05.06.2011

ABŞ-a niftət artıb


İbrahim Sel                                 Professional Oxucu Liqası

 Buş dünyada işgəncənin qadağası üzrə səyləri açıq-aşkar şəkildə veto edən yeganə prezident oldu

 ABŞ konqresi dünya xalqlarının bu ölkə siyasətinə qarşı hiddətinin artmasını etiraf edib. Nümayəndələr palatasının beynəlxalq təşkilatlar və insan haqları komitəsi bir məlumat yayaraq vurğulayıb ki, dünyada ABŞ siyasətinə qarşı nifrət miqdarı özünün ən yüksək həddinə çatıb. Məlumata görə, İslam dünyası ilə Latın Amerikası ölkələrində ABŞ siyasətinə qarşı nifrət miqdarı daha yuxarıdır. Yəhudilərin təhriki ilə amerikan əsgərlərini uzaq İraq müharibəsinə göndərmə, sionist rejimlə əməkdaşlıq, insan haqlarının pozulması və militarist siyasətlərin yürüdülməsi Amerika dövlətinin siyasətlərinə qarşı dünya səviyyəli nifrətin artmasına səbəb olub.
 Bu məlumat Amerikanın qanunvericilik hakimiyyəti ilə siyasətçilərinin ABŞ idarəetmə hakimiyyəti siyasətinin mənfi nəticələrindən nigaran olmalarından xəbər verir. Dünya xalqları ötən illər ərzində Amerika dövlətindən beynəlxalq qanunların ayaq altına atılması, Quantanamo zindanı, işgəncələrin tətbiqi, insan haqlarının pozulması, işğalçılıq və militaristlikdən başqa heç bir digər sima görməyiblər.
Buş İraqı elə bir halda ölüm və dağıntıya doğru sürükləyibdir ki, hazırda Amerikanın verdiyi informasiyalardan heç birinin həqiqətə uyğun olmadığı üzə çıxıbdır.
 Məlum olduğu kimi, ABŞ həmişə insan haqlarından yüksək səslə dəm vurur. Lakin hazırda bu ölkənin adı dünyanın ən işgəncə verən ölkələri siyahısında yerləşir. Buş dünyada işgəncənin qadağası üzrə səyləri açıq-aşkar şəkildə veto edən yeganə prezidentdir. Hal-hazırda Amerikanın daxili və xaricindəki ümumi fikir ABŞ dövlətini Quantanamo zindanının təsisi və süni boğulma yolu ilə etirafın alınması üsulu kimi hallarla tanıdır. İnsan haqlarını müdafiə üzrə bütün orqanlar və ABŞ konqresinin bəzi nümayəndələri süni boğulmanı işgəncənin tərəddüd edilməz bir nümunəsi bilirlər. Hətta sonrakı nəsillərin gələcəyi də ABŞ-ın ekoloji cəhətdən təhlükəli iqtisadi siyasətinin təsiri altında təhlükəyə düşübdür; bir çox alimlər zərərli qazların ətraf mühitə olan dağıdıcı təsirlərindən nigaran olduqlarını bildiriblər. Detroyt “avtomobil paytaxtı” ölü zonaya çevrilib. Bu şəhərin məhvinə bir neçə fakt səəbəb olub. Bunlar şəhərdə daim tıxacların olması, yeraltı nəqliyyat və ya metronun plmaması, bu çətinliklərdən bezib şəhərdən kənarda yaşamağı seçən əhalinin köçü, iqtisadi tənəzzül, rəqabətə tab gətirməmək və s. Yəhudi kapitalistlərini əhalinin maddi vəziyyəti düşündürmür, onları yalnız öz cibləri maraqlandırır.
 Əlbəttə, Amerika tərəfindən dünya ictimaiyyətinin maraqlarına göz yumulması təkcə ətraf mühit məsələsi ilə məhdudlaşmır və piyadaya qarşı minaların qadağanından tutmuş beynəlxalq cinayət məhkəməsinə qədər müxtəlif mövzuları əhatə edir. Bu səbəbdən dünyada ABŞ dövlətinin siyasətinə qarşı nifrətin bu qədər dərinləşməsi təəccübləndirici deyil.
 XALQ TƏCRÜBƏ DOVŞANI KİMİ. Qeyd edək ki, insanlar üzərində tibbi eksperimentlər Birləşmiş Ştatlarda adi haldır. Bu ekspermientlərin də müvafiq metodikası çoxdan işlənib hazırlanmışdır.
 1932-ci ildə dövlət (!) səhiyyə xidməti idarəsi Alabama ştatındakı Tuskeqidə eksperimentə başladı. Sifilis xəstəliyi tutmuş 399 adamdan ibarət bir qrup seçilib götürüldü. Onlara heç bir dərman vermirdilər. Eksperimentin ilkin məqsədi ölüm faizini sifilis xəstəliyi olmayan 201 nəfərdən ibarət kontrol qrupu ilə müqayisə etmək idi. Proqramın yerinə yetirilməsi düz 40 il çəkmişdir! Sifilis xəstəliyi olanların hamısı zənci olmuşdur və onların heç birinə 40 il ərzində deməmişdilər ki, o, eksperiment hədəfidir. 1972-ci ildə qalmaqal qopdu, senator A. Ribikov bildirdi ki, bu eksperiment «bürokratik təkəbbürün və rəhmsizliyin əlaməti olan dəhşətli hadisədir».
