10.01.2016

Kapitalizm haqda 12 mif

Mif 1. Kapitalizmdə kim çox işləyir, o zəngin ola bilər.

Guya kapitalizm sistemi zəhmətkeş insanların varlanmasını avtomatik təmin edir. Bu mənada adi zəhmətkeşləri aldadıcı ümidlər formalaşdırır, və onların planları həyata keçmədikdə onlar bunda yalnız özlərini günahlandırırlar.
Əslində isə, kapitalizmdə nə qədər işləməyinizdən asılı olmayaraq, uğurun ehtimalı təxminən lotereyada olduğu kimidir. Var-dövlət, çox nadir istisnalarla, ağır işlə yaradılmır, böyük təsirə və hakimiyyətə malik insanların fırıldaqlarının nəticəsidir və onlarda əxlaq prinsiplərin olmamasıdır. Bu mifdir ki, uğur müvəffəqiyyət və yaxşı optimizm dozasının birləşməsi ilə ağır işin nəticəsidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq bacarığından və rəqabət səviyyəsindən asılıdır. Bu mifi sistemi dəstəkləyən ardıcılları yaradır. Din də həmçinin bu mifi dəstəkləmək üçün çalışır.

Mif 2. Kapitalizm hamı üçün zənginlik və çiçəklənmə yaradır

Azlığın əlində cəmlənmiş var-dövlət guya tez və ya gec hamı arasında bölüşdürüləcək. Məqsəd iş verənin zənginləşməsini əlavə suallar olmadan təmin etməkdən ibarətdir. Eyni zamanda da hamıya buna inanmaq təklif olunur ki, gec ya tez işçilər öz işlərinə və işə sadiqliklərinə görə layiqli mükafat alacaqlar.
Əslində isə, hələ Karl Marks bu nəticəyə gəlmişdi ki, kapitalizmin son hədəfi var-dövlətin ədalətli bölünməsi yox, onun daimi toplanması və bir əldə cəmlənməsidir. Son onilliklər, xüsusilə neoliberalizmin qlobal ağalığı bərqərar olduqdan sonra varlılar və yoxsullar arasında böyüyən uçurum – həm ayrı-ayrı insanlar, həm də ölkələr arasında, marksizmin doğruluğunu sübut etdi. Qeyd etdiyimiz mif kapitalizmin sosiallaşdırılması adlandırılan mərhələsində ən geniş yayılmış mif idi və onun əsas məqsədi sosializm ölkələrinin məhvi idi.

Mif 3. Biz hamımız bir qayıqdayıq

Kapitalizm cəmiyyətində guya siniflər yoxdur, ona görə də uğursuzluqlara və böhranlara görə məsuliyyət hamının üzərinə düşür, və hamı hər şeyə görə ödəməli olur. Məqsəd adi işçilərdə günah kompleksi yaratmaqdır ki, bu da kapitalistə itkiləırinin bir hissəsini adi insanların çiyninə qoymaqla öz gəlirini artırmaq imkanı verir.
Əslində, bütün məsuliyyət dövlətin müdafiə etdiyi, milyarderlərdən ibarət elitanın üzərinə düşür, elita isə öz növbəsində dövləti müdafiə edir. Onlar vergilərdə,tenderlərdə, maliyyə spekulyasiyasında və s. həmişə daha çox güzəştlərdən istifadə ediblər. İnsanların bədbəxt vəziyyətinə görə məsuliyyətdən qaçmaq və onları elitanın səhvlərinə görə ödəməyə məcbur etmək üçün bu mif eliitaya implantasiya olunur.

