10.12.2017

Əhməd Kazimi:
-2016-cı il 13 dekabrda sionist rejimin baş naziri Benyamin Netanyahu Bakıya səfər edərkən mətbuat konfransında elan etdi ki, Bakının İsraildən aldığı silah-sursatın həcmi 4 milyard 850 milyon dollara, yəni təqribən 5 milyard dollara çatır. Hansı ki, həmin dövrdə Azərbaycan Respublikasının ümumi dövlət büdcəsi 30 milyard dollar təşkil edirdi. Belə bir şəraitdə silah-sursata 5 milyard dollar ayırılması dövlət büdcəsinin İsrailə xərclənməsi mənasına gəlirdi. Əlbəttə ki, Tel-Əviv bu rəqəmlərin açıqlanmasından məmnun qalmadı. Digər tərəfdən, İsraildən alınan təchizata daxil olan Qabriel gəmi əleyhinə raketlər, Barak 8 raketi, bir qrup pilotsuz təyyarə və tanklar Qarabağın dağlıq relyefi şəraitində istifadəyə yararsızdır. Sadə bir məntiqlə aydın olur ki, dənizə çıxışı olmayan Ermənistanla müharibədə gəmi əleyhinə raketlər və ya dağlıq şəraitdə tanklar, yaxın məsafədə müharibədə uzaq mənzilli raketlər yararlı ola bilməz. Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə əsas torpaqları arasında kiçik bir ölkədir. Aydın olur ki, İsrailin Qafqazda, İranın bir addımlığında belə silah-sursat toplaması uzunmüddətli planlara əsaslanır. 2008-ci ildə Rusiya Osetiya müharibəsində cəmi bir həftə ərzində Gürcüstanın hərbi və təhlükəsizlik sistemlərini dağıtdı. Bu hadisədən sonra sionist rejim öz hərbi bazasını Gürcüstandan Azərbaycana köçürdü. Azərbaycan Respublikası mətbuatı İsraildən alınmış pilotsuz təyyarələrin Qarabağda keçirilən əməliyyatlarda uğurlu istifadəsindən yazır. Əslində bu təbliğat İsraildən alınmış və Qarabağ müharibəsinə aidiyyəti olmayan silah-sursatın əsas məqsədini pərdələməkdir.

Комментариев нет:

Отправить комментарий