 Eksperimentin rəhbəri, dövlət (!) qulluğunda olan həkim D.Hellerdən jurnalistlər hər halda soruşdular ki, xəstələrə heç dərman verirdilərmi? Həkim Hellerin həyasız cavabları valehedici şəkildə soyuqqanlı olmuşdu: «Yox. Onlardan dərman içməyi xahiş etmək heç vaxt bizim ağlımıza da gəlmirdi. Çünki bu dərmanlara tələbat böyükdür və bunlara başqaları, məsələn, silahlı qüvvələrdə daha çox möhtacdırlar… Bundan əlavə, biz onlar üçün dərmanlar əldə etməyə borclu deyilik, buna görə də biz bu dərmanları əldə etməyə heç cəhd də göstərməmişik… Bu bizim işimiz deyildir». Bu iş elə beləcə də keçmişdə qaldı. Alabama ştatındakı Monthomeridə məhkəmə məsələni bitirirək belə müəyyən etdi: sağ qalanların- iki qrupdan təqribən 70 nəfər xəstə və sağlamın- hərəsinə 37 500 dollar, yəni hər bir gün üçün 2 dollar 50 sent verilsin. Hesablaşdılar! Qırx il üçün birdən! Budur, görün ABŞ-da insan həyatına bu qədər dürüst sentinədək necə qiymət qoyurlar!
 Eksperimentatorların ən çox sevdikləri yer həbsxanalardır. Amerika Vətəndaş Azadlıqları İttifaqının məlumatlarına görə, təqribən 20 min məhbusdan, həbsxanalarda bütün saxlanılanların çox yüksək faizindən müxtəlif qəbildən olan tibb eksperimentlərində, o cümlədən dərmanların sınaqdan çıxarılmasında istifadə edilir. Amerika tədqiqatçısı xanım D.Mitford qeyd etmişdir ki, həbsxanalar eksperiment aparan həkimləri maqnit kimi özünə cəzb edir, ona görə ki, məhbuslar «şimpanzedən ucuzdurlar»- bir peşəkar təbib məhz belə deməşdir. Başqa bir hal: «Tədqiqatlar həbsxananın qapalı aləmində aparıldığına görə, təcrübə nəticəsində «könüllü» ciddi xəstələnərsə və ya ölərsə, bu çətin ki kiminsə diqqətini cəlb etsin».
 Miçiqan ştatında iki farmakologiya şirkəti öz dərmanlarını Cekson həbsxanasında sınaqdan keçirmək üçün müstəsna ixtiyar almağa nail olmuşdur. Oklahomada farmakologiya şirkətləri məhbuslar üzərində təcrübələr aparan təbiblərə ildə 300 min dollar verirlər.
 MKİ-nin əsas tibbi əməliyyatı- «MK ultra»nın məqsədi isə belə idi: «Davranışa nəzarət üçün gizli istifadəyə yarayan kimyəvi, bioloji və radioloji pereparatların yaradılması». Həkimlər və toksikoloqlar psixiatriya xəstəxanalarında və həbsxanalarda adamlar üzərində geniş təcrübələr aparırdılar. Leksinqton sağlamlaşdırma mərkəzi narkotiklər haqqında qanunları pozduqları üçün cəza çəkən narkomanlar üçün həbsxana idi. Təcrübələrin obyektləri məhbusların sırasından cəlb edilən könüllülər olmuşlar: ötəri tibbi müayinədən və iltizam aldıqdan sonra onların bədəninə qarabasma doğuran pereparatlar yeridilirdi. Əməliyyatda iştirak etməyə görə mükafat olaraq narkomanlara özlərinin istədiyi narkotiklər verilirdi.
 «MK ultra» proqramı üzrə inyeksiya almaqla və ya pereparatları içməklə nə qədər həyatın məhv edildiyini və nə qədər adamın əlil olduğunu heç kim və heç vaxt da bilməyəcəkdir.
