləri günəş işığında, bəziləri kölgədə boy atırlar. Bir çoxları var ki, onlara günəş şüası yox, məhz kölgə lazımdır”. Bizim şöhrətə yox, məhz kölgəyə ehtiyacımız vardır. Günəş işğı bizi söndürür. Boy atmağa mane olur. Hər halda bizə uyğun gələn format budur. Həmişə diqqət mərkəzində olmaqla mənfi energetikanı üstümüzə cəmləyirik, nəticədə əqli potensialımız yerində sayır, irəliləyiş olmur. O da öz yerində ki, Remark deyir, qaranlıq zamanələrdə işıqlı adamlar daha aydın görünür. Götürün bizim materialları, öz adınızdan qəzet səhifələrində dərc edin, lap kitab halına salıb buraxın, oxudun, təki ideyalar yayılsın, xalqa tutarlı informasiya çatsın. Dedik axı, bizim paylaşdıqlarımız oxunmaq üçün deyil, əzbərlənmək üçündür. Odur ki yazdıqlarımızı öz adınızdan asanca paylaşın getsin. Professor Stoleşnikov dediyi kimi, bizim vəzifəmiz qoylardan novoqoy yaratmaqdır. Bu bizim iverlərlə müharibədə sağ qalmağımızın əsas şərtidir.
 Əslində biz geniş auditoriyaya can atmırıq. Bizim öz ali auditoriyamız var, o bütün MDB məkanını əhatə edir, hətta Şərqi Avropa ərazisinə də çıxır. Vaxt gələcək maliyyəmiz də olacaq, kitablarımız həm İran, eləcə də Avrasiya subyektlərində çap olunub yayılacaq. Əsas odur ki, Azərbaycanda mətin davamçılarımız var, sabah biz ölsək, bu müqəddəs missiyanı daşıyanlar olacaq.Əsas budur. Bizim işimiz nəsə yeni bir formulirovka yaratmaq, Amerika kəşf etmək yox, sadəcə istiqamət verməkdir. Düzgün koordinatları çıxarmaq. Qalanları düzələcək. Biz informasiya yaratmaqla yox, informasiyanı yaymaqla məşğuluq. Nailiyyətimiz odur ki, fəaliyyətimiz dövründə tipik azərbaycanlının qavrama dinamikasını dəyişə bilmişik. Kollektiv yanaşmalarda korrektələr etməyə nail olmuşuq. İndi oxucularımız daha geniş mənada qavrayır, məsələnin üzdə olan tərəfi ilə yox, məhz pərdəarxası ilə maraqlanırlar. Konspiroloji və ezoterik materallara böyük maraq yaranıb. Amma nəzərə alın ki, azərbaycanlıların əqli potensialını nəzərə almaq lazımdır, onu güclü beyin hücumlarına məruz qoymaq olmaz.
 Fillərin əhilləşdirilməsi prosesi insanlar üçün çox ibrətamizdir. Proses təxminən belə olur, bir fil balası götürülür və ayağından bir yerə bağlanılır. Fil balası özünü nə qədər dartsa da, ayağındakı zənciri qırmağa gücü çatmır. Onun mübarizəsi aylarla, hətta illərlə davam edir. 5 yaşına çatmış bir fil isə artıq o zənciri qıracaq qədər güclü olur. Maraqlısı bundadır ki, o heç zənciri qırmağa cəhd belə eləmir, çünki artıq şüurunda o zəncirə yenilmiş olur. İnsanlar da eyni ilə belə, lap məktəb yaşlarından əhilləşdirilir və böyüdükdə sistemi dağıda biləcək qədər gücü olduğu barədə düşünmür də belə.
