13.06.2011

Anar Rəsul Rza haqda filmi bəyənmədi

Kulis.az-ın məlumatına görə filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarov, məsləhətçiləri akademik Bəkir Nəbiyev, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylıdır.

Filmdə şairin həyatı haqqında daha canlı təsəvvür oyatmaq üçün tarixi faktların bərpası peşəkar aktyor və istedadlı uşaqların ifasında gerçəkləşib.

Rəsul Rzanın şeirlərinin bədii qiraətçi aktyorlar tərəfindən səslənib.

Filmin nümayişindən sonra xalq yazıçısı Anar Rzayev çıxış edərək filmi bəyənmədiyini deyib. Onun sözlərinə görə filmin üçdə ikisi kəsilsəydi daha yaxşı olardı. “Müasir tamaşaçı bu filmə baxmaz, pultla o biri kanala çevirər”. Bu sözləri də xalq şairinin oğlu deyib.

Anar Rzayevdən sonra söz alan akademik Bəkir Nəbiyev rejissorun filmdə həddən artıq çox görüntüləndiyini bildirib.

Digər məsləhətçi Şövqi Göyçaylı rejissorun Anar Rzayevin qeydlərini diqqətə alacağına ümid etdiyini bildirib.

Elmin HƏSƏNLİ

Комментариев нет:

Отправить комментарий