20.06.2011

ANS-in keçmiş xəbər aparıcısı Yelena Sidorenko satış müdiri işləyir


ANS-in “Xəbərçi” proqramının populyar aparıcısı Yelena Sidorenko artıq media sahəsində çalışımır. Modern.az  bildirir ki,  keçmiş teleaparıcı hazırda AVESTA konsernində satış müdiri vəzifəsində çalışır.
Bakı şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan getdikdən sonra 2010-cu ilin mayına qədər AF Holdinqdə kommersiya üzrə vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, AVESTA konserni 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə "Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən -96” MTK, “Hüseyn -94” Kiçik müəssisəsi,  “İlkan”MMC,   “Azər-Ross İk ”MMC  və  “SHIG INVESTMENT LTD” daxildir.
Sonuncu şirkət  Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Papaqçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı,ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir - tikinti işlərinin aparılması işləri ilə məşğuldur. 18 Aprel 1996-ci ildə bütün firmalar birləşərək “Avesta” Konsernini təsis edib.
AVESTA konsernin prezidenti tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. 

Комментариев нет:

Отправить комментарий