 2012-ci ildən biz böyük dəyişiklərə nail olduq. Yazının konteksti bir çox kartları açmağa imkan vermir, amma Kaqalın apardığı informasiya müharibəsində biz qalib çıxdıq. Biz onların öz resurlarının içində fəaliyyət göstərərək, öz polittexnologiyalarından və cəmiyyətə təsir vasitələrindən istifadə edərək, informasiya müharibəsini udduq və onların planlarını alt-üst etdik. Nəticədə cəmiyyətin əsaslı hissəsi ayıldı, artıq İudey nağıllarına inanmır. İstər iqtidar cərgələrindəki, istərsə də müxalifət sıralarındakı liberal funksionerlər nə qədər böyük artistlik qabiliyyətlərinə sahib olsalar da, artıq cəmiyyətə, heç olmasa öz əvvəlki auditoriyalarına təsir etmək imkanlarına malik deyillər. Xalq artıq onların çeynətüpür cəfəngiyyatlarından bezib. Fikir versəz görərsiz ki, xalq 2012-ci ildən əvvəlki xalq deyil, dəyişib. İstər iqtidarın yaratdığı sistem içində olan klerk ordusu, istər müxalifət sıraviləri Qlobal hakimiyyətçiliyə nifrət edir. Xalq Qərb dəyərçiliyindən sadəcə iyrənməyə düşüb. Qlobal Prediktorun Azərbaycandakı marionetkaları indi xalqı inandırmaq üçün ikiqat əziyyət çəkməli, enerji sərf etməl, tərləməli olurlar. Əvvəlki yanaşma və metodika artıq işləmir. Dəridən-qabaqdan çıxırlar, amma 1990-lardakı, 2000-lərdəki effekt alınmır. Hətta adi videogörüntülərə diqqət yetirsəz, indi onların öz çıxışlarında necə əzab çəkdiklərini üzlərindən oxuya bilərsiniz. Biləndə ki qarşındakı sənə nifrət edir, əsl sifətini bilir, çıxış etmək əlbəttə çətin olur. Üz mimikalarına diqqət verin, əvvəlki mimikalar deyil. Hamısı sizinlə bizim əməyimiz sayəsində. Xalqı qoyun yerinə qoymaq olmaz, bunun bir axırı olmalıdır. Professor Stoleşnikovun dediyi novoqoy təbəqəsi formalaşıb və o həqiqəti ətrafa daha sürətlə yayır. ABŞ-İsrail imperializminin yerli vassalları xalqı dolamaq üçün əvvəlki vasitələrin girmədiyini görür, yeni metodlara əl atır, tərləməli olurlar. Biz onların iş sistemlərini pozmuşuq, milyonlar sərf etdikləri layihələrini puç etmişik. Böyük təlatümlər gözlənilir. Günəş Şimaldan doğacaq- Nərimanov düz deyirdi. Qərbdə ancaq Satana doğa bilər, Günəş yox. Bu mübarizədə şəxsən mənim rolum ondan ibarət olub ki, Panarinin informasiya speçnazı layihəsini Azərbaycanda həyata keçirmişm. Qədim müqəddəs kitablardan birində deyilir: “Şəhərə daxil olarkən çiynindəki səhəngdə su aparan adama rast gələcəksiniz. Onu izləyin və hansı qapıdan daxil olduğunu müəyyənləşdirin”. Bu elə üzümüzə gələn Vodoley Erasına işarədir. Bizi izləyin. Paylaşdıqlarımızdan öyrənin və formada olun. Qarşıdan bizim eramız gəlir.

III yazı: Mən sizin hamınızı yazarlığa çağırıram

 Mən həmişə demişəm və yenə də deyirəm, “Sion müdriklərinin protokolları”nı oxumayan insan təşkilat yarada bilməz və ictimai sektorda iştirak edə bilməz, sadəcə buna onun mənəvi haqqı çatmır. Yaxşı köşə yazarı olmaq üçün yaxşı mütaliəçi olmaq lazımdır, bizim köşə yazarlarında isə bu qabiliyyət yoxdur. Oxuduqları cəfəngiyyat əsasında fikir yürüdürlər. Dəfələrlə şahidi olmuşam ki, ortabab savadı olan oxucunun fikirləri, düşüncə tərzi daha ağlabatandır, nəinki bizim təfəkkür sahibi hesab etdiyimiz ədəbiyyat araşdırıcılarının şablon və qərəzli düşüncələri. Feysbuk oxucuları yazıçı adlanan zümrədən qat-qat intellektualdır. Oxucular- ruh aristokratlarıdır, yazarlar isə qansoran gənə! Kimdir ki yazarlar? Hər şeyi öyrənmək istəyilə alışıb yanan oxucu kütləsinin yanında bu tupoyların dəyəri nədir? Bunlar iki kateqoriyaya bölünürlər: “tupoylar”- ədəbiyyata yeni gəlmişlər, “i eşe tupee”- artıq tanınmışlar, oturuşmuşlar, markalaşmışlar, “görkəmli”lər. “İ eşe tupee”- ona görə belə deyirik ki, artıq qartıyıblar, tutduqlarını buraxan deyillər. Əttökən məhsulları ilə xalqı da, özlərini də bezdiriblər. Elçibəy epoxasında