10.12.2017

İran sionist rejiminə qarşı müqavimət göstərən bütün qüvvələrə yardımlar edib

Vüsal Sadıqov

Deyir dünyada Amerika və İsrail səfirliklərinin önündə etiraz keçirildiyi halda İran Amerikanın Qüdsü İsrailin paytaxt elan etməsinə hansı reaksiyanı verib?
Heyvan oğlu heyvan hələ də bilmir ki, nə İsrailin nə də Amerikanın İranda səfirliyi yoxdur ki, çıxıb qabağında etiraz etsinlər.
Şah zamanı fəaliyyət göstərən İsrail səfirliyi İslam inqilabından sonra Fələstin səfirliyinə çevrilib, ABŞ səfirliyi isə "cəsus yuvası" adlandırılaraq tələbələr tərəfindən ələ keçirilməsindən sonra fəaliyyətini dayandırıb.
İran dövləti inqilabdan sonra Fələstinə və fələstinlilərə BMT başda olmaqla bütün beynəlxalq səviyyəli təşkilatlarda daim dayaq olaraq dəstəkləyib.
İran, sionist rejiminə qarşı müqavimət göstərən bütün müqavimət qüvvələrinə çatdırılması mümkün olan hər bir hərbi yardımı edib.
İran müqavimət döyüşçülərinə Livan və Suriya ərazisində hərbi təlimlər keçərək silahlarla davranmağı və hətta raket istehsalını belə öyrədib.
Məsələ bundadır ki, məhz satqın ərəb dövlətləri başçılarının İsrailə dayaq olması Fələstinə bütün lazımi yardımların çatdırılmasına maneə olub.
Bir tək Suriya fələstinlilərə ölkəsində pənah verərək onların sionist rejimə qarşı müqavimət göstərməsi üçün mümkün olan bütün yardımlarını edib. Məhz elə buna görə həmin satqın dövlət başçıları Qərbin əmrilə Fələstin xalqına həmişə dəstək olan Bəşər Əsədə qarşı 7 ildir davam edən müharibəni başlatdılar. Ərəb ölkələri arasında yeganə İsrailə göz dağı olan dövləti zəiflətməklə İsrailin daha da güclənmələrinə səbəb olanlar məhz ərəb ölkələrinin satılmış başçılarıdılar.
Onların Amerikanın Qüdsü sionist rejimin paytaxt elan etməsinə olan etirazları da siqaret qutularının üzərində siqaret çəkmək sağlamlığa zərərlədir yazısı kimi bir şeydir.
Amma İran? İnqilab baş verən gündən fələstinlilərə verdiyi maddi və mənəvi dəstəyi bu gün də sürdürməkdədir.
Və bu məlumatlar elə də gizli bir məlumatlar deyil ki, bunu öyrənmək üçün gizli sənədlərə giriş icazəsi olmalıdır. Elə internetdə, quqlda İran və Fələstin münasibətləri yazmaqla aysberqin görünən hissəsi haqda oxumaq olar.

Комментариев нет:

Отправить комментарий