19.01.2016

Min bir gecə nağılı: Putin çocukları kırıyor və yaxud Əsədin 4 kərə öldürülməsi boyu

İbrahim Sel

MÜASİR DÜNYANIN NAĞILLARI

 Ola bilsin yenə fikirlərimizlə bir çoxu razılaşmayacaq. Ola bilsin bəziləri qismən razılaşacaq. Məgər təkcə hamının bildiyi və hər kəsin razılaşacağı məsələləri yazıya almağa dəyərmi? Düşünürəm ki, yox... “Min bir gecə nağılı” adlandırdığımız fenomen barədə danışmaq istəyirik. Qəhrəman Yəhyayevin dediyi kimi: Əzizlərim, vaxt gələcək, siz hamınız necə bir min bir gecə nağılının sehrində olduğunu anlayacaqsınız. Badi-badi giriftar, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası yox, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik, Urmiya keçdik, yabaynan dovğa içdik. Sizə kimdən deyim, hardan xəbər verim, az yazanlardan, saz vuranlardan, antiqlobalist camiədəki qaradinməzlərdən, qeyri-hökumət təşkilatındakı mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan bozqurdlardan, tv-lərdəki dilli aparıcılardan, küsəyən adminkalardan, paytaxtda ponyatka nədir qanmayanlardan, gəmiyə doluşub gəmiçi ilə dava edənlərdən, güdənlərdən, əqidəyə xain çıxanlardan, qansızlardan, əhdinə əməl etməyənlərdən, keçiyə minib Arazı keçmək istəyənlərdən, yaba ilə araq içənlərdən, xoruz belində bostan əkənlərdən, kosasaqqal filosoflardan, milli-qıllı ictimai sektordan, hindkinoizm-motalizm poeziyasından, təkgöz şeyxlərdən, nə bilim nədən, nədən, nədən... Lənət quyruqlu ilana, rəhmət quyruqsuz ulduza, bir qoz pozana, iki qoz düzənə. Rəhmət yazana, rəhmət pozana. Söz qalsın, insan getsin, yaxşılıq qalsın, pislik getsin. Dost var olsun, düşmən puç olsun, ağıllı düşünsün, ağılsız yozsun. Müasir dövrün nağıllarından danışacayıq sizə. Yəni, başımızı necə piyləyirlər barədə.

YALAN NƏ QƏDƏR BÖYÜK OLSA...

 İzrailtosların əlində olan saytlarda Dəməşqdə Suriya prezidentini dəstəkləyən nümayişlərdən video və fotolar yerləşdirib, onları rejimin etirazçıları kimi qələmə verirdilər. Suriya xalqı öz prezidentini sevir və müharibə də göstərdi ki, axıradək prezidentin siyasətini dəstəkləməkdə israrlıdır. Ayıq başı olan heç kəsə nə ABŞ-ın gətirdiyi demokratiya, nə də vahhabilərin gətirdiyi islam lazım deyil. Suriyada olanlar bilir ki, şəhərlərdə, lap köhnə avtomobillərdən tutmuş təptəzə Porşe və Hammerlərə qədər bütün maşınlarda prezidentin portretləri var. Xalqı məcbur etmək olmaz ki, prezidentin portretini gəzdirsin. Bu o deməkdir ki, insanlar sosial və ya maddi vəziyyətlərindən asılı olmayaraq qiyamçıları deyil, prezidenti dəstəkləyirlər. Hər yerdə gənclərin əlində xırda Suriya bayraqları olur. Dostları ilə gəzməyə çıxan gənci məcbur etmək olar ki, əlində bayraq yellətsin? Bu axı asan deyil. Suriyalıların mentalitetindən xəbəriniz varsa, səmimi istəklə məcburiyyəti ayırd etməlisiz.
 Martın 29-da Hama şəhərində prezidenti dəstəkləyən nümayiş keçirildi- minlərlə insan ailəsi və uşaqları ilə birlikdə nümayişə çıxmışdı. Küçələr insanlarla dolmuşdu. O nümayişlərdə insanların əlində Bəşir Əsədin portretləri, Suriyanın bayraqları vardı, amma xəbəri verən dünya kanalları həyasızcasına bildirirdilər ki, nümayişçilər Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edirlər.
 Aprelin 1-də sionistlərin əlində olan dünya KİV-ləri Dəməşqdə hökumətə qarşı daha bir böyük nümayişdən xəbər verdilər, süjet də göstərdilər. Amma belə bir nümayiş olmamışdı. Nə o vaxt Dəməşqdə olan jurnalistlər, nə də yerli camaat nümayişə çıxan bir nəfər də olsun adam görməmişdi. Yalan dezinformasiyalar həmin dönəmlərdə tez-tez yayılırdı, hamı elə bilirdi, doğrudan da Bəşər Əsəd öz xalqını zinhara gətirdiyindən ona qarşı böyük narazılıq var. Aprelin 16-da “Röyter” agentliyi bildirdi ki, Dəməşq küçələrinə 50 min rejim əleyhdarı çıxıb, qırğın gedir, polis gözyaşardıcı qaz və dəyənəkləri işə salıb. Bu qurama kadrlarla müşayət olunan xəbəri dinləyən Dəməşq sakinləri dəhşətə gəldilər. Necə olub ki, “Röyter”dən başqa heç kəs bu nümayişi görməyib? “Röyter”in məlumatları bütün dünyaya yayılır. Bir yalan şişib nəhəng yalana çevrilir, şaiyələr yaranır. “Röyter” və digər kanallar Yəməndə çəkilmiş kadrlardan və Misirdəki fotolardan istifadə edərək Suriyada iştişaşlar haqda müxtəlif xəbərlər quraşdırıb yaymaqla məşğul idilər.
 İnternetdə etirazlar haqqında həvəskar videoların necə yaradıldığı göstərilir. Küçədə dayanmış avtomobil; onun ətrafında heç nə baş vermir. Avtomobilin yanında bir kişi dayanır və daş atır. Kənarda dayananlar isə bunu çəkir. Suriya haqda yayılan həmin videoların çoxu bu cür üsulla quraşdırılmışdı. O kadrları görən suriyalı jurnalistlər deyirdilər, axı bu adamların geyimlərindən də bilinir ki, suriyalı deyillər. Amma kim idi onları eşidən? Məsələn, livanlı Livanın özündə, ya Suriyada çəkilmiş videonu ayırd edə bilir. Sionist KİV-ləri İraqda bir neçə il əvvəl çəkilmiş kadrları göstərib deyirdilər ki, Suriya küçələrində xalq hakimiyyətə qarşı mitinq edir. Gebbels haqlı idi: yalan nə qədər böyük olsa, ona tez inanırlar!
 Nəticədə Bəşər Əsəd öz xalqını qırır propaqandasına inanan kifayət qədər adam meydana çıxdı. Yadımdadır, yəhudi kanalı Bi-Bi-Si bildirirdi ki, Qəddafi hər səhər bir stəkan körpə uşaq qanı içir ki, cavan qalsın. Yazırdılar ki, Səddam prezident sarayının eyvanında oturub küçədən keçənləri snayper ilə vurur. Si-En-En-in məlumatına görə Səddam tirdə güllə atmağı bax belə öyrənirdi! Xəbər yayırdılar ki, Bəşər Əsəd piyan olanda özü təyyarənin sükanı arxasına keçir, Suriyanın kəndlərini, qəsəbələrini bombalayır. Mırta! Hələ bu şükürdü, İran dini lideri Xomeyni nə az nə çox, 3-4 yaşında körpə uşaqlarla izdivaca girirmiş! Bütün bu yalanların sadə izahı var: hansı lider öz ölkəsinə ABŞ-İsrail cütlüyünü buraxmırsa, sərvətlərini yəhudilərin ayaqları altına atmırsa, həmin ölkə lideri bizə qaniçən və diktator kimi təqdim olunur. Sionistlərin əlində olan media müxtəlif tip xəbərlər uydurub efirə buraxır və xalq asanca inanır! Bu həmin kanallardır ki, Suriyada müharibə vaxtı Bəşər Əsədi 4 dəfə öldürdülər, 3 dəfə Rusiyaya, iki dəfə Çinə, 1 dəfə isə İrana qaçırdılar! Amma Bəşər heç yerə qaçmadı, öz torpağında oturub, kişi kimi vətənini axıradək yadelli işğalçılardan qorudu.

TOTALLAŞAN EKSPERİMENT

 Tanınmış publisist Məmməd Süleymanov yazır: “Bir neçə günün içində Rusiya prezidenti həm İslam dinini qəbul etdi, həm üçüncü övlad atası oldu, həm sağalmaz xəstəliyə tutuldu, həm hərbçilər tərəfindən devrildi, həm də öldü... Üstündən daha bir neçə gün keçdi- Putin qayıtdı. O, İslam dinini qəbul etməyib, üçüncü övlad atası olmayıb, sağalmaz xəstəliyi yoxdur, hərbi çevriliş nəticəsində devrilməyib və nəhayət, ölməyib. Şayiə şayiənin belində... Dezinformasiya dezinformasiya ilə bəhsə girib. Saxtalıqlar bir-birinə dil göstərir. Bu yaxınlara qədər “Kim informasiyaya sahibdirsə, o da qalibdir” deyirdilər. İndi isə elə görünür ki, dünyanı şayiələrlə idarə etmək konsepsiyası çiçəklənir və toxum verir... Burada söhbət konkret olaraq Putindən də getmir. Eyni texnologiya istənilən yerdə istənilən “beşinci kalon” və peşəkarlığını bir köhnə paltar kimi tullamış “jurnalistlər”in köməkliyi ilə istənilən dövlət başçısına qarşı tətbiq oluna bilər və olunur da. Şayiə axınının sıxlığı isə günbəgün o dərəcədə artırılır ki, toplumun dezoriyentasiyası qaçılmaz hala gəlir.
 30 il əvvəl Qərb işğal və çevriliş etmək istədiyi hansısa ölkəni bu ölkənin daxilində yox, ondan kənardakıların gözündə ləkələməkdən başlayırdı. Yəni hədəfdən kənarda beynəlxalq ictimai rəy yaradılırdı. Bu metodla hərəkət edən Reyqan həyasız yalanı ilə (guya amerikalı tələbələrin həyatı təhlükədədir) 1983-cü ildə Qrenadanı işğal etdi. Ata-Buş isə illər boyu MKİ-nin cəsusu olmuş Panama prezidenti Noryeqanı devirdi (Noryeqa hələ də həbsdədir). Səddam Hüseynin “sulfat turşusu vannaları” mifi, yaxud tez-tez Bağdadda ona qarşı əslində mövcud olmayan silahlı müxalifət tərəfindən sui-qəsdlər təşkil olunması kimi şayiələrlə iki dəfəyə İraqın sonuna çıxdılar.
 Yuxarıda söylədiyimiz baş verənlər Klyaynın “Şok doktrinası”nın modifikasiyasıdır. Sosiumu çaşdırmaq, dayaqlardan məhrum etmək, total qeyri-müəyyənliyə salmaq üçün şayiə və mifologiyalar effektiv üsuldur. Toplum nəinki sabahı, hətta bu gününü də qeyri-müəyyən və çaşqınlıq içində qəbul etməyə başlayır. İnformasiya vakuumu fonunda şayiə vakxanaliyası reallığı təhrif edir və absurdla əvəzləyir. Toplum çaşqınlığa, təlaşa, ümidsizliyə qapanır, sabahkı gündən isə yalnız pis hadisələr gözləyir. Əgər söhbət 80-85 faiz vətəndaşın müdafiə etdiyi vahid liderin bioqrafiyasından, xəstəliyindən, məğlubiyyətindən gedirsə, apatiya və depressiya qaçılmazdır.
 Bu model Qərb tərəfindən istər fərdi (Əbu-Qreyb, Quantanamo, RAF inqilabçılarının saxlanıldığı “ağ divarlı kameralar”), istərsə də bütöv xalqlara qarşı (Çili, Salvador, Suriya, İraq...) tətbiq olunub və sınaqdan çıxarılıb. Yəni söhbət kütləvi eksperimentdən, psixoloji müharibədən gedir. Onsuz isə xaos və işğallar müşkülləşir.
 Və bir daha- söhbət yalnız Rusiyaya qarşı eksperimentdən getmir. Bu, sözəbaxmayanlara qarşı totallaşan eksperimentdir. Onun əsas tərkib hissələri isə izolyasiya, informasiya vakuumu, şayiələrin aksioma kimi təqdimatı, deprivaiya, qeyri-müəyyənlik, qorxu, təşviş və ümidsizlik yaratmaqdır. Müxtəlif ölkələrdə liderin legitimliyindən və sosial bazasının böyüklüyündən asılı olaraq ssenaridə korrektələr olur. Ancaq son nəticə xaosun bərqərar edilməsinə hesablanır...”

TƏBLİĞAT HƏR ŞEYİ HƏLL EDİR

 Makedoniyanın paytaxtı Skopyedə paralel olaraq iki mitinq keçirilirdi. Birində 10 min adam iştirak edirdi ki, onu bütün Qərb mətbuatı işıqlandırırdı. Axı bu, müxalifətin aksiyasıdır! İkinci mitinqdə isə 100 min adam iştirak edirdi və onu Qərb mətbuatı işıqlandırmırdı. Çünki bu iqtidar partiyası tərəfdarlarının mitinqi idi. Halbuki ikinci aksiya Makedoniya tarixində ən böyük aksiya idi.
 Müxalifətin azsaylı aksiyasına Avropa İttifaqının emissarları və səfirlər baş çəkir, çadırlar qurulurdu. Qərb liderləri onlarla həmrəylik ifadə edirdilər. Tələblər də ənənəvidir- hökumətin sədri istefaya getməlidir, çünki seçkiləri saxtalaşdırıb! Bundan əlavə, parlament sədrinin cangüdəni 4 il əvvəlki bir qətldə şübhəli bilinir. Əvvəla seçkilər ötən il olub, ancaq etirazlar nədənsə indi başlandı.
İkincisi, 4 il əvvəlki qətlin nə təfərrüatları, nə də müxalifətin ittiham etdiyi şəxsin orada iştirakı barədə ətraflı bilgi ala bilərsiz. Üstəlik, niyə 4 il sonra bu cinayət aktuallaşıb? Eynilə burada Ukraynada birinci Maydan (orada Maydanların sayını artıq itirməkdəyik) üçün stimul olmuş hadisə- jurnalist Qonqadzenin qətli ilə oxşarlıq gözə çarpır. O vaxt bu qətldə birbaşa prezident Kuçmanı günahlandırırdılar, halbuki hakimiyyətə yiyələnən hər bir Meydan hökuməti bu işin üstünü açmaq əvəzinə Kuçma ilə qol-boyun olmağa üstünlük verdi. Əsl motivlər isə sirr deyil- Makedoniya ABŞ və Avropa İttifaqının oyununu oynamaqdan imtina edərək Rusiyaya tərəf meyllənib! Gör aaa, cırtdan bir ölkə ABŞ-ın üzünə ağ olmağa cəsarət edib! Deməli, Qruyevski hökuməti getməli, yerinə Qərbin marioneti olan müxalifət gəlməlidir. Motivlər bu qədər üzdə və bəsitdir. Ancaq təbliğat maşını bu motivləri görməzlikdən gəlir, “demokratiya”dan danışır, yüz minlik mitinqi iqnora qoyaraq on minlik mitinqi dəstəkləyir. Bunun Balkanlarda yeni münaqişə ocağı ilə nəticələnə biləcəyi ehtimalı isə heç də ssenariyə zidd deyil.
 Beləliklə, Qərbin yedəyində olan, geridə qalmış, sənayesi son 20 ildə tarmar edilmiş balaca dövləti konfrontasiyaya çəkməklə orada əslində sosial etiraz kimi üzə çıxmalı olan etirazların məcrasını sırf hakimiyyət didişməsinə (bu keçməzsə lap etnik toqquşmaya!) çevirirlər. Təki xalqların gözü açılmasın, başları əsas səbəblərdən yayındırılsın və heç bir halda etirazlar sosial inqilab forması almasın.
 2 min adam Kiyevdə Maydana toplaşıb Avropaya inteqrasiya tələb edirdi, onu bütün kanallar verirdi, amma şəhərin o biri tərəfində 100 min adam Rusiyayönümlü mitinq keçirirdi- bunu heç bir kanal göstərmirdi. Həmin 2 min adamı gecə-gündüz Ukrayna kanallarında o qədər fırlatdılar ki, xalqın Maydana həvəsi yarandı və ora axışanların sayı çoxaldı. Bax bu cür təbliğat metodu ilə münasibət formalaşdırır, özlərinə lazım olan mənfi və müsbət rəy yaradırlar. Heç bir liberal kanal demirdi ki, ABŞ həmin ərəfədə Maydana 15 milyard maya qoyub. Bir çox müstəqil ekspertlər, dünyanın mütərəqqi kanalları Maydana ABŞ maliyyəsi barədə bar-bar bağırsalar da, hətta amerikanlar özləri də bunu dəfələrlə dilə gətirsələr də, bizim media ciddi-cəhdlə bu barədə susur, yalnız hadisələrin izrailtoslara lazım olan tərəfini verirdilər. Belə texnologiyaların nəticəsində 98 faiz Ukrayna xalqı Maydana yığışan həmin o 2 faizin dudkasına oynamalı oldu. Təbliğat hər şeyi həll edir.
 Subhan Padarsoy deyir: “Kanada dağılır, Kvebek, Monrealda insanlar budcə kəsintilərinə və bir ildə təhsil xərclərindən kəsiləcək 700 milyon dollara görə qan eləyir. Üstəlik səhiyyə xərclərinin də 17 faiz azaldılması plandadır. Dünyanın heç bir mediasında heç bir xəbər yoxdur bu 1 həftədir davam edən etirazlar haqqında. Aktivist bildirir ki, Rusiyanın RT media qurumundan basqa kimsə bu böyük nümayişləri yayımlamır. Təbii, başda dunya mediası olmaqla, yerli medianın işi-gücü Rusiya və Putindir axı. Zibillər”.

