03.05.2011

DÜNYANIN SİRLİ TƏŞKİLATI- MASONLUQ

Ən yeni tarix

İbrahim Sel        Professional Oxucu Liqası                      


I yazı: Sionizmlə eyni məqsəd güdüldüyünü anlatmamaq üçün yardım təşkilatları kimi maskalanaraq xoşməramlı görüntüsü altında fəaliyyət göstərirlər   

 Masonluğun sirr pərdəsini nə qədər açmaq olur? Çox yaxın keçmişə qədər bu sualın cavabını sıradan bir insanın bilmək şansı yox idi. Çünki “masonluq” anlayışı bir çoxları kimi bizim üçün də dünyanın təhlükəsizlik orqanlarının işi qədər məxfi və qapalı idi. Günümüzdə bunlar artıq tarixə çevrilib. Çünki masonluqla bağlı tam olmasa da yetərincə bilgi əldə etmək mümkündür. Ən başlıcası, bu “sirr pərdəsinin” müəyyən qatlarını masonların özləri qaldırmağa qərar verib. Hazırda İnternet səhifələrində dünyanın bir çox dillərində masonluq, onun təməl prinsipləri, fəaliyyəti, idarə olunması, strukturları barədə ümumi məlumatlar yayılır ki, bu da masonların təşəbbüsü ilə həyata keçirilir. Görünür masonluğun dönəmlə ayaqlaşaraq həyata keçirdiyi son böyük fəaliyyətlərdən biri özlərini toplumlara tanıtmaqdır. Təbii ki masonlar özlərini müsbət yönlərdən tanıtmağa çalışır. Ancaq tanıtımlarını incələdikcə adamın ağlına ən böyük sual indi gəlir: “Bu qədər bəsit bir şeysə, niyə əsrlərcə məxfiliyini bu qədər ciddiyyətlə qoruyurdu?”
 Hər halda hələlik öz yorumlarımızdan qaçmağa çalışaraq, rus və türkcə mənbələrə əsaslanıb çoxluq təşkil edən sualları cavablandıraq. Masonluq nədir və nəyə xidmət edir? Ad sahiblərinə görə, masonluq bütün insanlara barış və xoşbəxtlik arzulayır və bunun üçün inkişafı vacib sayır. Masonluq inkişaf üçün araşdırma və çalışmanın önəmli olduğunu, buna bir insan ömrünün yetməyəcəyini də vurğulayır. Mason olmağa çalışan insanın ömrü yetməsə də, insan olma və bütün insanlara sevgi bəsləmənin qüruru ilə bu idealı ürəyində və beynində səylə bəsləyərək mükəmməl insan olmağa çalışır. Özlərini bu tərəfdən tanıdan masonların dediklərinə rəğmən, hələ də informasiya ortamında masonların dünyanın terror təşkilatlarını bir mərkəzdən idarə etməsi kimi fikirlər də yer alır.
 “Mason” sözü fransızcadan tərcümədə “azad bənna” deməkdir. “Azad Bənnaların Qardaşlığı” mənasındadır. Yəhudilər tərəfindən dəyişdirilmiş Tövratda yəhudilərin dünya millətlərinə qarşı əmr edilən vəhşət və qətliam formaları, diqqət çəkməyəcək gizli üsullar, müfəssəl şəkildə anladılmış çeşidli yollar göstərilir. Hansı ki bu üsullar tətbiq ediləndə millətlər daxildən çökdürüləcək; nə hədəfdə olan millətlər bunu fərq edəcək, nə də olayların arxasında bir yəhudi adı keçməyəcək. Yalnız öz rituallarında yəhudiliklə bağlantıları anlaşılan masonluq Tövratın təlqinlərini olduğu kimi mənimsəyən yəhudiliyin gizli qollarından biridir. Masonlar yəhudilərlə əlaqələrini gizli tutmağı lazım bilir. Çünki onlara görə, sionizmlə eyni məqsəd güdüldüyünü anladaraq fəaliyyət göstərmək əvəzinə yardım təşkilatları kimi maskalanaraq xoşməramlı görüntüsü altında məqsədlərinə xidmət etmək daha məhsuldar nəticələrə gətirib çıxarır. Masonluq yəhudiliklə birbaşa əlaqəli olduğu üçün mason cəmiyyətlərində tətbiq olunan ritual və tədbirlər, eyni zamanda mason düşüncələri Tövratdan alınmış olacaq. XX əsrin II yarısında Türkiyədə masonların təbliğatçısı kimi tanınaraq çap olunan “Mimar Sinan” jurnalı 1983-cü ildə yazırdı: “Rituallarımızda Tövratdan saysız nümunələr var”.
