10.12.2017

Əhməd Kazimi:
-Təhlükəsizlik strategiyası ilə bağlı Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının İsrailin Mossad kəşfiyyat qurumu ilə həmkarlıqlarını yada sala bilərik. Bu iki qurumun həmkarlığı İranın nüvə mütəxəssislərinin terrorunda daha aydın müşahidə olunur. İsrail pilotsuz təyyarəsinin Nətənzə doğru uçuşu da iki ölkənin kəşfiyyat qurumları arasında həmkarlıqdan danışır. Bundan əlavə, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ləğvi ilə bağlı bu kəşfiyyat qurumlarının həmkarlıqları barədə yeni faktlar üzə çıxdı. Bu da aydın oldu ki, Azərbaycanda vahhabilik və bəhailiyin yayılması istiqamətində iki kəşfiyyat qrupu həmkarlıq edib. Milli Təhlükəsizlik Nazirliyi təkfirçi vahhabilərin yol tikintisi kimi iqtisadi fəaliyyətlərini himayə edib. MTN-nin sionist rejimdən 600 milyon dollar dəyərində qurğular alması ifşa olunmuş həmkarlıqlardandır. Azərbaycan hökumətinin yüksək məqamlı rəsmiləri, təhlükəsizlik məmurları çəkinmədən bildiriblər ki, Bakı ilə Tel-Əviv arasında təhlükəsizlik sahəsində həmkarlıqlar mövcuddur. Heç şübhəsiz, bu həmkarlıqlarda əsas məqsədlərdən biri İran əleyhinə layihələrin icrası, İran İslam Respublikası daxilində gərginlik və iğtişaş yaradılmasıdır.

Комментариев нет:

Отправить комментарий