Bu daş həmən daşdı elə,
Bu çınqılı sən dağda tut.
Məni bir az başdan elə,
Məni bir az uzaqda tut!
Min-min ili buluda bük,
Üzərinə "bir gündü" yaz.
Milyon ildir bu qış,canım,
Lilcə gündü, bir gündü yaz!
Beş barmağım, birdir əlim,
Qadan alım, təkdir bu cəm!
Qoy bir göydən enib gəlim,
Soruşarsan- nə gündəyəm!
Görürsən ki, daş vaxtımdır,
Daş uduram, dağ uduram.
Yaddaşımla dəfn edirəm,
Gözlərimlə unuduram!
Bu işıq var- səhər deyil,
Bu axşam da mamır üzlü.
Bu bulud da qəhər deyil,
Görürsən ki yanır üzü!
Çör-çöp olub böyüdü də,
Gözlərimdə tir- necədir?
Ömrüm lil-kür günündədir,
Soruşursan bir- necədir?
Комментариев нет:
Отправить комментарий