10.12.2017

Əhməd Kazimi:
-Sionist rejim Azərbaycanda təhsil sahəsinə böyük sərmayə yatırıb. Azərbaycanın dərs kitablarının məzmununda ciddi dəyişikliklər aparılıb, bu kitablarda həqiqi İslamdan nə isə qalmaması üçün işlər görülüb. Azərbaycan tarixi saxtalaşdırılıb. Azərbaycanın İranla müştərək tarixi, İrandan ayrılması bu kitablarda müşahidə olunmur. Paralel olaraq Azərbaycanda tarixin təhrifi ifşa olunan, saxtakarlıqlardan danışılan kitabların çapına icazə verilmir. Son illərdə Azərbaycanda Səfəvi sülaləsinə qarşı hücumlar çox şiddətlənib. Səfəvilərin üstündən xətt çəkməyə cəhd göstərilən bir zamanda bugünkü Azərbaycan ərazisində Xəzər imperatorluğu adlanan qədim yəhudi imperatorluğunun mövcudluğundan danışılır. Müşahidə edirik ki, sionist rejim Azərbaycanın tarixi gerçəkliklərini pərdələməklə yanaşı bu ərazidə yəhudi imperatorluğunun mövcudluğu kimi gülünc iddialar da ortaya qoyur. Bu olduqca təhlükəli yəhudiləşdirmə prosesi kimi dəyərləndirilə bilər. Təhsil fəaliyyətləri bəhanəsi ilə tarixin təhrifi kənarında Azərbaycanın müxtəlif məntəqələrində arxeoloji qazıntılar aparılır. Azərbaycanın şimal bölgəsində aparılan arxeoloji qazıntılar kölgəsində iddia olunur ki, Azərbaycan ərazisi bir zaman yəhudi ərazisi olub. Xəzər sahillərində yəhudi əsilli tayfaların yaşadığı inkar olunmur. Amma unutmaq olmaz ki, bu yəhudi azlığı Qafqaz və Xəzər sahilində yaşamış 440 azlıqdan biridir. Bir ərazidə hansısa milli azlığın məskunlaşması onların bu ərazidə imperiyaya malik olması mənasına gəlmir. Bu açıq şəkildə Azərbaycan tarixini təhrif etməkdir. Bu proses 50 ilə yaxındır davam edir və sionistlər təhrif əsasında bir düşüncənin bünövrəsini qoymağa çalışır.

Комментариев нет:

Отправить комментарий