02.05.2017

Hikmət Babayev:

-Şillerin bir deyimi var, “Həqiqət azacıq da olsa onu qəbul etməyənlərdən zərər çəkmir”. Ona görə də, kim mənim barədə nə düşünürsə düşünsün, lap erməni aşiqi elan etsin, tüpürüm o adamların fikrinə, gördüyümü və bildiyim həqiqəti yazmalıyam. Yəqin ki, Zori Balayanı tanıyırsınız. 90-cı illərin baş araqarışdıranı Zori Balayanı. Doğrudur bu canidir, amma insanı uydurma nağıllarla mühakimə etmək olmaz, bunun özü artıq cinayətdir. Bir neçə gün əvvəl Zori Balayannın Xocalı barədə deyilən kitabının əslində uydurma və yalan olduğu haqda facebook dostlarımın birindən eşitdim. Mənə çox maraqlı gəldi bu məsələ. Çoxdandır eşitdiyim, sitatları dövriyyədə olan bu kitab barədə yaxından maraqlandım. Maraqlı məsələlər ortaya çıxdı. Xocalı barədə bizdə ən çox adı çəkilən iki kitab var, bir Zori Balayanın adına deyilən “Ruhumuzun dirilişi” və Livanda məskunlaşdığı deyilən hansısa yazıçı-jurnalist David Xerdiyanın “Xaç naminə” kitabları. Məsələ ondadır ki, hətta səhifəsinə qədər göstərilən bu kitabların şəkli, üz qabıqları barədə heç yerdə nəsə məlumat tapmaq olmur. Tapa bilmədim; nə Ermənistanda çap olunduğu deyilən “Ruhumuzun dirilişi” kitabını, nə də Beyrutda çap olunduğu deyilən “Xaç naminə” kitabını. David Xeriyan adlı adam isə ümumiyyətlə Livanda yox, ABŞ-da yaşayan və uşaq nağılları ilə məhşur olan erməni əsilli amerikan şair-yazıçısıdır. Üstəlik hələ 2012-ci il Ermənistanın "Ksenofobiyanın qarşısının alınması təşəbbüsü" adlı QHT-si rəsmən adı çəkilən bu iki kitabın hər birinə 15 000 dollar ödəməyə hazır olduğunu elan etmişdi. Amma bu vaxta qədər bu kitablar hələ də tapılmayıb. Yəni belə, yalanlarımızla yalnız öz saytlarımızda, bu ölkədə özümüzü aldadırıq. Biləcəridən o yana çıxan kimi ermənilər öz uydurduğumuz yalanları başımıza elə vururlar ki, həqiqətlərimiz belə bizə kömək edə bilmir...

Комментариев нет:

Отправить комментарий