Mif 4. Kapitalizm – azadlıqdır

Guya həqiqi azadlığa kapitalizmdə yalnız “bazarın özünə nəzarəti” sayəsində nail olmaq olar. Məqsəd bundan ibarətdir ki, hər şeyin olduğu kimi qəbul edildiyi kapitalizmin dininə bənzər bir şey yaradılsın, həmçinin insanların makroiqtisadi qərarların qəbul edilməsində iştirak hüququ əllərindən alınsın.
Əslində, qərarların qəbul edilməsində azadlıq azadlığın sonuncu formasıdır, amma o yalnız nüfuzlu şəxslərin dar dairəsinin imtiyazıdır, adi insanların və ya hətta dövlət müəssisələrinin deyil. Bütün mümkün sammit və forumlar zamanı nəhəng kompaniya, bank və transmilli korporasiya rəhbərləri bağlı qapılar arxasında dar çevrədə strateji xarakterdə böyük maliyyə qərarları və iqtisadi qərarlar qəbul edirlər. Beləliklə, bazarlar özü-özünə nəzarət etmir, hazırki zamanda iri sahibkarlar onları manipulyasiya edir. Qeyri-kapitalist ölkələrdə guya demokratiyanın əsası olan bazar azadlığının olmaması doqmasına əsaslanan bu mif həmin ölkələrin daxili işlərinə qarışılmasına bəraət qazandırmaq üçün istifadə olunmuşdur.

Mif 5. Kapitalizm demokratiyadır

İddia olunur ki, demokratiya yalnız kapitalizmdə mövcud ola bilər. Sərbəst şəkildə bundan əvvəlki mifdən süzülən bu mif başdan ictimai quruluşun istənilən başqa modellərinin müzakirəsinin qarşısını almaq üçün yaradılmışdır. O iddia edir ki, bütün digər modellər diktaturadırlar. Kapitaizm azadlıq və demokratiya kimi anlayışlara qəsb edir, onların mənası isə təhrif olunur.
Əslində, kapitalizm cəmiyyəti elitar azlıq olan varlıların bütün həyat sahələrində yerdə qalan digərləri üzərində hakimlik etdiyi siniflərə bölünmüşdür. Belə kapitalist “demokratiya” gizli diktaturadan başqa bir şey deyil, “demokratik islahatlar” isə inkişafa əks proseslərdir. Bundan əvvəl qeyd etdiyimiz mif kimi, demokratiya haqqında mif də qeyri-kapitalist ölkələrə qarşı olan tənqidlərə və hücumlara bəhanədir.

Mif 6. Seçkilər demokratiyanın sinonimidir

Seçkilər demokratiyanın sinonimi və ali ifadəsidir. Bu mifin məqsədi digər siyasi sistemləri qaralamaqdan və ya iblisləşdirməkdən və liderləri burjua kriteriyaları ilə təyin olunmayan, alternativ imkanları olan cəmiyyətdə müzakirələrin qarşısını almaqdan ibarətdir.
Həqiqətdə, kapitalizmdə seçkilər mütləq ikiüzlülük və fırıldaq zirvəsidir. Harada ki, səsvermə sadəcə şərti ritual, seçkilər isə formal aktdır. Seçkilərdə həmişə burjua azlığının nümayəndələrinin qalib gəlməsi faktı onların aşkar qeyri-obyektivliyini göstərir. Burjua seçkilərinin demokratiyanın mövcudluğuna zəmanət verməsi mifi ən çox möhkəmlənmiş miflərdəndir, və hətta bəzi sol partiyalar bu yalana aldanıblar.

Mif 7. Hakimiyyətdə bir-birini əvəz edən partiyalar demokratik seçkilərin mövcudluğuna sübutdur.

Əslində bu tamamilə cəfəngiyyatdır. Tipik nümunə – daim bir-birini əvəz edən,praktiki olaraq heç nə ilə fərqlənməyən və eyni bir siyasəti ən xırda detallarına qədər yürüdən iki əsas burjua partiyasının mövcud olduğu ABŞ-ın ikipartiyalı sistemidir. Seçim çoxluğu haqda mifin məqsədi kapitalizm sistemini və guya vətəndaşların azad iradəsi nəticəsində hakimiyyətə gələn hakim sinfi əbədiləşdirməkdən bundan ibarətdir.
Əslində həm ikipartiyalı,həm də çoxpartiyalı parlament sistemi mahiyyətcə birpartiyalı sistemdir. Bu eyni siyasi qüvvənin iki və ya çox fraksiyası alternativ siyasətli partiyaları yamsılamaqla bir-birini əvəz edirlər. İnsanlar həmişə ən yaxşı seçim etdiklərinə əmin olaraq, sistemin agentlərini seçirlər.Həqiqətdə isə, heç bir seçimə sahib deyillər. Burjua partiyalarının müxtəlif platformalara sahib olması və hətta müxalifətdə olması haqda mif ən vacib miflərdəndir, o hakimiyyətin kapitslist sistemini leqitim etməkdən ötrü daim təzyiq edir.