NÜFUZLU TELEKANALLAR- YALAN MƏNBƏYİ

 Vahhabi terrorçuları Tikritdə, Mosulda 2700 şiə gəncini güllələdilər. Bütün dünya susdu. Çox yox, 27 yəhudi gəncini güllələsəydilər, həmin yerdə ümumdünya xolokost abidəsi qurulardı, həmin gün hər il ümumdünya genosid günü qeyd olunardı. Qoy ölüb, boş şeydi.
 Dünya mediası İsrailin Fələstini bombalamasına özünümüdafiə donu geyindirir. Telekanallar İsrail raketlərindən balaca bədənləri parça-parça olan günahsız fələstinli uşaqların meyidlərinə kameralarının arxasını çevirirlər. İsraildə 1-2 nəfərin yaralanması xəbəri isə böyük faciə kimi təqdim edilir.
 Amerikanın ABC kanalı daha da irəli gedərək İsrailin bombaladığı Qəzza bölgəsindəki kadrları götürüb əksinə təqdim edirdi. Diktor azğın Həmas terrorçularının dinc yəhudiləri raket zərbələrinə məruz qoymasından ağızdolusu danışırdı. Rus jurnalistlərinin səyi nəticəsində aşkar oldu ki, bu kadrlar elə İsrailin bombaladığı Qəzza bölgəsində çəkilib və təbii ki kadrlardakı yəhudilər deyil, əksinə, zülmə məruz qalan ərəblərdir. İsrailin təkcə həmin kadrlardakı əraziyə atdığı raketlərdən 100-dən çox adam ölmüş, 600 nəfər yaralanmışdı, amma Qərb tamaşaçısı elə bildi ki, bura İsraildir, bu dağıntıları da müsəlman terrorçular törədib.
 Yəhudilərin Fox Nyus telekanalı 2011-ci ildə Rusiyada Dövlət Dumasına seçkilər keçirilən zaman Moskvadan reportaj verdi. Amma Afinada bir müddət əvvəl baş verən iğtişaşlara aid kadrları götürüb Moskva adı ilə efirə buraxmışdılar. Kadrlarda etirazçılar polisə ciddi müqvamət göstərir, daş atır və “Molotov” kokteylləri tətbiq edirdilər. Baxanlarda belə təəssürat yaranırdı ki, Moskva küçələrində qırğın gedir və hakimiyyət yıxılmağın bir addımlığındadır. Diktor Moskvadakı üsyandan danışsa da, bu kadrlardan açıq-aşkar görünürdü ki, küçələrdəki mağazaların adları latın hərfləri ilə, yunan dilində yazılmışdır. Amma kimdir buna məhəl qoyan? Hamıda belə təəssürat yaranıb ki, Fox Nyus kimi nüfuzlu telekanallar heç vaxt yalan danışmaz! 
 Amerikanın Si-En-En telekanalı Ukrayna ordusunun Slavyanska girməsi görüntüləri olan xəbəri təqdim edərkən də belə “səhvə” yol vermişdi. Ekranda Slavyansk əvəzinə Krımdan danışılırdı və tamaşaçıda belə təəssürat yaranırdı ki, Ukrayna qoşunu Krıma girib.
 Ukraynanın Maydan hərəkatı ilə bağlı sosial şəbəkələrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi bürosuna guya Leninin etdiyi müraciət paylaşılır. Müraciətdə Ukraynanın məhv edilməsinin vacibliyindən söhbət açılır və Lenin sonda deyir ki, ancaq bu yolla biz “antihumanist, aziat dövlətimzin təhlükəsizliyini” təmin edə bilərik! Bu qondarma müraciəti yaymaqla Sovet quruluşuna nifrət yaratmaq, rus idarəçiliyinin necə yırtıcı olduğunu göstərmək istəyirlər. Demotivatorda müraciətin tarixi 22 iyun 1929-cu il göstərilir, halbuki məlumdur ki, Lenin 21 yanvar 1924-cü ildə vəfat etmişdir və təbii ki o dünyadan  belə müraciət yollaya bilməzdi. Ukraynalılarda bax belə saxta şəkillər və yalan xəbərlər dalğası ilə Rusiyaya qarşı nifrət aşılayırlar.

MEDİA SİONİZMİN XİDMƏTİNDƏ

 Şimali Koreya haqqında “Adamı raketlə vurub edam etdilər!” deyə xəbərlər hazırlayan məkrli media heç vaxt Səudiyyə Ərəbistanındakı 12-ci əsr üsulu ilə qılıncla boyun vurma edamlarından yazmır. Halbuki bu tip edam Səudiyyə cinayət məcəlləsində rəsmən var.
 Qlobalist dəst-xətti və dezinformasya bolluğu ilə yadda qalmış saytlarımızdan birinin tipik xəbərinə baxaq: “Cənubi Koreya KİV-i xəbər verir ki, Şimayi Koreya lideri Kim Çen In öz babası və atasının izi ilə gedir və özü üçün hərəmxana yaradıb. Şimali Koreya lideri bu hərəmxananı “Həzz bölüyü” adlandırır”. Demək, Cənubi Koreya KİV-i xəbər verir ki, Şimali Koreya lideri hərəmxana açıbmış! Cənubi Koreya ilə Şimali Koreya müharibə vəziyyətindədir. Geopolitik planda Cənubi Koreya ABŞ-ın, Şimali Koreya isə Rusiyanın yanında yer alıb. Cənubi Koreyadan Şimali Koreya haqqında verilən xəbərin mötəbərliyinə inanmaq üçün gərək elə ən axırıncı bizimyol əməkdaşı olasan.
 Si-En-En, Bi-Bi-Si, FoxNyus kimi kimi feyklər fabrikini “xəbər mənbəyi” kimi göstərmək üçün gərək elə ən axırıncı liberast olasan. Tanınmış amerikan jurnalisti Ember Layon Si-En-En telekanalının təxribatçı fəaliyyətinə etiraz edərək işdən çıxmışdır. O bildirmişdir ki, Si-En-En-dəki jurnalistlərə “feyk reportajlar hazırlamaq üçün xüsusi pullar ödəyirlər”. Prestijli “Emmi” mükafatının üçqat sahibi olan jurnalist qızın sözlərinə görə, ABŞ və Qərb hökumətləri Si-En-En telekanalına hadisələrin birtərəfli işıqlandırılması və yalan uydurulmasına görə mütəmadi olaraq pul verirlər. Terrorizmin media olmadan qısaömürlü olacağı çoxdan sübuta yetirilmiş aksiomadır. Həmçinin media yazarı Fadime Özkanın “Si-En-En türk terror təşkilatlarını kamuflyajla gizlətməyə cəhd edir” açıqlamasını xatırlatmaq yerinə düşür. Və yaxud həmin xanım yazarın “PKK-nın ən böyük dəstəkçisi mediadır” deməsi və s. Si-En-En-in müxbiri ABŞ prezidenti Donald Trampa sual vermək istərkən prezident dedi: “Mən sizə sual verməyə imkan verməyəcəm, siz feyk dərc edirsiniz”. Si-En-En, Bi-Bi-Si və FoxNyus kimi kanallar ölkələri qarışdırmaq və xaosa qərq etmək üzrə ixtisaslaşmış media orqanlarıdır. Media kralı Rupert Merdokun məşhur sözləri var: “Mənim inamın şirkətimin inamı ilə üst-üstə düşür və biz ümumən sionizm işinə xidmət göstəririk”.

YAZIQ İSRAİL ƏSGƏRLƏRİ VƏ TƏCAVÜZKAR HÜQUQ MÜDAFİƏÇİLƏRİ

 Uzun illər boyu sionist İsrail rejiminin ağır blokadası şəraitində olan Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına terror hücumu oldu. Gəmilərdə olan dünyanın 40-dan çox ölkəsindən gəlmiş hüquq müdafiəçiləri, jurnalistlər, teleoperatorlar, elm və incəsənət xadimləri, şəhər merləri, parlament deputatları və həmçinin heç bir xüsusi vəzifə daşımayan adi insanlar- yaşlılar, qadınlar və hətta körpə uşaqlar vəhşi yəhudi əsgərlərinin təcavüzünə tuş gəldi. Beləliklə, təqribən 700 nəfərə yaxın dinc insan sionist “qonaqpərvərliyinin və genişqəlbliliyinin” şahidi olmaq zorunda qaldılar. Bu “qonaqpərvərliyin” nəticəsi isə 20 nəfərə yaxın şəhid, 100 nəfərə yaxın yaralı oldu. Bütün dünya baş vermiş faciədən, onu həyata keçirənlərin soyuqqanlıqlarından dəhşətə gəldi. Hətta İsrailin havadarları və ən yaxın dostları belə bu sinizmin miqyasını gizlədə bilməyərək sionist təsisatını ciddi tənqid etməyə məcbur oldu. Bəs bizim çoxdan sionizmin caynağına keçmiş Azərbaycanda nələr baş verdi? Əlbəttə, Azərbaycanda da bütün sivil dünyada olduğu kimi, baş vermiş faciəyə uygun münasibət sərgiləndi. Özü də ki sıravi insanlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan başlamış hakimiyyətdə təmsil olunan vəzifəli şəxslər səviyyəsinə qədər, hətta dövlət səviyyəsində. Bəziləri çox kəskin, bəziləri bir qədər yumşaq, amma demək olar ki hamı baş vermiş dəhşətli olayı pislədi. Lakin demək olar ki hamı... Bəs niyə demək olar ki? Əcəba bəlkə dinc, silahsız, mülki insanlara vəhşicəsinə hücum edərək onları qətlə yetirməyə, yaralamağa, əsir etməyə dəstək verə bilənlər də oldumu? Bəli! Əfsuslar olsun! Min-min əfsuslar ki, belələri də tapıldı. Əlbəttə, bu dəstəyi bir qədər pərdələnmiş şəkildə, zorla qaraya ağ deyə-deyə verdilər. Beləliklə, Azərbaycan mətbuatının səhifələrini vərəqləyirik... Qəzetlərdən birində jurnalistin “«Humanitar aksiya» faciə ilə sona çatdı; söhbət təsadüfi insidentdən, yoxsa hesablanmış təxribatdan gedir?” başlıqlı məqaləsi verilib. Əvvəla qeyd edək ki, məqalədə humanitar adı ilə, hüquq müdafiəçiləri adı ilə əlaqəli bütün ifadələr (humanitar aksiya, humanitar konvoy, hüquq müdafiəçiləri və s.) dırnaqarası verilib ki, bu da avtomatik olaraq bu nəcib hərəkətin humanitar tərkibli olmağını şübhə altına alır. Daha sonra müəllif bir qədər tarixə vararaq, Qəzza bölgəsi haqqında məlumat verməyə çalışır. Bu zaman o bütün Avropa tərəfindən qanuniliyi tanınan “Həmas” təşkilatının Qəzzada hakimiyyəti ələ keçirdiyini və bu səbəbdən də məzlum İsrailin Misir hakimiyyəti ilə (bu günlərdə devrilmiş İsrail nökəri Hüsnü Mübarək ilə!) birlikdə bu bölgəni blokadaya almağa məcbur olduğunu bildirir. Müəllif yazır: “...hər həftə Qəzzaya 15 min ton humanitar yük daxil olur. Qadağa isə yalnız silaha, ikili təyinatlı mallara və zinət əşyalarжтa aiddir. Amma fələstinlilər isə yenə də siqaret, mobil telefon və s. bu kimi malları qaçaqmalçılıqla Misirdən gətirməyə müvəffəq olurlar. Amma buna baxmayaraq, yenə də ara-sıra müxtəlif insan haqları təşkilatları blokadanı yarmağa çalışırlar”. Bəh-bəh! Belə genişqəlblilikdən adamın ürəyi lap riqqətə gəlir. Sən demə, məsələn, su krantının ağzını bağlayıb istədiyin vaxt istədiyin həcmdə su buraxmaq ixtiyarını özündə saxlamaq- böyük lütfkarlıq demək imiş. Hələ siqaretin, telefonların şübhəli şeylər olmasını demirik. Daha sonra məqalə müəllifi əsas mətləbə keçərək neytral sularda baş vermiş hadisəni təsvir etmək istəyir. O yazır: “İsrailin dövlət radiostansiyası olan “Kol İsrail”in müxbirinin bildirdiyinə görə, israilli hərbçilərin mədəni şəkildə dayanmaq əmrinə Türkiyəyə məxsus olan “Mavi Mərmərə” gəmisinin kapitanı kobud söyüşlərlə cavab verdi. Hadisələrin sonrakı inkişafını isə tərəflərin hər biri öz bildiyi kimi danışır. “Hüquq müdafiəçiləri” bildirirlər ki, İsrailin dəniz piyadaları gəmiyə qalxan kimi atəş açmağa başladılar. İsraillilər isə deyirlər ki, “hüquq müdafiəçiləri” birinci olaraq onlara hücum etmiş və bu zaman yumruqla, daşla (görəsən gəmidə daş nə gəzir?), armatur parçaları ilə, bəziləri bıçaqla və hətta əsgərlərin əlindən aldıqları avtomat silahlarla (görəsən bu nə qəribə xüsusi təyinatlı əsgərlərdir belə?) təzyiq göstərmişlər. Əsgərlərin də həyatı təhlükə altında olduğu üçün onlar atəş açmağa məcbur qalmışlar. Altı nəfər də əsgər müxtəlif dərəcəli yaralar almışlar”. Yazıqlar! Bir məqamı da xatırlatmaq yerinə düşər ki, müəllif öz məqaləsində gətirdiyi bütün “faktları” İsrail rejiminin mətbuatına istinadən verməyə üstünlük verib. Müəllif məqalənin sonunda ritorik hesab etdiyi bir sual da verir: “Görəsən hüquq müdafiəçiləri gözlədikləri effekti ala bildilərmi?”. Belə! Nə az, nə çox! Necə deyərlər, şərhə ehtiyac yoxdur!

