09.12.2017

Əhməd Kazimi:
-İsrailin Azərbaycanda siyasi strategiyası MAŞAV layihələri kimi layihələrlə reallaşır. İndi hamıya aydındır ki, MAŞAV İsrailin geniş təhlükəsizlik və kəşfiyyat layihəsidir. Maşav kurslarında iştirak edənlər sionistlərin dəstəyi ilə sürətli inkişaf yolu keçir, açar postlara sahib olur. İsrailin siyasi strategiyasında diqqət yetiriləsi nöqtələrdən biri budur ki, sionist rejim ictimai fikrə təsir edərək Bakı-Tel-Əviv rabitələrini faydalı rabitələr kimi təlqin edir. Bu sahədə sionist rejim Qarabağ konfliktindən məharətlə bəhrələnir. Aprel ayında Qarabağda baş vermiş 4 günlük döyüş Azərbaycan mediasında geniş işıqlandırıldı. Bu təbliğat kampaniyasında sionist rejimin Azərbaycana silah-sursat dəstəyi geniş yer almışdı. Sonradan məlum oldu ki, İsraildən alınmış silahlar 2016-cı il aprel döyüşlərində yararsız olub, əməliyyatlar gedişində silahların kodlandığı müəyyənləşib və bu kodlara malik olmayan hərbçilər silahlardan istifadə edə bilməyiblər. Aydın olur ki, bu silahları Azərbaycana verməkdə İsrailin yeganə məqsədi ictimai fikrə təsir etmək, görüntü yaratmaq olub.

Комментариев нет:

Отправить комментарий