Mif 8. Seçilmiş siyasətçi xalqı təmsil edir və ona görə də onun əvəzinə qərar verə bilər

Siyasətçi xalqdan hakimiyyət aldı, və ONU istədiyi kimi idarə edə bilər. Mifin məqsədi insanları boş andlarla doyuzdurmaq və praktikada reallaşacaq real tədbirləri gizlətməkdir.
Əslində, seçilmiş lider bu andları yerinə yetirməyəcək, ya da, daha pis, tez-tez hətta konstitusiyaya belə zidd olan bəyan edilməmiş tədbirləri həyata keçirəcək. Belə siyasətçilər adətən aktiv azlıq tərəfindən seçilir və öz müddətinin ortalarında minimal populyarlıq qazanırlar. Amma belə hallarda da xalq etimadının itirilməsi siyasətin konstitusiya yolu ilə dəyişməsinə gətirmir, lakin, əksinə, kapitalizm demokratiyasının real və ya gizli diktatura şəklində yaranmasına gətirir. Kapitalizmdə demokratiyanın saxtalaşdırılmasının sistematik praktikası seçkilərə qatılmayan insanların sayının artmasının əsas səbəblərindən biridir.

Mif 9. Kapitalizmin alternativi yoxdur

Kapitalizm nə mükəmməl, nə də yeganə mümkün ictimai quruluş deyil, o sadəcə bugünkü hakim iqtisadi və siyasi elita üçün daha münasibdir. Mifin məqsədi hətta potensial konkurensiyanı digər sistemlərin öyrənilməsi və inkişaf imkanlarının məhv edilməsi yolu ilə,bunun üçün zorakılıq da daxil olmaqla bütün mümkün vasitələrdən istifadə etməklə, aradan qaldırmaqdan ibarətdir.
Əslində digər siyasi və iqtisadi sistemlər də var, onlardan ən məşhuru isə elmi sosializmdir. Bu mif kapitalizmin digər alternativlərini müzakirəsinin qarşısını almaq və cəmiyyətin itaətkar şəkildə yekdilliyni təmin etməkdən ötrü insanları qorxutmaq üçün yaradılmışdır.

Mif 10. İqtisadiyyat var-dövlət yaradır

Guya iqtisadi böhrana səbəb işçilərə ifrat güzəştlərin olunmasıdır. Əgər onlar aradan qaldırılsa, dövlət qənaət edər və ölkə böhranın öhdəsindən gələr. Məqsəd – kapitalistlərin borclarının ödənilməsinə görə məsuliyyəti dövlət sektorunun, həmçinin,təqaüdçülərin üzərinə atmaqdır. Böhranın müvəqqəti olduğuna inandırmaqla insanları yoxsulluqla razılaşmağa məcbur etməkdir. Mif həmçinin dövlət sektorunun özəlləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Xalqı inandırırlar ki, “sağ qalmaq” üçün qənaət edirlər, bununla belə onun gələcək gəlirləri itiriləcək daha gəlirli sahələrin özəlləşdirilməsi haqda heç bir söz demirlər. Bu siyasət dövlətin gəlirlərinin azalmasına və güzəşt,təqaüd və müavinətlərin ixtisarına gətirib çıxarır. Bugün sosial imtiyazların kütləvi ixtisarının baş verdiyi, yüz milyardlarla avronun isə aparıcı bankların xilasına yönəldiyi Avropa Birliyi ölkələri – kapitalizm iqtisadiyyatının çirkin reallığının əyani illustrasiyasıdır.

