09.06.2011

Aydın Xan Yazıçılar Birliyində məruzə oxudu – FOTOLAR


İyunun 8-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “2004-2011-ci illərdə şəbəkə, (virtual) ədəbiyyat, internet, kitabxana və yazıçı saytları” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da AYB-in Azad Gənc Yazarlar Qurumunun rəhbəri Aydın Xan Əbilov mövzu ilə bağli məruzə edib.
Natiq bildirib ki, ədəbiyyatımızın inklişafında fikir daşıyıcısı olan informasiya cəmiyyətinin formalaşması mühüm əhəmiyyət kəsb edir. Ədəbi mühitin formalaşması isə internet resurslarından asılıdır. O, bildirib ki, bu yolda ziyalıların da üzərinə mühüm vəzifələr düşür.
“Dəyirmi masa”da AYB-in sədri, Xalq Yazıçısı Anar, qurumun katibi Arif Əmrahoğlu, yazıçı-publisist Bəsti Əlibəyli, şairlər Qəşəm Nəcəfzadə, Mahirə Abdulla, yazıçı Yusif Əhmədov və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
Sonra tədbir diskussiya şəklində davam edib.

Комментариев нет:

Отправить комментарий