İRAN MEDİANIN HƏDƏFİNDƏ

 İranın son hərbi sınaqlarından sonra İsrail öz sərt reaksiyasını açıqlamağa macal tapdı. Öz varlığını Fələstin torpaqlarının işğalı üzərində qurmuş və 60 ildir təcavüzkarlıq siyasətini həyata keçirən İsrailin xarici işlər nazirinin müavini maraqlı bəyanatla çıxış etdi: “Son raket sınaqları da daxil olmaqla, İranın hərbi təlimləri dünya ictimaiyyətinə meydan oxumaqdır. Bütün bunlar uranın zənginləşdirilməsi üzrə yeni müəssisənin fəaliyyətə başlaması xəbərlərindən bir neçə gün sonra baş verdi. Şübhəsiz, hazırda Tehran dünya təhlükəsizliyinə ən ciddi təhdiddir və hərəkətləri ilə digər dövlətləri anti-İran cəbhəsi yaratmağa vadar edir”. Maraqlı fikirdir, deyilmi? Sən demə “dünya təhlükəsizliyinə ən ciddi təhdid” onilliklərdən bəri milyonlarla insanı öz ev-eşiyindən, yurdundan-yuvasından didərgin salan, on minlərlə günahsız insanı, o cümlədən uşaqları, qadınları, qocaları, xəstələri öz vətənlərində amansızcasına qətlə yetirən, təcavüzkarlığı öz dövlət siyasətinin atributuna çevirən və qeyri-qanuni olaraq nüvə silahına malik olan İsrail deyil, heç bir dövlətin ərazisinə göz dikməyən, kütləvi qırğın silahlarını əqidəsinə zidd elan edən və təcavüzkarlığı “insanlığın faciəsi” adlandıran İrandır. Rəsmi Tehran yorulmadan, ardıcıl qaydada bəyan edir ki, nüvə texnologiyası sahəsində apardığı bütün fəaliyyətlər yalnız dinc xarakter daşıyır və bu ölkənin nüvə silahı istehsal etmək niyyəti yoxdur. İranın dini lideri isə bəyan edib ki, kütləvi qırğın silahları İranın etiqad bəslədiyi İslam prinsiplərinə ziddir və bu növ silahların istehsalı haramdır. O həmçinin bildirib ki, ölkəsi heç zaman kütləvi qırğın silahı istehsal etməyəcək və əksinə, dünyada bu növ silahlardan imtina edilməsinə çalışacaq. Bütün bunlara rəğmən, Qərbin kütləvi informasiya vasitələri dünyanı təcavüzkarlıq cənginə almış dövlətlərə qarşı deyil, İrana qarşı təbliğat aparır, bu dövləti “təhlükə mənbəyi” kimi qələmə verməyə çalışır. Onların Azərbaycandakı nökərləri də bu sahədə xeyli iş görür, xalqın başını piyləyirlər. Nə üçün? İran hansı ölkənin ərazisinə hücum edib, işğala məruz qoyub? Birinci və İkinci Dünya Müharibələrini bəşəriyyət tarixinə “töhfə” edib, on milyonlarla günahsız insanı məhv edən İrandırmı? Xirosima və Naqasakiyə atom bombası atıb, dinc insanları kütləvi soyqırıma məruz qoyan İrandırmı? Latın Amerikası ölkələrinin suveren hüquqlarını pozub, bu müstəqil dövlətləri istədiyi zaman hərbi təcavüzə məruz qoyan İrandırmı? Fələstin torpaqlarını zəbt edib, öz vətənində yaşayan on minlərlə günahsız insanı qətlə yetirən, 7 milyon fələstinlini qaçqınlıq taleyi ilə üz-üzə buraxan İrandırmı? İraq və Əfqanıstanı işğal edib, yeraltı və yerüstü sərvətlərini talan edən İrandırmı? Bu ölkələrdə yüz minlərlə günahsız insanın qətlini törədən İrandırmı? Azərbaycan xalqının təbii sərvətlərini əlindən alıb, bu xalqı ac saxlayan İrandırmı? Həftə səkkiz mən doqquz kütləvi qırğın silahları da daxil, ən müasir silahları özgə dövlətlərin ərazisində, beynəlxalq sularda, yerdə-göydə sınaqdan keçirən, bəşəriyyəti “gözümçıxdıya” salıb istisnasız bütün dünya ölkələrinin daxili işlərinə müdaxilə edən, çevrilişlər törədən, dövlətlərlə əmr, diktə dilində danışan İrandırmı?.. Bəs nə üçün, hansı səbəbdən, hansı məntiqdən “dünya təhlükəsizliyinə ən ciddi təhdid” qismində bütün bu cinayətləri törədənlər deyil, İranın adı hallanır? Bəlkə elə onlarla BMT qətnaməsini tapdaq altına atıb, işğalçılıq siyasətindən əl çəkməyən, qeyri-qanuni yolla kütləvi qırğın silahı əldə edən və Yaxın Şərqı 60 ildir qan içində batıran İsrail öz hərəkətləri ilə anti-İsrail cəbhəsi yaratmağa vadar edir? Axı həqiqətən də regionu baş alıb gedən bu qətliamlar, cinayətlər fonunda kimdir təhlükə mənbəyi: İran, yoxsa İsrail?
 İsrail kəşfiyyatının əlində olan ATV kanalı 10 xəbər verdi, onun 9-u İrana aid idi: İranlılar Səudiyyə səfirliyini terror etdilər, İran Suriyada məzhəb müharibəsi aparır, İran beynəlxalq səviyyədə peşman olduğunu bildirdi, İran Ermənistana qaz verdi və s. Bir xəbər isə Rusiyaya aid idi: Rusiya Ukraynaya terrorçular göndərir. Sinedrion yatmır. Sinedrion işləyir. Xalqımıza qarşı beyin təcavüzü günü-gündən çoxşaxəli şəkildə aparılır.
 Elə ki İranda kimsə edam edilir, izrailtoslar bundan istifadə edib qonşu ölkələrin şüuruna uyğun antiİran təbliğatına başlayırlar. Məsələn, Hüseyn Xizri adlı bir şəxs asılmışdı, onun şəkli həmin vaxt liberal mətbuatdan, sosial şəbəkələrdə izrailtosların idarə etdiyi səhifə və qruplardan düşmürdü. Onu xalqa müxtəlif formada təqdim edirdilər və İrana nifrət aşılmağa çalışırdılar. Xizrinin əsl edam səbəbini gizlədir və aşağıdakı variantlarla qonşu xalqları İrandan iyrəndirirdilər:
1.Bu azəri türküdür, İranda türk dilində məktəb tələb etdiyi üçün farslar onu asır. Beləcə Azərbaycanda bu üslubda antifars siyasəti aparırdılar. 
2.Bu asılan şəxs məzlum farsın biridir, haqq tələb etdiyi üçün, Xameneyini istəmədiyi üçün hakimiyyət onu asır. Beləcə xaricdə İranı qanunların işləmədiyi, sivilizasiyadan uzaq bir məmləkət kimi tanıdırdılar.
3.Bu asılan şəxs məzlum sünnidir, İran mollaları sünniliyə nifrət etdiyi üçün onu qətlə yetirirlər, çünki sünnilər İranı fəth edən Ömər ibn Xəttabı sevir. Beləcə Türkiyə və Azərbaycan sünnilərində İranla bərabər şiəliyə də nifrət yaratmağa çalışırdılar.
 Sonradan məlum oldu ki, bu asılan Hüseyn Xizri əslində kürd terrorçusu imiş. Amma Xizrinin şəkli uzun illər oborotda oldu, nəticədə sionist kaqal antiİran təbliğatı ilə beyinləri kifayət qədər yuya bildi. İnsanlarımız dostu ilə düşmənini ayırmalı, ayıq başla düşünməlidirlər.
 Türkiyədə İranı qaralamaq üçün yayılan xəbərlərin bir hissəsi İranda sünnilərin sıxışdılması ilə bağlıdır. “Tehranda tək sünni məscidini də sökdülər”- bu tip xəbəri Türkiyə mətbuatı izrailtosların əli ilə ara-sıra iri ştrixlərlə dərc edir. Həqiqət isə ondan ibarətdir ki, İranda 60 min şiələrə, 10 min sünnilərə aid məscid var. Sünnilər də şiələr kimi eyni hüquqa malikdirlər. Parlamentdə onlarla sünni millət vəkili vardır.
 Tanınmış ingilis jurnalisti Patrik Kokbern bir məqalə yazıb. Yazır ki, Mosul və Hələbdə baş verənləri Qərb və dünya mətbuatının belə işıqlandırması mənə “Ərəb baharı” başlayanda İranda da etirazlar başlayıb tipli xəbərləri xatırlatdı. O vaxt mətbuatda İranda da etirazların başladığı və milyonlarla insanın küçəyə axışdığı deyilirdi. Mən də yaxından baş verənləri izləmək üçün İrana səfər etdim. Amma Tehranda heç bir yerdə mitinq filan görmədim. Fikirləşdim ki, yəqin mitinqlər səngiyib. Amma internetə daxil olduqda gördüm ki, yox, mitinqlər davam edir və hətta başqa şəhərlərə də sıçrayıb. Amma mən nə qədər maraqlandım, heç bir şey görmədim. Tanış jurnalistlərlə görüşdüm, bu haqda soruşdum. Gülərək mənə cavab verdilər ki, bunlar hamısı dünya mətbuatının uydurmalarıdır. Daha sonra onlar mənə etiraz aksiyalarını əks etdirən videolarda bəzi qanunauyğunsuzluqları göstərdilər. Məsələn, fevral mitinqində ağacların yamyaşıl yarpaqlarla dolu olması və s.
 Bir dəfə saytlar İranda partlayış olması haqqında xəbər yaydılar. Xəbərdə deyilirdi ki, “Tehran və İsfahanda 5 partlayış baş verib, partlayış nəticəsində 295 adam ölüb”. Lakin qonşu və qardaş dövlətdə, İranda yaşayan soydaşlarımız və dostlarımız bu xəbərin yalan olduğunu bildirdilər. Araşdırma zamanı bəlli oldu ki, bu yalanı İsrailin qeyri-ciddi saytı sayılan “Debka” yayıb. Daha sonra Türkiyənin “adamsevər”, “sülhsevər”, “imanlı” saytları bu xəbəri şişirdib efirə buraxıblar. Azərbaycanda isə həmin xəbəri vahhabilərlə əlaqədə şübhəli bilinən, antirus və antifars ritorikası ilə ara-sıra gündəmi qatan sayt dərc etmişdi. Bütün hallarda partlayış, terror zamanı günahsız dinc insanlar ölür və yaralanır. Günahsız insanın qanının axıdılmasından həzz alanlara və bunu arzu edənlərə isə insan deməyə adamın dili gəlmir.

PKK SÜLH GÖYƏRÇİNİ KİMİ

 İŞİD İraqda türkmən-şiə qadınlarını bazara çıxarıb ərəb şeyxlərinə satırdı, amma yəhudi mediası bu xəbəri belə çatdırırdılar ki, guya İŞİD o bazarlarda xristian və kürd qadınlarını satır! Xəbəri bu formada ona görə verirdilər ki, türk və müsəlman dünyasında İŞİD hörmətdən düşməsin, ona haqq və dəstək qazandıranlar olsun! Belə hallar yetərincədir və bizim saytlar da bu tip xəbərləri qapıb olduğu kimi dərc edirlər. Mosul və Tikritdə vahhabilər 2700 şiə gəncini evdən çıxarıb, bir günün içində dərəyə doldurub güllələdi, amma yəhudilərin əlində və diqtəsində olan saytlar o xəbərləri elə verdilər ki, guya İŞİD 2700 İraq polisini güllələyib! Bir maraqlanan da olmalıdı ki, xırda bir şəhərcikdə 2700 polis nə gəzir? Bizim saytlar da həmin xəbəri məhz izrailtoslar verdikləri kimi yaydılar. Ayıq olaq, öz əlimizlə yəhudi fitnəsini tirajlamayaq!
 Məlumdur ki, Suriya-İraq müharibəsində yerüstü əməliyyatlarda vahhabi terrorçularına qarşı döyüşənlər əsasən şiələr olmuşdur, amma Qərb mətbuatı göstərirdi ki, vahhabilərə qarşı vuruşanlar kürd peşmərgələridir. Yəhudilər öz qan qardaşları kürdləri hörmətə mindirirdilər. Qərb günahsız insanların daim qanını axıdan, Yaxın Şərqin qarışmasının əsas baiskarlarından olan, region ölkələrinin demək olar ki hamısına ərazi iddiaları qaldıran PKK terror təşkilatını az qala sülh göyərçini kimi təqdim edir. 1997-ci ildən üzü bəri ABŞ heç vaxt PKK-nı terror siyahısına salmadı. Guya PKK bütün dünyanı İŞİD terror qruplaşmasından xilas etmək üçün döyüşür. Artıq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də İŞİD-in yaradılmasında iştirakını etiraf edirsə, o zaman bu imperialist rejim PKK-nı nəyə görə İŞİD-lə mübarizə aparan qəhrəman kimi dünyaya sırıyır? Qərb mətbuatı PKK-nı “özünümüdafiə dəstəsi” adlandırır, amma o necə özünümüdafiə dəstəsidir ki, İranın, İraqın, Suriyanın və Azərbaycanın böyük bir hissəsinə iddia edir? İraqın türkmən şiələrini İŞİD-dən də çox kürd peşmərgəsi qırmışdır. Amma mətbuat bu barədə nədənsə susur. İraqda türkmən şiələr yaşadıqları ərazidən qovuldular, həmin torpaqlara kürd köçkünləri yerləşdirildilər. Kürd silahlı dəstələri ABŞ-ın köməyi ilə Kərkükün neft yataqlarını şiə türkmənlərin əlindən aldılar. İŞİD terrorçuları Palmira şəhərinin tarixi abidələrini dağıtdılarsa, kürd peşmərgələri Assuriya abidələrini viran qoydular, amma bu barədə bircə kəlmə də deyilmədi. Ruslar Suriyada müharibəni dayandırandan sonra qaçqın düşmüş yerli ərəb əhaliyə kürd qüvvələri yurdlarına, evlərinə qayıtmağa imkan vermədi. Türkiyə ilə sərhəd zonada yaşayan qeyri-kürd millətlər- türkmən, assur və ərəblər gizli genosidə uğradıldılar.