 ABŞ-DA İNSAN HÜQUQLARININ VƏZİYYƏTİ. Afrika və Latın Amerikası mənşəli ABŞ vətəndaşları Amerika cəmiyyətinin ən aşağı təbəqəsinə çevrilib. ABŞ Siyahıyaalma Bürosunun dərc etdiyi rəsmi statistik məlumatlara görə, ABŞ-da Afrika mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların orta illik gəlirinin 61 faizinə bərabər olub. Latın Amerikası mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların gəlirindən 28 faiz aşağı olub. İrqi ayrı-seçkilik işə qəbul, təhsil almaq və məhkəmə proseslərində özünü daha bariz göstərir. 2007-ci ilin noyabrında ABŞ-da Afrika mənşəli vətəndaşların 8,4 faizi, latınamerikalıların 5,7 faizi, ağ dərili vətəndaşların isə 4,2 faizi işsiz olub. ABŞ məktəblərində isə dərisi rəngli olan şagirdlərə qarşı nizam-intizamı pozduqlarına görə daha ağır cəza tədbirləri tətbiq olunur. Məsələn, Nyu-Cersi ştatında orta məktəblərdən qovulan qaradərili şagirdlərin sayı anoloji cəzaya məruz qalmış ağdərili şagirdlərdən 60 dəfə çox olub.
 ABŞ həbsxanalarında cəza çəkən afroamerkanların sayı ağ dərili məhbusların sayından 7 dəfə çoxdur. 2006-cı ilin statistikasına əsasən, hər 100 min afroamerikanlıdan 815 nəfəri, hər 100 min latınamerikalıdan 283 nəfəri həbsdədir, ağdərili vətəndaşlardan isə hər 100 min nəfərdən yalnız 170 nəfəri azadlıqdan məhrum edilib.
 Rəsmi məlumatlara görə, ABŞ-da yaşı 18-dən yuxarı olan 5,58 milyon qadın yoxsulluq həddində yaşayır. Statistikaya görə, bu ölkədə hər il orta hesabla 1, 400 qadın ailə münaqişəsi zəminində öldürülür, 2-4 milyon qadın isə ailədə döyülür. Bundan başqa qadınlar iş yerlərində və hərbi düşərgələrdə seksual zorakılığa məruz qalırlar. Hər il təqribən 132 min qadın zorakılığa məruz qaldığını etiraf edir, qeyri-rəsmi rəqəmlərə görə isə ABŞ-da ildə seksual zorakılığa məruz qalan qadınların sayı bundan 2-6 dəfə çoxdur. 2006-cı ildə azadlıqdan məhrum edilən qadınların sayı bir il əvvələ nisbətən 4,5 dəfə artıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təqribən 100 mindən 3 milyona qədər yaşı 18-ə çatmamış uşaq fahişəliyə cəlb olunub. 2005-ci ildə ölüm hökmünə məhkum edilən 9400 yeniyetmədən yalnız 2225 nəfərinin cəzası ömürlük həbslə əvəzlənib.
 ABŞ digər ölkələrdə də insan haqlarını pozur. ABŞ İraqda 2003-cü ildən bəri apardığı hərbi əməliyyatlar nəticəsində 600 mindən artıq mülki şəxsi qətlə yetirib. İraqda hər gün orta hesabla 450 nəfər amerikalı hərbçilər tərəfindən öldürülür. ABŞ-ın məxfi həbxanalarında isə 700 Əfqanıstan və 180 İraq vətəndaşı məhkəmə hökmü olmadan azadlıqdan məhrum edlib.
 ABŞ-IN DÜNYA XALQLARINA QARŞI GENOSİDİ. İndi isə bilməyənlərə ABŞ-nin digər ölkələrə müdaxilələri haqqında cədvəli təqdim edirik, tanış olanlara isə bir daha xatırlatmaq istəyirik:
1948-1953-cü illər Filippində hərbi əməliyyatlar. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalıların həlak olması.
1964-1973-cü illər– Vyetnama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi.
1964-cü il Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər- 50 min ABŞ əsgərinin Laos respublikasına qarşı döyüşlər. Yenə minlərlə qurban.
1982-1983-cü illər- 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il Liviyaya soxularaq Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il Panamaya silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi.
1991-ci il İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi. Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi.
1992-1993-cü illər Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.
 Bu son illərdə isə Əfqanıstanda və İraqda törədilən vəhşiliklər də onların cinayətlərinin üstünə gəlir.
 Bəli, bu gün yəhudi gözü olan, ABŞ ayağı dəyən hər yerdə insanlar qətlə yetirilir, qadınları zorlanır, məscid və evlər dağıdılır, müqəddəs dəyərləri təhqir olunur.
 Onların gizli fəaliyyətlərinin doğurduğu bəlalar və fəsadlar əksər dünya ölkələrində olduğu kimi, bizim başıbəlalı coğrafiyamızda da həm özümüzü, həm də milli-mənəvi və dövləti keyfiyyətlərimizi təhdid etməkdədir. Biz vətənimizi bu təhlükədən qorumalıyıq.

Комментариев нет:

Отправить комментарий