Mif 11. Dövlətin rolu nə qədər az olsa, o qədər yaxşıdır

Guya ki, özəl sektor iqtisaddiyyatı dövlət sektorundan daha yaxşı idarə edir. Bu mif öncəkini tamamlayır. Əslində, bir qayda olaraq, özəlləşdirmədən sonrakı bölüşdürmə həmişə işçilər üçün mənfidir, çünki, vergiödəyicisinə təzyiq artır, müavinətlər və təqaüdlər isə azalır. Kapitalist nöqteyi nəzərindən ictimai sektorun idarə edilməsi sadəcə biznes üçün imkandır. Kapitalizm üçün sosial ədalət heç nədir. Bu mif neoliberal kapitalizmin ən “ideoloji” miflərindəndir. Ölkəni özəl sektor idarə etməlidir, dövlət isə sadəcə onu dəstəkləməlidir.

Mif 12. Kapitalizmin bugünkü böhranı qısamüddətlidir və xalqın xeyrinə həll olunacaq

Hazırki maliyyə-iqtisadi böhran guya kapitalizmin adi tsiklik böhranıdır, sistemin böhranı deyil və onun məhvinə gətirməyəcək. Mif hər şeydən əvvəl maliyyə kapitalı üçün daldalanacaqdır, hansı ki, mümkün olduğu qədər dövləti qarət və insanları istismar etməkdə maraqlıdır. Bu həm də hakimiyyətdə qalamaq üçün vasitədir. Bununla belə, mahiyyətcə və Marksa görə, bugün baş verənlər kapitalizm sisteminin sistem böhranıdır,yəni, istehsalın ictimai xarakteri və gəlir qazanmağın özəl xarakteri arasındakı ziddiyyət artımı mövcud sistem çərçivəsində prinsipial olaraq həll olunmazdır. Bəzi kapitalist nəzəriyyəçilər,həmçinin, “sosialistlər” və sosial-demokratlar iddia edirlər: kapitalizm dəyişsə, xilas olmağı bacarar.
Onlar iddia edirlər ki, böhran siyasətçilərin, acgöz bankirlərin və spekulyantların ayrı-ayrı səhvləri ilə və ya liderlərin yeni ideyalarının və münaqişələrin həlli mexanizmlərinin olmaması ilə izah olunur. Amma ki, bugün bizim şahidi olduqlarımız, – yaxşılaşmağa heç bir ümid olmadan, insanların həyat səviyyəsinin daim pisləşməsidir. Kapitalizm məhv olur, amma bu xalqlar üçün böyük itkilərlə baş verəcək yavaş prosesdir. Portuqaliyalı alim hesab edir ki, bizim işimiz onun tezliklə yox olmasına şərait yaratmaqdır.

Beləliklə, bizim tədqiqatçı neoliberal kapitalizmin bügün dünyada mövcud olan universal modelini tənqid etdi. Bununla belə, bir çox yerli mütəxəssislər qeyd edirlər ki, dünya kapitalizmində olan ümumi çatışmamazlıqlardan başqa bu iqtisadi formasiya xüsusilə bizə – postsovet məkanı ölkələrinə yaraşmır. Hər şeydən əvvəl ona görə ki, birgə iş həyatımızın çox əsrlik ənənələri,böyük ərazi və daim xarici düşmənlərdən müdafiə olunmağın vacibliyi, bizim xalqlarda anadangəlmə kollektivizm hissi yaradıb.
Kapitalizmin qurulmasında yerli təcrübə göstərir ki, Qərbdən fərqli olaraq, harda ki, müəyyən şəraitlərdə bir müddət az-çox müsbət rol oynamağı bacarmışdı, kapitalizm bir sistem kimi keçmiş SSRİ-i ölkələrinə yaramır.

Albina Moldovanenko       Tərcümə: Günel Muradova

eco-socialistsofazerbaijan.blogspot.com

Комментариев нет:

Отправить комментарий