05.06.2011

18 İLLİK TƏCAVÜZƏ 431 İL HƏBS CƏZASI VERİLDİ

                     Azyaşlını oğurlayaraq 18 il zorlayan qocaya hökm oxunub



FaktxXeber.com-un verdiyi məlumata görə, ABŞ-da 2009-cu ilin ən böyük qalmaqalına səbəb olan hadisənin məhkəmə prosesi artıq yekunlaşıb. Söhbət San-Fransiskoda 11 yaşlı Ceysi Düqonun oğurlanaraq 18 il ərzində seksual təcavüzə məruz qalmasından gedir. Belə ki, məhkəmənin qərarı ilə hadisədə əsas təqsirli bilinən 60 yaşlı Filipp Qarrido 436 il azadlıqdan məhrum edilib. Onun məsləkdaşı və həyat yoldaşı 55 yaşlı Nensi isə 36 ilini həbsxana divarları arasıda keçirməli olacaq.

Xatırladaq ki, 11 yaşlı Ceysi Düqo 1991-ci ildə Filipp və Nensi tərəfindən oğurlanıb. Həmin vaxt balaca qızcığaz Taxo gölü yaxınlığında dayanacaqda məktəb avtobusunu gözləyirmiş. 58 yaşlı Filip Qarrido tərəfindən oğurlanan qızcığaz bu illər ərzində emalatxanada saxlanılıb. Ceysinin Filip Qarrido adlı qocadan 15 və 12 yaşlarında uşaqlarının da olduğu bildirilir. Uşaqlar da həyətdəki evdə yaşayıblar. Hazırda Ceysinin 31 yaşı var. İtkin düşmüş qızın ailəsinin onu illərlə axtarmasına baxmayaraq heç bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, Ceysi Düqo məhkəmədə iştirak etməyib.



Комментариев нет:

Отправить комментарий