“ƏHLİ-SÜNNƏ BİZİM CANIMIZDIR”

 Səudiyyənin “Əl-Ərəbiyyə” televiziya şəbəkəsi Fəllucədəki hadisələrlə bağlı təxribat xarakterli məlumatlar yaydı. Guya iranlı general Qasim Süleymani və Həşdi-Şabi könüllü dəstələri Fəllucədə sünni əhaliyə atəş açıb. Həqiqət isə ondan ibarətdir ki, Həşdi-Şabi könüllü dəstələri başda İraq ordusu olmaqla Fəllucədə İŞİD-in girovu olan əhalini azad etmişdir. Həşdi-Şabi dəstələrində nəinki sünnilər, hətta xristianlar da var. Həşdi-Şabi qruplaşması müxtəlif dünya medialarının bu qrupun şiələrə məxsus olduğunu yaymasına münasibət bildirərkən demişdir: “Bizim üzvlərimiz təkcə şiələrdən ibarət deyil, 25 min sünni könüllümüz də var”. Qasim Süleymaninin sünni əhalisi ilə dostluğu, gözəl münasibətləri İraqda və Suriyada hamıya məlumdur. Fəllucənin geri alınması İsrail və Səudiyyə maraqlarına sarsıdıcı zərbə olduğundan düşmən şayiə yaymaqla qəzəbini soyutmağa çalışdı.
 Şiələrin mərd sərkərdəsi Qasim Süleymani bildirmişdir: “Biz heç bir ölkədə sünnilərə şiəliyi qəbul etdirməyə çalışmadıq, əksinə sünniləri qorumaq üçün canımızı qalxan etdik”. İŞİD bölgələri işğal edəndə kürd silahlı dəstələri yalnız Kürdistana aid əraziləri qorumaqda vəzifəli olduqlarını, İraqın digər ərazilərində İŞİD-lə vuruşmayacaqlarını açıqladılar. Lakin “Əhli-sünnə bizim canımızdır” deyən şiə müctəhidi Ayətullah Sistaninin fətvası ilə şiələr sünniləri, o cümlədən xristianları da İŞİD təcavüzündən qorudular. İraq Parlamenti sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasirinin bildirdiyi kimi: “İraqda imperializmin nökərliyini edən bəzi fikirlərin bütün səylərinə və xalqı etnik bir döyüşə sürükləmələrinə baxmayaraq, sünni və şiə alimləri terror qruplaşmasının bütün İraq xalqını hədəf aldığını vurğuladılar. İŞİD kimi terror təşkilatları üçün imperializmə qarşı olan hər kəs, istər şiə olsun, istərsə də sünni, düşməndir və ortadan qaldırılmalıdır”.
 Adətən Türkiyənin dini səpkidə yayımladığı xəbərlərdə məzhəbçilik əlamətləri və ya şiəliyin hədəfə alınması cəhdləri müşahidə olunur. Dəqiq araşdırıb tanımadığın bir topluma nifrət aşılamaqdan xilas olmaq üçün medianın çiyinlərinə mühüm vəzifələr düşür. ABŞ-İsrail müqəddəs cütlüyünün Yaxın Şərqə tətbiq etdiyi “Yumşaq güc” strategiyasının davamı kimi bir sıra Türkiyə KİV-ləri şiəliyə nifrət aşılamağa can atır. Hər dəfə Yaxın Şərqdə dəstək verdikləri “ılımlı müxaliflər” və ya “öfkeli gənclər”in məğlubiyyətini gördükdən sonra türk mediası arxivdən yalanlarla bəzədilmiş hekayələri üzə çıxarmağa və “şiələr sünnilərə zülm edir” nağıllarını tirajlamağa başlayır. NATO maraqlarını güdən medianın bu yalanları Tikrit, Palmira, Hələb, Mosul və digər ərazilərin azad olunması zamanı da özünü göstərdi. İraqda əsasən şiə könüllülərindən ibarət olan Həşdi-Şabi ordusunun ilk böyük uğuru Tikritin azad olunması zamanı həyata keçdi. Tikrit İŞİD-dən azad edildikdən az müddət sonra İstanbulda yerləşən İran konsulluğu qarşısında etiraz aksiyası keçirildi və bu aksiya həmin gün ölkənin əsas manşet xəbəri oldu. Səddam Hüseynin nəvəsi Məsud Uday rəhbərlik etdiyi bu aksiyanın sonda “Vəhdət” qəzetinə xüsusi açıqlama verdi. Məsud Uday açılamasında dedi: “İran, ABŞ və bəzi yerli işbirlikçi şiə qüvvələr birləşərək İraqın Tikrit şəhərində sünni əhalini qətl edir. Buna susmaq olmaz...” İraqda baş verən olayları və gündəmi izləyənlər Səddam Hüseynin nəvəsinin bu sözlərinin nə dərəcədə yalan olduğunu gözəl bilirlər. Türkiyənin vəhdətdən xəbəri olmayan “Vəhdət” qəzeti isə belə yanlış informasiyanı bəh-bəhlə dərc etdi, tirajladı. Əvvəla qeyd edək ki, Tikrit əməliyyatında Qasim Süleymaninin başçılıq etdiyi iranlı hərbçilər, İraq ordusu və şiə könüllüləri ilə birgə sünni tayfalardan 7 min nəfərlik heyət də iştirak edirdi. 30 minlik ordunun 7 mini sünni idi! Adama deyərlər bu 7 min nəfər bəyəm öz qohumlarını və ya əqidədaşlarını öldürürdü? Əlbəttə, məntiq bunu qəbul etmir. Bu bir yana. Deyək ki, orduda yer alan 7 min sünni yox, digər könüllülər qarşılarına çıxan sünniləri qətl edirdi. Və eyni zamanda bu 7 min sünni görüb göz yumurdu. Sizcə bunu eşidən normal düşüncəli insan belə bir nağıla inanarmı? İnanmaq bir yana, hətta belə bir şeyin baş verməsi gülüncdür. Hələb hadisələrində də bu tip yalanlarla bəzədilmiş məzhəb ayrımçılığına, eləcə də Mosul əməliyyatlarının başlanğıcı zamanı Həşdi-Şabiyə ünvanlanmış qarayaxmalara da rast gəldik.
 2016-cı il dekabr ayının 21-ində Türkiyənin əsas dövlət kanalı olan TRT1-də gedən verilişdə bütün dünyanın gözü önündə məzhəb savaşı çıxarma cəhdləri müşahidə olundu. Verilişdə qonaq olan dırnaq arası iki professor guya şiəliyi təhlil edirdilər. “Yaxın Şərqin din anlayışında Suriya, İsrail və İranın yeri”, “İslam dünyası niyə parçalara ayrıldı?”, “Şiələr nəyə inanır?” kimi başlıqlarla şiəliyi İslamdan xaric bir quruluş kimi göstərərək, bir növ şiə-sünni qarşıdurmasına və məzhəb davasına cəhd edildi. Türkiyənin Radio Televiziya Yayım Şurasının qanunlarına zidd addım atılsa da, qurum nədənsə heç bir reaksiya vermədi.

“HƏLƏBDƏ QƏTLİAM VAR” YALANI

 Suriya müharibəsinin ən kritik dövründə, ordunun Hələbdəki irəliləyişlərilə paralel olaraq media dünyasında məqsədli şəkildə hökumət qüvvələrinə və müttəfiqlərinə qarşı qara təbliğat həyata keçirildi. Hələbin xilas edilməsi ilə yanaşı Qərb və türk mediası Suriya müharibəsi tarixində misli görülməmiş bir yalan kampanyasına başladı. “Hələbdə qətliam var” adı altında həqiqətlərin əks olunmadığı, quraşdırılmış faciə, ağrı və şiddət ilə dolu kadrlarla Suriya hökumətinə və müttəfiqlərinə qara yaxmağa çalışdılar. Daha əvvəl müxtəlif zaman və yerlərdə baş verən hadisələri, o cümlədən Myanmada, Fələstində, İraqda, hətta illər öncə Hollivudda çəkilmiş kadrları “Hələb qətliamı” adı altında paylaşdılar. Qərbin “demokratiya oyunu” oynayan Soros fondunun dəstəyi ilə fəaliyyət göstərən “The Vhite Helmets” kimi təşkilatlar günlük kirayələnmiş insancığazlarla yüzlərlə saxta qətliam səhnələri hazırlamışdı. Səhnələşdirilmiş saxta görüntülər bütün dünyanın duyğularını dilə gətirməyə və insanlarda Suriya hökumətinə qarşı nifrət hissi oyatmağa hesalanmışdı. Bütün bu qara təbliğat işləri media sayəsində bir sosial aksiyaya çevrildi. Adı çəkilən şəkillərlə birgə yayılan mesajlardan birini olduğu kimi oxuculara təqdim edirik: “Hələb üçün dua zəncirini başladırıq. Hər kəs bu mesajı bir-birinə göndərsin və qardaşlarımız üçün bu axşam hamımız dua edək. Çox çətin vəziyyətdədirlər. Hələbdə 300 min əhali 30 km ərazidə sıxışdırılıb. 93 gündür şəhərə yardım edilə bilmir. Hələbdə 300 min əhaliyə 6 həkim, 0 xəstəxana, 0 sağlıq mərkəzi və 3 çörəkbişirmə yeri qalıb! Hələb ölür!” Diqqət etsək elə ilk cümlədə “dua zənciri başladırıq” deməklə artıq propaqandanın elanını vermiş olurlar. İkinci cümlədə hamıdan bunun yayılmasını xahiş edib, əslində ordunun məhv etdiyi terrorçular üçün dua istəyirlər. “30 km ərazidə 300 min əhali və 93 günlük səfalət” yalanına da qısaca aydınlıq gətirək. Bu tipli mesajlardan cəmi bir-iki həftə sonra Hələbin tam azadlığı rəsmi təsdiqini tapdı. Artıq 30 km filan da deyə bir şey qalmamışdı. Şəhərdə qalan insanların təxliyyəsi üçün əvvəldən açılmış humanitar dəhliz yolu ilə onlarla yaşıl avtobus əraziyə cəlb olundu. Güclü orduyla üz-üzə gələn terrorçular silahlarını qoyub təslim oldular. Şəhər tamamilə boşaldıldı. Çünki illərdi müharibə gedən bu ərazi artıq yararsız vəziyyətdə idi. Hələbdən təxliyyə olunan mülki şəxslər və silahlı müxaliflərlə birgə ümumi rəqəmlər 15-20 mindir. Bu günə kimi ən çox deyən Türkiyənin baş naziri Binəli Yıldırım olub ki, o da 40 min deyib. İndi qayıdaq mesaja. Əgər 40 min adam təxliyyə olunub və şəhər boşaldılıbsa, 260 min insan hara getdi bəs? Duada yazılıb ki, 300 min insana 3 çörəkbişirmə mərkəzi və 93 günlük mühasirə... Bunu normal ağıl və məntiq də qəbul etmir. O çörəkbişirmə mərkəzi 93 gün mühasirədə qala-qala 300 min insanın gündəlik yeməyini necə çatdıra bilər? Təbii ki bunlar sadəcə qeyri-rasional təxəyyülün məhsuludur. Bütün bu məsələlərin tam əksinə olaraq Hələbin azadlığı rəsmi elan olunduqdan sonra dəfələrlə xilas olunan sakinlərin ordu ilə necə isti münsibətdə olması və onlara təşəkkür etməsini gördük. Hələb sakinlərinin özləri TV-lərə müsahibə verdi və terrorçuların zülmündən danışdılar. Onları zorla şəhərdən kənara buraxmaqlarından danışdılar. Sakinlər onlardan necə canlı qalxan kimi istifadə olunduğunu dilə gətirdilər. Bu barədə kifayət qədər xəbər verildi və bütün dünya həmin görüntülərin şahidi oldu. Jurnalistin Hələbə dönən bir ailənin evini tapıb sevindiyini seyr edərək verdiyi “Necə yaşayacaqsınız buz kimi evdə? Axı evi qızdırmaq üçün heç nə yoxdur!” sualına hələbli ailə “Evim var, bu mənə bəs edər!” cavabını verdi. Zəhmətkeş Hələb camaatı şəhərə yenidən isti nəfəs verməkdə israrlıydı. Hələbdə həyat öz axarına düşməyə başladı. Məsələnin ən maraqlı hissəsi odur ki, 5 ildən çoxdur Suriyada müharibə davam edir, lakin məhz Hələbin terrorçulardan azad olunması xəbərləri yayılan anda bu dezinformasiya maşını işə düşdü və yalançı dua zəncirləri əksəriyyət tərəfindən sürətli şəkildə yayılmağa başladı. Həm də mesajın heç bir detalı araşdırılmadan. Bunlar klassik media və sosial medianın birbaşa köməyi ilə oldu. Və təbii ki yenə də yalan şəbəkəsinin yayılma aktivliyində türk mediasının xüsusi rolu oldu.