yağışdan sonra göbələk tək artmış köşə yazarları haqda isə heç danışmağa dəyməz. Bunlar bir aləmdirlər gəl görəsən! Qəzet səhifələrindən antirus təbliğat aparanlara üzümü tuturam: Sizə yazıb oxumağı kim öyrədib? Vse da! Gedin işinizlə məşğul olun. Sizin işiniz elə eşşək otarmaq idi, ruslar səhv edib, gərək 1920-ci ildən üzü-bəri sizə yazıb oxumağı öyrətməyəydi. Sizə rus lazım deyildi, gərək sizi qəpik-quruşa ingilislərə satan müsavatçılara qismət olaydınız. İngilislərin “müstəqil” xalqlar ilə işləmək üçün çoxəsrlik təcrübələri var. 1960-cı ildə ruslar kosmosa Qaqarini göndərəndə və Novruzəlidən Kərim Kərimov düzəldib cəmiyyət içinə çıxardanda, ingilislər Avstraliyada aborigenləri zəncirə vururdular. Amma indi həmin aborigenlər ingilislərə azərbaycanlıların ruslara minnətdar olduğundan çox-çox minnətdardırlar. Rusların çörəyinin duzu yoxdur. Müstəqillik dövründə bizdə Maksimilian Urazovlar yetişmədi. Xalq çobanların ümidinə qaldı. Hazır kinokomediya materiallarıdır. Əyalətdən gələn bu insanlar qəzetlərin ətrafında toplaşırlar- daha yaxşı yol göstərmək üçün deyil, daha yaxşı parıldamaq üçün. Oxuyub dərinliklərinə enmək onlarlıq deyil, eşitdikləri bəs edir. Bunlarçün mənəvi qıda Qərb mətbuatının tör-töküntü informasiyalarıdır. Çoxusu heç bir xarici dil bilmədiyindən zəlil kökündədirlər. Təkəm-seyrək oxuduqları kitablar isə Soros fondunun maliyyəsi ilə izrailtosların Azərbaycanda nəşrinə icazə verdiyi kitablardır.
 Baxın, bu Soljenitsini rus xalqı kazyol hesab edir. SSRİ-nin dağıdılmasında rolu olduğuna və ABŞ layihələrini Rusiyaya gətirdiyinə görə ona kəskin nifrət var. ABŞ ona və onun kimi dəgir yəhudi dissidentlərinə ayda 100 min dollar maaş verirdi ki, SSRİ-nin dağıdılması üçün stimul olsunlar, sovet rejiminə nifrət yaradacaq ədəbiyyat yazıb yaysınlar. Arxipelaq Qulaq zülmü haqda yazdıqlarının müəyyən bir qismini çıxmaq şərti ilə çox hissəsi öz təsdiqini tapmadı. Bizim azərbaycanlı yazar təbəqəsi isə ona az qala sitayiş edir. Baxın, bizim çurbanlar hətta onu rus xalqının vicdanı adlandırır! Gör nə gündəyik! Ziyalısı bu gündə olan xalqın axırı necə olacaq?
 Bertran Rassel ümumdünya homoseksualist hərəkatının rəhbəri olub, amma bizim ağıllı ziyalılar bu petuxu filiosof kimi tanıyırlar, ondan iqtibas da edirlər. Bu üzdəniraq filosofun ailə və əxlaq haqda kitabları Azərbaycanda tərcümə olunaraq yayılır, amma çoxları bilmir ki, bu yəhudi yoldaş Ümumdünya homoseksualist hərəkatının rəhbəri olub. Müstəqillik dövründə ailə ilə bağlı etika və estetika dərslərimizi Bertran Rasseldən alırıq. Stefan Şveyqin kitabları da bu arada geniş yayılıb, partapart tərcümə olunaraq satış məntəqələrinə verilir. Hər abzasında təkrarlayır ki, mən siyasəti qarışmıram, mənim işim yaradıcılıqdır. Bu adam ümumidünya sionist təşkilatı ilk yaradılanda onun aktivlərindən biri olub, həmin təşkilatın gənclər şöbəsinə rəhbərlik edib. Necə siyasətə qarışmırsan ki, ömrü boyu sionist ideyalarının təbliği ilə məşğul olmusan?! Ortastatistik Azərbaycan yazarının oxuduğu, sitat gətirdiyi digər “mütəfəkkir” Amerikada tinlərdə içib şalvarını batırmağı ilə ad çıxarmış yəhudi alkoqoliki Bukovskidir. Başqa dəyər verdiyimiz, heyran qaldığımız yazar isə türk ipləməsi Kiçik İskəndərdir. Bu İskəndər ki var, ayrı dəryadır. Feysbuk dili ilə desək, çox güjlü feylosofdu. Yer üzünün qaymaqları sayılan bu tip feylosofları gecə-gündüz oxuyun, arada onlardan sitatlar gətirin, bu yolla sizin də böyük feylosof görünmək ehtimalınız var, hər halda böyür-başdan yəqin ki belə görünürsünüz. Rəhmətlik Kuzma Prutkov sizin kimilər haqda deyirdi: “Sol ayağında axsaqlığı gizlətməyin ən asan yolu sağ ayaqla da axsamağa başlamaqdı. Bu halda səndə əyilərək irəliləyən dəniz canavarının görkəmi olacaq”.
