Nyu-Yorkda Amerikanın transmilli şirkətlərinin və maliyyə institutlarının maraqları üçün aparılan müharibələrə, o cümlədən KİV-lərinin cəmiyyətə ziyanlı təsirlərinə qarşı mitinq keçirilmişdir. “Rusiya 24” kanalının verdiyi xəbərə görə, mitinqdə çıxış edən aktivistlər CNN və digər populyar kanalları ABŞ-ın xarici ölkələrdə apardığı çoxsaylı müharibələri dəstəkləməkdə günahlandırmışlar.
“ABŞ hökuməti Rusiyanın Şər obrazını yaratmağa çalışır. KİV-lər hökumətin həmin dəsti-xəttini dəstəkləyir. CNN, Fox, Nyu-York Tayms eyni işlə məşğuldurlar”. Bu sözləri amerikalı aktivist Nik Maniaçe demişdir.
Mitinqdə çıxış edən Beynəlxalq Fəaliyyət Mərkəzinin əməkdaşı Bill Dores bildirmişdir: “ABŞ bütün dünyada müharibə aparır. Həmin müharibələrin yeganə baiskarı bank və korporasiyalardır. Onlar öz maraqlarına görə müharibələr təşkil edirlər və istənilən yolla dünya iqtisadiyyatının mərkəzində qalmaq istəyirlər”.
“ABŞ hökuməti öz təsir dairəsini genişləndirməyə çalışır. Bütün bu müharibələr ABŞ-ın təsir dairəsinin genişləndilirlməsi üçün aparılır. NATO-nun genişləndirilməsi- özü-özlüyündə bir cinayətdir”- bu sözlər isə mitinqdə çıxış edən Beynəlxalq Dəstək Mərkəzinin rəhbəri Sara Flandersə məxsusdur.
Aktivistlər Ukraynanın cənub-şərqində aparılan müharibənin də ABŞ hökuməti tərəfindən təşkil olunduğunu bildirmiş və populyar KİV-lərin həmin müharibəyə informasiya dəstəyi verməsinə etiraz etmişlər.
Комментариев нет:
Отправить комментарий