 Təhrifə uğramış Tövrata görə, tanrıları Yahova tərəfindən oğullarına miras olaraq verilmiş yer üzünə sahib olmaq, dövlət qurmaq və azadlıq sahibi olmaq yalnız yəhudi olanların haqqıdır. Yəhudi olmayan üçün bu haqlardan bəhs etməyə dəyməz və bu fəlsəfəyə görə, Adəm oğulları Yahova oğullarının mülkü olan torpaqları işğal ediblər və ondan istifadə edirlər. Yəni bu görüşə görə, yəhudilərdən başqa qalan bütün millətlər anadangəlmə günahkardır. Yahovanın oğulları tərəfindən Sionda (Qüds yaxınlığında dağ) qurulacaq “Dünya krallığı” yer üzünün yəhudilərin əlinə keçməsi və gizli savaşın sonunda bu millətin “Yer üzünün Allahı” elan edilmələri din anlayışlarının təməlini təşkil edir.
 Masonluğun yaranma tarixi XVIII əsrə dayanır. Bu dini-mənəvi hərəkat XVIII əsrin əvvəllərində Böyük Britaniyada yaranıb. Masonların ilk lojası olan Böyük Loja da 1717-ci ildə Londonda yaradılıb. Masonların Böyük Fransa inqilabına hazırlıqda böyük rolu olub. Katolikliyin yayğın olduğu ölkələrdə masonlar təqiblərə məruz qalıb. İtaliya, İspaniya və katolikliyin mövcud olduğu digər ölkələrdə liberal partiyaları “mason partiyaları” adlandırıblar. Mason metafizikası və simvolikası mədəniyyət və incəsənətə böyük təsir göstərib. Motsartın “Sehrli fleyta” əsəri, Londondakı Müqəddəs Pavel kilsəsi, Moskvadakı bir çox kilsələr, ABŞ dollarının dizaynı və s. kimi misallar göstərmək olar. Ancaq masonlar da dünyanın tanınmış fəlsəfi cərəyanlarından çox yararlanmışlar. Rus qaynaqlarına görə, masonlar dünyagörüşlərində Pifaqor, Konfutsi, Zərdüşt və bir çox başqa mütəfəkkirlərin fikirlərini mənimsəyiblər.
 Masonluq bir sistemdir? Masonlara görə, onların konkret bir təqdimatını tətbiq etmək mümkün deyil. Bunun səbəbini onda görürlər ki, masonluğa hansı niyyətlə baxarsansa, o tərəfdən tanına bilinir. Məsələn, masonluğun başqa xüsusiyyətləri bir tərəfə buraxılıb yalnız məqsədləri göz önünə gətirilərsə, bunu demək mümkündür: masonluq bütün insan və toplumların barış və rifahı naminə fərdlərin bu yolda irəliləməsinə yardım edən bir sistemdir. Onlar bu təqdimatın yanlış olmasa da, nöqsanlı olduğunu hesab edirlər. Çünki masonluğun məqsədlərinin hamısını tanıtmaq mümkün deyil. Masonluq məqsədləri ilə yanaşı prinsipləri, tarixçəsi, struktur özəllikləri, iş mexanizmi, dünyagörüşü (və ya fəlsəfəsi) və hər biri mason olaraq anılan üzvlərinin fərdi keyfiyyətlərinin hamısı bir arada olmaqla bir sistemdir. Masonluğu dərk etmək üçün onu ayrıntılı bir şəkildə incələmək gərəkdir. Onlara görə, hətta masonluğun nə olduğunu anlamaq üçün masonların özlərinin belə illərcə çalışması gərəkdir.