BANA LAYİHƏSİ

 Suriya hadisələrini izləyənlərin yaxşı xatırlayır. Müharibənin ilk başladığı dövrlərdə Qərb mediasında “Dəməşqdə homoseksual qız” (A Gay Girl in Damascus) adlı təbliğat işləri başlamışdı. Amma sonradan bu dəməşqli lezbianın əslində ABŞ-da yaşayan kişi olduğu ortaya çıxmışdı. Hələbin mühasirəsi zamanı isə bu şəhərdən olduğu bildirilən Bana adlı qız Qərb və Ərəb media orqanlarının əlində təbliğat alətinə çevrildi. 7 yaşlı hələbli qızın mükəmməl ingilis dilində və guya dağıntılar altından yazdığı statuslar insanları “göz yaşları içində boğurdu”. Amma videoda danışarkən üzə çıxdı ki, qız heç ingiliscə bilmirmiş! Bananın guya statuslar yazmaqda yeganə məqsədi Hələbin Putin və Əsəd tərəfindən bombalanması barədə danışmaq və bu barədə nəsə edilməsini istəmək imiş (Bana bombardmanda dostlarını itirmişdir, ancaq nədənsə heç vaxt onların adlarını yazmırdı). Tvitlər demək olar ki, hər zaman bombalar, sülhün zəruriliyi, “bizim üçün dua edin” və “bizə kömək edin” mövzuları barədə idi. 7 yaşlı hələbli qızın yaşına uyğun olmayan intellektlə və mükəmməl ingilis dilində yazdığı statuslar izləyiciləri təsirləndirirdi: “Sevgili dünya, Rusiyanın və Əsədin Hələb qətliamına icazə verməkdənsə, 3-cü Dünya müharibəsini başlamaq daha yaxşıdır”; “Hələbdə müharibə bitsə, dünyada ən xoşbəxt adam olacağam”; “Burada insanlar həşəratlar kimi ölür. Nə baş verəcəyini bilmirəm. Bombalar yağış kimi yağır”; “Təyyarələrin səsini eşidəndə artıq çox qorxuram. Gecənin qaranlığında təhlükə dolu Hələbdə bu axşam etdiyim dua mənə və hər kəsə sakitləşdirici olacaq”; “Gecə və gündüz yaşadığım bu qorxunc yuxudan ayılmaq istəyirəm”. Uşağın “anası” isə yazırdı: “Minlərlə Əsəd qüvvəsi bizi qətliam etmək üçün Şərqi Hələbə hücum edir, sevgili dünya bizi xilas et. - Fatimə”. Onun paylaşımlarında Əsəd və Putinin müharibə cinayətlərinə görə mühakimə olunması üçün çağırışlar da vardı: “Rusya və Əsəd Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır. Əgər çıxarılmayacaqsa, bundan sonra heç kim orada mühakimə olunmamalıdır. - Fatimə”. Maraqlıdır ki, Bananın tvitterdə hesabı açılandan cəmi 3 həftə sonra onu 51 nəfər izləyirdi ki, bunların heç birinin 7 yaşlı bir qızın seçimi olmayacağı aydın idi: istisnasız olaraq hamısı siyasətçilər, media şirkətləri, ya da sosial media fəalları idi! Onların çoxu Suriyadakı müharibə ilə bağlı idilər və çoxunun terrorçu qruplar ilə geniş əlaqələri vardı: Iyad əl-Bağdadi, Luiza Loveluk, Culian Roepcke, Sofiya McNeill. Bananı eyni zamanda terrorçuların himayədarı olan Suriya İnqilabı və Müxalif Qüvvələr Milli Koalisiyası, həmçinin Suriyanın uçuşa qadağan bölgə elan edilməsi tələbini səsləndirən, İngiltərə kəşfiyyatının yaratdığı saxta yardım təşkilatı “Ağ Dəbilqəlilər” də izləyirdi. Bananı ilk izləyənlərindən biri də 2016-cı ilin yanvarında Madaya yalanının şişirdilməsində aktiv rol oynayan avstraliyalı jurnalist Sofiya McNeill idi. Məsələ bu şəkildə idi: “Hökumət tərəfindən mühasirəyə alınan Madayanın xalqı aclıqdan ölür və bunun səbəbi şəhərə yardımın aparılmasının qarşısını alan Suriya hökumətidir”. Əslində isə oktyabr ayında Madayaya üç aylıq yardım göndərilmişdi, amma əsas problem terrorçuların qidaları hədsiz dərəcədə baha qiymətlərə satması olmuşdu. Bana tərəfindən izlənilən bir çox tvitter səhifələri də eyni şəkildə Suriya müharibəsinə dair yanlış məlumat yayanlar idi.
 2016-cı ilin sentyabrında ilk tvitini yazan Bananın artıq 3 oktyabrda izləyicilərinin sayı 65000 nəfərə çatmışdı. Tərəfdarlarının böyük bir hissəsi layihəni idarə edən şəxslər tərəfindən açılan və istifadəsiz saxta hesablar idi. Amma nəhəng media şirkətləri- “Telegraph”, “Guardian” və dünyanın önəmli televiziya kanalları təsirli məqalələri ilə Bananı bağırlarına basırdılar. İngiltərənin cari işlər və siyasət iurnalı olan “Nyu Statesman” Bananın hesabı barədə araşdırma aparan və profilin saxta olduğunu göstərən şəxslərə qarşı hücuma keçdi. Banaya son dəstək isə ona ingilis dilində “Harry Potter” elektron kitab seti göndərən müəllif JK Rovlinqdən gəldi: “Banaya sevgilərlə! Səni düşünürəm, Hələbə diqqət et. (Dostum JK Rovlinq, necəsən? Kitab üçün təşəkkürlər, Hələbdən sevgilər - Bana)”.
 “Bana” layihəsinin “Dəməşqdəki homoseksual qız” və “Ağ Dəbilqəlilər” kimi qurama olduğu məsələsində heç bir şübhə yoxdur. Çünki yazdığı tvitlər dünyadan özünü Rusiya bombalarından qorumasını istəyən suriyalı kiçik qızın düşüncələri deyildi. Əksinə, Qərbin Suriyadakı işğalını haqlı çıxartmaq və hakimiyyət dəyişikliyini labüd hala gətirmək üçün Suriya və Rusiyanın əməliyyatlarına qarşı xalqın hissini formalaşdırmağa yönələn çoxşaxəli və yaxşı planlaşdırılmış əməliyyatın məhsuludur. “Bana layihəsi”ni dəstəkləyənlər elə Suriya Ərəb Ordusu, Hizbullah və Qüds briqadaları kimi müttəfiqlər tərəfindən Şərqi Hələbdən qovulmuş, Suriya xalqına qarşı genosid həyata keçirən, dinc sakinləri qıran terrorçuların himayədarlarıdır. Bana elə ilk günlərdən Əsəd və Putini soyqırım törətməkdə, qətliam etməkdə, kasset, fosfor və termit bombaları ilə əməliyyat aparmaqda günahlandırırdı. “Cəfakeş” qız Hələb alınan günə kimi dünyanı bombardmanı durdurmağa çağırdı: “Evimizin yaxınlığına 2 fosfor və 2 çəllək bombası düşüb, evimiz zərbədən titrədi, biz ağladıq”. Fosfor bombasının nəyə qadir olduğunu söyləməyə ehtiyac yoxdur. O ki qala onun evin yanına düşməsinə və ondan sonra yazılan mesaja. Bananın ailəsindən gələn son mesaj isə bu cürdür: “Son mesaj - Hazırda ağır bombardman altındayıq, çox güman ki sağ qala bilməyəcəyik. Biz öləndə, geridə qalan 200 000 nəfər üçün danışmağa davam edin. Əlvida. - Fatimə”. Lakin sonra Bana daha bir mesaj yazır: “Bu axşam evimiz yoxdur, bombalanıb və mən də dağıntı altında qalmışam. Ölülər gördüm və az qala mən də ölürdüm. - Bana”. Mesaj ilk saatlarda 7800 nəfər tərəfindən yenidən paylaşılmışdı. Maraqlıdır ki, heç kəs düşünmürdü: Bana dağılmış evin altından mesajı necə yazırdı? Hökumət qüvvələrinin hər gün bombaladığı Hələbdə Bana interneti haradan tapır? Amma “Bana layihəsi” susmur. 14 dekabr tarixində ailə yenidən mesaj yazır: “Əziz dünya, hazırda ağır bombardman altındayıq. Nəyə görə susursan? Nəyə görə? Nəyə görə? Nəyə görə? Qorxu məni və uşaqlarımı öldürəcək - Fatimə Hələb”.
 Suriya xalqının başına olmazın oyunlar açan, bölgəyə humanitar yardım çatmasına əngəl yaradan, 4 ildən artıqdır Hələbi əsarəti altında saxlayan terrorçular barədə isə Bana bircə kəlmə də yazmadı. “Bananın ailəsi” Rusiya aviasiyasının İdlibdə bir məktəbi bombardman etdiyinə dair şübhəli paylaşım etmişdi -sonradan bütün detalları ilə hadisənin səhnələşdirildiyi ortaya çıxdı- amma nədənsə Bana xanım Hələbdə terrorçuların açdığı artilleriya atəşlərinin yaratdığı vəhşiliyə heç bir maraq göstərmədi. “Bana layihəsi”nin məqsədi Rusiyanın və Suriyanın amansızcasına vətəndaşları bombalayaraq cinayət törətdiyinə dair görüntü yaratmaq idi. Həqiqətdə həm Rusiya, həm də Suriya Hələbi bombalamaq fikrindən vaz keçmişdilər və Suriyanın Hələbin alınması üçün böyük miqyaslı quru əməliyyatı apardığını nəzərə aldıqda, müttəfiqlərin eyni anda Hələbi bombalaması mümkün deyildi.
 Qeyd etmək yerinə düşərdi ki, İngiltərənin “Ekspress” qəzeti “rus təyyarələri Hələbdə dinc əhalini bombalayır” haqda olan təbliğat maşınının pərdəarxasını ifşa etmişdir. Qəzetin araşdırmasına görə, Hələbdə dinc əhalinin üzərinə bomba yağdıran təyyarələr əslində rus təyyarələri kimi rənglənmiş ABŞ qırıcı-bombardımançıları olmuşdur! ABŞ bu hiyləgər üsulla Rusiya və Suriyanı ittiham edərək Hələb şəhərinin terrorçuların əlindən çıxmamasına yardım etməyə çalışıb. Məlumdur ki, Rusiyanın Suriyada terrorizmə qarşı əməliyyatlarda istifadə etdiyi təyyarələr açıq mavi rəngdədir. İngiltərə qəzetinin əldə etdiyi xüsusi məlumat və fotolardan isə görünür ki, ABŞ hərbçiləri Suriyada Rusiya adına bombardman həyata keçirmək üçün “F-18” təyyarələrini rus qırıcıları rəngində boyamışlar. ABŞ-ın ifşa olunan bu oyunu bir daha onu sübut edib ki, bu ölkə Suriyaya terrorla mübarizə üçün yox, əslində terrorçuluğa dəstək vermək üçün gəlib. Bu da azmış kimi, terrorla həqiqi mübarizə aparan ölkələri saxta və yalan üsullarla sıradan çıxarmaq və qaralamaq istəyir.
 Məsum qız Bana haqqında mif dünyanın bir sıra ölkələrində sadəlövh insanların qəlbində dərin iz buraxdı. Həqiqət isə bundan ibarətdir ki, ABŞ planetin hansı guşəsində müharibə aparırsa, həmin yerdə hökmən belə  “Bana”lar meydana çıxır. Konspirologiyada “informasiya cəbhəsinin vəhşi ördəkləri” adını almış bu cür fiqurlardan təbliğat işində geniş istifadə olunur. Qərb poilttexnoloqları bu cür “zavallı” qızcığazları planetin bir qaynar nöqtəsindən digərinə (əslində bir divandan digər divana) sürükləyirlər. Kəşfiyyat sənədlərində belə layihələrə OSİNT (Open source intelligence) - açıq mənbə kəşfiyyatı deyilir. Açıq mənbə kəşfiyyatının vəzifəsi “gələcəkdə Haaqa tribunalında hədəf seçilmiş ölkə rəhbərliyinin məhkəməsi keçirilən zaman lazım olan sübutları ortaya qoymaqdır”. Media resurslarda qaynar nöqtələrlə, müharibə baş vermiş regionlarla bağlı xəbərləri araşdırsanız, onlarla belə “Bana”lara rast gələrsiniz. Qərb kəşfiyyatı informasiya müharibəsi apardığı İran, Şimali Koreya, Venesuela, Kuba kimi ölkələrə qarşı bu üsuldan geniş istifadə edir. Belə qrupları Qərb kəşfiyyat orqanları maliyyələşdirir: maliyyə informasiyanın sifarişçiyə lazım olan istiqamətdə deformasiya edilməsinə görə verilir. Mənbəni səhih məlumatların toplanması və ötürülməsi yox, sifarişçiyə (Qərb kəşfiyyatına) lazım olan dezinformasiyanın hazırlanması maraqlandırır. Layihənin əsas missiyası- informasiyanın fabrikasiyası yolu ilə hədəf seçilmiş ölkənin aqressor obrazını yaratmaq və dünya ictimaiyyətində həmin ölkəyə nifrət aşılamaqdır. Bana- informasiya cəbhəsinin yüngül kavaleriyasıdır. NATO internet-holdinqlərinin saytları, redaksiyaları, “analitik” mərkəzləri, insan hüquqlarının müdafiəsi təşkilatları ona kömək edən ağır kavaleriya rolunu oynayırlar və informasiya müharibəsinin zəfər qazanmasına münbit şərait yaradırlar.
 Misir polisi “yaralı Hələb uşaqlarını” səhnələşdirən fotoqrafı həbs etmişdir. O, hazırladığı şəkilləri sosial şəbəkələrdə Suriyanın Hələb şəhərində qırğın və yaralı insanların görüntüsü kimi paylaşmağı planlaşdırmışdı. “Misirin Port Səid əyalətində saxlanılan çəkiliş komandasına fotoqrafın köməkçisi və uşaqların valideynləri daxildir”,- Misir Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir. Məlumata görə, polis yerli rəsmilərin qərarı ilə qanunsuz olduğu üçün dağıdılan binaların yanında olan çəkiliş prosesinə təsadüfən rast gəlmiş və iştirakçıları həbs etmişdir. Boya ilə qırmızı rəngə boyanmış ağ paltarlı qızın əlində eyni formada “qanlı” oyuncaq varmış. Həbs olunan fotoqraf şəkillərin Hələbdə çəkildiyi adı ilə sosial şəbəkələrdə paylaşacağını təsdiq etmişdir. Belə məlumatlar “yaralı uşaqlar”la bağlı şəkilləri iki dəfə yoxlamalı olduğunuzu göstərir. Bu həbs ekranlarınızda növbəti yalan hekayənin ortaya çıxmasının qarşısını almışdır.

HƏZİN MELODİYALI DRAMATİK HEKAYƏLƏR

 Məlumatsız insanların hissləri ilə oynayıb onları aldatmaq üçün yalandan video və şəkillər paylaşıb, qətliam var adı ilə nifrət aşılamaqla məşğul olurlar. Buna dəstək kimi Bi-Bi-Si, Si-En-En kimi tv-lər, tvitter və facebook kimi sosial şəbəkələr üzərindən saxta propaqanda yayırlar. Baxırsan sübut kimi paylaşımlarına, klipdən görüntü çəkib, Pakistanın köhnə baş naziri Benazir Bhuttoya olunan terrordan, İŞİD-in etdiyi qətliamlardan, Azad Suriya Ordusu terrorçusu olmuş qaçqının boşanmış arvadından uşağını qaçırdıb döyməsindən, Ərəbistan təyyarələrinin Yəməndəki bombardmandan şəkillərini qoyub, bunların Hələbdə baş verdiyini deyirlər. İnformasiya müharibəsi daha kompleksli şəkildə aparılır. Çox maraqlıdır ki, 5 il ərzində Suriyada 200 mindən çox insanın ölümünə səbəb olan İŞİD və digər terror təşkilatlarının əməllərinə susqun qalan medialar Hələbin azad edilməsi xəbərinə canfəşanlıqla reaksiya verirdilər. Belə ikili standartlar sosial şəbəkələrdə mütərəqqi insanlarımızın haqlı etirazlarına səbəb olur. Reza Zamani: “Niyə Türkiyə mediası Səudiyyənin Yəməni bombalaması nəticəsində 700 nəfərdən çox sivilin qətliamı haqda bircə kəlmə də olsa söz açmadı?!”. Qoşqar Əhmədov: “Türkiyənin “Fərat qalxanı” adı altında Suriya torpaqlarında apardığı əməliyyatlarda ölən 600-ə yaxın sivil barədə Azərbaycan və Türkiyə mediası niyə susdu? Yoxsa iddia edirlər ki,Türkiyə silah-sursatları terorçu ilə sivil arasında fərq qoyma bacarığına malikdir?”. İlkin Nəcəfov: “İstanbulda, Ankarada, Kayseridə ardıcıl partlayış və günahsız insan ölümlərinin arxasında əsasən ABŞ-ın durmasını özləri də etiraf edirlər, amma nə “hikmət”dirsə, ABŞ səfirliyi qarşında ey xaçlı ABŞ Sultan Səlimi üstünə göndərərik deyə kütləvi nümayişlər, yaxud mediada həzin melodiyalı dramatik hekayələr paylaşılmır”. Müttəqi Bərməki: “Təbliğat farsdan əbədi barışmaz düşmən obrazı yaradır. Azərbaycanda farsa qarşı əsası olmayan kin yaradılıb. Halbuki osmanlıların bizim başımıza gətirdiyi oyunların mində birini bu farslar eləməyib, amma biz onlara “qardaş” deyirik. Niyə? Çünki Amerika-İsrail belə istəyir”. Tofik Səfərzadə: “Türkiyədə Gezi parkında iki ağacın kəsilməsinə görə bütün Türkiyə ayağa qalxıb üsyan etdi. Amma minlərlə müsəlman qardaş-bacıları İraqda vahhabi itləri tərəfindən qətlə yetirilir, işgəncələrə məruz qalır, sanki heç nə olmamış kimi laqeyd münasibəti başa düşə bilmirəm. Hanı Türkiyə din xadimləri, niyə susurlar? Nəyi gözləyirlər? Bəlkə İraq şiə dövləti olduğuna görə susurlar? Nə isə, hər kəs öz əməlinə görə cavab verəcək mütləq”.
 Məscidləri terror yuvasına, silah anbarına çevirənləri deyil, silah anbarını dağıdanları günahkar bilirlər, adı xəstəxana olan terror bazasındakı terrorçuları deyil, onları öldürənləri günahkar bilirlər və öldürülənlərin də xəstə olduğunu söyləyirlər, Yəməndə Səudiyyənin bombardmanından küçələrə səpələnən sivil insanları Hələb sakinləri kimi göstərirlər, İsrailin Qəzza bombardmanında tikə-parça olmuş uşaqları “Şərqi Hələbin məsum körpələri” kimi qələmə verirlər. Amma onların çirkin təbliğatlarına baxmayaraq Hələb əməliyyatı uğurla başa çatdı. Mühasirədə qalan terrorçuları mülki vətəndaş sifətində oradan çıxarmaq istəyən havadarları dərhal işə girişdilər. Məhz buna görə də əllərində olan media vasitəsilə Suriya və Rusiyanın qətliam törətdiyini tirajladılar, atəşkəsin tətbiq edilməsi üçün təzyiqlərə başladılar.
 Gecə-gündüz Hələb barədə yalan xəbərlər tirajlayan türk mediasını nədənsə Bəhreyn hadisələri, İsa Qasim, Şeyx Salman barədə yazan görmədik. Türkmən dağını ön manşetə çıxaran qəzetlər nədənsə Yəməndə olub-bitənlərdən yazmaq istəmədilər. Əslində səbəblər bəllidir. Çünki bu dövr medianın satın alındığı bir dövrdür. İmperializmə xidmət edən media dövrü yaşayırıq. Cəmiyyətlər media formalaşdırmır, amma media cəmiyyət formalaşdıra bilir. Media insanların baxışına təsir edə bilir. Türk mediası da, cəmiyyəti də düşdükləri bataqlıqdan bixəbərdirlər. Qurtulmaq üçün təcili vacib addımlar atmalıdırlar. “Öfkeli gencler” Ankarada Cumhurbaşkanlığı sarayının qapısını döyəndə artıq gec olacaq.
 Əl-Əzhər Universiteti Şeyxlərindən, eyni zamanda əl-Zeytuna Universiteti Siyasi Elmlər Fakultəsi müəllimi, Tunis əslli Şeyx Muhəmməd Əli Kəyvəh deyir: “Biz bu gün uzun bir döyüşlə qarşı-qarşıyayıq. Bu döyüşdə müxtəlif silahlar istifadə edilməkdədir. Silahların ən mühümü düşmənlərin İslam ümmətinə qarşı istifadə etdiyi saxta hücumlardır. Biz bu cür silahlarla müxtəlif zaman və məkanlarda qarşılaşdıq. Bunun son nümunəsi Husilərin Məkkəni mərmilərlə hədəf aldıqları iddiasıdır. Məqsəd Səudiyyə rejiminin Məkkəni bombalaması, günahı isə Husilərin üzərinə atmaqdır. Ancaq dünyada Məkkəni bombalayacaq və ya bunu düşünə biləcək heç bir mömin ola bilməz. Məkkənin bombalanması iddiası da düşmənin müsəlmanlara qarşı istifadə etdiyi saxta hücum iddialarından biridir. Bu saxta hücumların hədəfi, Yəmənlilərə və Husilərə qarşı ictimaiyyəti qışqırtmaq və yenə böyük ehtimalla Səud xanədanı liderliyindəki koalisiyaya dəstəyi artırmaqdır. Ancaq bizlər Beytul-Hərəmdə Səudiyyə əsgərlərinin açdıqları atəşi və törətdikləri qanlı cinayəti unutmuş deyilik”.
 Suriya hökumət orqanları bildirdi ki, İŞİD bir çox döyüşlərdə Suriya ordusuna qarşı zəhərli qazdan istifadə edib. Sual yaranır ki, qadağan olunmuş belə maddələri İŞİD-ə kim verir? Ölkənin müdafiəsindən dolayı ittiham edilən Suriya ordusu bu günə qədər hansı qadağan edilmiş silahdan istifadə edib? Bəs nə üçün BMT, insan haqlarından dəm vuran işbazlar bu cinayətə etiraz etmədilər? Cavab aydındır. Bütün cinayətlərin fövqündə günahsız insanların başını kəsmək dayanır. Buna xeyir-dua verən sionist nökərləri belə məsələlərə göz yummalıdır!

