Suriyanın Rakka şəhərində İŞİD döyüşçülərindən biri anasını "dindənçıxmış" adlandıraraq ictimaiyyətin gözü qarşısında qətlə yetirmişdir. Bu barədə CNN kanalı yerli hüquq müdafiəsi təşkilatlarına istinadən xəbər vermişdir.
Xəbərdə bildirilir ki, Leen al-Kasem adlı qadın İŞİD cərgələrinə qoşulmuş 20 yaşlı oğlu Ali Sakrı bu yoldan çəkindirməyə çalışmışdır. O, təkidlə oğlundan İŞİD cərgələrini tərk etməsini, ona qoşularaq Rakkadan getməsini tələb etmişdir. Lakin Ali Sakr anasını "dindənçıxmış" adlandırmış, onu İŞİD-in şəriət məhkəməsinə təhvil vermişdir. Məhkəmənin qərarı ilə qadına ölüm hökmü kəsilmişdir.
Məhkəmənin hökmü qadının oğlu tərəfindən yerinə yetirilmişdir. Ali Sakr Rakkanın mərkəzi meydanında yüzlərlə insanın gözü qarşısında anasını qətlə yetirmişdir.

Комментариев нет:
Отправить комментарий