 Masonluq- sadəcə mafiyadır. Hələ prezident Ruzvelt bütün zamanlarda, xüsusilə də onun dövründə heç zaman olmadığı kimi dünyanı gizli cəmiyyətlərin idarə etdiyini deyirdi. Rus tədqiqatçısı Vladimir İstarkov masonluğun mafiyadan başqa bir şey olmadığını yazır. Yazara görə, masonluğun üç əsas məqsədi var: birincisi, bütün xristian ölkələrində şovinist xarakterli idarəetməni gizlətmək, kölələrin idarə olunmasının alt strukturuna başqa insanları cəlb etmək və tək istiqamətin gizli qalmasını təmin etmək. V.İstarkova görə, təbii ki heç bir xalq başında açıq-aşkar yəhudilərin durmasını qəbul etməzdi. Hər şeyə rəğmən mason təşkilatlanmasının bir piramida təşkil etdiyini söyləyən yazar hesab edir ki, əslində 99 dərəcəli olan bu piramidanın 1-33-cü dərəcələrini beynəlxalq mafiya, 1-66-cı dərəcələrini yəhudi mafiyası, 1-99-cu dərəcələrini isə dini mafiya idarə edir. Yazar sonuncu pillədə hətta satanistlərin olduğunu iddia edir və mason ritualları içində insan qanı içilməsinin də olduğunu iddia edərək bunun hannibalizm oluğunu vurğulayır.
 Bu, masonluğu kənardan yetərincə kəskin xarakterizə edən bir yazarın fikridir. Masonlar isə özlərini qismən tanıtmaqla yanaşı, sirr pərdəsinin çoxunu əslində qaldırmırlar. Mason necə bir insandır? Hər bir mason cəmiyyətimizin içindəki sıravi insanlardan biridir. Bizlərdən heç nə ilə fərqlənmir. Nə mükəmməl deyilə biləcək qədər çox üstün xüsusiyyətləri olan, nə də pis birisi deyil. Hər bir masonun da başqaları kimi doğruları və yanlışları var. Müsbət tərəfləri ilə bərabər nöqsanları da var. Bir mason bu hərəkatın məqsəd və prinsiplərini mənimsəmək, digər masonların bilik və bacarıqlarını əxz etməklə özünü inkişaf etdirə bilər. Hər hansı bir mason və ya hətta hər hansı bir mason təşkilatı təkbaşına bütünlükdə masonluğu təmsil edə bilməz. Onlar hesab edir ki, barələrində söylənən mənfi və tənqidi fikirlər boşboğazlıqdan başqa bir şey deyil. Və illərcə masonlara qarşı olan ittiham xarakterli fikirlərə reaksiya verməmələrini də bununla əlaqələndirirlər.
 MASONLUQ NƏDİR? Masonluq özünə xas bir quruluş və təşkilatlanma şəkli olan sosialyönlü dərnəkdir. Formalaşmaq və təkmilləşmək yolunda irəliləmək istəyənlər üçün zehni və ənənəvi, humanist xüsusiyyətli bir qurumdur. Masonluq əsasən ağılla və elmi üsullarla gerçəkləşən araşdırma metodu və sənətidir. Masonluq məqsədlərinin gerçəkləşməsinə könül vermiş, prinsiplərini daxildən mənimsəmiş “mason” deyilən insanların topluluğudur. Masonluq azad fikirlərin istehsal edildiyi, bunların azad paylaşılıb müzakirə olunduğu bir mühitdir. Masonluq yaxşı, gözəl, doğru olanı mənimsəməyə üstünlük verən bir həyat tərzidir. Ancaq bunlarla bərabər masonluq təkbaşına bunlardan heç biri deyil. Masonluq bunların hamısıdır və hətta bunlardan daha artığıdır. Masonlar etiraf edir ki, tam ən pislik, dinsizlik, şeytanlıq, tanrıtanımazlıq, mənafelərini güdən və bunlara bənzər bir çox mənfi xarakterlərlə səciyyələndirilmişlər.
