23.03.2012

Bozqırın dili


Dilqəm Əhməd

İngilis, fransız və almanca “steppe”, rusca “step” kimi yazılan ucsuz-bucaqsız çölü ifadə edən bu söz türkcəmizdə “bozqır” kimi səslənir.
Bəlkə də, nə mənası var deyib üzərindən keçmək olardı, amma ilk kitabım “Bozqırdan uçuruma”nın çapından keçən üç ay müddətində hər dəfə bu sualla qarşılaşmaqdan usandığım üçün bu yazını bir növ son hesabat kimi yazmağı düşündüm.
Kitab povest, hekayə və şeirlərdən ibarət olsa da, bütün düşüncələrin altında uğursuzluq, məğlubiyyət yatırdı, buna görə də bunları ifadə edəcək ümumi bir ada ehtiyac duyurdum.
İsveçdə mühacir həyatı yaşayan dostum Cavid Mehrəliyevə bir neçə variant təklif edərək, bunlardan hansının uğurlu olacağı ilə bağlı gənəşmək istədim. İlk sözü “nə olur olsun türkcə olsun” söylədi.
“Türkcə olsun” sözü ilk olaraq gözəl səslənsə də, kitabın ümumi mahiyyətinə uyğunluğu baxımında hansı adın tapılması məsələsi çətin idi.
Ona görə də türkcəni yaxşı bildiyinə əmin olduğumdan Cavid Mehrəliyevə məzmunu izah etdikdən sonra bir neçə variant təklif etməsini istədim.
Təkliflərin içərisindən ən çox bəyəndiyim “Bozqırdan uçuruma” oldu.
Sözün hər ikisi türkcə idi, amma kitab nəşr olunandan sonra məlum oldu ki, bu sözdən facebook istifadəçisi olan və olmayan oxucuların yüksək faizi xəbərsizdir.
Kitabı “Əli və Nino” kitabı mağazasına, “Akademiya kitab evi”nə aparanda da eyni vəziyyətlə qarşılaşdım, məcbur Orta Asiyanın çöllüklərindən danışmağa başladım.
Yanvar ayındakı təqdimatda da giriş sözümü “bozqır”ın izahı ilə başladım, bu ayın əvvəlində Sumqayıtda keçirilən təqdimatda yenə eyni sualla qarşılaşdıqdan sonra artıq bu barədə yazmağın vacibliyi şərt oldu.
Bəlkə də türkcəmizdəki hər hansı bir sözə ilk dəfədir ki köşə ayrılır.
Bu nə qədər üzüntülü olsa da, bu barədə yazmaq məcburiyyətində idim.
Türkcəmizdə olan, bilinməyən nə qədər sözün olduğu artıq düşündürücüdür.
Kitaba başqa bir ad da seçilə bilərdi, sadəcə “türkcə olsun” ifadəsi o qədər sarsıdıcı idi ki, bu barədə düşünmədən razı oldum.
Fevral ayının 21-də ana dili günündə güneyli bir uşağın dilindən ancaq türkcə sözlərdən ibarət olan bir yazı yazmağa çalışdım. Min işarəlik bir yazını bir saata ancaq tamamladım. Həddindən artıq çətin idi. Nə qədər cəhd etsəm də, hər cümlədə mütləq ərəb və ya fars sözü ortalığa çıxırdı.
Dünyada hər bir məmləkətin bərabər şəkildə özünü təsdiq etməsi, öz kültürünü yaşatması önəmlidir.
Storm Animated Wallpaper 1.1.0Qlobal inteqrasiya mədəniyyətlərin yox olmasına deyil, mədəniyyətlərin bir-birini bərabər imkanlar çərçivəsində tanımasına xidmət edir.
Bu tanıma zamanı qarşılıqlı təsirlənmələr mütləq şəkildə baş verəcəkdir, kiçik mədəniyyət sahibləri zəngin mədəniyyətdən nələrisə əxz edəcəkdir.
Bu baxımdan uzun müddət ərəb-fars kültürü içərisində olduğumuzdan dilimiz bu həmin millətlərin sözləri ilə zəngindir.
Dilimizdən ərəb və fars sözlərinin çıxarılmasını iddia etmirəm.
Bunun üçün öncə dilin özünün inkişafı gərəkdir ki, həmin sözlərin qarşılığı zamanla onların yerini tutsun.
BU İSƏ VACİBDİRMİ?
Üzeyir Hacıbəyli hələ 1910-cu ildə yazırdı ki, bir millətin ki, “dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati-vücud etməsinə səbəb onun dilidir”.Ona görə də Üzeyir bəy İsmayıl Qaspıralının qəzeti olan “Tərcüman”ın dilini kəskin tənqid edirdi. 1912-ci ildə yazdığı “Dilimizi korlayanlar” adlı məqaləsində isə müxtəlif zümrələrin, həm də bir-birinə düşmən olan zümrələrin “bir şeydə böyük ittifaq bağladıqlarını” yazırdı. “O şey dilimizi korlamaqdır…
Dilin gücü millətin gücüdür.
İranda türkcə təhsilin qadağan edilməsi millətin toplum ruhunun vahidliyini pozmaq üçündür.
Türk dili qətl olunur, səs çıxaran yoxdur.
Ölkədə ədəbiyyatda da, jurnalistikada da hər gün türk dili təhqir olunur.
İllərdir qos-qoca adamlar konfraslarda görüşüb ortaq türkcə, ortaq əlifba davası aparırlar.
Halbuki, onlar iri zallarda “iri fikirlər” işlətdikləri halda internet ortamında yeni türk dili formalaşır.
Texnologiya e-türkcəni yaradır.
Bu e-türkcə isə “bozqır” sözünü tanımır.
 

Комментариев нет:

Отправить комментарий