 Demək, rus kolumnistləri həyəcan təbili çalırlar ki, kola içməkdənsə p.. yemək yaxşıdır, amma bizim köşə yazarları məclislərdə kola qabaqlarında şəkil çəkdirib feysbuka qoyurlar. Bəylər qərb yaşamının özəlliklərindən danışmaqdan doymurlar. Rusiyada ictimaiyyətin təpkisindən sonra Makdonaldz restoranlar şəbəkəsi qapadıldı, amma bizim ziyalıların özünü elit sayan qismi Makdonaldzda çörək yeyir. Makdonaldz bioloji silahdır, o dünya ölkələrinə xəstəliklər yaymaq üçün düşünülüb ortaya atılmış bir layihədir. Ziylılarımızın əksəriyyəti xazar, iudey, reptiloid, annunaki, iveroalien kimi sözlərin mənasını bilmir. Hətta məlumat mənbəyi hesab olunan jurnalistlərimiz belə bu anlayışlardan xəbər yoxdur. Heç adi qoy sözünün mənasını bilməyənlər çoxdur. Bunlardır xalqın qaymaqları? Bunlar ziyalı deyil, gənədirlər, xalqın bədəninə yapışıblar. Xalqın onlara ehtiyacı yoxdur. Onların xalqa göstərdiyi yol məhvə gedən yoldur. Axar, publika, teleqraf, kulis kimi saytlar əslində sarı mətbuatdır, intellektual səviyyəsi zəif olanların onları ciddi mətbuat sayması başa düşüləndir.
 Mən bir yazar yoldaş tanıyıram ki, gedib İranda ağır xəstəlikdən müalicə olundu, gəlib burda yenə İranı tənqid edən məqalələr yazdı. Soruşanda dedi ki, bəs neynim, başqa cür yazanda dərc etmirlər! Pulu İranı tərifləyən yox, İranı söyən məqalələrə verirlər. İran 100 minlərlə ağır xəstəmizi sağaltdı- biz bunu yazanda jurnalist camiəsinin xoşuna gəlmir. Çünki ən böyük beyin yuyulmasına onlar məruz qalıblar. Həqiqətən də zatən də deməliyəm ki İran kimi dövlətlə qonşu olmaq- böyük xoşbəxtlikdir. O xoşbəxtlik bizə nəsib olub. Qədrini bilək. Yaxşı ki İsraillə qonşu olmamışıq. Onda həyatın mənasını başa düşərdik.
 Azərbaycanda siyasi proseslərin məntiqi inkişaf yoluna yalnız indi- feysbuk erasında qədəm qoyduğu qənaətindiyəm. Çünki məhz indi azadlıqdan yazan adamlar yox, azad yazan adamlar yetişməkdədir. Onların populyar rəsmi və qeyri-rəsmi mətbu orqanlarına çıxışı yoxdur, amma insanların kütləvi şəkildə cəmləşdiyi sosial şəbəkələrdə öz sözlərini deyirlər və xalq onlara böyük maraq göstərir.