 Masonluğu bəzi doktrinaları özününküləşdirən, masonları bəlli olan bir ölkənin peykləri kimi göstərməyə çalışanlar da olub. Masonlar hesab edir ki, bütün bunlar masonluğun nə olub-olmadığının toplumlarda anlaşılmasından qorxanların taktikası idi. Nədənsə masonlar da uzun illər bütün bunlara dözümlülük nümayiş etdirib susmuşlar və yalnız son dövrlərdə masonluğun nə olub-olmadığını anlatmağa, üstündəki duman pərdəsini qaldırmağa qərar veriblər.
 Masonluq gizli təşkilat və gizli təşkilatlanma deyil. Masonlara görə, özləri və üzvü olduqları təşkilatlar barədə ictimaiyyətə açıqlama vermədikləri haqdakı fikirlər doğru deyil. Sadəcə, bunları açıqlamaqda bir az çəkingən davrandıqlarını bildirirlər. Guya ictimaiyyət də masonların anlatdıqlarına çox da inanmaq istəməyib və onlara qarşı olanlara daha çox önəm veribmiş. Guya masonların uzun müddət içlərinə qapanmasının və özlərini anlatmaqdan vaz keçmələrinin də səbəbi bu olub ki, sonda ətraflarında sonu olmayan halqa yaranıb. Ətraflarında yaranmış halqanı qırıb özləri barədə fikirləri paylaşmağa qərar verən masonlar özlərinin təşkilatlanma sistemini aşağıdakı kimi izah edirlər.

II yazı: Masonlar qapalılıqlarını belə izah edirlər ki, sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və hər kəsi ailəsinin içinə buraxmır

 LOJA- masonluqdakı çalışmaları ilə bir-birinə birbaşa bağlı olmayan müstəqil qurumlardır. Ancaq masonluqda “loja” kəlməsi həm də toplantıların keçirildiyi məkana deyilir. Struktur Böyük Loja- lojaların öz aralarında birləşərək yaratdığı federativ xarakterli təşkilatdır. Lojanın qurulması üçün onu idarə edə biləcək xüsusiyyətdə və yetərli sayda masonun bir araya gəlməsi gərəkdir. Lojanın müstəqilliyinə gəlincə isə o, müstəqil çalışacaqsa, yaranan hər hansı bir yeni lojanın heç bir mason təşkilatından izin almasına gərək yoxdur. Ancaq əgər bəlli bir böyük lojaya bağlanacaqsa, sonuncunun qəbul etdiyi qaydalara riayət etməsi gərəkdir. Hər lojanın 10-15 üzvü ola bilir. Bu üzvlər loja üzvləri tərəfindən adətən bir il müddətinə seçilir. Onlar loja toplantılarında bəlli bir məsuliyyət daşıyır. Lojanın idarəçiliyinə gəlincə, qurum rəhbərinə “hörmətli ustad” kimi ifadələrlə müraciət olunur. Onun yardımçılarına isə “birinci nazir” və “ikinci nazir” titulları verilir. Bundan başqa, lojada “katib”, “ritual ustadı” olur. Lojadakı vəzifələrlə bağlı bütün titullar yalnız seçildiyi müddət ərzində keçərlidir və sonra qüvvəsini itirir. Ən azı üç müstəqil loja birləşərsə, Böyük Loja qura bilər. Dünyadakı mason təşkilatlarından bəzilərinə görə, yeni bir Böyük Loja qurmaq üçün heç bir mason təşkilatı ilə bağlantı yaratmaq vacib deyil. Bəziləri isə hesab edir ki, yeni Böyük Loja yalnız başqa düzənli böyük lojalar tərəfindən “düzənli” kimi qəbul edildiyi halda mason təşkilatı sayıla bilər. Masonluqda böyük bir loja tərəfindən ona bağlı olan lojaya “patent” kimi anılan “Quruluş arayışı” verilir.
