09.06.2011

Al Paçino yeni layihədə


Məşhur aktyor Al Paçino yeni layihədə iştirak etmək dəvəti alıb.
“The Los Angeles Times”in yazdığına görə, aktyor, Den Fogelmanın “Təsəvvür et” filmində çəkilə bilər.
Hazırda danışıqların yekun mərhələsi aparılır.
71 yaşlı aktyora baş rolda yaşlı musiqiçini canlandıracaq. O, Con Lennonun göndərdiyi məktubu çox gec – düz 40 il sonra alır və bu hadisə qəhrəmanın həyatını dəyişməyə sövq edir.
Lennonun əfsanəvi solo albomunun şərəfinə adlandırılan filmi “Warner Bros” studiyası istehsal edəcək. Mayın sonunda baş qəhrəmanın ortayaşlı oğlunu canlandırmalı olan Stiv Karrel çəklilişlərdən imtina edib.
Bu, Den Fogelmanın debüt işi olacaq. Əvvəl o, prodüsser və ssenarist kimi tanınıb.

Комментариев нет:

Отправить комментарий