 Ümumiyyətlə, insan çalışmalıdır yaxşı mütaliəçi olun, yazıçılığa enerji sərf edərək özünü məhv etməyə dəyməz. Amma zamanın tələbi belədir ki, gərək feysbuk oxucuları özləri yazıçılığa gəlsinlər, boşluğu doldursunlar. Liberal perdunların öz lozunqları ilə mediada ağalıq etməsinə imkan vermək olmaz. İndiki situasiyada ədəbiyyatın ciddi təhlili göstərir ki, substansiya olduqca qarışıq şəkildə üzə çıxır, buna görə də oxucu ilə yazıçı arasındakı fərqi ayırd etmək mümkün olmur. Günün oxucusu və tamaşaçısı elə belə də deməlidir: Məndə alimdən füzun yazmaq istedadı var! Mən sizin hamınızı yazarlığa dəvət edirəm. Vəfa xanım yaza bilir, siz yaza bilmirsiniz? Lopabığ zonadan olan kürd ağzına və ağlına gələni yazıb dərc etdirə bilir, siz yox? Əlbəttə bu sahəyə qədim qoyduğunuzda dekonstruksiya sizin ilk köməkçiniz olacaq. Quraşqdırmaq gözəl məşğuliyyətdir, o sizi daha şən və səbrli edəcək. Markalaşmaq isə gələcəkdə sizə dividend gətirəcək. Lev Tolstoyun sözü ilə desək: “Böyük ağac xırda kol-kosdan şaxələnib. On mərtəbəli evin özülü xırda kərpiclə qoyulub. Min verstlik səyahət ilk addımdan başlayıb”. Mən həmişə deyirəm, bəziləri bir ömür qələm çalır, amma yazıçı ola bilmir, bəziləri də bir məqalə ilə yazıçı olur. Bəziləri bir ömür tarix yazır, tarixçi ola bilmir. Amma ibn Xəldun bir müqəddimə yazmaqla tarixçi oldu. Mən deyərdim, yazarlıq sizin boyunuza biçilib. Beləliklə, mən az-çox potensialı olan hamınızı yazarlığa dəvət edirəm. Xırda köşələr yazın, paylaşdığınız statusları bir az böyüdün, abazları artırın, fikirlərinizi tamamlayın, balaca 1000-2000 şriftlik məqalə düzəldin, verin, öz saytlarımızda dərc edək. Təki sizdə yazmağa həvəs olsun. Onsuz da bəziləriniz feysbukda gecə-gündüz yazırsınız). İstənilən normal statusdan köşə düzəltmək olar. Azca səy lazımdır. Bu günün status yazaları gələcəyin köşə yazarları olmalıdırlar. Bu çətin iş deyil. Status yazan köşə də yazar. Sahil boyunca üzən gəmi açıq dənizdə də üzə bilər. Əksinə, qasırğa çox vaxt açıq dənizə nisbətən sahildə daha şiddətli olur. Yazarlığa gəlin. Liberal perdunlar dünyadan heç nə qanmaya-qanmaya bu qədər yazır, xalqa politologiya dərsi keçir, siz isə pərdəarxasına bu qədər bələd ola-ola niyə yazmırsınız?! Buna vaxt da getmir, əlavə enerji də, onsuz da sosial şəbəkələrdə yazırsınız, yazdıqlarınızı bir az böyüdün, qruplaşdırın, dərc edək. Yazmağı mütaliə gətirir. İosif Stalin deyirdi: “Yaratmaq üçün biliyə malik olmaq lazımdır. Biliyə malik olmaq üçün isə öyrənmək lazımdır. Təkidlə və səbrlə öyrənmək. Hamıdan öyrənmək: düşmənlərdən də, dostlardan da. Əsasən düşmənlərdən. Düşmənlərin bizim biliksizliyimizə, geriliyimizə gülməsindən qorxmayaraq dişlərini qıcadaraq öyrənmək”. Struktur belədir ki, insan çoxlu oxuduqca istər-istəməz yazmağa ehtiyac duyur. Müasir təhsil sistemi elə qurulub ki, mütaliəyə həvəs olmasın. Odur ki, publisistikaya heç kəs gəlmir, o ki qala antiqlobalist publisistika ola. Onlar istəyirlər ki, sən olduğun kimi qalasan, öz simanı dəyişməyəsən. Lakin sənin siman müqavimət göstərir, yenə də, yenə də əyişmək istəyir- bu sənin tələbatındır! Yeni yetişən nəsil yazmayacaq. Ona görə də, siz- burdakılar yazmalıyıq. Boşluğu doldurmalıyıq ki, xətt itməsin.