 Yeni qurulmuş böyük bir lojanı da tanıyan Böyük lojalar hər biri ona “tanıma arayışı” verir ki, bu da “patent” kimi tanınır. Çox zaman bu “patent” amili yanlış anlaşılaraq bir izn, təsdiqləmə arayışı kimi qəbul edilir və bütün mason təşkilatlarının mərkəzdən yönəldilməsini əsaslandırmaq üçün vasitə kimi göstərilir. Masonlara görə, patent heç də bunu deməyə əsas verəcək sənəd deyil, sadəcə patent verilmiş lojanın “düzənli” olaraq tanındığını göstərən sənəddir. Məntiqlə isə yenə də mason təşkilatlarının dünyada bir-biri ilə sıx bağlı olduğunu deməyə əsas verən bir məsələdir. Masonlar isə iddia edir ki, dünya miqyasında mason təşkilatları arasında bəzi uyğunsuzluqlar var ki, bu da masonluğun tək bir mərkəzdən idarə olunmadığını deməyə əsas verir. Ölkələr daxilindəki qanunlara görə şəkil alan mason təşkilatları mövcud olduqları ölkələrə görə formalaşsa da, hərəkatın təməl prinsiplərindən kənara çıxmır. Masonluğun məqsəd və prinsiplərinə əməl edərək fəaliyyət göstərən hər bir Böyük Loja düzənli bir mason təşkilatıdır. Bir Böyük Lojaya bağlı olan lojaların düzənli sayılması üçün isə onun birincinin qərarlarına uyğun fəaliyyət göstərməsi lazımdır. Əks halda, loja düzənsiz sayılır. Tərkibində düzənsiz bir loja olan Böyük Loja da düzənliliyini itirmiş sayılır.
 Hər böyük loja mövcud olduğu ölkənin qanunlarına uyğun olaraq qurulmuş hər hansı bir dərnək, ictimai təşkilat kimi fəaliyyət göstərir. Hər loja aid olduğu böyük lojada onu təmsil edəcək nümayəndələr seçir. Nümayəndələr bir araya gələrək böyük lojanın idarə heyətini təşkil edir. Böyük lojanın üzvləri bu heyətə demokratik üsullarla seçilir. Böyük lojaların üzvləri lojalardan fərqli olaraq bir illik deyil, iki illik müddətə seçilir. Masonluqda yalnız lojaların deyil, bütün üzvlərin də düzənli olması vacibdir. Bir masonun düzənli intizamını qoruması onun masonik öhdəlikləri yerinə yetirməsilə bağlıdır. Masonik öhdəliklər ölkənin qanun və cəmiyyətin ənənələrinə uyğun olmaq, masonluğun amac və prinsiplərini mənimsəmək, üzvü olduğu mason təşkilatının qərarlarına əməl etmək, təşkilatın toplantılarında müntəzəm iştirak etmək, üzvlük haqlarını zamanında vermək, tapşırıqları vaxtında yerinə yetirmək, masonluqda verdiyi sözə sadiq qalmaq və bir masona yaraşan şəkildə yaşamaq. Masonlara görə, masonluğa girdiyi kimi masonluqdan çıxmaq da mümkündür. İstefaya getmiş mason sadəcə “yatmış masondur”. Ancaq masonların bu barədə açıqladıqları fikirlərdə ziddiyyət var. Bir tərəfdən, masonluqdan çıxmanın mümkün olduğunu söyləsələr də, başqa bir tərəfdən də masonluqdan çıxmış birisinin sadəcə “yatmış mason” olduğunu bildirirlər. Öz arzusu ilə masonluqdan çıxmış bir mason üçün dönüş qapısı açıq tutulur və bu səbəbdən də o, çıxandan sonra da üzvlüyünü davam etdirmiş sayılır. İntizam qaydalarına əməl etməyən bir masonun masonluqdan çıxarılması da baş verə bilər. Belə halda buna “intizamsız elan edilmiş” deyilir. O da öz istəyi ilə masonluqdan ayrılıb “yuxuya getmiş” mason kimi bir gün “oyana” bilir. Masonluqda “yatmış” kəlməsi simvolik məna daşıyır. Bu ifadə hətta qapanmış bir loja üçün də istifadə olunur. Yatmış mason və ya lojanın təkrar hərəkətə gəlməsi üçün onun bu barədə istəyinin müsbət qarşılanması şərtdir.
