21.01.2016

"SSRİ-də benzin 2 qəpik olanda ABŞ-da 1 dollar idi!"

Rusiya Federasiyası prezidentinin məsləhətçisi Serqey Qlazyev bildirmişdir ki, Rusiya Mərkəzi Bankı rublun kursunu tez bir zamanda stabilləşdirmək iqtidarındadır. 
"Biz rublun kursunu asanlıqla stabilləşdirə bilərik. Birincisi, rubl bu gün ən çox təminatı olan valyutadır, bizdə qızıl rezervlərinin həcmi iqtisadiyyatdakı pulların həcmindən iki dəfə çoxdur. İkincisi, rubl- qiymətləndirilməmiş valyutadır. Nominal kurs alıcılıq qabiliyyəti paritetindən 2,5 dəfə aşağıdır. Odur ki, pula nəzarət edən dövlət orqanları asanca rublun kursunu stabilləşdirmək iqtidarındadırlar və və spekulyativ vakxanaliyaya son qoyulmalıdır". 
Pravda.ru saytının məlumatına görə, bu fikirləri Sergey Qlazyev Moskvada keçirilən "Kiçik biznez - milli ideya?" forumunda çıxışı zamanı bildirmişdir. Qlazyevin fikrincə, rublun kursunun tez-tez dəyişməsi möhtəkirlər üçün gəlir mənbəyinə çevrilmişdir və ötən il onlar bu cür manipulyasiyalar yolu ilə 20 milyard dollar pul qazanmışlar.
Məsələyə münasibət bildirən professor Vladimir Slednyev bildirmişdir ki, möhtəkirlərə problemin belə asan formada həll edilməsi sərf etmir: "Mən başa düşürəm ki, spekulyantların iqtisadiyyat elmini öyrənməyə vaxtları yoxdur, amma hamı, o cümlədən onlar bilməlidir ki, dolların neftə bağlandığı vaxtlar, 80-ci illərin ortalarında SSRİ-də benzinin litri 2 qəpik idi. Bir stəkan qazlı sudan da ucuz! Amma ABŞ-da benzinin litri 1 dollar idi. Nəzərə alın ki, 1 rubl 60 sent idi. Mən o vaxt ABŞ-da olarkən bunu müşahidə edəndə şoka düşdüm. Xalqın başını piyləməyə son qoyulmalıdır".

Комментариев нет:

Отправить комментарий