BİRLƏŞMİŞ VAHHABİ LİBERAL DEMOKRAT CƏBHƏSİ

 Suriyadakı müharibə təkcə quruda və havada getmədi, həm də insanların şüurunda getdi. Lev Şaranski deyir ki, 2016-ci il ərzində Ukrayna və Azərbaycan jurnalistləri Suriya səmasında Rusiyanın 26 ədəd Su-34, 14 ədəd Su-30, 37 ədəd Su-25, 19 ədəd Su-24 təyyarəsini və 7 ədəd Miq-29 vertolyotunu məhv ediblər. KİV-lər dezinformasiya yolu ilə milyonlarla insanın fikrində Rusiyanın sınmış obrazını yaratmağa çalışdılar. 2015-ci ilin payızında Rusiya ordusu Suriyada terrorçulara qarşı əməliyyatlara başlayan gündən terrorçuların Qərbli ağalarının diqtəsi ilə muzdlu jurnalistlər ordusu geniş masştablı informasiya müharibəsinə start verdilər. Publisist İlham Əlisoy acı ironiya ilə yazır: “Rus qırıcıları Suriya səmasında terrorçulara qarşı uğurlu əməliyyat aparmalarına baxmayaraq, facebook və tvitter “səmasında” çox ciddi itkiyə məruz qalıblar. Belə ki BVLDC adlı koalisiya artıq facebook və tvitterdə bir neçə rus təyyarəsini vurub yerə salmağa müvəffəq olmuşdur. Qeyd: (BVLDC) “Birləşmiş Vahhabi Liberal Demokrat Cəbhəsi” – Rusiyanın Suriyada antiterror əməliyyatlarına qoşulmasından dərhal sonra sosial şəbəkələrdə Rusiyaya qarşı yaradılmış bir koalisiyadır”. Başa düşüləndir, çünki həm İŞİD, həm də Azərbaycan liberal camiəsi USAİD-dən maliyyələşir. Rusiya və İrana qarşı təbliğat aparmaq üçün xüsusi qruplar, şəbəkələr və saytlar yaradıldı. Bu ölkələr barədə dezinformasiya sunamisi mətbuatı bürüdü. Dezinformasiyalar üzrə ixtisaslaşmış Bellinqket saytı Rusiya aviasiyasının Suriyada məscidləri partlatması, “Həkimlər İnsan Hüquqları Uğrunda” amerikan QHT-si isə Rusiya aviasiyasının Suriyada xəstəxanaları və hospitalları partlatması haqqında xəbərlər yaydı. Həmin qurama materiallar Qərb dövlətlərinin əlində Rusiyanı soyqırımda ittiham etmək üçün əsas oldu. ABŞ siyasətçiləri İran, Rusiya və Suriyanı Hələbdə uşaq ölümlərində günahlandıraraq bunu utancverici adlandırdı. Amma deyəsən Amerika siyasətçilərinin yadından çıxıb ki, İraqda Səddamı devirmək üçün etdikləri hərbi müdaxilə zamanı 500 000 iraqlı uşağın ölümü məhz onların boynundadır. Hətta bu barədə ABŞ-ın Dövlət katibi olmuş Madlen Olbrayta “Buna dəyərdimi?”- sualı veriləndə “Düşünürəm, dəyərdi” cavabı vermişdi. Sözlərimdən belə başa düşülməsin ki, uşaq ölümünə bəraət qazandırıram. Amma müharibənin yazılmamış qanunlarından biri də budur ki, dinc əhali də əziyyət çəkir. İŞİD-dən Kobani və Mənbic alınanda şəhərlər bundan da pis vəziyyətə düşmüşdü. Kobanidə yaşayan və İŞİD-in əlindən qaça bilməyən onlarla insan aviazərbələr nəticəsində həyatını itirmişdi. Suriya və İraq hadisələrini yaxından izləyən kimi bildirim ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rakka və Mosul şəhərlərinə endirdiyi zərbələr həmişə İŞİD mövqelərinə və üzvlərinə qarşı olmur. Elə internetdə axtarış versəniz, İŞİD üzvləri tərəfindən aviazərbələrdən sonra çəkilmiş şəkil və videolardan bunu görə bilərsiz. Həmçinin Türkiyənin Suriya ərazisində İŞİD-ə qarşı keçirdiyi Fərat qalxanı əməliyyatında da Əl-Bab şəhərinə endirilən zərbələr həmişə İŞİD mövqelərinə qarşı olmurdu. Mətubat ara-sıra aviazərbələr nəticəsində dinc əhalinin də öldüyü və yaralandığını yazırdı. Bəli, dinc əhalidən də ölənlər olur. Amma məsələ burasındadır ki, Rusiya aviasiyanın törətdiyi dağıntılardan danışarkən liberal mətbuat avternativ informasiya yox, ağ yalan ortaya qoyur. Bilmək lazımdr ki, Rusiya İsrailin Fələstində və yaxud ABŞ-ın İraqda etdiyi kimi haranı gəldi bombalamır ki, atdığı raketlər nəticəsində məscidlərə, xəstəxanalara, məktəblərə xətər dəysin. Rusiya dünyada yeganə ölkədir ki, onun Hərbi Hava Hüvvələri yox, Hərbi Kosmik Qüvvələri vardır. Rusiya təyyarələri kosmosdan koordinat olunan hədəflərə dəqiq zərbələr endirir və bu zərbələrin effektivliyi yoxlanılır.

TÜRKİYƏ TÜRKMƏNLƏRİ QORUDU, YOXSA QIRDI?