 OBEDİYANS- “Böyük loja” ilə eyni məna daşıyan bu kəlmə əslində masonluqda bir termin kimi istifadə olunur. Böyük lojalara bağlı olaraq fəaliyyət göstərən lojaların böyüyün nizamnaməsinə tabe olduğunu vurğulayan bir sözdür. Böyük lojalar bəzən mövcud olduğu ölkənin sərhədlərindən kənarda olan lojaları da obediyansına qatmış ola bilir. Ölkə daxilində böyük lojanın yurisdiksiyası ölkə sərhədləri içində olduğu halda ölkə xaricindən olan lojaları obediyansına qatdıqda yurisdiksiyası mövcud olduğu ölkə sərhədlərini aşmış olur. “Yeni Şəfəq” qəzetinin yazdıqlarına əsaslansaq, Türkiyədəki Böyük Mason Lojası ölkə sərhədlərini aşmağa qərar vermiş və Azərbaycanda loja qurulması üçün hərəkətə gəlib. Qəzetin yazdığına görə, Böyük Mason Lojası 2003-cü il iyunun 14-də keçirdiyi toplantıda bu barədə qarar almış, iş aparılması üçün komissiya təşkil etmiş, başına da bir azərbaycanlı gətirmişdi. Diqqət etsək, masonların bura qədər özlərini anlatdıqlarında yeni bir lojanın (həm də ölkə sərhədlərindən kənarda) qurulması haqda başqa lojaların qərar verməsinin gərək olduğunu söyləmir. Böyük lojanın qurulması üçün ən azı üç lojanın olması gərək idi ki, bunun da Azərbaycanda hələ ki biri də yox idi.
 Masonluğun yüksək dərəcədə təşkilatlanma sistemi böyük lojaların təşkilatlanma sistemindn bir az fərqlidir. “Yüksək dərəcələr” olaraq izah edilən bölümlərdəki fəaliyyət ümumi üzvlük baxımından böyük loja və lojaların fəaliyyətindən çox da fərqli deyil. Masonlara görə, onların əsl fəaliyyətləri lojalarda davam etdirilir. Lojaların toplantılarının çox öncədən saatı, yeri və gündəliyi müəyyənləşdirilmiş olur. Loja toplantılarının gündəliyində yer ala biləcək məsələlərlər ümumilikdə üçə ayrılır. Birincisi, idari məsələlər (masonluğa namizədləri, üzvlərlə bağlı, dərəcələri yüksəldiləcək masonlarla və yeniii üzvlərlə və s.), ikincisi- zehni məsələlər (sosial, elmi, mədəni, fəlsəfi və gündəlik həyatla bağlı açıq müzakirələr), üçüncüsü- rituallar (yeni üzv qəbul edilməsi, dərəcələrə keçirilmə, yeni üzvlərin işə başlaması ilə bağlı və s). Lojanın daxili işləri ilə bağlı toplantılara yalnız üzvlər qatılır ki, bu da “ailə toplantısı” adlanır. Başqa toplantılara isə başqa lojaların da üzvləri qatıla bilir və onlarla loja üzvləri arasında hər hansı ayrı-seçkilik olmur.
