02.05.2017

Dövriyyədə olan yalanlar barədə

Hikmət Babayev

Bizdə 25-26 fevral gələnə yaxın artıq demək olar hamı öz profilinə Xocalıya məxsus şəkillər qoyur, paylaşımlar edir, jurnalistlərimiz Xocalıya uyğun gic-gic sorğular keçirdir, cürbəcür ağlamalı yazılar, hekayələr, seirlər paylaşır, gic-gic kompaniyalar keçirdir, 92-də mövcud olamayan SSRİ-ni günahlandırır, Zori Balayanın olmayan kitabından olamayan faktlar gətirir, özlərindən başqa cür goplar, nağıllar qururlar. Hələ bu yaxınlarda, keçən ilə aid bir qopçu jurnalistin bir yazısını oxudum, başdan ayağa gop-yalan, Xocalıda döyüşmüş Qazax zabiti dedi ki, məni diz üstə güllələyin, Kanadada erməni zabiti ilə danışdım, dedi 100-200 nəfərin böyrəklərini çıxardıb satdıq və s. Nə mənbəsi var idi, nə də bir şəkil, tutarlı bir məlumat, özündən o qədər goplar yazmışdı.
Bu boyda hoqqabazdığdan sonra hələ üstəlik sırtıq-sırtıq da niyə Xocalını yalnız bir gün yada salırıq, Xocalıda ölənlərin ruhu bizi bağışlamaz deyirlər. Heç ölənlərin ruhu çoxunun vecinə də deyil əslində. Hamı sanki özünün daha patriot, daha vətənpərvər, daha layiqli olduğunu gözə soxmağa çalışır, başqa heç nə... Guya 25 il əvvəl baş vermiş hadisə kiməsə dərindən maraqlıdır? Əlbəttə ki, yox. Hər kəs ölənlərdən özü üçün istifadə etməyə çalışır- hakimiyyət də, müxalifət də, jurnalist də, deputat da, hətta adi siravi vətəndaş da... Biri kütləni idarə etməkçün, biri kütlə arasında öz nüfuzunu qaldırmaqçun, biri pul qazanmaqçun, biri də sadəcə özünü daha ləyaqətli insan kimi göstərməkçün... Çox az adam, doğurdan da Xocalıda nələrin baş verdiyini öyrənməyə çalışır, çox az adam.
Ona görə də Xocalıda əslində nələrin baş verdiyi açıqlanmayacaq da, buna cəhd edənlər problemdən savayı heç nə əldə etməyəcək, çünki həqiqət heç kimin vecinə deyil.
Heç kimə də lazım deyil əsl həqiqəti öyrənmək.
***
Bilirəm, çoxları bu yazını bəyənməyəcək, hətta məni ermənipərəst də elan edənlər olacağ. Şillerin bir deyimi var, “Həqiqət azacıq da olsa onu qəbul etməyənlərdən zərər çəkmir”. Ona görə də, kim mənim barədə nə düşünürsə düşünsün, lap erməni aşiqi elan etsin, tüpürüm o adamların fikrinə, gördüyümü və bildiyim həqiqəti yazmalıyam.
Yəqin ki, Zori Balayanı tanıyırsınız. 90-cı illərin baş araqarışdıranı Zori Balayanı.
Doğrudur bu canidir, amma insanı uydurma nağıllarla mühakimə etmək olmaz, bunun özü artıq cinayətdir.
Bir neçə gün əvvəl Zori Balayannın Xocalı barədə deyilən kitabının əslində uydurma və yalan olduğu haqda facebook dostlarımın birindən eşitdim. Mənə çox maraqlı gəldi bu məsələ. Çoxdandır eşitdiyim, sitatları dövriyyədə olan bu kitab barədə yaxından maraqlandım. Maraqlı məsələlər ortaya çıxdı.
Xocalı barədə bizdə ən çox adı çəkilən iki kitab var, bir Zori Balayanın adına deyilən “Ruhumuzun dirilişi” və Livanda məskunlaşdığı deyilən hansısa yazıçı-jurnalist David Xerdiyanın “Xaç naminə” kitabları. Məsələ ondadır ki, hətta səhifəsinə qədər göstərilən bu kitabların şəkli, üz qabıqları barədə heç yerdə nəsə məlumat tapmaq olmur. Tapa bilmədim; nə Ermənistanda çap olunduğu deyilən “Ruhumuzun dirilişi” kitabını, nə də Beyrutda çap olunduğu deyilən “Xaç naminə” kitabını. David Xeriyan adlı adam isə ümumiyyətlə Livanda yox, ABŞ-da yaşayan və uşaq nağılları ilə məhşur olan erməni əsilli amerikan şair-yazıçısıdır. Üstəlik hələ 2012-ci il Ermənistanın "Ksenofobiyanın qarşısının alınması təşəbbüsü" adlı QHT-si rəsmən adı çəkilən bu iki kitabın hər birinə 15 000 dollar ödəməyə hazır olduğunu elan etmişdi. Amma bu vaxta qədər bu kitablar hələ də tapılmayıb.
Yəni belə, yalanlarımızla yalnız öz saytlarımızda, bu ölkədə özümüzü aldadırıq. Biləcəridən o yana çıxan kimi ermənilər öz uydurduğumuz yalanları başımıza elə vururlar ki, həqiqətlərimiz belə bizə kömək edə bilmir...

Комментариев нет:

Отправить комментарий