13.06.2011

Məşhur musiqiçi ədəbiyyat mükafatı aldı

76 yaşlı kanadalı musiqiçi Leonard Koen “şairlik istedadı və düşündürücü mahnılarına görə” İspaniyanın ən prestijli mükafatlarından biri olan Asturias ədəbiyyat mükafatına layiq görülüb.

Kulis.azın məlumatına görə Asturias mükafatını verən təşkilat tərəfindən verilən açıqlamada Koen müasir dövrün ən təsirli yazarlarından biri kimi göstərilib: “O, şeirləri və mahnılarında insanlığın əsas problemlərini dərinliyi və gözəlliyi ilə göstərir”.
Koen dünyanın məşhur musiqiçilərindən biridir. O, həmçinin mahnılür üçün yazdığı şeirləri də məşhurdur. Əsərlərinin əsas mövzusu din, yalnızlıq, seksuallıq və insanlar arasındakı qarışıq münasibətlərdir.

Asturias mükafatı isə hər il sənətdən tutmuş elmi araşdırmalara qədər 8 nominasiyada verilir.

Günel ƏSGƏRZADƏ                             kulis.az

Комментариев нет:

Отправить комментарий