 Anar Musayev deyir: “Mikrofonu söndürülmüş millət vəkili olmaqdansa normal vayfayı olan Feysbuk üzvü yaxşıdır. Feysbukda 1 gün ərzində yazılan ağıllı fikrlər 30 ildə bizim parlamentdə səslənməyib. Ona görə də xalq özü özünə vəkillik etsə, daha çox qazanar, nəinki taleyini filankəsə-bəhmənkəsə etibar etsə...” Azərbaycan üçün bütün zamanlarda səciyyəvi olan “Nağayırmalı?” sualı bu gün tamam ayrı aspektdən yanaşmanı tələb edir- sabahı ölü doğulmaqdan xilas etməli. Oxuculuq ilə yazarlıq arasında cəmi bir addımlıq yol var. O məsafəni adlayın. Unutmaq lazım deyil ki, dünyada talantlı oxucuların sayı talantlı yazıçıların, eləcə də ədəbi tənqidçilərin sayından qat-qat artıqdır. Əsl xəzinə də onlardır. Yazmaq labüdlüyünün dərki yaşadığımız zamanın dərki deməkdir. Feysbuk sizinçün hazır fəaliyyət meydanıdır. Sosial şəbəkələr dünyaya yeni baxışdır, yeni düşüncə tərzidir- publisistikaya, çağdaş ədəbi-estetik prosesə inteqrasiya formasıdır. Bir yazar öz kitabını buraxanda heç 50 nüsxə sata bilmir, onu oxuyan barmaqla sayılası qədər adam tapılır, amma sizin burda mənim kimi yüzlərlə oxucunuz var. Kontekstə tam oturuşmaq üçün zaman gərəkdir. Bəzən vaxt bizim xeyrimizə, bəzən də əksinə işləyr. Hər halda düşünməyə dəyər! Bizim dəyərimiz onda deyildir ki, biz varıq, bizim dəyərimiz ondadır ki, biz ola bilərik! Biz vəziyyəti xalqın xeyrinə dəyişməliyik. Və bununçün bütün imkanlarımız var.
***
 Sizi And verirəm, dostlar, xalqa sadiq qalın və sizə günəşin qərbdən doğacağı ümidləri haqda danışanlara inanmayın! Onlar zəhər verənlərdir, bunu bilsələr də, bilməsələr də. Onlar- ölməkdə olanlar və özləri kimi zəhərlənmiş adamları dartıb o dünyaya aparmaq istəyənlərdir. Onlar Maqadan sürgününün gələcək namizədləridir, bunu özləri də yaxşı bilirlər. Xalq onlardan iyrənir, özləri də hiss edirlər. Onlardan artıq torpaq da yorulmuşdur: qoy hara yox olurlarsa olsunlar! Liberal düşüncə tərzinin yox olması labüddür. Satana artıq silahsız qalmışdır. Meydan bizimdir.
 İndi artıq nə iqtidar, nə də müxalifət internet məkanında söz sahibi deyil. Liberal diskurs ömrünü sizə bağışlamışdır. Liberal düşüncə tərzi artıq sosial şəbəkələrdə hakimlik etmir. İnternet məkanı bizim əlimizdədir, sizinlə bizim,- biz antiqlobalistlərin! Biz gəldik. Epik əsərlər bildiyiniz kimi, çox vaxt saxta olur. Avrasiyaçılıq qanunları isə aviasiya, riyaziyyat və fizika qanunları qədər sarsılmazdır. Çox zülm çəkdiz. Fəqət, həndəsə gec-tez özünü göstərir- biz gəldik! İnsanları düzgün maarifləndirmək lazımdır. Biz gəldik. Mənəvi yükümüzdən böyük fərəhimiz yoxdur. Fərəhimiz bizə yetər. Bu gün Azərbaycan ictimaiyyətinin siyası baxışları məhz bizə yönəlmişdir. Facebook, odnoklassniki, vkontakte və digər sosial şəbəkələrdə artıq aparıcı söz sahibləri nə yaptist-baptistlər deyil, nə də elçibəy-tütkeşçilər! Bu gün internet məkanın əsas söz sahibi bizlərik: sovetçilər, şiəçilər, rusiyaçılar, avrasiyaçılar, stalinistlər, antisatanistlər! Hindkinoizm-motalizm dövrü bitdi! Artıq günün ideoloji kursunu biz müəyyən edirik! Kəfkir erası bitdi, Təfəkkür erası başladı. Məmləkətin bütün antiqlobalistləri, birləşin! Rıçaqları əldən verməyək. Antiqlobalist Cəbhəni gücləndirək!
 Azərbaycan Avrasiya Hərəkatı: Dirçəldəcəyik, qoruyacağıq, müdafiə edəcəyik!

Комментариев нет:

Отправить комментарий