 Suriya ordusu İŞİD tərəfindən zəbt edilmiş əraziləri geri qaytarmaq üçün bir neçə istiqamətdə sürətlə hərəkətə keçdi, uğurlu anti-terror əməliyyatları apardı. Rusiya aviasiyasının və iranlı məsləhətçilərin yardımı da Suriya ordusu mövqelərini möhkəmləndirə bildi. Rusiya təyyarələri İŞİD-in mövqelərinə əsaslı zərbələr endirdi, nəticədə Suriya ordusu və Hizbullah döyüşçüləri terrorçuları geri oturtdular. Tutduqları əraziləri boşaldaraq geri çəkilən terrorçular Türkmən bölgəsinə gəlib çatanda medianın vay-şüvəni başladı, nə başladı! Suriya ordusunun ölkə daxilində türkmənlərin ənənəvi məskunlaşdığı ərazilərə (Qızıldağ və ya Türkmən dağı da deyirlər) doğru irəliləməsi Türkiyə mediasında Suriya dövlətinə qarşı “türkmənlər qətlə yetirilir” mövzulu təbliğatın artması ilə müşayiət edildi. Bu eyni vaxtda Türkiyə mediasının təsiri altında olan Azərbaycanın bir sıra media vasitələri və cəmiyyətinin bir hissəsinin də türkmənlər barədə narahatlığına, bu istiqamətdə mənfi emosional münasibətinə səbəb oldu. Narazılıq hətta o səviyyəyə çatdırıldı ki, bəziləri Azərbaycan respublikasının bu münaqişəyə hərbi tərəfdən olmasa da, diplomatik tərəfdən müdaxilə etməsini tələb etdilər. Belə vəziyyətlərdə ən dəhşətlisi vətəndaşlarımızın informasiya müharibəsində xarici dövlət olan Türkiyənin NATO-çu hakimiyyətinin piyadasına çevrilməsidir. Nəzərə almaq lazımdır ki, Türkiyə mediasının çox hissəsi NATO-çu Qladionun nəzarəti altındadır və bu cür təbliğat Qladio tərəfindən məqsədli şəkildə aparılır.
 Türkiyə mediası və onun təsirində olanlar elə mənzərə düzəltməyə çalışırdılar ki, sanki Suriya ordusu dinc türkmənlərin yaşadıqları hansısa başqa dövlətin ərazisinə girib quş ovlayan kimi insanları vururlar; kompüter oyunlarında olduğu kimi quşlar uçur, sən də onları ovlayırsan. Təxminən belə bir mənzərə yaratmağa çalışırdılar. Elə bil başı problemlər içərisində olan Suriya dövlətinin işi-gücü qurtarıb, gedib dinc türkmənləri öldürməklə məşğul olurdu. Hadisəyə aidiyyəti olmayan, Qəzzada İsrail rejimi aviasiyasının, Yəməndə Səudiyyə aviasiyasının bombardmanları nəticəsində dünyasını dəyişmiş uşaqların şəkillərini “öldürülən türkmən çocukları” adı ilə yayıb bu təbliğata fon verməyə çalışırdılar. Hansı ki Qızıldağda və ya Türkmən dağında Suriya hökuməti qüvvələrinin qarşısında dayanan tərəf Əl-Nusra qruplaşmasının terrorçuları idi ki, dəfələrlə onların İsrail xəstəxanalarında müalicə alması barədə informasiyalar sızmışdır. Həmçinin Qəzzanı bombalayan İsrail aviasiyasının yanacağının Türkiyədən getməsi barədə də dəfələrlə xəbərlər verilmişdir. O da heç kimə gizli deyil ki, Yəməndə uşaqları bombardman edib öldürən Səudiyyə ilə Türkiyə hökuməti yaxın müttəfiqdirlər; hər ikisi ABŞ və İsrailə can-başla xidmətdə bulunmaqdadırlar. Yəməndə silsilə qətliamların baş verdiyi bir dönəmdə rəsmi Ankara Səudiyyəni siyasi cəhətdən və kəşfiyyat məlumatlarının paylaşılması ilə müdafiə edirdi. Həyasızlıq o dərəcədə idi ki, müttəfiqləri tərəfindən törədilən, bir çox hallarda isə özlərinin də dayaq verdiyi qətliamları Suriya ordusunun üstünə atmağa çalışırdılar.
 Adında “türkmən” sözünü daşıyan hansısa təşkilatların bəyanatları da bir çoxlarını aldadırdı. Suriyaya qarşı beynəlxalq imperializmin müharibəsi başlayandan sonra bu müharibədə imperialistlərin yanında olan Türkiyə hökuməti, Suriyanın bəzi ərazilərindəki hakimiyyət vakuumundan və bəzi türkmənlərin sadəlövhlüyündən məharətlə istifadə edirdi. Türkiyə öz nəzarətində olan müxtəlif türkmən təşkilatları yaradıb, həmin təşkilatların adından bəyanatlar yayırdı. O bəyanatların konturları isə türkiyəli kuratorlar tərəfindən hazırlanırdı. Məhz buna görə də onların yaydığı bəyanatlar məsələdən az-çox hali olan adamlar üçün elə də ciddi əhəmiyyət kəsb etmirdi.
 Türkiyə hökumətinin nəzarətində olmayan türkmən təşkilatları isə Qızıldağ və ya Türkmən dağı adlandırılan yerdəki döyüşlərin hökumət qüvvələri ilə terrorçular, ekstremistlər arasında aparıldığını, dinc türkmənlərin hədəfdə olmadığını bildirirdilər. Suriya türkmənlərinin öndə gedən isimlərindən olan Ali Türkmani belə deyir: “AKP hökuməti və yandaşları doğru söyləmirlər. Bayırbucaq və Türkmən Dağında türkmənlər deyil, Əl-Nusra və ASO ünsürləri hədəfə alınmışdır”. Tam aydındır ki, məhz Türkiyə hökuməti türkmənləri odun, atəşin içərisinə atmışdır. Əgər Türkiyə hökuməti öz ərazisindən terrorçuları ora buraxmasaydı, Suriyadakı mənafeləri üçün türkmənlərdən vasitə kimi istifadə etməsəydi, türkmənlər öz elində 2011-ci ilə qədər yaşadıqları dinc, müharibəsiz həyatı davam etdirərdilər.
 Suriya türkmənləri deyirlər ki, Türkiyə- müharibələr törədən ümumi düşmənimizdir. Türkiyə hökumətinin türkmən xalqının “xilas” edilməsi ilə bağlı qaldırdığı təbliğat klişesinin əksinə olaraq, Suriya türkmənlərinin əksər hissəsi müasir Suriya, Bəşər Əsəd və onun administrasiyasına qarşı heç bir düşmənçilik nümayiş etdirmirlər, əksinə ölkə prezidentini əldə silah müdafiə etməyə hazır olduqlarını dəfələrlə bəyan etmişlər. Suriya və İraq türkmənləri Osmanlı türklərinə yox, daha çox Azərbaycan türklərinə yaxındırlar və dillərimiz də oxşardır. Onlar qədim şiə azərbaycanlılardır. Səfəvi varisləridir. Müharibə dövründə türkmənlər Türkiyənin hazırlayıb regiona yolladığı Əl-Nusra, İŞİD və Azad Suriya Ordusu kimi “xilaskarlarla” yaxından tanış oldular. On minlərlə türkmən şiə olduğuna görə öldürüldü, Türkməneli kəndləri boşaldıldı. Müharibə dövründə Türkiyə hökuməti kürd qaçqınlar üçün evlər və şəhərciklər tikib onları öz ərazisində qəbul etsə də, türkmənlər şiə olduqları üçün Türkiyəyə buraxılmadı, onlar Şimali İraq çöllərinə səpələnərək səfalət içində yaşamalı oldular. Yalnız Rusiya öz nəzarətində olan Suriya ərazilərində qaçqınlar üçün düşərgələr tikdikdən sonra türkmənlər həmin sığınacaqlarda məskunlaşdılar və Latakiya aeroportundan gətirilən ərzaqla təmin edildilər. Həmin illər ərzində Türkiyə türkmənlərə kömək etmək əvəzinə onları vahhabi islamı və pantürkizm təbliğatı ilə zəhərləməklə məşğul oldu.
 Jurnalist Kamal Cəfərinin haqqında danışdığı Umar adlı türkmən gənci tikintidə fəhləliklə məşğul olur. Dörd qardaşı Bəşər Əsədin ordusunda xidmət edərək ekstremistlərə qarşı vuruşur. Deyir ki, çağırış vərəqəsi gələn kimi o da əlinə silah alıb vətən uğrunda döyüşə yollanacaq. Onun fikrincə, Suriya- ölkənin digər xalqları kimi türkmənlərin də doğma vətənidir. Umar deyir: “Mən Suriya vətəndaşıyam və vətənimin çiçəklənməsi üçün məndən asılı olan hər şeyi etməyə hazıram. Başa düşə bilmirəm, Türkiyə hansı əsasla bizi “özününkü” elan edir? Müharibədə gördük ki, Ankara bizə dostcasına yanaşmadı. Türkiyə- bizim üçün düşməndir”.
 Suriyada türkmənlərin hüquqlarının pozulması ilə bağlı söhbətləri cəfəngiyyat adlandıran Umar belə deyir: “Biz sadə kəndli adamlarıq- öz torpağımızda işləmək və pul qazanmaq istəyirik. Burda bizə heç kim mane olmurdu və indi də olmur. Bizi ağır duruma məhz Türkiyənin təşkil etdiyi müharibə saldı və indi həmin Türkiyə bizim “hüquqlarımızın müdafiəsindən” danışır! Bizim prezidentimiz Bəşər Əsəddir. Ərəb, türkmən, şiə, sünni, erməni, xristian- hamımızın prezidentidir. Bizim ümumi düşmənimiz Türkiyədir”.
 Suriya türkmənləri Rusiya təyyarəçisinin ölümünə görə matəm keçirdilər. Türkmən ağsaqqalları Rusiya kanalının əməkdaşına bildirdilər ki, Rusiya aviasiyasının vahhabi terrorçuları ilə mübarizəni sonadək davam etdirəcəyinə ümidlidirlər. Türkmənlər Rusiyanın terrorizmin məhv edilməsində və ölkədə əmin-amanlıq yaradılmasında xidmətlərini vurğulayaraq qeyd etmişlər ki, ruslar dünyada haqq-ədalətin tərəfini tuturlar. Jurnalistlərlə söhbətlərində onlar bəyan etmişlər ki, biz Suriyanın tərkibində digər xalqlarla sakit və mehriban yaşamışıq, bundan sonra da yaşayacayıq. Türkmənlər Türkiyənin regiondakı pozucu fəaliyyətini və terrorçulara dəstəyini pisləmiş, Rus ordusundan Türkiyə aqressiyasının qarşısını almaqda kömək istəmişlər. 76 yaşlı türkmən ağsaqqalı Mahmud-Maruan Zaza demişdir ki, Suriyanın qana qərq olmasına görə Türkiyə və Səudiyyə günahkardır: “Amma bizim qanımız ölkəmizin terrorçulardan azad olmasında yanacaq rolu oynayacaq. Biz Rusiya rəhbəri Putinə Suriya xalqına verdiyi dəstəyə görə öz minnətdarlığımızı bildiririk”. Əl-Ausauedə həkim işləyən Əyyub Qarafəllah isə bildirmişdir ki, Suriya xalqı ümumi düşmənə qarşı birləşmişdir: “Bizim aramızda kimin ərəb, türkmən və ya suriyalı olmasının heç bir fərq yoxdur, hamımız bir xalqıq. Yaranmış çətinliyi aşmaq üçün bütün güclərimizi səfərbər edəcəyik”. Dəməşqdən qaçqın düşərək Əl-Ausauedəki türkmən qohumlarına sığınmış Məhəmməd Nacar demişdir: “Vətənimizin taleyi Rusiyadan asılıdır. Rusiya ilə bizi çoxdankı əlaqələr bağlayır. Mən ruslarla işləmişəm və yaşamışam, onların necə adam olduqlarını gözəl bilirəm və onlara çox böyük ümidlər bəsləyirəm”. Türkmənlər Türkiyənin rəzaləti nəticəsində həlak olmuş təyyarəçi Oleq Peşkovun ölümünə kədərləndiklərini də dilə gətirmişlər. Türkiyə ilə sərhəddən 20 kilometr aralıda yerləşən Əl-İsaviyə türkmən məntəqəsinin rəhbəri Mustafa Kafi Rusiyalı jurnalistlərə demişdir: “Bizim torpaq müqəddəsləşdi, ona görə ki Rusiya təyyarəçilərindən birinin böyük şücaətini qəbul etdi. Rus təyyarəçisi bizim torpaqları qoruyurdu və Türkiyə tərəfindən namərdcəsinə vuruldu. Biz Rusiya başsağlığı veririk və təəssüf edirik ki, bizim torpaqda rus əsgərinin qanı axdı”. Təkcə Əl-İsaviyə qəsəbəsinə Rusiya hərbçiləri bir gündə 5 ton humanitar yardım gətirdilər. Qaçqınlara yardım göstərmək üçün tibbi məntəqə yaradıldı. Qeyd etmək yerinə düşərdi ki, əgər Türkiyə Suriyada silahlı terror dəstələrinə yardım göndərirdisə, Rusiya dinc əhaliyə köməklik göstərirdi. Rusiya ağır vəziyyətdə olan Suriya camaatına on tonlarla humanitar yardım verdi. Blokadada olan məntəqələrin sakinlərinə və qaçqınlara balıq və ət konservləri, şəkər, un və şirniyyat paylandı. Hələb məktəblilərinə şirniyyat məhsulları, məktəb ləvazimatları, kitab və dəftərlər verildi.
 Türkiyədə yaşayan Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahalli nəyə görə həbs edildi? Hüsnü Mahalli 1949-cu ildə Suriyanın Cerablus şəhərində dünyaya gələn türkməndir. İstanbul Universitetini bitirib. O, Türkiyənin Suriya siyasətini ardıcıl tənqid edirdi və hökumətin Əl-Nusra, İŞİD kimi terror təşkilatlarını dəstəklədiyini hər zaman uca səslə deyirdi. O eyni zamanda Türkiyədə dövlətin nəzarətində olan telekanllarda və mətbuatda İŞİD, Əl-Nusra kimi teror təşkilatlarının “Özgür Suriya ordusu” kimi təqdim edilməsini pisləyirdi. Türkiyə hökuməti onun həbsini belə şərh edib ki, guya jurnalist tvitterdə Türkiyənin dövlət böyüklərinə həqarət edib. Hüsnü Mahallinin həbsi Türkiyə hökumətinin türkmənlərə münasibətinin bariz nümunəsidir.
 İraqda yaradılmış şiələrin müdafiə ordusu olan Həşdi-Şabinin tərkibində 30 min türkmən könüllüsü də vardır. Türkmən könüllülərinin rəsmi mətbuat katibi Seyyid Əli Əl Hüseyni Türkiyənin türkmənlərə kömək etdiyi iddialarını rədd edərək demişdir: “Türkiyə yeni Osmanlı imperiyası qurmaq istəyir, amma biz onu xəbərdar edirik. Sən İraqın milli birliyini və müstəqilliyini əsla poza bilməzsən. Türkmənlər, iraqlılar, şiələr və sünnilər hamısı İraq xalqıdır! Biz Türkiyənin əsla bizimçün narahat olmadığını bilirik. Amirli 85 gün mühasirədə olarkən sən hardaydın? Tuzhurmatu və Türkmən bölgələri mühasirəyə düşərkən və ya işğal olunarkən sən hardaydın? Bəşir Sarayı mühasirəyə alınaraq uşaq və qadınlar əsir götürüləndə sən hardaydın? Onlar türk deyildilərmi?” Əl Hüseyni bildirmişdir ki, Türkiyə ordusu türkmənlərin işinə qarışacağı təqdirdə onunla İŞİD kimi davranılacaqdır: “Bizim türklərin köməyinə ehtiyacımız yoxdur. Türkiyə İraqa əlini uzatsa, əlini kəsərik”.
 Həşdi-Şabinin 16-cı türkmən tuqayının komandiri də mediaya açıqlamasında bildirdi ki, Türkiyənin türkmənləri dəstəkləmək üçün İraqda olması iddiaları tamamilə yalandır: “İŞİD İraqa girəndə Türkiyə hardaydı? Telaferda 500 min türkmən vardı. İŞİD neçə-neçə türkmən kəndlərini ələ keçirəndə bir yol gəlib demədi ki, İŞİD-in etdikləri cinayətdir. Niyə türkmənlərin başına bu faciələrin gəlməsinə imkan verdi? Məgər Telaferdə qətl edilən türkmənlər türk deyildi? Türkiyə heç türkmənlərin özünə ən yaxın bölgəsi olan Telaferə də yardım etmədi. Türkiyə rahatlıqla onların imdadına yetişə bilərdi, amma yetişmədi. İŞİD gəlib namuslarımıza toxunanda, cihad adı altında uşaqlarımızın başını kəsəndə, gəlinlərimizi əsir aparanda Türkiyə hardaydı?! İŞİD türkmən ellərini viran qoyub xarabalığa çevirdi. Türkiyə onda həmin torpaqları türkmən olaraq görmürdümü? Türkiyənin nəzərində Telafer türkmən deyilmi? Ankara bizi görməzdən gəldi. Biz türkmənlər müdafiə olunmaq üçün Həşdi-Şabi ordusu qurmuşuq və məhz indi Türkiyə İraqa girmək üçün bəhanə axtarır. Adımızdan istifadə edir ki, guya biz türkmənləri qoruyacaq! Artıq türkmənin öz gücü var və Türkiyəyə ehiyacımız yoxdur. Biz çətin dönəmlərdə bütün qonşularımızdan yardım istədik, bütün dünyaya yardım fəryadları göndərdik. “Gəlin bizə yardım edin, evimizə atəş düşüb”- deyə nalə çəkdik. O atəşi qoydular yansın, tam bitsin, indi guya Türkiyə bizə yardıma gəlir! Biz atəşi öz qüvvətimizlə, öz millətimizlə, iranlı qardaşlarımızla söndürərkən Türkiyə ortada peyda olub bizə sahib çıxmaq istəyir! Türkiyə həqiqətənmi türkmənləri qorumaq istəyir? Qorumaq beləmi olur? Biz qurduğumuz əsgəri gücün adını Türkmən Gücü qoymuşuq. O fəlakətli günlərdə ilk növbədə gözləyirdik ki, Türkiyə bizə yardım edəcək. Lakin belə olmadı. Türkiyə bizə yox, qarşı tərəfə yardım etdi. İŞİD-ə dəstək verərək bizim üstümüzə yolladı. Türkiyə əslində bizimlə müharibə etdi. Allahın bir böyük neməti idi ki, bu qədər itkilərin içində qardaşların köməyilə ordu qura bildik və müdafiə olunduq. Kiçik bir imkaniyyatla illər boyu İŞİD-ə qarşı sinə gərdik. Artıq bizdə kifayət qədər güc var. Biz indi təkcə türkmənləri deyil, başqa millətləri və bütün İraqı qoruya biləcək bir hala gəlmişik. Və bir daha Kərbəla müsibətinin təkrarlanmasına imkan verməyəcəyik”.

“UYĞUR QƏTLİAMI” KİMLƏRƏ SƏRFƏLİDİR?

 Mediada sürəkli Çin əleyhinə kampaniyanın hədəfləri də həqiqəti əks etdirmir. Ara-sıra mediada və sosial şəbəkələrdə Çin hökumətinin müsəlmanlara zülm etməsi ilə bağlı şəkil və paylaşmalar görünür. Çin hökumətinin uyğurlara oruc tutmağı qadağan etdiyi, oruc tutanlara zorla su içirdildiyi, yalnız müsəlman olduqları üçün insanların işgəncəyə məruz qaldığı haqda çoxsaylı məlumatlar yayılır. Hətta bununla da kifayətənmir, uyğur müsəlmanlarına dəstək aksiyalarına, maddi yardımlara, “kommunist Çinin müsəlman uyğurlara zülmünə” seyrçi qalmamağa səsləyirlər.
 Doğrudanmı kommunist Çin hakimiyyəti müsəlman vətəndaşlarını əzir, onlara yaşamağa imkan vermir? Əlbəttə, indi Marko Polonun zamanı deyil və Çin haqda məlumat əldə etmək, özü də birbaşa mənbələrdən xeyli asandır. Əvvəla, saytlarda aparılan araşdırmalar zamanı məlum olur ki, “Çinin müsəlmanlara işgəncəsi fotolarının” böyük əksəriyyəti saxtadır və ümumiyyətlə, Çinə aid deyil. Məsələn, bir elmi jurnalda verilmiş qadın meyitinin yarılma forması Çinin uyğurlara işgəncəsi kimi təqdim olunmuşdur. Digər yerdə ötən əsrin 80-ci illərində çəkilmiş şəkli götürüb müasir Çində uyğurların kütləvi qətl səhnəsi kimi vermişlər. Bir yerdə Çində anası tərəfindən döyülərək eybəcər hala salınmış çinli uşağı çinlilər tərəfindən döyülmüş uyğur uşağı kimi təqdim etmişlər. Və ya adamların ağızına zorla su tökülməsi fotolarının ənənəvi pivə festivalından görüntü olduğu üzə çıxır. Birmada baş vermiş hadisələrə aid şəkilləri Çin adı ilə paylaşıblar. Çin kampaniyasında işlədilən fotoların bəzilərini biz “Myanmarda qətliam var” mövzularında da görmüşük. Digər qanlı olay şəkli isə 1950-ci illərdə Cənubi Vyetnamda sağçı hökümət dövründə çəkilib. Ümumiyyətlə, şəkillərin bir çoxu əsasən Cənub-Şərqi Asiyada müharibələrdən, Vyetnam, Hindistan, Pakistan, İndoneziya və Yaponiyada qəza, terror və cinayətlərdən çəkilən fotolardır,- Çində uyğurlar qətl edilir adıyla paylaşılır. Uyğurlara aid işgəncə kimi sırıdılan növbəti anası tərəfindən döyülərək şişmiş vəziyyətə salınan bir uşaq fotosu isə Filippinə aid idi. Çində bir müxalif fəal hakimiyyətin polis bölməsində xalqa verilən əziyyətləri ictimaiyyətə göstərmək üçün öz üzərində bunu canlandırmış və bloqunda paylaşmışdır. İzrailtoslar həmin şəkilləri götürüb döyülən uyğur fəalı kimi təqdim etmişlər. Belə qondarma fotolarla sosial şəbəkələr doludur. Bir yerdə göstərilir ki, güya Çindəki müsəlman-uyğur qardaşlarımızı oruc tutmağa qoymurlar və onlara məcbur su içirib, oruclarını açdırırlar; amma fotolardakı hadisələr  2003-cü illərə aiddir, Çin polisinin Henan Çin Evi Kilsəsinin nümayəndələrinə edilən işgəncələridir ki, oruc tutan uyğur müsəlmanlarla heç bir əlaqəsi yoxdur. Çin olimpiya oyunlarına çox ciddi-cəhdlə hazırlaşdığı üçün bir foto da məhz olimpiya oyunlarına hazırlaşdırılan uşaqlar üzərində məşqləri əks etdirirdi ki, onlar da uyğur uşaqları kimi göstərilmişdir. Bu kimi fotoların uyğur xalqı ilə heç bir əlaqəsi yoxdur.
 Həmin yalançı təbliğatın nəticəsi idi ki, İstanbulda uyğur türklərinə dəstək olmaq üçün koreyalı turistləri “çinli” zənn edib döydülər, Bakıda və dünyanın bir çox şəhərlərində uyğurlara dəstək aksiyaları keçirildi,- qətliamın olub-olmamasını isə aksiya keçirənlər özləri də dəqiq bilmirlər!
 Çini totalitar ölkə kimi tirajlamaq kimə (və ya kimlərə) lazımdır? Çin anti-Qərb blokunun aparıcı ölkələrindən biridir, Yaxın Şərqdə, eləcə də dünyada ABŞ imperializminə qarşı çıxır. BMT çərçivəsində həmişə Qərbin siyasətinə qarşı mövqe tutur. Suriya hadisələri zamanı da Bəşər Əsədi dəstəklədi, hətta Suriyaya terrorçularla mübarizə üçün speçnaz da göndərdi. Çinin bu mövqeyi dünyada, xüsusən də Qərbin işğalçı siyasətindən əziyyət çəkən müsəlman aləmində Çinə qarşı rəğbət yaradır. Təsadüfi deyil ki, son 10 ildə Çin şirkətləri və iş adamları müsəlman dünyasında böyük biznes şəbəkəsi yarada biliblər. Müsəlman və türk ölkələrdə Çinə qarşı nifrət yaratmaq, özlərinə lazım olan kontingent qurmaq üçün Çini qara fonda göstərirlər. Bu işi araşdıran bir türk yazarının dediyi kimi, “Doğu Türkistan için estirilen rüzgarlara kapılmayın!” Çini içəridən qarışdırmaq üçün Uyğurustan kartını ortaya atıblar.
 Çində uyğurlara uyğur dilində danışmaq yasaqdır deyirlər. SSRİ dövründə Azərbaycanda azərbaycanlılar öz ana dillərində necə danışırdılarsa, orada da vəziyyət eynidir. Hətta Çin milli valyutası yuan üzərində digər etniklərlə bərabər uyğurca da sözlər yer alıb. Bəs Çində həqiqətənmi müsəlmanlara, uyğurlara müsəlman olduqları üçün zülm edilir? Ümumiyyətlə, bu günkü kommunist Çinində dinə münasibət necədir? Məsələn, Çində yaşayıb təhsil almış və indi də bu ölkəyə tez-tez səfərlər edən azərbaycanlı gənc facebook hesabında bununla bağlı geniş məqalə yazıb və Çində heç zaman ayrıseçkiliklə rastlaşmadığını bildirib. Çində rastlaşdığı yeganə problemin müsəlman qidaları tapmaq olduğunu yazan gənc universitetlərdə ayrıca müsəlmanlar üçün halal yeməklərin olduğunu, inanclı müsəlmanlara hörmət qoyulduğunu qeyd edir. O deyir: “Mən ilk orucumu məhz Çində tutdum və o gündən də davam edirəm. Mənə orda Ramazan başqa gözəllik verdi. Təsəvvür edin, ən çox xarici tələbənin olduğu universitetdə sahur pulsuz idi və ora gələn müsəlmanların yarısı gəlmələr idisə, yarısı da yerli çinli müsəlmanlar idi”.
 Tanınmış fəal İlham Əlisoy yazır: “İşimlə əlaqədar olaraq ilin altı ayını Çin Xalq Respublikasında oluram. Çində hər hansısa dinin qadağan edilməsi haqqında gedən informasiyalar ağ yalandır. Çində heç bir din nə qanunla, nə də ki qeyri-rəsmi şəkildə qadağan edilməyib. Çin kommunistlərini, solçularını bizim yaddaşımızda ilişıb qalan başdanxarab trotskist bolşeviklər ilə dəyişik salmayın. Qaldıgım şəhərdə 4 (mənim tanıdığım) məscid fəaliyyət göstərir. Aşura günündə həmin məscidlərin birində səhərə qədər əzadarlıq məclisində iştirak edən birisi kimi sizi əmin edirəm ki, həmin gün orada olan səs-küy bizim Bakımızda hansısa məsciddə olsaydı, səhəri gün həmin məscidin qapısını polis döyərdi. Bir sözlə, ağlına və ağzına gələnləri yazan qeyri-ciddi səhifələrə və küyə gedən deziklərə inanmayın”.
 Facebook istifadəçisi Hüseyn-Zadə: “Artıq formaca biabırçı dərəcəyə çatmış Çində uyğurların başına gətirilmiş olaylar haqqında yalan yazılar ürək bulandırır. Dünən iki yaxın tanışım Urumçidən qayıdıb (Çində uyğurların administrativ mərkəzi). Onlar hər ay ora biznesləri ilə əlaqədar gedirlər. Özləri də oruc tuturlar. Bu yazılan hadisələrin heç biri ilə rastlaşmadıqlarını deyirlər. Hətta Şanxayda olduqları zaman orada olan çoxsaylı uyğur, əfqan və pakistanlı müsəlmanların sərbəst dini mərasimlərini yerinə yetirdiklərini görüblər. Azərbaycanda bu haqda ən çox yazan bizimyol saytıdır”.
 Ekososialist profili yazır: “Heç düşünmüsüz ki, dünyanı qloballaşdıran, Sovet İttifaqını dağıdan, amma Avropa İttifaqına dəstək verən qüvvələr niyə görə ölkələri parçalamaq, xalqları ayrı salmaq istəyirlər? Transatlantik imperializmə parçalanmış Rusiya, İran, Türkiyə, Çin və onların zəif düşmüş xalqları sərf edir. Hamısını ayrı-ayrılıqda kölə etmək, sərvətini əlindən almaq üçün. Heç kim ağlına gətirməsin ki, uyğurlar Çindən, Rusiya xalqları Moskvadan aralanıb daha xoşbəxt və firavan olacaqlar. Müsəlman uyğurlar Çinsiz daha bərbad vəziyyətə düşəcək, ən qəddar, ABŞ-ın 19-cu əsrdə yaşadığı kapitalizmə keçəcəklər, öz milli burjuaziyası xalqını ABŞ-a kölə edəcək. Uyğurların Çindən aralanıb ABŞ-ın köləsi olmaqdan başqa yolu yoxdur”.
 Texnologiya inkişaf etdikcə, təəssüflər olsun ki, məlumat kirliliyini də bərabərində gətirir. Biz dəfələrlə öz vətənimizlə də bağlı sadalanan kirli məlumatların, saxta foto və videoların şahidi olmuşuq. Siz də çalışın hər gördüyünüz, sizə sırınmağa çalışan propaqanda niyyətli xəbərlərə aldanmayasınız. ABŞ kəşfiyyatının rəhbəri Allen Dalles deyirdi: “İnsanı faktlarla azdırmaq asandır, amma əgər o tendensiyaları başa düşürsə, onu aldatmaq çətindir”. Tendensiyaları izləyin. İmkan verməyin ki, sizin dini və milli hislərinizi istismar etsinlər, sizdən biorobot düzəltsinlər və üzərinizdə manipulyasiyalar etsinlər. Sətirlərin arasından oxuduğunuz informasiyada nəyin yeridildiyini duymağı bacarmalısınız. Bu qədər informasya dənizinin, məlumat axınının içindən niyə məhz oxuduğunuz xəbərin seçildiyini, bu tip xəbərlərin dərc olunmaqda, sizlərə çatdırılmaqda hansı məqsədlər güdüldüyünü fikirləşməlisiniz. Zəmanə elədir ki, hamımız buna məcburuq. Mövcud şərait bizdən diqqətli olmağı tələb edir.