 “Mason olmayanlar girməz”- masonlar toplantıları keçirilən qapıların üstünə bunu yazmasalar da, başqa tərəfdən bunu vurğulayırlar. Lojaların toplantılarına bəzən mason olmayanların da qatıla bildiyini söyləyən masonlar başqa bir tərəfdən də, bunu yalnız üzv masonların qan qohumlarının qatılması ilə məhdudlaşdırırlar. Yəni, ümumilikdə digər ictimai qurumlar kimi mason təşkilatlarının toplantıları cəmiyyətin hamısı üçün açıq deyil. Masonların qan qohumları isə ən azı ildə bir dəfə keçirilən “açıq toplantı”lara qatıla bilir.
 Toplantılar protokollaşdırılır və protokollar lojanın arxivində saxlanır. Lojanın bağlı olduğu böyük loja varsa, bir surəti də ora göndərilir. Masonlara görə, protokol və digər sənədlərlə lojanın mövcud olduğu ölkənin yetkili orqanları maraqlana və onlarla tanış ola bilər. Masonlar qapalılıqlarını belə izah edirlər ki, sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və hər kəsi ailəsinin içinə buraxmır. Hətta bu yerdə dünyanın bir çox yerlərində kommersiya strukturları kimi tanına biləcək klubların qapısına “üzv olmayan girməz” yazıldığını da xatırladırlar. Bir tərəfdən, topluma açıq olduqlarını deyən və öz haqlarında informasiya ortamında xeyli məlumat ötürən masonlar əslində yenə də çox qapalı və sirli olmaqda davam etməkdədirlər.
 Masonluq toplantılarının hamısı bəlli bir ritualın təkrarlanması kimi başlayırr, davam edir və bitir. Bu rituallar çap olunub və onların nümunələri aidiyyatı dövlət orqanlarında var. Bu rituallar dünyanın hər yerində eyni deyil və lojaların özü tərəfindən hazırlanır. Masonluqdakı fəaliyyət üç dərəcəlidir. Hər mason öncə “usta yanında şagird”, sonra “usta köməkçisi” və sonda “ustad” olur. Bu üç dərəcə simvolik sayılır. Bundan sonra isə yüksək dərəcələr sayılan fəlsəfi dərəcələr gəlir. Simvolik dərəcələrdə masonluğun əsasları və təlimləri öyrənilir, yüksək dərəcələrdə isə bunun fəlsəfəsi yaradılır. Türkiyədə Şotland Riti Türkiyədə yüksək dərəcə mason fəaliyyəti qəbul edilmiş köhnə Şotland Ritinə uyğun aparılır. Bu dərəcələrdə fəaliyyəti “Suprem Kosey” adını daşıyan bir mason təşkilatı tənzimləyir. Masonluğun yüksək dərəcələri üzərində açıqlamalarda bulunmaq yalnız bu konseyin yetkisindədir.
 “Rit” masonluğun anlatmalarına bir dərəcələr silsiləsi içində toplayaraq bəlli bir üsulla verilməsinə yardım edən kimi tanınan anlayışdır. Türkiyədə tanınmış Rit də masonluğun ən çox yayılmış ritlərindəndir. Şotlandiya ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə təməli XVIII yüzilin ortalarında Fransada yaşayan şotland əsilli masonlar tərəfindən qoyulub. Bundan başqa çox yayılmış “İngilis Masonluğu Sistemi”, “York Riti”, “Modern Fransız Riti”, “İnsan Haqları Karma Riti” kimilərini də saymaq olar.
 EZOTERİK SİSTEM. Masonluğun bu sistemə uyğun etiraf edən masonlar başqa bir tərəfdən yenə də qapalı olmadıqlarını iddia edirlər. “Ezoterik” tərcümədə çölə qapalı, öz içinə dönük və ya açıq olmayan anlamını verir. Sistemin özəlliyi isə bundadır ki, masonlara bilgilər zamanla və dərəcələrinə uyğun olaraq verilir, üzvlərin öyrəndiklərini sirr kimi saxlamaları lazım bilinir, öyrədilən şeylər tam açıq olaraq deyil, simvollar, alleqorik təriflərlə verilir.
 Masonluq ənənələrə bağlı bir təşkilatdır və masonluğu yalnız yaşayaraq öyrənmək mümkündür.

Комментариев нет:

Отправить комментарий