Zülmət sökülür, sərvi-xuraman, gülüşündən.
Könlümdə təcəssüm olunur bir yeni aləm,
Bihuş oluram, gözləri ceyran, gülüşündən.
Et, et ki təbəssüm, edə gül bağçamı dilşad,
Güllər də gülə, ey ləbi-xəndan, gülüşündən.
Yar gülməsə, köksümdə kədər dəhri də gülməz,
Gül, gül ki, gələ dəhri-firavan gülüşündən.
Sən gül, fəqət, ey şux, yada, biganəyə gülmə,
Dünyam dar olar nareyi-nöqsan gülüşündən.
Gül ki, bu təbəssüm mənə can bəxş edə hər dəm,
Olsun can alan dərdimə dərman gülüşündən.
Məsum gülüşün eylədi Məcnun məni, ey dil,
Etibar alır könlünə ruh- can gülüşündən.
Комментариев нет:
Отправить комментарий