RUSİYA QLOBAL PREDİKTORUN HƏDƏFİNDƏ

 Qərbin xarici siyasətinin ayrılmaz komponenti kimi informasiya müharibəsi hədəf götürdüyü xalqların ictimai fikrinə kompleksli psixi təcavüz etməkdədir. Bilmək vacibdir ki, beynəlxalq münasibətlərin formalaşmasının indiki mərhələsində məhz Rusiya, İran, Çin, Şimali Koreya, Kuba, Venesuela kimi suverenliyini qorumağa çalışan ölkələr Qərb layihəçilərinin hədəfinə çevrilmişdir. “Obyektiv tədqiqat” adı altında mediaya bu ölkələr haqqında saysız-hesabsız yalan informasiya axıdılmaqdadır. Xüsusən daxili və xarici siyasətində özünəməxsus kurs götürən, xalqçı maraqlarını həyata keçirən və get-gedə beynəlxalq arenada mövqelərini möhkəmləndirən Rusiya informasion-psixoloji hücumlara məruz qalmaqdadır. Başa düşmək lazımdır ki, Rusiyaya qarşı qarayaxma kampaniyasının arxasında Qərbli ağalar və onların pul kisələri dayanır. Con Makkeyn, Maykl Makfol, Hillari Klinton kimi amerikan siyasətçiləri açıq-aşkar bildirirlər ki, Rusiya bizim düşmənimizdir. Onlar Kremldə öz marionetkalarını otuzdurmaq arzularını açıq şəkildə dilə gətirirlər. Keçmiş ABŞ prezidenti Bill Klinton silahlı qüvvələrin qərargah rəisləri ilə keçirilən müşavirədə Rusiyaya qarşı yönəlmiş ABŞ siyasətinin strateji məqsədini belə müəyyənləşdirmişdi: “SSRİ-nin dağıdılmasından sonra Amerikanın qarşısında üç məqsəd durur: birinci- Rusiyanı Yuqoslaviya variantı ilə hissələrə parçalamaq (bu maraqlarımız Qafqaz regionu ilə bağlıdır), ikinci- Rusiyanın silahlı qüvvələrini və hərbi-sənaye komleksini məhv etmək, üçüncü- yeni yaranmış dövlətlərdə öz marionatkalarımızı otuzdurmaq”. Hillari Klinton seçki kompaniyası zamanı dedi: “Biz Rusiyanı Yer üzündən siləcəyik”. Onu dəstəkləyən televiziya aparıcısı bildirdi: “Rusiya üzərində qələbədən sonra ABŞ Rusiyanın hansı hissəsini götürəcək? Bu ölkədə hara barmağını uzadırsan- neft, qaz, metal və ya ağac boldur. Hillariyə səs verməklə siz bizim dövlətin çiçəklənməsinə səs verirsiniz”. ABŞ hərbi hava qüvvələri naziri Debora Li Ceyms Kalifornaiyada keçirilən Reyqan adına Milli Müdafiə Forumunda çıxışı zamanı Rusiyanı ABŞ üçün bir nömrəli təhlükə mənbəyi adlandırdı. ABŞ müdafiə nazirinin müavini Frenk Kendall bildirdi ki, əgər əvvəllər Vaşinqtonun siyasəti Asiya-Sakit okean regionundakı və Yaxın Şərqdəki təhlükələrə qarşı yönəlmişdisə, indi əsas diqqət Rusiyaya qarşı yönəlib. “Onların hərəkətlərinə görə biz gərək olan imkanlar balansımıza yenidən baxmağa məcbur qaldıq”- Kendall deyir. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danford isə Rusiyanı məhv etmək məqsədini onunla əsaslandırır ki, Moskvanın hədəfi NATO-ya sinə gərmək və onun reputasiyasını sarsıtmaq, eləcə də amerikan ordusununun dünyada hakimlik qabiliyyətini məhdudlaşdırmaqdır. “Ruslar elə yerlərdə hərəkət etməyə başlayıblar ki, biz onları on illərdir həmin yerlərdə görmürdük”- Danfordu narahat edən məsələ görün nədir! Ruslar Suriyada görünməməliydilər və NATO-nun müsəlman ordusu olan İŞİD-ə şiələri qırmaqda mane olmamalıydılar- Rusiyanın Qərb tərəfindən hədəf götürülmə səbəblərindən biri də məhz budur. Rusiya Yaxın və Orta Şərqi, Qərbi Avropanı xaosa qərq etmiş Qlobal Prediktor üçün həmin xaosu Qafqaza və Orta Asiyaya ixrac etmək yolunda böyük maneədir.
 Maykl Overqrinin dediyi kimi, Rusiyaya qarşı informasiya müharibəsində arqumentlərin sayı yox, qarayaxmaların sayı əsas götürülüb. Amerikanın başqa cür qələbə çalmaq şansı yoxdur. Həqiqət Rusiyanın tərəfindədir, odur ki manipulyasiyalar etmək, illüziyaları işə salmaq, fantaziyalara güc vermək lazımdır. Qoy xalqların beynini Rusiyanın qara obrazını yaradan informasiya axını ilə yükləmək lazımdır. İttihamlar bir-birini əvəz etməlidir, Rusiya özünü duruya çıxartmağa vaxt tapmamalıdır. Oxucu, tamaşaçı daim Rusiyanı qara fonda görməlidir. Beləcə, dezinformasiya yağmuru ilə ABŞ üstünlüyü öz əlində saxlamağa qərar verib. Və həmin dezinformasiya atmosferi fonunda öz qlobal siyasətini həyata keçirir. Amma tarixin dəfələrlə sübut etdiyi kimi, ən yaxşı təşkil olunmuş təbliğat belə acı reallığın qarşısında gücsüzdür.

QƏLƏBƏ BİZİMLƏDİR!

 Məsələ burasındadır ki, düşmənlərimiz informasiya müharibəsinə bütün güclərini sərf etsələr də, milyonlar xərcləsələr də tutarlı nailiyyət əldə edə bilməyiblər. Ona görə ki Rusiya və İranın pozisiyaları onlardan fərqli olaraq həqiqətə üzərində köklənmişdir. Düşmənlərimiz informasiya orduları yaradır, bu mövzuda beynəlxalq konferensiyalar təşkil edir, yeni layihələr planlaşdırır və manipulyasiyanın çevik forma və üsullarını axtarırlar. Rusiya və İranın isə məsələlərə yanaşması heç vaxt Qərbdəki kimi ağ yalan, həyasız üzə dirənmə şəklində olmayıb, haqq-ədalət həmişə üstün tutulub. Artıq liberal sicilləmələrdən cana doymuş dünya ictimaiyyəti real vəziyyəti anlamağa başlayıb, Rusiyanın, eləcə İranın məntiqli addımlarını dəstək verirlər. Dünənə kimi kütlənin zombiləşdirilməsinə hesablanmış yalan informasiya yaymaqda püxtələşmiş Qərb KİV-lər belə bu gün Rusiya haqqında həqiqətləri paylaşmağa başlayıblar. Qərb isteblişmenti həqiqətin qarşısında gücsüz olduqlarını etiraf etmək məcburiyyətindədir. Get-gedə daha çox Qərb siyasətçiləri və jurnalistləri həqiqətləri anlamağa başlayırlar və Rusiyanın tərəfini tutmaqdadırlar. Get-gedə xarici ölkələrdə daha çox qruplar Rusiyanın müttəfiqlərinə çevrilməkdədirlər.
 Aparılan informasiya müharibəsinin əhalinin şüuruna göstərdiyi təsirin diaqnostikasını aparsaq, görərik ki, insanlarımız artıq təqdim olunanlarla reallıqda baş verənlər arasında uyğunsuzluqları görürlər və məkrli siyasətin incəliklərini anlamağa başlayırlar. Ənənəvi müxalifət açıq-aşkar hakimiyyətin oyuncağı olduğunu göstərməklə özünü biabır etmişdir. Bir çox Qərb və Türkiyə tərəfdarları eyforiyadan ayılmış, narıncı eynəklərini çıxararaq həyata açıq gözlə baxmağa başlamışlar. 25 illik kor eyforiyadan sonra insanlarda yenidən Sovet dövrünə maraq yaranmışdır. Soydaşlarımız siyasi yanaşmalarda daha təcrübəli olmuşlar. Üzə çıxmışdır ki, Rusiya və İran heç də təqdim olunduğu kimi, bütün pisliklərin mənbəyi və fəlakətlərin baiskarı deyildir. Ən əsası, vətəndaşlarımız belə təbliğatın arxasında kimlərin durduğunu, qara piarın kimlərə sərf etdiyini anlamağa başlamışlar. Eyni zamanda biz ziyalılar da düşmən aqitasiyasının ayaq tutub yeriməsinə imkan verməməliyik, şərə qarşı mənimliklə dirəniş göstərməliyik.
 Bu gün artıq çoxlarına aydındır ki, anqlosakson maliyyə-iqtisadi sistemi evvektiv deyildir və məhvə məhkumdur. 1991-ci ildə Sovet İttifaqının ona qarşı aparılan Birinci Dünya İnformasiya Müharibəsi nəticəsində dağıdılması ilə bu sistem dopinq aldı və müəyyən müddətə gümrahlaşa bildi. İndi İngiltərə və ABŞ eyni ssenarini təkrar etmək, Rusiyaya qarşı İkinci Dünya İnformasiya Müharibəsinə start verməklə onu dağıtmaq və sərvətlərinə sahib çıxmaq istəyirlər. Hegemon qüvvələrin məqsədi Rusiyaya qarşı müxtəlif istiqamətlərdən- Suriya, Ukrayna, Pribaltika, neftin qiymətinin düşməsi, sanksiyalar, hibrid müharibələr, provokasiyalar yolu ilə hücumları aktivləşdirməkdir. Düşmən postsovet xalqlarının Rusiyaya qənim kəsilməsi üçün əlindən gələni edir. Qoy xalqların lideri, Rusiya prezidenti Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin iclasında çıxışı zamanı həmin təhlükə barədə belə demişdir: “Rusiyanı çəkindirmək üçün bütün vasitələr dəstindən istifadə olunur- siyasi izolyasiya cəhdindən və iqtisadi təzyiqdən tutmuş masştablı informasiya müharibəsinə və xüsusi xidmətlərin instrumentlərinə kimi. Lakin tam aydındır ki, bizim ölkəyə nə qorxu gəlmək, nə də təzyiq etmək heç kimdə alınmayıb və alınmayacaq. Milli təhlükəsizliyin bütün xarici və daxili təhdidlərinə qarşı bizim həmişə adekvat cavabımız olub və olacaq”.
 Quran ayələrinin hamısı gözəldir, amma bir ayə lap yerinə düşür ki, yazımızı da həmin ayə ilə tamamlamaq istərdik: “Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər...” (Quran, 8:36)

“İnformasiya müharibəsi” kitabından

Комментариев нет:

Отправить комментарий