12.06.2011

25 yaşlı qız nüfuzlu ədəbiyyat mükafatını qazandı


 Əslən keçmiş Yuqoslaviyadan olan amerikalı yazıçı Tea Obrekst nüfuzlu “Orange” ədəbi mükafatının qalibi olub.
 
İyirmi beş yaşlı Obrext qadınlar arasında ən yaxşı roman müəllifi seçilib.
O, “Pələngin arvadı” kitabını  Kornell universitetinin (Nyu-York ştatı) yazıçılıq sənəti fakültəsində təhsil alarkən yazıb. Tənqidçilər onun üslubunu magik realizmə aid edirlər. Müəllifin özü isə Markesdən, Andriçdən, Bulqakovdan, Paviçdən təsirləndiyini deyib.
İyunun 8-də mükafatın təqdimetmə mərasimində yazıçı xanım “Bessi” heykəlinə və 30 min funt (50 min dollar) dəyərindəki mükafata layiq görülüb.
“Orenge” 1996-cı ildə təsis olunub, mükafatı qazanmaq üçün dünyanın bütün ölkələrindən olan yazıçılar iştirak edə bilərlər.

Комментариев нет:

Отправить комментарий